Məhkəmə qərarları › İş №1(039)-74/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-74/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-74/2025 30.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X8, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi (vəkil) Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi (vəkil) X4 iştirakları ilə, xx.xx.1983-ci ildə Sumqayıt şəhərində anadan olmuş, evli, əvvəllər Yevlax Rayon Mərkəzi Xəstəxanası PHŞ- də həkimtravmatoloq-ortoped vəzifəsində işləmiş, hazırda Quba Rayon Mərkəzi Xəstəxanası PHŞ-də həkim-travmatoloq-ortoped vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Quba şəhəri Mehdi Hüseynzadə küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə, xx.xx.1997-ci ildə Ağdam rayonunun Suma kəndində anadan olmuş, evli, Yevlax Rayon X14 Hüquqi Şəxsinin Reanimasiya şöbəsində həkim anestezioloq - reanimatoloq vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Baş Qərvənd kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 314.2ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 xidmətdə - Yevlax Rayon X14 Hüquqi Şəxsinin Cərrahiyyə şöbəsinin həkim-travmatoloq-ortopedi kimi işdə olarkən işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X6 ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o, vəzifəli şəxs kimi “Yevlax rayon Mərkəzi Xəstəxanası” X25 Cərrahiyyə şöbəsinin həkim-travmatoloq-ortopedi vəzifəsində xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixədək işlədiyi dövrdə 2024-cü ilin iyul ayının əvvəllərində həmin xəstəxananın xəstə qəbulu bölməsinin müdiri Şahid3 ona xx.xx.2010-cu il tarixdə Ağcabədi rayonundan anadan olmuş, Bərdə rayonu Hacallı kəndində qeydiyyatda olmaqla yaşamış X6 “sağ əlin İV barmaq proksimal interfalanqeal oynaq yarığı” xəsarətindən şikayəti olduğunu şifahi olaraq deməsindən sonra o, heç bir əsas olmadan cəmiyyətdə və işlədiyi müəssisədə digərlərinin yanında özünün mövqeyini və nüfuzunu yüksəltmək, maddi qazanc əldə etmək və sair niyyətlə Bərdə rayonu Hacallı kəndində qeydiyyatda olmuş Nərminə Kazımovanın onun işlədiyi “Yevlax rayon Mərkəzi Xəstəxanası” X26 tibbi müayinədən keçməsi üçün ona müraciət etməsinə nail olaraq ilk dəfə xx.xx.2024-cü ildə Nərminə Kazımovam sonuncunun valideyini ilə birlikdə qəbul edərək Nərminə Kazımovanın tibbi sənədlərinə əsasən sonuncuya “birinci əl daraq sümüyünün sınığı” diaqnozu ilə “Bərdə rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Travmatalogiya və Ortepediya İnstitutuna ixtisaslı tibbi yardım üçün planlı göndəriş verildiyini bildiyi halda və onun işlədiyi Yevlax Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə heç bir tibbi göndəriş və qanuni əsas olmadığı halda Nərminə Kazımovanın əyani tibbi müayinəsini apararaq sonuncuda “bilək və əlin digər hissələrinin əzilməsi", “oynaqların başqa rubrikalarda təsnif olunmayan digər zədələnmələri”, “oynaqda ağrı” və “əlin digər barmağını açan əzələ və onun vətərinin bilək və əl səviyyəsində travması” diaqnozlarının olmasını bir daha bilərək “Yevlax rayon Mərkəzi Xəstəxanası” X25 06 mart 2017-ci il tarixli “Həkim-travmatoloq-ortopedin” vəzifə təlimatının” 6-cı bəndinə əsasən həkim-travmatoloq-ortoped olaraq tibbi praktikada tətbiqinə icazə verilmiş, müasir profilaktikadiaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli olduğu halda həmin təlimatın tələblərini pozaraq işinə vicdansız və laqeyd münasibət göstərməklə, təlimatla üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyərək xəstəni ambulator qaydada tibb müəssisəsinə qəbul etdiyi vaxtdan ölüm anına qədər olan dövr ərzində vəziyyətinin ağırlığını nəzərə alaraq onda mövcud olan pataloji vəziyyətin aradan qaldırılması üçün adekvat tibbi yardımların və operativ müdaxilənin daha ixtisaslı tibb müəssisəsində aparılmasının təşkil edilməsini təmin etməli olduğu halda onu heç bir ixtisaslı tibb müəssisəsinə göndərməmiş, əksinə xəstəni ağır vəziyyətdə qoymaqla müvafiq tibbi yardımların tam həcmdə görülməsini təmin etməyərək yəni xəstəyə zəruri tibbi yardımları göstərməməsinə gətirib çıxartmaqla Nərminə Kazımovanın xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərində Bərdə rayonu, Hacallı kəndindən Yevlax şəhəri ərazisində yerləşən “Yevlax rayon Mərkəzi Xəstəxanası” X25 Cərrahiyyə şöbəsinə gələrək orada tibbi müayinələrdən keçməsini həyata keçirtməklə xəstənin vəziyyətinin ağırlaşması və patalogiyanın daha da dərinləşməsinə gətirib çıxarmış, xx.xx.2024-cü il tarixdə sonuncu dəfə Nərminə Kazımovanı özünün işlədiyi şöbədə tibbi müayinədən keçirərək sonuncuda aşkar etdiyi “Əlin digər barmağını açan əzələ və onun vətərinin bilək və əl səviyyəsində travması” diaqnozuna əsasən Nərminə Kazımovanın üzərində “sağ əlin 4-cü barmağının açıcı vətərin tenolizi” cərrahi əməliyyatı aparılmasını məsləhət görmüş, lakin cərrahiyyə əməliyyatına başlamamışdan əvvəl “Yevlax rayon Mərkəzi Xəstəxanası” X25 06 mart 2017-ci il tarixli “Həkim-travmatoloq-ortopedin vəzifə təlimatının” 7-cı bəndinə əsasən həkim-travmatoloqortoped olaraq müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik- laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli olduğu halda bunlara əməl etməyərək Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisəslərində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatların”ın 24.1-ci bəndinin (ona həvalə edilmiş vəzifə öhdəliklərininin vaxtında və keyfiyyətli həyata keçirilməməsi) tələblərini pozaraq Nərminə Kazımovanın cərrahi əməliyyatından əvvəl rentgenoloji müayəsinin aparılmasını təmin etməmiş, habelə “Həkim-travmatoloq-ortopedin vəzifə təlimatının” 8-ci bəndinə əsasən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edib və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və müstəqil surətdə aparmalı olduğu halda bunlara əməl etməyərək əməliyyatdan əvvəl Nərminə Kazımovanın müayinəsi zamanı onun hər hansı bir dərman preparatlarına qarşı allergik reaksiyalarının olmasını anesteziloq həkim tərəfindən anamnestik olaraq müəyyən edilməsinə əməliyyat blokuna cavabdeh olan vəzifəli şəxs olaraq nəzarət etməli olduğu halda bunlara da əməl etməyərək işinə vicdansız və laqeyd münasibət göstərməklə öz xidməti vəzifəsini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyərək səhlənkarlıq etməklə müayinələrin ətraflı aparılmasını təmin etməmiş, müalicə taktikasında səhvlərə və nöqsanlara yol vermiş, xəstənin vəziyyətinin ağırlığının davam etməsini nəzərə alaraq ona göstərilmiş tibbi xidmət qanunvericilikdə nəzərdə tutulmuş normativ-hüquqi aktların tələblərinə uyğun olmamış, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Yevlax rayon Mərkəzi Xəstəxanası” X25 Cərrahiyyə şöbəsinin əməliyyat blokunda Nərminə Kazımovanın üzərində “sağ əlin 4-cü barmağının açıcı vətərin tenolizi” cərrahi əməliyyatı aparılmasına başlamış, əməliyyat zamanı onun öz işinə vicdansız və laqeyd münasibət göstərməklə öz xidməti vəzifəsini yerinə yetirməyərək həkim anesteziloq - reanimatoloq Təqsirləndirilən şəxs2 Nərminə Kazımovam əməliyyatdan əvvəl hər hansı bir dərman preparatlarına qarşı allergik reaksiyalarının olmasını müəyyən etməsini həyata keçirməsinə nəzarət etmədiyindən həkim anesteziloq - reanimatoloq Təqsirləndirilən şəxs2 tərəfindən xəstə Nərminə Kazımovaya verilmiş intubasion anesteziya zamanı anesteziyanın giriş narkozunda (propofol) xəstə Nərminə Kazımovanın səhhətində anesteziyaya qarşı allergik reaksiya fonunda ağırlaşma və hemodinamik göstəricilərin pozulması baş vermiş, bundan sonra xəstənin səhhətini yaxşılığa doğru dəyişmək üçün Təqsirləndirilən şəxs2 tərəfindən xəstə Nərminə Kazımovaya sol körpücükaltı venanın kateterizasiyası həyata keçirilsə də, lakin həmin kateterizasiyanın texnika qüsurla icra edilməsi nəticəsində venanın arxa divarının həm də sol ağciyərin yuxarı payının zədələnməsi nəticəsində kəskin qanitirmə ilə Nərminə Kazımovanın ehtiyatsızlıqdan ölməsinə səbəb olan Yevlax Rayon X14 Hüquqi Şəxsinin Cərrahiyyə şöbəsinin həkimtravmatoloq-ortopedi kimi işinə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə səhlənkarlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 xidmətdə - Yevlax Rayon X14 Hüquqi Şəxsinin Reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloq kimi işdə olarkən işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X6 ölümünə səbəb olan səhlənkarlıq etmiş və vəzifəli şəxs olaraq sair şəxsi niyyətlə rəsmi sənədlərə həqiqi məzmununa uyğun gələn məlumatları daxil etməyərək rəsmi sənədə məzmununu təhrif edən düzəlişlərlə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Belə ki, o, vəzifəli şəxs kimi “Yevlax rayon Mərkəzi Xəstəxanası” X25 Reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloq vəzifəsində xx.xx.2024-cü il tarixdən etibarən işlədiyi müddətdə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində “Yevlax rayon Mərkəzi Xəstəxanası” X25 Cərrahiyyə şöbəsinin həkim-travmatoloqu vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ona xx.xx.2010-cu il tarixdə Ağcabədi rayonundan anadan olmuş, Bərdə rayonu Hacallı kəndində qeydiyyatda olmaqla yaşamış X6 üzərində “sağ əlin 4-cü barmağının açıcı vətərin tenolizi” cərrahi əməliyyatı aparılacağını bildirdikdən sonra o, cərrahiyyə blokuna gələrək Nərminə Kazımovanın üzərində cərrahiyyə əməliyyatına başlamamışdan əvvəl “Yevlax rayon Mərkəzi Xəstəxanası” X25 06 mart 2017-ci il tarixli “Həkim-anestezioloq- reanimatoloqun” vəzifə təlimatının” 6-cı bəndinə əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli olduğu halda, habelə həmin Təlimatın 7-ci bəndinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli olduğu halda, həmçinin həmin Təlimatın 8-ci bəndinə əsasən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edərək nəzarət etməli, zəruri diaqnostik, müalicə və reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və müstəqil surətdə aparmalı olduğu halda “Həkim- anestezioloq-reanimatoloqun” vəzifə təlimatının” qeyd edilən həmin bəndlərinin tələblərini və Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisəslərində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatların”ın 24.1-ci bəndinin (ona həvalə edilmiş vəzifə öhdəliklərininin vaxtında və keyfiyyətli həyata keçirilməməsi) tələblərini pozaraq işinə vicdansız və laqeyd münasibət göstərməklə, təlimatla və əmrlə üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyərək səhlənkarlıq etməklə anamnezin toplanması, klinik- laborator tədqiqatların və müayinənin ətraflı aparılmasını təmin etməyib xəstə Nərminə Kazımovanın cərrahi əməliyyatından əvvəl rentgenoloji müayəsinin aparılmasını və Nərminə Kazımovanın hər hansı bir dərman preparatlarına qarşı allergik reaksiyalarının olmasını anamnestik olaraq müəyyən edilməsini təmin etməyərək xx.xx.2024cü il tarixdə saat 12 radələrində Yevlax rayon Mərkəzi Xəstəxanası” X25 Cərrahiyyə şöbəsinin əməliyyat blokunda Nərminə Kazımovanın üzərində “sağ əlin 4-cü barmağının açıcı vətərin tenolizi” cərrahi əməliyyatı aparılmasına başlanılmış, o, Nərminə Kazımovam əməliyyatdan əvvəl hər hansı bir dərman preparatlarına qarşı allergik reaksiyalarının olmasını müəyyən etməsini həyata keçirmədiyindən, müalicə taktikasında səhvlərə və nöqsanlara yol verdiyindən onun tərəfindən əməliyyat zamanı xəstə Nərminə Kazımovaya verilmiş intubasion anesteziya zamanı anesteziyanın giriş narkozunda (propofol) xəstə Nərminə Kazımovanın səhhətində anesteziyaya qarşı allergik reaksiya fonunda ağırlaşma və hemodinamik göstəricilərin pozulması baş vermiş, o, Nərminə Kazımovanın səhhətini yaxşılığa doğru dəyişmək üçün bədəninin yuxarı ətraf vena daxilinə maye dərman preparatlarını yeritmək məqsədilə venanın daxilinə sol körpücükaltı nahiyədən venanın kateterizasiyasını həyata keçirən zaman xəstənin vəziyyətinin ağırlığının davam etməsini nəzərə alaraq xəstəyə göstərilmiş tibbi xidmət qanunvericilikdə nəzərdə tutulmuş normativ-hüquqi aktların tələblərinə uyğun olmayaraq o, kateterizasiyanı səhlənkarlıq edərək texniki qüsurla icra etməklə venadaxili kateterin hissəsi olan istinad iynəsini ehtiyatsızlıqdan körpücükaltı nahiyədən döş boşluğuna nüfuz edərək Nərminə Kazımovanın sol ağciyərinin yuxarı payında bir ədəd 0,4x0,4 sm ölçülü dairəvi, ətrafı qansızmalı deşilmiş yara xəsarəti yetirərək Nərminə Kazımovanın ehtiyatsızlıqdan ölümünə səbəb olan bədəninin venasının arxa divarını həm də sol ağciyərin yuxarı payını zədələməsi ilə yaranmış kəskin qanitirmə nəticəsində Nərminə Kazımovanın ölməsi ilə nəticələnən səhlənkarlıq etmişdir. Bundan başqa o, vəzifəli şəxs kimi “Yevlax rayon Mərkəzi Xəstəxanası” X25 Reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloq vəzifəsində işlədiyi müddətdə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində “Yevlax rayon Mərkəzi Xəstəxanası” X25 Cərrahiyyə şöbəsinin əməliyyat blokunda Nərminə Kazımovanın üzərində “sağ əlin 4-cü barmağının açıcı vətərin tenolizi” cərrahi əməliyyatı aparılan zaman onun tərəfindən əməliyyat zamanı xəstə Nərminə Kazımovaya verilmiş intubasion anesteziya zamanı anesteziyanın giriş narkozunda (propofol) xəstənin səhhətində anesteziyaya qarşı allergik reaksiya fonunda baş vermiş ağırlaşma və hemodinamik göstəricilərin pozulmasının qarşısını almaq üçün xəstənin bədəninin yuxarı ətraf vena daxilinə maye dərman preparatlarını yeritmək məqsədilə venanın daxilinə sol körpücükaltı nahiyədən venanın kateterizasiyasını texniki qüsurla icra etməklə venadaxili kateterin hissəsi olan istinad iynəsini ehtiyatsızlıqdan körpücükaltı nahiyədən döş boşluğuna nüfuz edərək Nərminə Kazımovanın sol ağciyərinin yuxarı payında bir ədəd 0,4x0,4 sm ölçülü dairəvi, ətrafı qansızmalı deşilmiş yara xəsarəti yetirərək Nərminə Kazımovanın ehtiyatsızlıqdan ölümünə səbəb olduqdan sonra o, xx.xx.2025-ci il tarixdə saat 12 radələrindən sonra istintaqla müəyyən edilməyən saatda gün ərzində “Yevlax rayon Mərkəzi Xəstəxanası” X25 inzibati binasının Reanimasiya şöbəsində “Yevlax rayon Mərkəzi Xəstəxanası” X25 06 mart 2017-ci il tarixli “Həkim-anestezioloq-reanimatoloqun” vəzifə təlimatının” 15-cı bəndinin tələblərinə əsasən tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etməli olduğu halda buna əməl etməyərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş rəsmi sənəd hesab edilən xx.xx.2024-cü il tarixdə X2 barəsində Yevlax rayon Mərkəzi Xəstəxanası” X26 açılmış 256026 nömrəli xəstəlik tarixinin “epikriz” bölməsinə, X2 barəsində Yevlax rayon Mərkəzi Xəstəxanası” X26 açılmış ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa və 256026 nömrəli xəstəlik tarixinin “müşahidə gündəliyi” bölməsinə vəzifəli şəxs kimi xəstənin epikrizi və xəstəyə edilən təyinatlar barədə göy rəngli diyircəkli qələmlə əlyazma xətti ilə daxil etdiyi məlumatlarda xəstə Nərminə Kazımovaya əməliyyat zamanı etdiyi təyinatların həqiqi məzmununa uyğun gələn məlumatların hamısını daxil etməyib özünün vəzifə səhlənkarlığını gizlətmək üçün şəxsi niyyyətlə əməliyyat zamanı xəstə Nərminə Kazımovanın üzərində etdiyi təyinatlardan “Nərminə Kazımovanın venasının daxilinə sol körpücükaltı nahiyədən venanın kateterizasiyasını həyata keçirməsi və həmin kateterizasiyasını texniki qüsurla icra etməsi” ilə bağlı məlumatları bilə-bilə daxil etməyərək və həmin rəsmi sənədlərə Nərminə Kazımovanın “ürək-ağciyər çatışmazlığından ölməsi” barədə məzmununu təhrif edən düzəlişlərlə bilə-bilə yalan məlumatlar daxil edərək qəsdən vəzifə saxtakarlığı etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 313 və 314.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyul ayının əvvəllərində Yevlax RMX-da işləyən Vəfa öz qohumunun sağ əlinin şəkilini ona göndərmişdir. O da Vəfaya bildirmişdir ki, uşağın özünə baxmalıdır. Uşağın barmağına baxanda post travmatik proksimal, yəni ələ yaxın sahənin oynaq arasında olan vətər və əzələlərin zədələnməsi aşkar olunmuşdur. Xəstənin qohumlarının sözlərinə görə əvvəllər bir neçə tibb müəssisəsində olamuşlar. Onlara həmin müəssisələrdə yardım göstərilməmişdir. Yəni onlara heç bir müalicə təklif olunmamışdır. Bunlara kömək olunmamasının səbəbi post travmatik zədələmədən sonra əzələdə gərginlik və ödem olmasıdır. O da konservativ müalicə təkif etmiş və gedişata baxmağı məsləhət görmüşdür. Konservativ müalicə 1 ay çəkmişdir. Konservativ müalicə gips arası hərəkət məhdudluğu, əzələ və vətər üçün lazım olan müəyyən dərmanlardan ibarətdir. 2-3 həftədən sonra demək olar ki, şiş yatmışdır, amma hərəkət məhdudluğu qalmışdır. Bir aydan sonra qərara gəlmişdir ki, barmağı ancaq əməliyyatnan bərpa etmək olar. Könül xanımla anestezioloqla məsləhətləşmişdir ki, bu uşağa əməliyyat lazımdır. Uşağın barmağında yumşaq toxumalara mikrocərrah olaraq müdaxilə lazımdır və bunun üçün uşağın hərəkətsizliyi mütləqdir. Protokola görə uşaqlarda belə mikrocərrahiyə əməliyyatı icra edilərkən yerli yox, ümumi anesteziya olmalıdır, yəni venadaxili və ya trubka ilə tənəffüs yoluna narkoz vermək lazımdır. Bir həftə əvvəl xəstə gəlmiş və Könül həkim baxmışdır. Xəstənin heyzi olmuşdur. Heyzə görə əməliyyat təxirə salınmışdır. Sonra mikrocərrahiyə üçün tikiş materialları olmadığına görə əməliyyat təxirə salınmışdır. O mikrocərrahiyə üçün lazım olan materialları və alətləri sifariş vermişdir. Dövlət xəstəxanalarında mikrocərrahiyə olmadığına görə həkimlər lazım olan material və alətləri özləri sifariş edirlər. Məsələ onda da elə olmuşdur. Xəstəxanada olmadığı üçün o müəyyən tikiş materiallarını və alətləri sifariş etmişdir. Əməliyyat bir gün də sifarişlərin gəlmədiyi üçün təxirə salınmışdır. xx.xx.2024-cü il tarixdə uşağa yenidən baxılmışdır. Uşaq müəyyən müayinələrdən keçirilmişdir. Uşaqda hemotoloji əlamətlər aşkar olunmuş və hemotololi problemin olmaması üçün hemotoloq həkim məsləhət görülmüşdür. Onlar hemotoloq həkimin yanına getmişlər, uşaq müalicə olunmuş və analizlərin cavabı müsbət olmüşdur. Bir həftə əvvəl olan rentgeni də onlarda olmuşdur. Həmin gün xəstənin ürəyinin yoxlanılmasını da xahiş etmişdir. Ürək yoxlanılmış və ürəkdə heç bir problem olmamışdır, yəni remikardit deyilən problem olmamışdır. Əməliyyat vaxtı Könül həkim ona yaxınlaşmış və rəy vermişdir ki, əməliyyat olar, yəni uşaq hazırdır. Uşağı əməliyyat blokuna qaldıranda əməliyyatdan əvvəl uşağa yaxınlaşmışdır. Həmin vaxt (premedikasiya deyilən vaxt), yəni narkoza hazırlanan vaxt Könül həkim ona demişdir ki, o sterilizasiya otağına keçsin xəstə hazır olanda ona xəbər verəcəklər. O da sterilizasiya otağına getmişdir. Otaqlar arasında 7-8 metr məsafə vardır. Həmin gün başqa xəstələrdə olduğundan telefonda olan zənglərə də cavab vermişdir. 5-6 dəqiqə sonra onun əməliyyat köməkçisi tibb bacısı Məhbubə ona yaxınlaşıb xəstənin vəziyyətinin pis olduğunu bildirmişdir. O əməliyyat otağına yaxınlaşıb nə baş verdiyi barədə maraqlananda Könül həkim bildirmişdir ki, uşaq larinqaspazm olubdur. Anesteziya onun sahəsi olmasa da, bilir ki, larinqaspazm tənəffüs yolunun qıcığa görə sıxılması, dərin narkoz və ya allergiyaya görə ola bilər. Bu halda isə ehtimal etmişdir ki, xəstə dərin narkoz altındadır. Könül həkimdən soruşmuş, Könül həkim demişdir ki, inkubasiya edə bilməmişdir. Həmin vaxt orada Əhməd həkim də olmuşdur. Hər ikisi maskalı tənəffüs bərpa etməyə çalışmışlar. Çünki maskasız saturasiya düşürdü, ona görə də maskanı geyindirmişdirlər ki, tənəffüs saxlanılsın. Bu anda Gülağa həkim və başqa inzibati işçilər gəlmişlər. Fərid həkim direktor müavini, Fazil həkimə zəng etmişdir ki, köməyə gəlsin. 15 dəqiqə sonra Fazil həkim gəlmiş və müdaxilə etməyə başlamışdır. Yəni remotoloji yardım göstərməyə başlamışdır. Xəstəyə nə vurduğunu bilmir, amma taktiki olaraq merilaksantlar vurulmalıdır. Vurulsa spazm aradan qalxmalıdır. Amma bu revanksantlardan heç bir kömək olmamışdır. Saturasiya yenə maskada qalırdı, maskasız qalmırdı. Fazil həkim üç dəfə inkubasiya etmək istəmiş, ancaq alınmamışdır. Sonra Fazil həkim Fərid həkimə göstəriş vermişdir ki, zəng edib Elmi həkimi çağırsın. Elmi həkim 30-dəqiqə sonra gəlmişdir. O otaqdan hər dəfə çıxmışdır, çünki Gülağa həkim öz telefonunda pul bitdiyindən onun telefonu ilə sanaviasiyaya zəng etmişdir. Sanaviasiya (briqada həkimləri) kömək lazım olanda həkimlərə köməyə gəlirlər. Bu vaxt o aşağı enmişdir. Uşağın valideynləri ondan uşaq barəsində maraqlananda, onlara məlumat vermişdir ki, uşağın vəziyyəti pisdir, amma briqada gələcək və kömək edəcəkdir. Sanaviasiyanın nə olduğunu valideynlərə anlatmaq çətin olduğundan belə demişdir. Aşağı düşməsinin səbəbi digər başqa regiondan gələn xəstələrinə qəbul edə bilməyəcəyini demək, eyni zamanda uşağın valideynlərinə vəziyyəti barədə məlumat vermək olmuşdur. O yuxarı qalxanda xəstə traxeostomiya olmuşdur. Yəni Elmi həkim gəlib traxeostoma əməliyyatını icra etmişdir. Eyni zamanda bir-iki həkim əlavə olunmuşdur. Xamis həkim gəlmişdir. Xamis həkimə yaxın gələndə uşağın sol tərəfində şişkinlik görmüşdür. Həmin şişin infuzemaya oxşadığını demişdir. Sonra o Xamis həkimdən şişin infuzema olduğu barədə maraqlanmışdır. Xamis həkim ona şişin infuzema olduğunu demişdir. Elmi həkimə infuzema baş verdiyini demişdir. Sonra traxeostomik boru çıxarılıb intubasion trubka qoyulmuşdur. Amma buna baxmayaraq saturasiya düşmüşdür, yəni sapturasiya bərpa olunmamışdır. İnfuzema boyundan aşağı ətrafa yayılırdı. Sonra digər həkimlər Marif, Arifə və qinekoloq həkim ora gəlmişlər. Onlar əlavə müayinə və UZİ etmişlər. Mədədə maye olduğu aşkar olmuşdur, nə maye olduğunu isə bilməmşdir. Elmi həkim cərrahi əməliyyatdan sonra xəstəni tərk edib çıxıb getmişdir. Orada artıq o, Xamis və Marif həkim qalmışlar. Marif həkim xəstənin ağ ciyərinə qulaq asmış, tənəffüs olub-olmamasını yoxlamışdır. Sonra o yenidən aşağı enəndən sonra Gülağa həkim rəhbərliklə məsləhətləşib xəstənin ölməsi barədə prokurorluğa məlumat verilməsini əmr etmişdir. Əlavə olaraq bildirmişdir ki, hansı anesteziyanın verilməsini anestezioloq özü seçir. Xəstədə hansısa xəstəlik olarsa o vaxt konsilium ola bilər. Xəstəlik olmayanda anestezioloq həkim hansı narkozun verilməsi barədə qərarı özü qəbul edir. Xəstənin vəziyyəti pisləşən zaman orada üç anestezioloq həkim (Əhməd, Könül, Fazil həkim) olmuşlar. Ümumi protokola görə tənəffüs yolu bərpa olunmursa ilk növbədə konikatamiya olunmalıdır. Konikatamiya traxeostomiyanın yüngül formasıdır. Hər iki müdaxilədə tənəffüs yolu bərpa olunur. Konikatamiyanın fəsadları olmur. Xəstənin traxeostomiya olmasına verilən qərarın səbəbələrini bilmir. Bu əməliyyatın olunmasına rəy verməmişdir. Sanaviasiyaya zəng etmək üçün Gülağa həkimə telefonu verəndə əməliyyat otağından çıxan zaman, Fazil həkimin Elmi həkimin traxestomiya əməliyyatının icra olunması məqsədi ilə çağırılması əmrini verdiyini eşitmişdir. İlkin baxışda xəstədə ağırlaşma hiss olunmamışdır. Dərin narkoz olanda belə simptomlar ola bilər. Dərin narkoz – narkozun dozasının çox verilməsi deməkdir. Dərin narkozun fəsadları çoxdur ürəyin dayanması, allergiya, beynin sönməsi və larinqaspazm ola bilər. Həmin vaxt xəstənin ürək döyünməsi, orqanların sağlam olması mövcud olmuşdur. Çünki maska qoyulanda orqanlar işləyirdi, maskasız nəfəs ala bilmirdi, çünki tam relaksasiya olunmuşdur. Yəni orqanalar və əzələlər boşalmışdır ki, uşaq nəfəs ala bilmirdi. Fazil həkim gəlib üç dəfə müdaxilə etmişdir. Fazil həkin bir dəfə desə də onun üç dəfə müdaxilə etdiyini görmüşdür. Uşağın ağzında maye yığılırdı, intubasion trubkanı qoymaq üçün gömək lazımdı, amma ağızda yığılan maye imkan vermədiyi üçün həmin maye otsosla sovurulub götürülürdü. Revmotoloji xəstəliklər allergiyaya meyilli olduğundan uşaq əməliyyatdan əvvəl revmatoloq yanına göndərilmişdir. Sonra analizdə C reaktiv zülalar və remofaktorlar sıfırda olmuşdur. İstənilən xəstəyə əməliyyatdan sonra da dərman preparatları yazılmalıdır. Bu səbəbdən əməliyyatdan əvvəl uşağı revmatoloq həkim yanına göndərmiş, dərman preperatları yazılmışdır ki, dərman preparatlarına reaksiya olmasın. Katetirizasiya venaya müdaxilə deməkdir. Venadaxili hansısa mayenin süni yolla daxil edilməsidir. Punksiya isə hansısa orqanın deşilib oradan havanın və ya mayenin çəkilməsi deməkdir. Xəstənin qollarında kateterizasiya olunmuşdur. Söl körpücük tərəfdə katetirizasiya olunmamışdır. Deşilmə ilə bağlı bildirir ki, 16-17 yaşa kimi qız, oğlan fərqi olmadan anatomik quruluş fərqli olur. Yəni boğazda venalar yaxın yerləşir. Bu səbəbdən ümumdünya protokoluna görə bu yaşda xəstələr traxeostamiya deyil, konikastomiya olunurlar. Amma xəstə traxeostomiya olunmuşdur. Uşağı nəzarətsiz qoyub aşağı endiyi üçün də özünü təqsirli bilir. Ehtimal edir ki, uşağın yanında olsaydı traxeostomiyanın icrasına mane ola bilərdi. Hazırda əməlindən səmimi peşmandır. Dəymiş ziyanı ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinə ödəmişdir. Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi onu bağışlamış, ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, hadisədən bir həftə əvvəl Bəxtiyar həkim əməliyyat üçün xəstəsinin olduğunu bildirmişdir. İşlədikləri Yevlax rayon Mərkəzi Xəstəxanasında xəstənin qohumu işləyir. Xəstənin qohumu ona yaxınlaşıb uşağın heyz olduğunu bildirmişdir. O, da heyz bitdikdən sonra gəlməsini demişdir. Xəstənin ümumi analizlərində heç bir narahatlıq görməmişdir. xx.xx.2024-cü il tarixində Bəxtiyar həkim ona yaxınlaşmış və növbəti gün xəstənin gələcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixə əməliyyat blokunda növbə götürülmüşdür. Ümumi standartlara uyğun olaraq, əməliyyatdan əvvəl o, uşağı görmüşdür. Analiz toplama deyilən prosesi, yəni xəstənin məlumatlarının toplanılmasını həyata keçirmişdir. Həmin vaxt xəstənin yanında anası olmuşdur. Bütün analizlərə baxmışdır. Anastezioloji baxışda xəstədə qanaxma yoxdursa analizlərinin cavabları üç ay muddətində, öskürək yoxdursa onun rentgen müayinəsinin cavabı bir ay və daha çox yararlıdır. Yəni heç bir narahatlıq yoxdursa qeyd olunan müddətdə olan analizləri qəbul etmək olar. Xəstə isə bir həftə əvvəl rentgen müayinəsindən keçmiş və heç bir narahatlıq olmamışdır. Xəstənin sadəcə revmatizminin olduğu bildirilmişdir. Xəstənin əvvəllər başqa tibb müəssisələrində olması, qəbul edilməməsi barədə nə xəstənin yaxınları nə də cərrah ona məlumat verməmişlər. Anesteziya üçün əks göstərici olduğundan ilk növbədə xəstənin su içməsi və yemək yeməməsi ilə maraqlanmışdır. Aydınlaşdırmışdır ki, xəstə su içməyib, yemək yeməyibdir. Xəstəni əməliyyat blokuna ala biləcəkləri barədə bildirmişdir. Sonra xəstə əməliyyat blokuna götürülmüşdür. Anesteziyada ilk növbədə yuxu gətirən dərman istifadə olunur. Sonra əzələləri boşaltmaq, onu aparata qoşmaq üçün dərmanlar istifadə olunur. Bəxtiyar həkimlə çox əməliyyatları olmuşdur. Bir sinirə görə təxmini bir saat vaxt tələb olunur. Hər dəfə Bəxtiyar həkimlə əməliyyatın nə qədər davam edəcəyi baradə maraqlanmış və əməliyyat vaxtına uyğun anesteziya nizamlanmışdır. Bu xəstənin əməliyyatı üçün bir saat vaxt lazım idi. Çünki bir sinir bərpa olunmalı idi. Sinir əməliyyatında venadaxili anesteziya istifadə etmək olmaz. İstər dövlət, istərsə də digər xəstəxanalarda, habelə xarici ölkələrdə, anesteziyada Propofol adı ilə bilinən dərman istifadə olunur. Bu dərman xəstə yatsın deyə istifadə olunur. Sonra narkotik və əzələləri boşaltmaq üçün relaksantlardan istifadə olunur. Propofolda allergik reaksiya verməsi ehtimalı çox azdır. İlkin olaraq hər xəstədən yumurtaya allergiyasının olubolmaması ilə maraqlanırlar. Bunu maraqlanmaqlarının səbəbi Propofolun tərkibində olan maye ilə yumurtanın sarısının tərkibində olan mayenin tərkibinin eyni olmasıdır. Yumurtaya allergiyası olan olarsa onlar bu dərmanı seçməyə və ya anestesiyadan imtina edə bilərlər. Bu xəstədə yumurtaya allergiya olmadığı üçün ilkin propofoldan başlamışlar. Xəstənin ilkin göstəriciləri qaydasında olmuş, heç bir narahatlıq olmmışdır. Propofolda olan lesin adlı maddənin çox az ehtimalla allergik şok vermə ehtimallı vardır. Xəstəyə 60-70 milliqram, yəni 6-7 millilitr propofol vurulmuşdur. Xəstədə göyərmə, rəngində avazıma, ödem, saturasiyasının düşməsi müşahidə olunmuşdur. Xəstə dərmanın təsirindən yuxuya gedəndə, dərmanın təsirini yoxlamış, ona maska ventiliyasiyası vermişdir. Görmüşdür ki, bu xəstədə əlamətlər digər xəstələrdə olan kimi olmamışdır. İynədən sonra saturasiya düşməməlidir. Lakin bu xəstədə saturasiya şiddətlə düşməyə başlamışdır. Bu zaman allergik reaksiyadan şübhələnmiş və tibb bacılarından digər həkimlərin çağırılmasını xahiş etmişdir. Həmin vaxt spazm əlamətləri olmuşdur. Əzələ relaksantları deyilən dərmanlar həmin vaxt vurulmamışdır. Relaksantı vurmuş intubasiya etmək istəmişdir. Xəstəni aparata qoşanda ağız nahiyəsindən trubka qoymaq istəmiş, lakin allergik reaksiyalarda olan şişlər kimi boğazda elə ödem baş verdiyini görmüşdür. O vəziyyətdə trubkanın yerləşdirilməsi mümkün deyildi. Trubkanı qoymaq mümkün olmamış, lakin maska ventiliyasiyasını davam etmişdir. Nə qədər vaxt keçdiyini bilmir, o və Əhməd həkim maska ventiliyasiyasını davam etmişlər. Həmin vaxt saturasiya 98-ə yüksəlmişdir. O xəstə ilə məğul olan zaman, digər həkimlər, baş həkim və inzibati işçilər də gəmişlər. Çünki ümumi çağırış etmişdir. Anesteziyada bu kimi hallarda ümumi çağırış olmalıdır. Reanimasiyadan həkim və direktor anestezioloq olduqlarına görə onları köməyə çağırmışdır. Direktor gələndə xəstənin saturasiyası 98-99 olmuşdur. 90 üzərində saturasiya qaydasındadır deməkdir. Ödemə görə baş həkim sanaviasiya ilə əlaqə saxlamışdır. Sanaviasiya çətin situasiyalarda briqada həkimlərin gəlməsi və ya onlarla telefon əlaqəsinin yaranmasıdır. Telefon əlaqəsi yaranmış və Mingəçevir şəhərindən sanaviasiyanın həkimi xəstənin şokdadırsa vəziyyətdən çıxacağını bildirərək, nə etməli olduğunu demişdir. Əhməd həkimlə maska ventiliyasiyasını davam etmişlər. Direktor gəlmiş, o da maska ventiliyasiyasını davam etdirmişdir. İntubasiya etməyə cəhd etmiş, lakin intubasiya edə bilməmişdir. Qərara gəlmişdir ki, intubasiya etməli və ya traxeostamiya olunmalıdır. Bu halda konikastomiya etmək olmazdı, çünki konikastomiyada trubka çox qısa olduğu üçün onu oksigen aparatına qoşmaq mümkün deyil. Bu halda ancaq traxeostomiya mümkündür. Xəstə traxeostomiya olmuşdur. Baş həkim bildirmişdir ki, traxeostomiya olunmalıdır, başqa formada saturasiya bərpa olunmayacaqdır. O da yaşı az olduğuna görə baş həkimin dedikləri ilə razılaşmışdır ki, xəstə traxostoma olmalıdır. Ümumi cərraha məlumat verilmiş, ümunu cərrah gəlmiş və traxeostomiya əməliyyatını icra etmişdir. Traxeostomiya əməliyyatı icra olunandan sonra xəstənin ağ ciyərinə fonendoskopla qulaq asmış, lakin tənəffüs səsi eşitməmişdir. Bunu ümumi cərraha bildirmiş, o da traxeostomanın tənəffüsü bərpa edəcəyini bildirmişdir. Sonra xəstənin boynunun arxasında ödemə yə şiş əmələ gəlmişdir. Şiş dəri altına hava getdiyi kimi şiş olmuş və əl vuranda azalmışdır. Sonra oksigen aparatının göstəricilərində oksigen axımının olmadığını görmüşdür. Oksigen aparatında oksigenin axımına nəzarət etmək olur. O yenə bildirmişdir ki, oksigen axımı yoxdur, traxeostoma düzgün yerləşdirilməyibdir. Ümumi cərrah yenidən dəvət olunmuş, o traxeostomanın yerini dəyişdirmişdir. Ondan sonra ürək dayanması baş vermişdir. Xəstənin boynundan aşağı ödemə artmağa başlamışdır. Reanimasion tədbirlər görülmüşdür. Əməliyyat böyu bütün mayeləri, dərmanları sol qolun katetirizasiyasından daxil etmişlər. Körpücük altı katetrizasiya olunmamışdır. Ümumiyyətlə xəstəxananın anbarında bəlkə vaxtı keçdiyinə görə geri qaytarmaq üçün qalma ehtimalından başqa xəstəxana daxilində, əməliyyat blokunda körpücük altı katetr yoxdur. Körpücük altı katetr açılması, qoyulması üçün ən azı 25-30 dəqiqə vaxt lazımdır. Bundan başqa, əlavə tibb bacısının köməyi lazımdır, yəni anestezioloqun tək başına gizli edəcəyi müdaxilə deyil. Buna ehtiyac da olmayıb çünki xəstənin sol qolundan katetr istifadə ediblər. Xəstənin boynunda ancaq traxeostomanın qoyulduğu, sökülüb yenidən qoyulduğu vaxt fiksasiya olanda tikildiyi yerin izləri ola bilər. Rayon xəstəxanalarında sinir əməliyyatı üçün ümumi anesteziyadan istifadə olunur. Hazırda əməlindən səmimi peşmandır. Dəymiş ziyanı ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinə ödəmişdir. Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi onu bağışlamış, ondan şikayət və tələbi yoxdur. Himayəsində azyaşlı və yeni doğulmuş körpə uşaqları var. Qeyd edilənlərin nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X15 verdiyi ifadəsində göstərmişdir ki, oynayan zaman uşağının barmağı çıxmışdır. Uşağı Qəsəbə deyilən ərazidə olan sınıqçının yanına aparmışdır. Uşağın barmağının şişdiyini görüb yenidən həmin sınıqçının yanına aparmışdır. Sınıqçı heç nə olmadığını bildirmiş və yenidən barmağı yerinə salmışdır. Evdə şişin çəkilməsi üçün müəyyən müalicəvi hərəkətlər etmiş, lakin barmağın şişi çəkilməmişdir. Sonra uşağı Bərdə RMX-ya aparmışlar. Orada travmatoloq Xalid həkim onun qızını yoxlamışdır. Sonra Bakı şəhərində yerləşən Travmatologiya institutuna göndəriş yazmışdır. Bakı şəhərində yerləşən Travmatologiya institutunda uşağın barmağına baxıb sınıq-qırıq olmadığını bildirmişlər. Orada uşaq bütün müayinələrdən keçmişdir və ona bildirmişlər ki, oraya qırıq-sınığı olanları yollayırlar onun uşağında isə heç nə yoxdur. Sonra müxtəlif xəstəxanalara göndəriş verilmişdir. Onlar da bezərək Bərdə rayonuna geri qayıtmışlar. Yevlax RMX-da işləyən qohumuna zəng etmiş və kömək edə biləcək həkim olubolmadığı barədə maraqlanmışdır. Qohumu Yevlax RMX-da həkimin olduğunu bildirmişdir. Bəxtiyar həkimin istəyi ilə onlara uşağın sənədlərinin və barmağının şəkillərini göndərmişdir. Göndərilən sənəd və şəkillərə baxıb heç bir şey olmadığını bildirmişlər. Sonra uşağı Yevlax RMX-ya aparmışdır. Orada Bəxtiyar adlı cərrah onun qızının barmağına baxmış və uşağı müalicə edib sağaldacağını bildirmişdir. Daha sonra uşaq bütün analizlərdən keçmiş və ona bildirmişdir ki, qızının barmağında vətər dağılıbdır və revmatizması var, ona görə barmağının şişi çəkilmir. Bəxtiyar həkim onun qızının əlini gipsə qoymuş və bildirmişdir ki, qızının revmatizması aşağı endikdən sonra əlini əməliyyat edəcəkdir. Uşağın əli 40 gün gipsdə qalmışdır. Gips açılanda barmağın şişi çəkilib getmişdir. Lakin həkim uşağın revmatizması olmasını bildirmiş və hər üç gündən bir uşaq qan analizi vermişdir. Uşagın barmağı üzərində böyük cərrahiyə əməliyyatı olacağı bildirilmiş və növbəti gün gəlməsi tələb olunmuşdur. Əməliyyat olunacağı gün narkoz veriləcək deyə xəstəxanaya uşağı ac-susuz aparmışdır. Orada qızını xəstəxananın 2-ci mərtəbəsinə qaldırmışlar və sistem köçürmüşlər. Orada tanımadığı həkim əlində bir vərəq tutub uşağın nədən əməliyyat olunacağı ilə maraqlanmışdır. O da ciddi bir şey olmadığını, sadəcə əməliyyat edilib vətərinin tikiləcəyini bildirmişdir. Onun uşağına xəstəxanada baxan olmamışdır. Uşağa sistem qoşulub köçürüləndə sistemin qutarmasına və onun yüksək səslə qışqırmasına baxmayaraq onun uşağına baxan olmamışdır. Uşaq hər dəfə çox qorxmuşdur. Uşağı əməliyyata aparan zaman Könül adlı narkoz həkimi uşağın çəkisinin nə qədər olduğu ilə maraqlanmışdır. Həkimə uşağın çəkisinin ondan nə üçün maraqlandığını tərəziyə çıxardıb öyrənməsini və nə qədər səhlənkar olduğunu söyləmişdir. Uşaq əməliyyata götürüldükdən sonra xeyli vaxt keçməsinə baxmayaraq, ona heç bir məlumat verməmişlər. Bəxtiyar həkim orada heç nə olmamış kimi davranmış, lakin işçilər arasında böyün həyəcan olduğu hiss olunmuşdur. Bəxtiyar həkim birinci mərtəbəyə enmiş, o, Bəxtiyar həkimdən nə baş verdiyini soruşduqda ona bildirmişdir ki, əməliyyatı yekunlaşdırıb, amma qızı hələ də narkozdan ayılmamışdır. Daha sonra Bəxtiyar yenidən yuxarı qalxmışdır. Saat 17:00 radələrində ona bildirmişlər ki, qızı rəhmətə getmişdir. Uşağın içəri orqanları zədələnmiş, üzərində başqa əməliyyatlar aparılmış onun isə bütün bunlardan məlumatı olmamışdır. Usaq xəstəxanaya sağlam getmişdir. Hazırda təqsirləndirilən şəxsləri bağışlamışdır. Təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əməliyyat olan gün nanar fasiləsində evə getmişdir. Xəstəxanadan baş həkim ona zəng edib əməliyyat blokunda narahatlıq olduğu və ora yaxınlaşmasını bildirmişdir. O xəstəxanaya getmiş əməliyyat blokunda xəstəni və həkimləri görmüşdür. Xəstəyə baxmış və xəstənin bəbəklərinin genişləndiyini görmüşdür. Xəstədə ürəkdəyanma olmuşdur. Xəstəyə qapalı masaj edilib, oksigen verilirdi. Xəstədə spazma olduğu üçün keçiricilik yaxşı deyildi. Bu səbəbdən o kardioloqu, Elmi həkimi, terapevt Adil həkimi təcili çağırmışdır. Orada kansilium etmişlər ki, xəstə təcili traxeostoma olmalıdır. Çünki toxumalar oksigenlə tam təmin olunmurdu. Xəstə traxeostoma olunmuş, lakin 2-3 saat sonra xəstəni itirmişlər. Xəstəxanada xəstənin müayinəsi, hansı cərrahiyə əməliyyatının həyata keçirilməsi cərrah həkim tərəfindən müəyyən olunur və həmin əməliyyata görə cərrah məsuliyyət daşıyır. Anesteziyanın növünü, miqdarını və sair seçmək hüququ anestezioloq həkiminə aid olduğundan cərrah həkim anestaziya həkiminə hansı cərrahiyə əməliyyatının həyata keçirilməsini və nə qədər müddətə bitirəcəyi barədə bildirir. Anestaziya həkimi anestaziyanın növünü və miqdarını özü seçir və anestaziyanın nəticələrinə görə məsuliyyət daşıyır. O xəstəxanaya gələndə xəstə artıq itirilmişdir. Toxumalar oksigenlə tam təmin olunmadığına görə bəbəklər genişlənmişdir və beyində otyok baş vermişdir. Xəstə gənc olduğuna görə güman edildi ki, bəlkə traxeostoma olunduqdan sonra toxumalar oksigenlə tam təmin olunsa xəstənin beyni bərpa olunar və xəstə özünə gələr. Xəstə öldükdən sonra meyiti ekspertlərə verilmişdir. Ekspertiza mərkəzində hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakları ilə ölümün səbəbləri ekspertiza mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilir. Danılmaz faktdır ki, xəstənin ölümünə səbəb həkim səhvidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyul ayının 11-də X15 ona zəng edib uşagının barmağında problem olduğunu və travmatologiya institutunda yaxın durmadıqlarını söyləmişdir. O da «Semaşka» xəstəxanasına müraciət etməsini məsləhət görmüşdür. Həmin xəstəxana ilə əlaqə saxlanılmış, lakin oradanda xəstənin onlara aid olmadığnı bildirərək, yaxın durmamışlar. O da İlhamə Əliyevaya onun işlədiyi Yevlax RMX-ya yeni ortoped-travmatoloq həkim gəldiyini söyləmişdir. Həkimlə danışıb İlhamə Əliyevaya uşağın sənədlərinin və barmağının şəkillərinin vatsap proqramı vasitəsi ilə göndərməsini bildirmişdir. İlhamə şəkilləri ona göndərmiş, o da həmin şəkilləri Bəxtiyar həkimə göndərmişdir. Bəxtiyar həkim şəkillərə baxdıqdan sonra şəkildən heç nə aydın olmadığını, xəstənin onun yanına gəlməsini və xəstənin barmağına əyani baxılması lazım olduğunu bildirmişdir. X11 həkimin yanına gətirmişdir. Xəstə bütün müayinələrdən keçmişdir. Uşaqda revmatizma olduğundan əli gipsə qoyulmuş, üç hətdə gipsdə saxlanılmış və müalicə etdirilmişdir. Uşagın əlindən gips sökülən zaman barmağın şişi çəkilmiş, lakin barmağı yaxşı hərəkət etdirə bilmirdi. Uşağın sağ əli olduğundan qələm tutmaqda narahatlıq yaratmışdır. Bu da narahatlığa səbəb olmuşdur. Bəxtiyar həkim sonunda əməliyyat lazım olduğunu bildirmişdir. Əməliyyata hazırlıqlar qaydasında aparılmış, heç bir problem olmamışdır. Uşaq xx.xx.2024-cü il tarixdən Yevlax RMX-da qeydiyyatdan keçmiş və davamlı olaraq bütün müayinələrdən keçmişdir. Həkim, uşağın valideyni və o anestaziya barədə danışan zaman yerli anestaziyanın olmasını xahiş etmişlər. Həkim vətər əməliyyatında ümumi anestaziyanın lazım olduğunu, yerli anestaziya təsirini itirsə problem ola biləcəyini, vətəri tikəcəyini və xırda işlər görəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə sənədlər hazırlanmış, xəstəlik tarixcəsi açılmış, uşaq müayinələrdən keçirilmiş və heç bir problem olmamışdır. Uşağın döş qəfəsinin rentgenini, kardioqrammanı və qan analizlərini o aparmışdır. Anestaziya həkimi ilə danışılmış, anestaziya həkimi heç bir naratlıq olmadığını bildirmişdir. Sonra uşaq əməliyyata götürülmüşdür. Əməliyyat qapalı qapılar arxasında olmalı olduğundan orada olanlardan məlumatı olmamışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, əməliyyatxanada tibb bacısı vəzifəsində işləyir. Vəzifəsi əməliyyat stolunu hazırlamaq və əməliyyat olarsa işləməkdir. Bəxtiyar həkim hadisədən bir gün əvvəl əməliyyat olunacağı barədə ona məlumat vermiş və əməliyyatxananı hazırlamağı tapşırmışdır. Xəstə şöbəyə daxil olmuşdur. Bəxtiyar həkim də əməliyyatxanaya gəlmişdir. Anesteziyada problemlər baş vermiş, bu səbəbdən də əməliyyat icra olunmamışdır. Xəstənin vəziyyəti pisləşəndə Bəxtiyar və Könül həkim sonuna qədər orada olmuşlar, müdaxilə edib xəstəyə kömək etmək istəmişlər. Anesteziya olan problemləri bilmir. Xəstənin vəziyyəti pisləşəndə Bəxtiyar həkimi anesteziya olan otağa o çağırmışdır. Sonra göstəriş əsasında kardioloq Marif həkimi və UZİ həkimi Sevda xanımı çağırmışdır. Kimin göstərişi əsasında onları çağırdığını hazırda xatırlamır. Elmi həkim gələndən sonra traxeostoma əməliyyatını icra etməyə başlamış, Xamiz həkim də kömək etmişdir. Xəstə iynə ilə deşilməmiş, ürəyə müdaxilə olunmamışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o evdə olan zaman Fazil həkim ona zəng edib traxeostoma əməliyyatını icra etmək üçün təcili xəstəxanaya çağırmışdır. O təxminən 15 dəqiqəyə xəstəxanaya çatmışdır. O xəstənin yanında az müddət olmuşdur. Konsiliumun, yəni orada olan bütün həkimlərin qərarı ilə çağırılmış, traxeostoma qoyub getmişdir. İcra etdiyi traxeostoma əməliyyatı ilə problem olmamışdır, işini yaxşı icra etmişdır. Onu xəstəyə kömək etmək üçün çağırmışlar. O xəstəxanaya gələndə xəstə ağır vəziyyətdə olmuş, tənəffüs olmamışdır. Xəstəyə aparat maskası ilə oksigen qosulmuşdur. Bronxospazm olduğundan xəstə nəfəs ala bilməmiş və bronxospazmaya anesteziya səbəb olmuşdur. Traxeostoma əməliyyatını icra etmiş, xəstənin saturasiyası bir az normasına düşmüşdür. Sonra xəstənin saturasiyası düşdüyü üçün traxeostomanın traxeyaya düşmədiyini ehtimal edib yenidən traxeostomanı söküb baxmışdır. Traxeostoma traxeyada olmuşdur. 15-20 dəqiqə gözləyib hərbi komissarlıqda Komissiya olduğu üçün ora getmişdir. O gedən zaman xəstənin yanında Bəxtiyar, Könul, Sevda, Fazil, Adil və Xamis həkim olmuşlar. Əməliyyata cavaddeh travmatoloq Bəxtiyar həkim olmuşdur. Traxeostoma əməliyyatını ondan başqa icra edə bilən olmadığından konsiliumun qərarı ilə həmin əməliyyatı icra etmək üçün onu dəvət etmişlər. Həmin gün xəstəxanaya saat 18:00 radələrində gəlib xəstənin öldüyünü bilmişdir. Məhkəmə istintaqı zaman ittiham tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, tarixini xatırlamadığı, lakin xəstə əməliyyat olunacağı gün nahar fasiləsi zamanı o evdə olan zaman xəstəxananın baş həkimi ona zəng edib hadisəni bildirib xəstəxanaya gəlməsini xahiş etmişdir. O xəstəxanaya gələndə xəstənin vəziyyəti artıq çox ağır olmuş və yanında anestezioloq və digər həkimlər olmuşlar. Anestezioloqlar və Elmi həkim artıq traxeostoma əməliyyatının icra edilməsinə qərar vermişlər. Elmi həkim traxeostoma əməliyyatını icra etməyə başlamışdır. O gələndə Elmi həkim ondan traxeostomanın qoyulmasında ona kömək etməsini xahiş etmişdir. Traxeostoma əməliyyatı icra olunmuş, lakin xəstənin saturasiyası düşdüyü üçün Elmi doktor ehtimal etmişdir ki, traxeostoma yerinə tam düşməyib və traxeostomun sökülüb yenidən qoyulması barədə qərar vermişdir. Traxeostoma sökülüb traxeyaya qarşı irəli basılıb yenidən fiksasiya olunmuşdur. Traxeostoma əməliyyatı icra olunandan bir az sonra xəstə dünyasını dəyişmişdir. Traxeostoma qoyulan zaman xəstənin vəziyyəti artıq çox ağır olduğundan kömək etmək mümkün olmamışdır. Xəstənin o vəziyyətə düşməsinin və ölümünün səbəbini bilmir. O əməliyyat blokuna gələndə xəstə inkubasiya oluna bilməmiş və traxeostoma qoyulması barədə qərar qəbul edilmişdir. O Elmi həkimə əməliyyat zamanı asistan kimi kömək etmişdir. Xəstənin katetrizasiya olunması barədə məlumatı yoxdur. Orada olduğu müddətdə katetr görməmişdir. Ölümün səbəbi barədə konsilium olub, lakin həmin konsiliumunda o iştirak etməmişdir. Məhkəmə istintaqı zaman ittiham tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X20 verdiyi ifadəsində göstərmişdir ki, əməliyyat günü saat 15:00 radələrində onu baş həkim köməkçi vasitəsi ilə əməliyyat blokuna çağırmışdır ki, xəstə var ürək masajına ehtiyac ola bilər. Həmin vaxt xəstənin ürəyi işləmiş, ürəyin döyüntüsü yüksək olmuşdur. Həmin vaxt onun edə biləcəyi heç nə olmamışdır. Belə ki, xəstənin olduğu vəziyyətə görə ürək masajı, elektroşok və sair etmək mümkün deyildir. Onlara bildirilmişdir ki, xəstəyə narkoz verilib və vəziyyəti kritikdir. Xəstəyə oksigen aparatı qoşulmuşdur, traxeostoma qoyulmuş, nəfəs ala bilmir və qarını şişmişdir. Əməliyyat blokuna gələndə xəstəni belə vəziyyətdə görmüşdür. Bunlar kəskin asfiksiya (ağ ciyərlərın yuxarı qalxması) bədənə oksigen getməməsi nəticəsində ola bilərdi. Məhkəmə istintaqı zaman ittiham tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X16 verdiyi ifadəsində göstərmişdir ki, hadisə olan vaxt işlədiyi şöbədə olmuşdur. Əməliyyat blokunda hadisə olub səs-küy düşdüyü üçün kömək etmət niyyəti ilə ora getmişdir. Xəstəyə düzgün dərman verilmədiyindən xəstədə anafilaktik şok baş vermişdir. O gedəndə xəstəyə adrinalin vurulmuşdur. O maskanı tutmağa kömək etmiş və monitora nəzarət etmişdir. Monitorda göstəricilər qaydasında olmuşdur. Həkim inkubasiya prosedurunu edə bilməmişdir. Tez qərara alınmışdır ki, xəstəyə traxeostoma qoyulsun ki, tənəffüs düzəlsin. Traxeostoma əməliyyatı icra olunmuş, süni nəfəs aparatı qoşulmuşdur. Sonda ölüm baş vermişdır. İstifadə olunan dərman səhv olduğu üçün xəstədə nadir halda rast gəlinən anafilaktik şok (bronxospazm) baş vermişdir və inkubasiya etmək mümkün olmamışdır. Orada körpücük altı katetrizasiyanın olmasını göməmiş, katetrizasiya olsaydı görərdi. Körpücük altı katetrizasiya xəstənin damarı tapılmayanda qoyulur və 15-20 dəqiqə vaxt tələb olunur. Bu proseduru cərrah, reanimatoloq, anestazioloq icra edə bilər. İşdə olan xx.xx.2024-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protkoldan görünür ki, X2 meyitinə baxış zamanı müəyyən edilmişdir ki, mərhumun boyunun aşağı 1/3-nin ön səthində, istiqaməti köndələn yerləşmiş, üzərində cərrahi tikiş olan 2,5x0,4 sm ölçülü, cərrahi müdaxilə yeri (“traxeostomiya") vardır. Döş qəfəsi silindrəbənzər formalıdır, simmetrikdir. Sol körpücükaltı nahiyədə dörd ədəd kənarları qansızmalı inyeksiya izləri vardır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X25 xx.xx.2024-cü il tarixli, 32 №-li ekspert rəyindən görünür ki, X6 meyitində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. X2 ölümünə səbəb sol ağ ciyərin yuxarı payının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Daxili üzv və toxumalarda azqanlılıq, ağ ciyərlərdə iri ocaqlı qansızmalar, ürəkdə subendokardial nahiyələrdə ocaqlı qansızmalar bu növ ölümün təstiqedici əlamətlərindəndir. Erkən meyit əlamətləri ölümün tibbi sənəddə qeyd edilən tarixini və vaxtını inkar etmir. Meyitin təşrihindən görünür ki, mərhum X1 ekssudativ, revmatiod artrit (klinik) xəstəliyindən əziyyət çəkirmiş. Qeyd olunan xəstəliklərin ölümlə birbaşa və ya dolayısı səbəbli əlaqəsi yoxdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X25 xx.xx.2024-cü il tarixli, KEŞ-906 saylı (X3) ekspert rəyindən görünür ki, Nərminə Kazımova xx.xx.2024-cü il tarixdə “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Travmatologiya şöbəsinə daxil olmuşdur. Daha əvvəlki tarixlərdə və digər tibb müəssisələrində aparılmış instrumental müayinə cavablarına əsasən, ona “Sağ əlin 4-cü barmağının açıcı vətərin travması; Digər revmatoid artritlər” diaqnozu düzgün təyin edilmişdir. Nərminə Kazımova “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə daxil olduqdan sonra ona kliniki və obyektiv müayinələr aparılmışdır. Nərminə Kazımovaya təyin edilmiş diaqnoza əsasən ona operativ müalicə taktikası seçilmişdir. Cərrahi əməliyyata qərar verilmiş və xəstəyə anestezioloqun baxışı keçirilmişdir. Premedikasiya aparılmış və giriş narkozundan sonra (propofol) xəstənin vəziyyəti ağırlaşmışdır. Hemodinamik göstəricilər pozulmuş və bu patolofi vəziyyətin anafilaktik şokla bağlı olduğu qeyd edilmişdir. Anestezioloq-reanimatoloq tərəfindən xəstənin intubasiya edilməsi cəhdləri uğursuz olmuşdur. Həkimlərin konsilfumu aparılmış və “traxeostomiya” icra edilmişdir. Xüsusi boru vasitəsilə xəstə süni tənəffüs aparatına qoşulmuşdur. Göstərilən tibbi tədbirlərə baxmayaraq müsbət dinamika əldə edilməmiş və bioloği ölüm faktı qeydə alınmışdır. Nərminə Kazımovanın meyiti müayinə olunmuş və onun ölümünə səbəb “sol ağciyərin yuxarı payının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə”nin olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Nərminə Kazımovanın vəziyyətinin ağırlaşması ilə əlaqədar ona göstərilmiş tibbi yardım qüsurlu olmuş və kobud texniki səhv nəticəsində sol körpücükaltı vena (mərkəzi vena) və sol ağciyərin yuxarı payı zədələnmişdir. Bununla da, göstərilmiş qüsurlu tibbi yardımlarla baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Nərminə Kazımovanın vəziyyətinin ağırlaşması ilə əlaqədar ona sol körpücükaltı venanın kateterizasiyası texniki qüsurla icra edilmişdir. Bu da həm venanın divarının, həm də “sol ağciyərin yuxarı payının zədələnməsi nəticəsində kəskin qanitirmə”yə (sol döş boşluğunda 1750 ml-ə qədər duru qan) səbəb olmuşdur. Bu da meyitin müayinəsi zamanı sol körpücükaltı nahiyədə izləri aşkar edilmiş inyeksiyalardan birinin döş boşluğuna nüfuz etməsi nəticəsində baş vermnişdir. Göstərilən qüsurlu tibbi xidmət Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlan”nın 24.1 (“ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi”) bəndinin tələblərinin pozulması kimi giymətləndirilin buna məsul şəxs venanın kateterizasiyasını texniki qüsurla icra edən şəxsdir. Göstərilən qüsurlu tibbi xidmətin digər tərəfi isə ondan ibarətdir ki, sol körpücükaltı venanın uğursuz kateterizasiya edilməsi, venanın arxa divarının, həm də körpücükaltı arteriyanın və sol ağciyərin yuxarı payının zədələnməsi, bunun da nəticəsində kəskin qanitirmənin baş verməsi barədə məlumatlar həkimlər tərəfindən gizlədilmiş və xəstəlik tarixində bu barədə hər hansı qeydiyyat aparılmamışdır. Buna da məsul şəxs venanın kateterizasiyasını texniki qüsurla icra edən həkim(lər)dir. Xəstəlik tarixində bu letal sonluqlu faktın gizlədilməsi və heç bir qeydiyyatın aparılmaması ilə əlaqədar bunun hansı həkim tərəfindən icra edilməsini məhkəmə-tibbi yolla təyin etmək mümkün olmamışdır. Nərminə Kazımovanın vəziyyətinin ağırlaşması ilə əlaqədar ona körpücükaltı venanın kateterizasiyasının tədbiq edilməsi zəruri olmuşdur. Lakin tibbi müdaxilə texniki qüsurla icra edilmişdir. Nərminə Kazımovanın meyiti müayinə olunmuş və onun ölümünə səbəb “sol ağciyərin yuxarı, payının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə”nin olduğu müəyyən edilmişdir. Ölüm hadisəsi xx.xx.2024-cü il tarixdə saat 16:30-da “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ndə qeydə alınmışdır. Nərminə Kazımovanın ölümünə səbəb olan “sol ağciyərin yuxarı payının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə”nin olduğu ümumiyyətlə həkimlər tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən qanaxamanın qarşısı alınmamış və buna cəhd də göstərilməmişdir. Nərminə Kazımovanın müayinəsi zamanı onun hər hansı bir dərman preparatlarına qarşı allergik reakisyaların olması anamnestik olaraq müəyyən edilməmişdir, yəni soruşulmamışdır. Xəstənin dərman preparatlarına qarşı allergik reaksiyasının olub-olmaması ilə əlaqədar xəstəlik tarixində müvafiq qeydiyyatlar aparılmalı idi, Anesteziya zamanı seçilmiş dərman preparatlarını dozalaları optimal olmuşdur. Nərminə Kazımovada almış olduğu travma ilə əlaqədar sağ əlin 4-cü barmağının açıcı vətərinin travması mövcud olmuşdur. Bu da cərrahiyyə əməliyyatının aparılması üçün tibbi göstəriş hesab edilir. Nərminə Kazımovanın üzərində “sağ əlin dördünc- barmağının açıcı vətər tenolizi” cərrahiyyə əməliyyatının icra edilməsi üçün ümumi intubas i' anesteziya metodu düzgün seçilmişdir. Lakin anesteziyanın giriş narkozunda xəstədə qəfləti ağırlaşma və hemodinamik göstəricilərinin pozülması baş vermişdir. Bu hal orqanizmin anesteziyaya qarşı allergik reaksiyası ilə əlaqədar olmuşdur. Hazırki işdə baş vermiş anestezioloii ağırlaşma ilə Nərminə Kazımovanın ölümü arasında səbəbli əlaqə olmamışdır. Nərminə Kazımovanın vəziyyətinin ağırlaşması ilə əlaq göstərilmiş tibbi yardım (intensiv tibbi tədbirlər) qüsurlu olmuş və texniki səhv nəticəsində sol ağciyərin yuxarı payı zədələnmişdir. Bununla da göstərilmiş qüsurlu tibbi yardımlarla baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Göstərilən qüsurlu tibbi yardım səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci tarixli, 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan üdbb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1 (“ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi”) bəndinin tələblərinin pozulması kimi qiymətləndirilir və buna məsul mərkəzi venanın kateterizasiyasını texniki qüsurla icra edən şəxsdir. Nərminə Kazımovaya giriş narkozundan sonra (propofol) onun vəziyyət və hemodinamik göstəricilər pozulmuşdur. Bu patolofi vəziyyətin anafilaktik şokla bağlı olduğu qeyd edilmişdir. İntubasiya cəhdləri uğursuz olmuşdur. Həkimlərin konsiliumu aparılmış və “traxeostomiya” icra edilmişdir. Xəstəyə “traxeostomiya" cərrahiyyə əməliyyatının aparılmasına: tibbi göstəriş olmuş və düzgün olaraq icra edilmişdir. Nərminə Kazımovaya “traxeostomiya” əməliyyatı həkim-ümumi cərrah tərəfindən icra edilmişdir. Nərminə Kazımovaya giriş narkozu üçün verilən dərman preparatları və onların dozaları xəstənin çəkisinə uyğun olmuşdur. Nərminə Kazımovada texniki tibbi qüsurla əlaqədar yaranmış sol körpücükaltı venanın və arteriyanın, “sol ağciyərin yuxarı payının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə”nin olduğu vaxtında həkimlər tərəfindən müəyyən edilmiş olsa idi, ölümün qarşısının alınması şansı çox olardı. Nərminə Kazımovaya “Yevlax Mərkəzi Rayon Xəstəxanası” PHŞ-ndə yeridilmiş dərman preparatlarının dozaları optimal olmuşdur. Həkim səhlənkarlığının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Nərminə Kazımova xx.xx.2024-cü il tarixdə “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə daxil olmuş, lakin müvafiq müayinələr (döş qəfəsinin rentgenoloji müayinəsindən başqa) xəstəxanaya daxil olmamışdan daha əvvəl müxtəlif tarixlərdə aparılmışdır. Əməliyyatdan əvvəl aparılmış kliniki, laborator və instrumental müayinələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Nərminə Kazımova, xx.xx.2024-cü il tarixdə “Yevlax Rayon Mərkəzi Xəstəxanası”na daxil olduqdan sonra ona döş qəfəsinin Rentgenoloği müayinəsinin aparılması haqqında tibbi sənədlərdə hər hansı bir qeydiyyat yoxdur. Əməliyyatdan əvvəl Rentgenolofi müayinənin aparılması, nəzərdə tutulur, müayinənin aparılmaması Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1 (“ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi”) bəndinin tələblərinin pozulması kimi qiymətləndirilir və buna məsul şəxs müalicə həkimidir. Nərminə Kazımovanın xx.xx.2024-cü il tarixdə vəziyyətinin ağırlaşması ilə ölümünə səbəb olan əsas patoloyi vəziyyət həkimlər tərəfindən müəyyən edilməmiş və buna müvafiq tibbi yardımlar göstərilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X25 xx.xx.2025-ci il tarixli, KEŞ-1182 saylı (X3) ekspert rəyindən görünür ki, Nərminə Kazımovanın vəziyyətinin ağırlaşması ilə əlaqədar ona sol körpücükaltı venanın kateterizasiyası texniki qüsurla icra edilmişdir. Bu da həm venanın arxa-aşağı divarının, həm də “sol ağciyərin yuxarı payının zədələnməsi nəticəsində kəskin qanitirmə”yə (sol döş boşluğunda 1750 ml-ə qədər duru qan) səbəb olmuşdur. Bu da meyitin müayinəsi zamanı sol körpücükaltı nahiyədə izləri aşkar edilmiş inyeksiyalardan birinin sol döş boşluğuna nüfuz etməsi nəticəsində baş vermişdir. Göstərilən qüsurlu tibbi yardım səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlan”nın 24.1 (“ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi”) bəndinin tələblərinin pozulması kimi qiymətləndirilir və buna məsul mərkəzi venanın kateterizasiyasını texniki qüsurla icra edən şəxsdir. Nərminə Kazımovanın ölümünə səbəb olan “sol ağciyərin yuxarı payının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə”nin traxestoma zamanı iynə ilə tikiş atılan zaman iynənin təsirindən yaranması istisna edilir. Belə ki, traxeostomiya icra edilən nahiyə ilə sol körpücük nahiyəsi arasında olan kifayət qədər məsafədən başqa, sol körpücükaltı venanın kateterizasiyasının texniki qüsurlu icrası zamanı həm venanın arxa-aşağı divarı, həm də sol ağciyərin yuxarı payı zədələnmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X25 xx.xx.2025-ci il tarixli, KEŞ-52 saylı (X3) ekspert rəyindən görünür ki, Nərminə Kazımovanın meyitinin xarici müayinəsi zamanı, onda, döş qəfəsinin sol yuxarı iç hissəsində kənarları qansızmalı (dörd ədəd) inyeksiya izləri vardır. Daxili müayinədə isə sol ağciyərin yuxarı payında 0,4x0,4sm ölçüdə dairəvi formalı, ətrafı qansızmalı bir ədəd deşilmiş yara aşkar edilmişdir. Bu da göstərilmiş qüsurlu tibbi yardımla, yəni sol körpücükaltı venanın kateterizasiyası ilə əlaqədar olmuşdur. Kobud texniki səhv nəticəsində sol körpücükaltı vena (mərkəzi vena) və sol ağciyərin yuxarı payının zədələnməsi nəticəsində kəskin qanitirməyə (sol döş boşluğunda 1750 ml-ə qədər duru qan) səbəb olmuşdur. Nərminə Kazımovanın ölümünə səbəb “sol ağciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə”nin olduğu müəyyən edilmişdir. Meyitin daxili müayinəsinə əsasən, ölümə səbəb olan “kəskin qanaxma” ürəyin qapalı masafı zamanı qabırğaların sınması hesabına “ağciyərlərin zədələnməsi” sözügedən işdə müəyyən edilməmişdir. Eyni zamanda bunun Nərminə Kazımovanın əvvəllər keçirmiş hər hansı bir infeksion xəstəlikdən sonra bitişmə xəstəliyi ilə əlaqədar və ya ağciyərlərin süni ventilizasiyası zamanı barotravma nəticəsində yaranması istisna edilir. Tibbi təlimata əsasən, körpücükaltı venanın kateterizasiyası istər sağ, istərsə də, sol tərəfli icra oluna bilər. Tibbi təlimata əsasən, körpücükaltı venanın kateterizasiyası anestezioloq-reanimatoloq tərəfindən aparılır. Sol körpücükaltı venanın kateterizasiyası zamanı xəstədə sol körpücükaltı nahiyədə (döş qəfəsinin sol yuxarı iç hissəsində) ovalvarı formada və müxtəlif ölçülərdə tibbi müdaxilə - inyeksiya izi olmalıdır. Nərminə Kazımovaya sol körpücükaltı venanın kateterizasiyası zamanı onun döş qəfəsinin sol yuxarı iç hissəsində kənarları qansızmalı (dörd ədəd) inyeksiya izləri vardır. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Şahid2 xx.xx.2024-cü il tarixli, 18-1-82/3-1-479/2024 saylı işə qəbul haqqında əmrindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin reanimasiya şöbəsinə 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə 1 (bir) il müddətinə həkim Anestezioloq-reanimatoloq vəzifəsinə qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Şahid2 xx.xx.2024-cü il tarixli, 18-1-82/3-1-12/2024 saylı işə qəbul haqqında əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin cərrahiyə şöbəsinə 1 (bir) il müddətinə həkim travmatoloq vəzifəsinə qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Şahid2 xx.xx.2024-cü il tarixli, 18-1-82/3-1-1540/2024 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz təşəbbüsü ilə) əsasaən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli X9 əmək müqaviləsi məlumatlarından görünür ki, Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi qüvvədə deyil. İşdə olan xx.xx.2025-ci il tarixli X9 əmək müqaviləsi məlumatlarından görünür ki, Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi ilə Təqsirləndirilən şəxs2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi qüvvədə deyil. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Quba Rayon Mərkəzi Xəstəxanası” X25 xx.xx.2025-ci il tarixli, 18-1-56/2- 1051/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Quba RMX PHŞ-ın travmatoloq-həkimi vəzifəsində işləyir. Travmatologiya şöbəsinin müdiri H.A.Nəsibovun xx.xx.2025-ci il tarixindən məzuniyyətdə olması səbəbindən Təqsirləndirilən şəxs1 həmin müddətə şöbə müdri vəzifəsini müvəqqəti icra edir. İşdə olan Bərdə regional “ASAN-xidmət” mərkəzində verilmiş xx.xx.2025-ci il tarixli, **********517 saylı ərizədən görünür ki, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X15 Təqsirləndirilən şəxs2 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan Bərdə regional “ASAN-xidmət” mərkəzində verilmiş xx.xx.2025-ci il tarixli, **********900 saylı ərizədən görünür ki, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X15 Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətmələri tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə və Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 313 və 314.2-ci maddələri ilə düzgün tövsif edilmiş və buna görə də onlara təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onalırn törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, vurulmuş maddi ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxs Bəxtiyar Mustafaeyvin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2025-ci il tarixli X9 məhkumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İşdə olan xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2025-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən müəyyən müddətə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə azdlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə ibtidai istintaq zamanı 17 aprel 2025-ci il tarixdən 19 aprel 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılılmalıdır Bununla belə məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını real olaraq çəkmədən də islah oluna bilərlər. Azərbaycan Respublikasının CM-nin 70.1-ci maddəsində qeyd edilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının CM-nin 70.2-ci maddəsində qeyd edilir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsində qeyd edilir ki, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunmuş əsas cəzaya Azərbaycan Respublikasının CM-in 70-ci maddəsi tətbiq edilməklə sınaq müddəti müəyyən olunaraq şərti tətbiq edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 25-ci bəndində qeyd edilir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini, onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələr də qoya bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, vurulmuş maddi ziyanı ödəməsini, himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2025-ci il tarixli X9 məhkumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan X9ndən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 17 aprel 2022-ci il təvəllüdlü Fəridə və 26 iyun 2025-ci il təvəllüdlü Murad adlı azyaşlı uşaqları vardır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 314.2-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə müəyyən müddətə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 314.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsinə əsasən müəyyən müddətə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə azdlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi cinayət əməlindən səmimi peşimançılıq hissi keçirməsini, şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 da cəzasını real olaraq çəkmədən də islah oluna bilərlər. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş əsas cəzasını çəkməsi onun himayəsində olan 26 iyun 2025-ci il təvəllüdlü X21 14 (on dörd) yaşına çatanadək təxirə salınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 100 nömrəli əmri ilə təsdiq edilmiş rəsmi sənəd hesab edilən xx.xx.2024-cü il tarixdə X2 barəsində Yevlax rayon X14 Hüquqi Şəxsində açılmış 256023 nömrəli xəstəlik tarixi və Yevlax rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Əməliyyatxana bölməsində quraşdırılmış müşahidə kamerasının xx.xx.2024-cü il tarixdə qeydə alındığı videogörüntülər olan 01 (bir) ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azdlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 17 aprel 2025-ci il tarixdən 19 aprel 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş əsas cəzaya Azərbaycan Respublikasının CMin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunaraq şərti tətbiq edilsin. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 314.2ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il müddətə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 314.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azdlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş əsas cəzasını çəkməsi onun himayəsində olan 26 iyun 2025-ci il təvəllüdlü X21 14 (on dörd) yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 100 nömrəli əmri ilə təsdiq edilmiş rəsmi sənəd hesab edilən xx.xx.2024-cü il tarixdə X2 barəsində Yevlax rayon X14 Hüquqi Şəxsində açılmış 256023 nömrəli xəstəlik tarixi və Yevlax rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Əməliyyatxana bölməsində quraşdırılmış müşahidə kamerasının xx.xx.2024-cü il tarixdə qeydə alındığı videogörüntülər olan 01 (bir) ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 münasibətdə Quba rayon İcra və Probasiyasa Şöbəsinə və Təqsirləndirilən şəxs2 münasibətdə Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar