Məhkəmə qərarları › İş №1(039)-75/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-75/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-75/2024 05.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər-Yevlax şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1990-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Yevlax Rayon Məhkəməsinin icraatında olan digər cinayət işi üzrə barəsində rayon məhkəməsinin 4(039)- 38/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1988-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, hazırki cinayət işi üzrə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 28 dekabr 2023-cü il tarixdə səhər saatlarında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istifadələri üçün narkotik vasitə əldə etmək barədə razılaşaraq hər biri ayrı-ayrılıqda 10 manat, cəmi 20 manat düzəldərək həmin pul müqabilində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 6,26 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqla müəyyən olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək həmin narkotik vasitənin 5,13 qram hissəsini Təqsirləndirilən şəxs1, 1,13 qram hissəsini isə Təqsirləndirilən şəxs2 üzərində saxlamış, 28 dekabr 2023-cü il tarixdə saat 11:00-da Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yevlax şəhəri Məhsəti küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək həmin gün saat 11:50-dən 12:20-dək olan müddət ərzində Yevlax RPŞ-də müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs1 əynində olan idman gödəkcəsinin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükülüdə satış məqsədi olmadan qanunsuz olaraq Təqsirləndirilən şəxs2la birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edib saxladığı təmiz çəkisi 5,13 qram xeyli miqdarında narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüş və həmin gün saat 11:50-dən 12:20dək olan müddət ərzində Yevlax RPŞ-də müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükülüdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq Təqsirləndirilən şəxs1la birlikdə əldə edib saxladığı eyni tərkibli olan təmiz çəkisi 1,13 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 28 dekabr 2023-cü il tarixdə səhər saatlarında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istifadələri üçün narkotik vasitə əldə etmək barədə razılaşaraq hər biri ayrı-ayrılıqda 10 manat, cəmi 20 manat pul düzəldərək həmin pul müqabilində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 6,26 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqla müəyyən olunmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək həmin narkotik vasitənin 1,13 qram olna hissəsini Təqsirləndirilən şəxs2 üzərində saxlamış, qalan 5,13 qram olan hisəsini isə Təqsirləndirilən şəxs1 üzərində saxlamış, 28 dekabr 2023-cü il tarixdə saat 11:00-da Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Yevlax şəhəri Məhsəti küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək həmin gün saat 11:50-dən 12:20-dək olan müddət ərzində Yevlax RPŞ-də müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsiaxtarış nəticəsində Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükülüdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq Təqsirləndirilən şəxs1la birlikdə əldə edib saxladığı təmiz çəkisi 1,13 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüş və həmin gün saat 11:50-dən 12:20-dək olan müddət ərzində Yevlax RPŞ-də müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində isə Təqsirləndirilən şəxs1 əynində olan idman gödəkcəsinin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükülüdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq Təqsirləndirilən şəxs2la birlikdə əldə edib saxladığı eyni tərkibli olan təmiz çəkisi 5,13 qram xeyli miqdarında narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü ilk olaraq təqsirli bilərək ifadəsində bildirmişdir ki, son vaxtlar o, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməyə başlamışdır. O, tikinti işləri ilə məşğul olduğu üçün tanışı Rəşad onun yanında fəhlə işləmiş, söhbət zamanı Rəşadın da narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini bilmişdir. Ona görə də Rəşadla 2-3 dəfə birlikdə narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişlər. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə səhər saatlarında Rəşada zəng edərək 10 manatı olduğunu, Rəşadın da 10 manat üstünə qoyaraq qurudulmuş marixuana təşkil etməsini və birlikdə istifadə etmələrini bildirmiş, Rəşad da onunla razılaşaraq Yevlax şəhər mərkəzi stadionunun yaxınlığına gəlməsini ona bildirmişdir. Həmin vaxt o, Rəşadın dediyi yerə getmiş, orada Rəşadla görüşmüş və Rəşada 10 manat pul vermişvə Rəşadın da həmin 10 manat pulun üstünə 10 manat qoyaraq qurudulmuş marixuana almasını Rəşada bildirmiş, Rəşad da onunla razılaşaraq ona oralarda gözləməsini bildirərək birlikdə istifadə etmək üçün qurudulmuş marixuana almağa getmiş, bir qədər sonra Rəşad ona zəng edərək görüşdükləri yerə gəlməsini ona bildirmişdir. Həmin gün saat təxminən 11 radələrində Yevlax şəhər mərkəzi stadiyonunun yaxınlığındakı küçədə Rəşadla görüşmüş, Rəşad ona 20 manata qaraçılardan narkotik vasitə olan qurudulmuş marixuana aldığını deyərək aldığı marixuananın az hissəsini özündə saxlamış, çox hissəsini isə ona verərək axşam birlikdə istifadə etmələrini ona bildirmişdir. Həmin vaxt o, Rəşaddan aralaşıb gedərkən həmin küçədə Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Müdafiəçi2 özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı Müdafiəçi2 Yevlax rayon polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan bükülünü təqdim etmişdir. O, bükülülərdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özü istifadə etmək üçün saxladığını demişdir. Polis əməkdaşları bükülünün içərisindəki kütləyə baxaraq narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyini demişlər. Təhqiqatçı həmin 1 ədəd sellofan bükülüdə olan qurudulmuş marixuananı sellofn bükümlə birlikdə elektiron tərəzidə çəkmiş, çəkisi 5,68 qram olmuşdur. Təhqiqatçı həmin qurudulmuş marixuananı sellofan bükülü ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdıraraq 85 nömrəli möhürlə möhürləmişdir. O və müdafiəçisi Müdafiəçi2 zərfin üzərinə imza çəkmişlər. Təhqiqatçı qurudulmuş marixuananı zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ifadəsini dəyişərək bildirmişdir ki, əslində tutulan gün yəni xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində o, polis əməkdaşlarının gəldiyini hiss edərək üzərində olan Təqsirləndirilən şəxs2 ilə birlikdə aldıqları narkotik vasitə olan marixuananı cibindən kənara tullamışdır. Sözügedən küçədə Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən onun üzərində hər hansı bir narkotik vasitə olmamışdır, lakin polis əməkdaşlarının təziqi nəticəsində ona təklif olunan narkotik vasitəni cibinə qoymuş və video çəkilişdə vəkilin iştirakı ilə aşkar olunan təmiz çəkisi 5,13 qram xeyli miqdarında narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq isə qorxduğu üçün hazırki vaxtadək məhkəmə iclaslarında da istintaqda verdiyi ifadəyə uyğun ifadələr verdiyini, Təqsirləndirilən şəxs2la birgə həqiqiətən də öz istifadələri üçün marixuana aldığını, lakin sonradan tutalacağını hiss edib üzərindən kənara atdığı üçün polis əməkdaşları onu saxlayarkən üzərində ittihamda qeyd olunan narkotik vasitə olan marixuananın olmadığını bildirmişdir. Məhkəmədən barəsində qanuna müvafiq höküm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, son vaxtlar o, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməyə başlamışdır. O, fəhlə kimi tikinti işləri ilə məşğul olduğu üçün tanışı Ədalətlə birlikdə işləmiş, söhbət zamanı Ədalətin də narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini bilmişdir. Ona görə də Ədalətlə 2-3 dəfə birlikdə narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişlər. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə səhər saatlarında Ədalət ona zəng edərək 10 manatı olduğunu, onun da 10 manat üstünə qoyaraq qurudulmuş marixuana təşkil etməsini və birlikdə istifadə etmələrini bildirmiş, o, da Ədalətlə razılaşaraq Yevlax şəhər mərkəzi stadionunun yaxınlığındakı yaşadığı küçəyə gəlməsini Ədalətə bildirmişdir. Bir qədər sonra o, yaşadığı küçədə Ədalətlə görüşmüş, Ədalət ona 10 manat pul vermiş, o, da həmin 10 manat pulun üstünə özü 10 manat qoyaraq qurudulmuş marixuana almaq üçün qaraçıların məhləsinə gedəcəyini və Ədalətə onu oralarda gözləməsini bildirmişdir. Həmin vaxt o, qaraçıların yaşadığı küçəyə gedərək 20 manata tanımadığı şəxsdən 1 ədəd sellofan bükülüdə narkotik vasitə almış və yenidən yaşadığı küçəyə gələrək Ədalətlə görüşmüş, aldığı qurudulmuş marixuananın az hissəsini axşama qədər özü istifadə etmək üçün götürmüş, qalan çox hissəsini Ədalətə verərək axşam görüşüb birilikdə istifadə edəcəklərini bildirmişdir. Ədalət ondan aralaşıb gedən zaman Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Fərhad Məmmədovu özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı X12 rayon polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan bükülünü təqdim etmişdir. O, bükülülərdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özü istifadə etmək üçün saxladığını demişdir. Polis əməkdaşları bükülünün içərisindəki kütləyə baxaraq narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyini demişlər. Təhqiqatçı həmin 1 ədəd sellofan bükülüdə olan qurudulmuş marixuananı sellofon bükümlə birlikdə elektron tərəzidə çəkmiş, çəkisi 1,32 qram olmuşdur. Təhqiqatçı həmin qurudulmuş marixuananı sellofan bükülü ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdıraraq 85 nömrəli möhürlə möhürləmişdir. O və müdafiəçisi Fərhad Məmmədov zərfin üzərinə imza çəkmişlər. Təhqiqatçı qurudulmuş marixuananı zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət törətdiyini bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 Rəfail oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 28 dekabr 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Rəşadın barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Rəşadın barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 28 dekabr 2023-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı Şahid4 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Yevlax rayon polis şöbəsinin CAB-nin rəisi, polis polkovnik-leytenantı X11 həmin qrupun rəhbəri təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o, polis əməkdaşı Məhərrəmlə birlikdə Yevlax şəhəri Məhsəti küçəsində Rəşadın yolun kənarı ilə getdiyini görmüşlər və ona yaxınlaşmışlar. O, Rəşada qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Rəşad üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşı Məhərrəmlə birlikdə Təqsirləndirilən şəxs2 Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X5yə təhvil vermişlər. O, Rəşadın gətirilməsi barədə raport yazmışdır. X2 tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutmuşdur. Rəşad Yevlax şəhər Vəkil Bürosunun vəkili Fərhad Məmmədov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X13 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında İsmayıl Cəfərzadə onun, Şahid4 və Fərhad Məmmədovun iştirakı ilə Rəşadın üzərində şəxsi axtarış aparmışdır. X9 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin UQSİQ-nin operatoru polis baş serjantı X7 video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Rəşad əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükülünü təqdim edərək bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı özü istifadə etmək üçün saxladığını bildirmişdir. X5 bükülünü açmış, o, bükülüdə qurudulmuş marixuanaya bənzər kütlənin olduğunu görmüşdür. İsmayıl Cəfərzadə həmin kütləni sellofan bükülü ilə birlikdə elektron tərəzidə çəkmiş, çəkisi 1,32 qram olmuş, təhqiqatçı həmin kütləni sellofan bükülü ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Rəşad və müdafiəçisi Fərhad Məmmədov zərfin üzərinə imza çəkmişlər. İsmayıl Cəfərzadə zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. İsmayıl Cəfərzadə zərfdə qablaşdırdığı maddənin qurudulmuş marixuana olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Rəşadın üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. İsmayıl Cəfərzadə protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu digər iştirksçılarla birlikdə imzası ilə təsdiq etmişdir. Şahid3 həmçinin, ifadəsində göstərmişdir ki, sonradan ona məlum olmuş ki, Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 Nemmət oğlu hərəsi 10 manat pul qoyaraq cəmi 20 manata Təqsirləndirilən şəxs2 tanımadığı şəxsdən narkotik vasitə olan qurdulmuş marixuananı alaraq az hissəsini özündə saxlamış, qalan hissəsini isə Təqsirləndirilən şəxs1 vermiş ki, həmin axşam birlikdə istifadə etsinlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin PPXBnün polis nəfəri Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 28 dekabr 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Ədalətin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Ədalətin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 28 dekabr 2023-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin NMQ-nun əməliyyət müvəkkili Şahid1 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X6 iştirakı ilə əməliyyataxtarış qrupu yaradılmışdır. Yevlax rayon polis şöbəsinin CAB-nin rəisi, polis polkovnikleytenantı X11 həmin qrupun rəhbəri təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o, polis əməkdaşı Nurlanla birlikdə Yevlax şəhəri Məhsəti küçəsində Ədalətin yolun kənarı ilə getdiyini görmüşlər və ona yaxınlaşmışlar. O, Ədalətə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Ədalət üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşı Nurlanla birlikdə Təqsirləndirilən şəxs1 Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X10a təhvil vermişlər. O, Ədalətin gətirilməsi barədə raport yazmışdır. X4 tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutmuşdur. Ədalət Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra Müdafiəçi2 Yevlax rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Şamil Xəlilov onun, Şahid1 və Müdafiəçi2 iştirakı ilə Ədalətin üzərində şəxsi axtarış aparmışdır. X14 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Ədalət əynindəki idman gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükülünü təqdim edərək bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı özü istifadə etmək üçün saxladığını bildirmişdir. X10 bükülünü açmış, o, bükülüdə qurudulmuş marixuanaya bənzər kütlənin olduğunu görmüşdür. Şamil Xəlilov həmin kütləni sellofan bükülü ilə birlikdə elektron tərəzidə çəkmiş, çəkisi 5,68 qram olmuş, təhqiqatçı həmin kütləni sellofan bükülü ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Ədalət və müdafiəçisi Müdafiəçi2 zərfin üzərinə imza çəkmişlər. Şamil Xəlilov zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Şamil Xəlilov zərfdə qablaşdırdığı maddənin qurudulmuş marixuana olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Ədalətin üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Şamil Xəlilov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu digər iştirksçılarla birlikdə imzası ilə təsdiq etmişdir. Şahid1 həmçinin, ifadəsində göstərmişdir ki, sonradan ona məlum olmuş ki, Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 Nemmət oğlu hərəsi 10 manat pul qoyaraq cəmi 20 manata Təqsirləndirilən şəxs2 tanımadığı şəxsdən narkotik vasitə olan qurdulmuş marixuananı alaraq az hissəsini özündə saxlamış, qalan hissəsini isə Təqsirləndirilən şəxs1 vermiş ki, həmin axşam birlikdə istifadə etsinlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Yevlax RPŞ-nin əməkdaşı Şahid1 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunarkən məlum oldu ki, o, iş üzrə digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunarkən məlum oldu ki, o, iş üzrə digər Şahid3 Rəfail oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.20-21); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükülmüş bükülünün içərisində narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər. 27-35); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/878 nömrəli rəyindən görünür ki, şübəli şəsx “Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində narkotik vasitə olan qurudulmuş halda marixuanaya oxşar kütlələr” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindək 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 5,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 5,13 qram tədqiqata sərf edildi-0,05 qram, qalıq-5,08 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 manatdır.(iş vər.45-48); Materialın cinayət işnə birləşdirilməsi haqqında xx.xx.2023-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində toplanmış HK-1/2940 nömrəli material Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işnə birləşdirilib bir icraatda aparılması qərara alınmışdır.(iş vər.58-59); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.78-79); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının içəri hissəsindən 01 (bir) ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükülünün içərisində narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər. 85-92); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/879 nömrəli rəyindən görünür ki, şübəli şəsx “Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş qurudulmuş şəkilindənarkotik vasitə olan marixuanaya bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindək 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 1,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 1,13 qram tədqiqata sərf edildi- 0,05 qram, qalıq-1,08 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 manatdır.(iş vər.100-103); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/882 nömrəli rəyindən görünür ki, şübəli şəsx “Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində narkotik vasitə olan qurudulmuş halda marixuanaya oxşar kütlələr” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindək 01 (bir) ədəd şəffaf sellofan bükümdə, olan qurudulmuş marixuana ilə üzərində şübəli şəsx “Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş qurudulmuş şəkilindənarkotik vasitə olan marixuanaya bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindək 01 (bir) ədəd şəffaf sellofan bükümdə, olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. A) Marixuananın təmiz çəkisi- 5,08 qram tədqiqata sərf edildi- 0,05 qram, qalıq-5,03 qram. B) Marixuananın təmiz çəkisi- 1,08 qram tədqiqata sərf edildi- 0,05 qram, qalıq-1,03 qram Aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 manatdır.(iş vər.118-120); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, saat 11:15-da Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 147-148); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, saat 11:25-da Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(iş vər.150-151); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir.(iş vər.162); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir.(iş vər.163); Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərfindən verilmiş xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2.06.2017ci il təvəllüdlü Elcan və xx.xx.2019-cu il təvəllüdlü Atac uşaqları vardır.(iş vər.169); Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 5,03 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuanan və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 1,03 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuanan “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 5,03 qram və 1,03 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuanan saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.196-197); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 386 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.199); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 385 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.205); Yevlax Rayon Məhkəməsinin 4(039)-38/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətində həbs qismində qətimkan tədbiri seçilmişdir. Hazırda Yevlax Rayon Məhkəməsinin icraatında sözügedən cinayət işinə baxılır (sədrlik edən hakim Qalib Paşayev). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ilk olaraq cinayət əməlini etiraf edərək ifadəsində özünü təqsirli bildiyini göstərsə də, daha sonra ona qarşı polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə söylədiyini, bununla da ziddiyyətli ifadələr verməsini məhkəmə onun özünü müdafiə etmək məqsədi daşıdığı qənaətinə gəlir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istifadələri üçün əldə etdikləri narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 5,13 qram və 1,13 qram cəmi 6,26 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilmələri üçün əsasdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - törətdiyi əməli etiraf edib peşman olmasını; - Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, onlara CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və onlara həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut – Yevlax RPŞ-nin maddi sübutlar saxlanılan otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 5,03 qram və 1,03 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 28 dekabr 2023-cü il tarixdən 30 dekabr 2024-cü il tarixədək şübəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə saat 22:00-dan saat 08:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində hazırki cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 28 dekabr 2023-cü il tarixdən 30 dekabr 2024-cü il tarixədək şübəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dan saat 08:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Yevlax rayon polis şöbəsində saxlanılan iş üzrə maddi sübut -5,03 qram və 1,03 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 103 (bir yüz üç) manat 65 (əlli beş) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq Yevlax şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 məhkəmədə göstərdiyi 10 (on) saat, Müdafiəçi1 məhkəmədə göstərdiyi 10 (on) saat 30 dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və 63 (altmış üç) manat Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar