Məhkəmə qərarları › İş №1(039)-74/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-74/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-74/2024 16.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə xx xxxx 1991-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində 28 iyul 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Yevlax rayon Aran qəsəbəsində qeydiyyatda olmaqla yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 aprel 2024-cü il tarixdə Yevlax rayon məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs evli olduğu halda tanışı Şahid1 xx.xx.2009-cu il təvəllüdlü qızı on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə müxtəlif yerlərdə görüşərək və mobil telefon vasitəsilə danışaraq onu sevdiyini bildirdikdən sonra Zərərçəkmiş şəxs ilə cinsi əlaqəyə girmək qərarına gələrək həmin niyyətini həyata keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində tanışı, Yevlax rayonu Aran qəsəbə sakini X1 məxsus VAZ-21061 markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobili özü istifadə edəcəyi adı ilə götürüb özü idarə etməklə Yədilli kəndinin ərazisinə gedib saat 14 radələrində həmin avtomobili yolun kənarında heç kəsin olmadığı yerdə saxlayaraq avtomobilin arxa salonunda oturacağın üstündə xx.xx.2009-cu il təvəllüdlü olmaqla həmin vaxt on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs sevdiyni,onunla ailə həyatı qurmaq isdədiyini bildirmiş, xx.xx.2024-cü il tarixdə tanışı X1 məxsus VAZ-21061 markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobili ustaya aparmaq adı ilə dostundan alaraq həmin avtomobili yolun kənarında heç kəsin olmadığı yerdə saxlayaraq avtomobilin arxa salonunda oturacağın üstündə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Məhkəmədən son sözündə əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onlara gəldiyini, və Xədicəyə onu sevdiyini, həyat yoldaşı ilə boşanıb, onunla ailə quracağını bildirmişdir. 09 yanvar 2024-cü il tarixdə Xədicəni avtomobillə aparıb, ona avtomobildə əxlaqsız video gösdərərək, onunla cinsi əlaqədə olmazsa, Xədicəni əlinnən alacağını deyərək, onunla cinsi əlaqəyə girmişdir. Xadicə ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilən Qanuni nümayəndə ifadəsində göstərdi ki, həyat yoldaşıın bibisi Sevil onlara zən edərək Xədicəni Qalibin qaçırdığını bildirmişdir. Həmin vaxt əri Saməddin 102 xidmətinə zəng edərək Xədicənin Qalib tərəfindən qaçırılması barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Xədicə omum doğma qızıdır, və Qalib ilə dost münasibətində olmuşlar, Xədicə 09 yanvar 2024-cü il tarixdə günorta saatlarında məktəbdən çıxıb evə gəlməli olmuş, lakin Xədicə evə gəlməmişdir. Onlar Xədicənin müəllimi ilə əlaqə saxlamış, müəllim Xədicənin dərsdən çıxdığını və evə getdiyini bildirmişdir. Bundan sonra onlar Xədicəni axtarmağa başlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki Təqsirləndirilən şəxs onun iş yoldaşıdır. Avtomobilin təkərində problem olduğunu, və həmin gün Zaurun işdən icazə aldığını və Maarifin avtomobilini ustaya apara biləcəyini bildirmişdir. Avtomobili apardıqdan sonra Təxminən yarım saat ərzində Maarif Zaura zəng etmişdir. Qalibə harada olmasını və telefonu nəyə görə söndürdüyünü soruşmuşdur. Qalib isə Bərdə şəhərində olduğunu və birazdan gələcəyini bildirmişdir. O Qalibdən Bərdə şəhərinə nəyə görə getdiyini soruşsa da Qalib səbəbini deməmişdir. Sonradan Qalib ona zəng edərək avtomobili qəsəbədə Sənanın mağazasının qarşısında saxladığını və onun gedib avtomobili götürməyini xahiş etmişdir. Onun ümumiyyətlə Qalibin Saməddinin qızını qaçırması ilə bağlı heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2009-cu il tarixdə Yevlax şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 Yevlax rayon şöbəsinin 10 yanvar 2024-cü il tarixli 11 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq və s.) aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, gərginləşmiş kişi tənasül üzvünün uşaqlıq yoluna yeridilməsi nəticəsində törənmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Yevlax Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Yevlax Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ailə tərkibinə dair arayışdan görünür ki Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladı vardır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs, əməlindən səmimi peşmançılığını, himayəsində azyaşlı övladının olması, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ailəli olduğu halda belə növ cinayət törətməsini,açıq aşkar mənəviyyatımıza uyğun olmayan, və haqlı olaraq ictimayyət arasında bir mənalı qarşılanmayan tənqid edici olmaqla yanaşı ictimai qınağa səbəb olmasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək, dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 09 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 24 (iyirmi dörd) manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 09 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək, dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar