Məhkəmə qərarları › İş №1(039)-75/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-75/2020

17.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-75/2020 17.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax şəhəri Neftkəməri küçəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2020-ci il fevralın 16-da saat 12.00 radələrində keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri, təhqiqat və istintaqla müəyyən olunmuşdur ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkən, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkən, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs, qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi Yevlax şəhəri Nizami prospektində, saxlanılaraq polis şöbəsinə gətirilib üzərində saat 12:20 radələrində miidaifiəçi-vəkil və video çəkilişlə keçirilmiş baxış-axtarış nəticəsində onun istintaqa məlum olmayan mənbədən, vaxtda, şəraitdə, qanunsuz olaraq satış məqsədi olmadan öz istifadəsi üçün əldə etdiyi, əynindəki şalvarın sağ yan cibində şəxsi istehlak miqdarından artıq miqdarlarda - 0,374 qram miqdarında heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, ara-sıra narkotik vasitələrdən istifadə edir. xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında Yevlax şəhəri, Nizami prospekti ilə şəhər mərkəzi istiqamətində piyada gedərkən yaşayış evlərinin qarşısında, yolun kənarında, yerdə siqaret kağızından bükülü görmüşdür. Həmin bükülünü yerdən qaldırıb içinə baxarkən içində narkotik vasitə olan heroin olduğunu görmüş və sonradan istifadə etmək üçün bükülünü əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün, saat təxminən 12:00da, Nizami prospektində dayanarkən, tanımadığı şəxslər ona yaxınlaşın özlərini polis əməkdaşı kimi təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Onlara etiraz etməmiş və onlarla birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. Orada ona bildirilmişdir ki, üzərinə baxış keçiriləcəkdir. Buna da etiraz etməmişdir. Bu məqsədlə ona vəkil təqdim edilmiş və video çəkiliş aparmaqla üzərinə baxış keçirilmişdir. Üzərində olan digər əşyalarla birlikdə həmin gün səhər saatlarında tapdığı, içində narkotik vasitə olan bükülünü də təqdim etmiş və bu bükülün tapdığını, öz istifadəsi üçün saladığını bildirmişdir. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid2 Füzuli oğlu bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsində Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs adlı şəxsin üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun üzvləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs, Yevlax şəhəri, Nizami prospektində olduğunu müəyyən etmişlər. Əməliyyat qrupunun digər üzvü olan Şahid1 ilə birlikdə həmin ünvana getmişlər. Həmin küçədə, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış və Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, onlarla birlikdə şöbəyə getmiş və şöbədə onun üzərinə baxış keçiriləcəyi bildirildikdə razılığını bildirmişdir. Ona müdafiəçi təqdim edilmiş və video çəkilişlə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq digər əşyalarla birlikdə əynindəki gödəkcənin sağ yan cibindən bükülü çıxarıb təqdim etmiş və bildirmişdir ki, bükülüdə olan kütlə narkotik vasitə olan heroindir, həmin gün səhər saatlarında Nizami prospektində yerdən tapmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı zor tətbiq edilməmiş və ya zor tətbiq etmə hədəsi olmamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman qara rəngli gödəkcənin sağ yan cibindən içində narkotik vasitəyə oxşar kütlə olan bir ədəd kağız bükülü aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin xx xxxx 2020-ci il tarixli 137 saylı ekspert rəyindən müəyyən olunur ki, üzərində “Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən aşkar olunub götürülmüş..” sözləri yazılmış zərfin içindəki 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan 0,371 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (səh.73) Məhkəmə-narkoloji ekspertizasının xx xxx 2019-cu il tarixli 315 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.85) Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin hökmlə ilə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yevlax rayon icra və probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli məktububda qeyd edilir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixədək hökmdə göstərilən cəzasında 08 ay 14 gün çəkmiş, 03 ay 12 gün isə çəkməmişdir. Cinayət Məcəlləsi: Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmədə və saxlamada təqsirli olması özünün etirafı, şahid ifadəsi, video görüntü, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olunduğu 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni təyin edilmiş hökmə qismən birləşdirilməli və onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci tarixədək həbsdə saxlanıldığı 2 gün müddət yeni təyin edilmiş cəzadan çıxılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax Polis Şöbəsində saxlanılan 0,231 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı, 71.94 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi Məmmədov Fərhad Möhübbət oğluna dövlət vəsaiti hesabına istintaq zamanı 43 saat, Müdafiəçi məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə 10 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxt, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq Yevlax Rayon Məhkəməsinin 1(039)-123/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 03 ay 12 gün hissəsi qismən hazırkı cəzaya birləşdirilməklə üzərində qəti olaraq 2 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs oğlunun üstündən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalan çəkisi 0,231 qram narkotik vasitə - heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71(yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesablna göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 258 (iki yüz əlli səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Məmmədov Fərhad Möhübbət oğluna və məhkəmə dövrü üçün 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar