Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-75/2022 10.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 26 yanvar 2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 55-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini və narkotik vasitə tiryəki əldə edibsaxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi- 0,497 qram miqdarında narkotik vasitə olan heroini və 0,171 qram narkotik vasitə olan tiryəki istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlamış, 24.01.2022-ci il tarixdə, saat 22 radələrində yaşadığı Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi mənzil 55-də həmin narkotik vasitə olan heroinin 0,156 qram olan hissəsini və 0,171 qram narkotik vasitə olan tiryəki tanışı Şahid3 Aif oğluna 10 manata satmış, qalan 0,341 qram miqdarında narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq özündə saxlamış, 25.01.2022-ci il tarixdə, saat 09:40-da Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövrüyyəsində şübhəli bilindiyinə görə polis əməkdaşları tərəfindən yaşadığı evdə tutularaq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 10:25-dən 10:50-dək olan müddət ərzində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə olan satış məqsədi ilə əldə edib saxladığı 0,341 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən mütəmadi olaraq istifadə etmişdir. 25 yanvar 2022-ci il tarixdə səhər saatlarında yaşadığı Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsində gəzərkən yerdən 1 ədəd kağıza bükülmüş bükülü tapmışdır. Həmin bükülünü açıb içərisinə baxdıqda bükülünün içərisində heroin narkotik vasitəsini görüb, heroindən gələcəkdə istifadə etmək üçün bükülünü cibinə qoyaraq üzərində saxlamışdır. Heroini tapdıqdan sonra küçədə gəzərkən polis əməkdaşları ona yaxınlaşıb onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmişlər və o, onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkilin iştirakı və videoçəkilişlə onun razılığı ilə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları əynindəki boz rəngli idman şalvarının sağ cibindən özü qəbul etmək üçün saxladığı 1 ədəd bükümdə narkotik vasitə olan heroini aşkar edib götürmüşlər. Sorğu zamanı o həmin narkotik vasitə olan heroini 25.01.2022-ci il tarixdə səhər saatlarında yaşadığı küçədə yerdən tapdığını bildirmişdir. Şahid3 heroin və tiryək satmamışdır və özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində təqsirli bilir. Məhkəmədə son sözündə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs özünü CM-nin 234.2-ci maddəsində təqsirli bilməməsi məzmununda ifadə verməsi özünü müdafiə xarakterlidir, cinayət məsuliyyətinə cəlb olunmaq və cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə edilmişdir. Onun törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış dəlillərlə tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilən hazırda Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 25 yanvar 2022-ci il tarixdə ona Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 55-də yaşayan Təqsirləndirilən şəxs hal-hazırda Yevlax şəhəri ərazisində olduğu və onun üstündə narkotik vasitə olan heroin olması barədə məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Yevlax RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə təxminən saat 09:40 radələrində Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsinə getmişdir. Elxanı orada görmüş və Elxana yaxınlaşaraq özlərini təqdim etmişlər. Elxana onlarla polis şöbəsinə getməsini bildirmiş, Elxan da etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkil dəvət edildikdən və Elxana hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Elxanın əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq cəmi 0,33 qram miqdarında narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu-sual zamanı Elxanın özü həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsində yerdən tapdığını, özünün narkotik vasitə istifadəçisi olduğunu, üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etməsi olduğunu və satmaq məqsədinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 24 yanvar 2022-ci il tarixdə saat təxminən 22:00 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan sonu 82-89-la bitən mobil nömrəyə zəng edərək Elxana ondan narkotik vasitə olan heroin və tiryək almaq istədiyini demişdir. Elxan da onunla razılaşaraq onu yaşadığı Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsinə çağırmışdır. O, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında dayanan zaman Elxan onu evinin həyətinə dəvət etmiş və o da Elxanla birlikdə həyətə daxil olmuşdur. Həyətdə Elxan ona söz verdiyi kimi 01 bükümdə narkotik vasitə olan heroin və 01 bükümdə narkoltik vasitə olan tiryək vermişdir. O, da Elxana bunun müqabilində sövdələşdikləri kimi 10 manat pul vermişdir. Elxandan almış olduğu 02 ədəd bükülünü cibinə qoyduqdan sonra Elxanın yaşadığı evdən çıxmışdır. Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi ilə yaşadığı ev istiqamətinə gedən zaman polis əməkdaşları ona yaxınlaşmış və onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmişlər. O da onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkilin iştirakı və videoçəkilişlə onun razılığı ilə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları əynindəki şalvarının sağ cibindən Elxandan 10 manata alaraq özü qəbul etmək üçün saxladığı 02 ədəd bükülüdə narkotik vasitə olan heroini və tiryəki aşkar edib götürmüşlər. Sorğu zamanı həmin narkotik vasitə olan heroini və tiryəki 25.01.2022-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs 10 manata aldığını bildirmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 25 yanvar 2022-ci il tarixli 17/93 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofana bükülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-0,341 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,291 qram. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 14 mart 2022-ci il tarixli 17/226 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan heroin ilə üzərində “Vət. Şahid3 üstündən aşkar edilmiş iki ədəd şəffaf rəngli sellofana bükülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 25 yanvar 2022-ci il tarixli 17/92 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid3 üstündən aşkar edilmiş iki ədəd şəffaf rəngli sellofana bükülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-0,156 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. TəHəmin zərfin içərisindəki digər 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-0,171 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Heroinin təmiç çəkisi 0,156 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,106 qram. Tiryəkin təmiz çəkisi 0,171 qram tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,121 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 15 dekabr 2021-ci il tarixli 1512 nömrəli rəyindən görünür ki, X3 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 09 mart 2022-ci il tarixli 295 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü Toğrul və 2015-ci il təvəllüdlü Səma adlı iki azyaşlı uşağı var. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 25 yanvar 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 09:40-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 4(039)-14/2022 saylı qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri, habelə şahid ifadələri, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdırlar. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə düzgün olaraq ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi, onların barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onların cəzalarını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 25 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,291 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 138 (bir yüz otuz səkkiz) manat 20 (iyirmi) qəpik təşkil edir, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 25 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kobinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,291 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 138 (bir yüz otuz səkkiz) manat 20 (iyirmi) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-75/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-75/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver