Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-75/2023 10.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1970-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, məhkəmənin qərarı ilə barəsində “həbs" qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Pentensiar Xİdmətinin 2 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair işə 10 may 2023-cü il tarixdə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr olan qurudulmamış marixuana və heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamış və qəsdən qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq 1975,0 qram miqdarında narkotik vasitə olan qurudulmamış marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əlində olan göy rəngli sellofan torbanın içərisində saxlamış, 21 oktyabr 2022-ci tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərək üzərinə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış keçirilmişdir. Axtarış nəticəsində Təqsirləndirilən şəxs əlində olan bir ədəd göy rəngli sellofan torbanın içərisində olan 1975,0 qram miqdarında narkotik vasitə olan qurudulmamış marixuana aşkar olunub, qanunamüvafiq qaydada götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən 2023-cü ilin yanvar ayında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Yevlax şəhəri Füzuli küçəsində yerləşən Mərkəzi Bazarın qarşısındakı “AL” marketin yaxınlığında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Kamaz” markalı ** BN *** dövlət qeydiyyat nişanlı yük avtomaşının üzərində olan akumulyatorların saxlanması üçün nəzərdə tutulmuş saxlanc yeri olan qutusunu açmaqla oradan iki ədəd “Mutlu” markalı akkumulyatorları gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 560 (beş yüz altmış) manat məbləğində ziyan vurmaqla qəsdən saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,166 qram miqdarında narkotik vasitə olan heroini istintaqla müəyyən olunmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 07 yanvar 2023-cü tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri E.Ağayev küçəsində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib orada üzərində 07 yanvar 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki qara rəngli şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,166 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bildi CM-nin 177.2.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, təxminən 5 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. O, 21 oktyabr 2022-ci il tarixdə Yevlax şəhəri E.Ağayev küçəsində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu saxlamış və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Yevlax rayon polis şöbəsinə gəlmişdir. Üzərinə şəxsi axtarış keçirilmiş və əlində olan bir ədəd göy rəngli sellofan torbanın içərisindən qurudulmamış marixuana aşkar edilmiş və həmin narkotik vasitə olan qurudulmamış marixuana bükülü olduğu sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 2025 qram miqdarında olması müəyyən olunmuşdur. Həmin narkotik vasitə olan qurudulmamış marixuana onun özünə məxsus olmuşdur. O, narkotik vasitə istifadəçisidir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur və onun belə bir fikri, niyyəti olmamışdır. Bundan başqa o, 06 yanvar 2023-cü il tarixində gecə saat 01 radələrində Mərkəzi Bazarın yerləşdiyi küçədə yəni “AL” marketin yaxınlığında yol kənarında dayanmış “Kamaz” markalı avtomaşına yaxınlaşmış və həmin avtomaşının akumlyatorunu oğurlayaraq öz yaşadığı evə aparmışdır. Həmin akumlyatoru evə apardıqdan sonra onu polis əməkdaşlarının axtardığını bilib aparıb sahibinə qaytarmışdır. Həmçinin xx.xx.2023-ci il tarixində yaşadığı E.Ağayev küçəsi ilə hərəkətdə olarkən yerdən büküm tapmış və bükümü açdıqda içərisində heroin olduğunu bildiyi üçün həmin heroini özü istifadə etmək üçün götürüb cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixində yaşadığı Yevlax şəhəri E.Ağayev küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşmış və onun özünü şübhəli apardığını bildirərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş büküm aşkar edilmişdir. Həmin ağ rəngli kağıza bükülmüş bükümə baxış zamanı onun içərisində heroinə bənzər kütlə aşkar edilmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olduğunu, ona 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamı qismən qəbul etdiyini, Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbin olmamasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində qanunda nəzərdə tutulan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ötən məhkəmə iclasında ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və saxlaması barədə 07 yanvar 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat həmin gün raportla rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax RPŞ-nin əmri ilə onun, və digər polis əməkdaşlarının iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Həmin gün polis əməkdaşı Rəşad Mamedovla birlikdə Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri E.Ağayev küçəsinə getmişlər. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Yevlax şəhəri E.Ağayev küçəsində olması barədə onun məlumatı olmuşdur. Onlar Yevlax şəhəri E.Ağayev küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinə dəvət edərək, orada inzibati binasına TB-nin təhqiqatçısı, polis kapitanı Elnur Cəlilovun xidməti iş otağına gətirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş bükülünü təqdim etdi. Bu zaman bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə olduğu aşkar edildi. Narkotik vasitə heroinə bənzər kütlədə olan kağız bükülü elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisinin 0,36 qram olması müəyyən edildi. Yevlax RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili X5 şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin xx.xx.2022-ci il tarixli 17/798 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda təmiz çəkisi – 1975,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Marixuananın təmiz çəkisi – 1975,0 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 1974,95 qr. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/29 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, 01(bir) ədəd zərfi açdıqda, içərisindəki 01(bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,166 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 0,166 qr., tədqiqata sərf edildi – 0,050 qr., qalıq – 0,116 qr. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 09 dekabr 2022-ci il tarixli 1874 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan mütəxəsis tərəfindən əmlakın qiymətləndirilməsi ilə bağlı verilmiş 09 yanvar 2023-cü il tarixli ƏQ- 261/2023 saylı rəydən görünür ki, qərarda göstərilən 1 ədədinin dəyəri 280 manat olan iki ədəd “Mutlu” markalı akkumulyatorların dəyəri 560 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, xx.xx.2008-ci il tarixdə Yevlax RPŞ-də R/M-69 saylı material üzrə araşdırma aparılmış, xx.xx.2008-ci il tarixdə CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2; 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən cinayəti törətməkdə şübhəli şəxsin tutulması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 oktyabr 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən cinayəti törətməkdə şübhəli şəxsin tutulması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(039)-3/2023-cü il tarixli qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qismən müsbət xarakterizə olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində isə cinayətin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu sübuta yetirilməmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 saylı qərarında göstərilmişdir ki, Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarda göstərilmişdir ki, Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Bu cinayətin obyektiv cəhətini təşkil edən götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsindən 177.1-ci maddəsinə tövsif edilməli və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 07 yanvar 2023-cü il tarixdən 09 yanvar 2023-cü il tarixədək, həmçinin 21 oktyabr 2022-ci il tarixdən 23 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı dörd gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli həbsə alındığı vaxtdan vaxtdan yəni, 10 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kobinetdə qeydiyyata alınmalıdır. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, tədqiqatından sonra qalıq çəki 0,116 qaram heroin, ekspertiza tədqiqatından sonra qalıq çəki 1974,95 qram qurudulmamış marixuna hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) və 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə maddi sübut, 02 ədəd “Mutlu” markalı akkumulyatorlar Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 07 yanvar 2023-cü il tarixdən 09 yanvar 2023-cü il tarixədək, həmçinin 21 oktyabr 2022-ci il tarixdən 23 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı dörd gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi gün) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 10 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, tədqiqatından sonra qalıq çəki 0,116 qaram heroin, ekspertiza tədqiqatından sonra qalıq çəki 1974,95 qram qurudulmamış marixuna hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 1 ədəd kompakt disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kobinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 34.55 (otuz dörd manat əlli beş qəpik) və 71.94(yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilsin. İş üzrə maddi sübut, 02 ədəd “Mutlu” markalı akkumulyatorlar Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-75/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-75/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver