Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-75/2025 24.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakı ilə xx.xx.1988-ci il tarixdə Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 23 aprel 2024-cü il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə, saat 18:30 radələrində BC 607256 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi VAZ-21074 markalı, O 060 CY 36 RUS dövlət qeydiyyat nişanlı avtomobili təxminən 70 km/saat sürətlə Yevlax rayonu, Qaramanlı-Qoyunbinəsi kənd avtomobil yolu ilə Qoyunbinəsi kəndi istiqamətində idarə edərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı və avtomobilin öz hərəkət zolağı ilə təhlükəsiz hərəkətini təmin etməli olduğu halda buna əməl etməyərək idarə etdiyi avtomobillə qarşı sol hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətlə öz hərəkət zolağı ilə Yevlax rayonu, Qaramanlı kəndi istiqamətində hərəkətdə olan Yevlax rayonu, Köyük kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1998-ci il təvəllüdlü X5 idarə etdiyi dövlət nömrə nişanı olmayan “Muravey” markalı motosikletin sol qarşı hissəsindən vurmaqla toqquşmuş, nəticədə ehtiyatsızlıqdan motosikletin sürücüsü Ruslan Əmrahovun döş qəfəsinin və qarnının küt travması, hər iki tərəf qabırğaların, döş sümüyünün sınığı, qara ciyərin cırılmış yarası, daxili qanaxma ilə müşayət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirilərək ölümünə səbəb olan, avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, fəhləliklə məşqul olaraq ailəsini dolandırır. Hadisəni tam olaraq xatırlamır. Cox vaxt fəhlə yoldaşı Nofəlin VAZ-2107 markalı avtomobili ilə Tərtər rayonuna gedib gəlmişlər. Onun sürücülük vəsiqəsi olduğu üçün Nofəlin avtomobilini arada bir özü idarə etmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Tərtər rayonuna yola düşmüşdür. Avtomobili özü idarə etmişdir. Həmin gün Tərtər rayonu ərazisində yerləşən bağlardan xurma yığıb qablaşdırdıqdan sonra axşam saatlarında yaşadıqları kəndə qayıtmışlar. Fəhlə yoldaşı Ravil avtomobildə qarşı tərəfdə, Bəhruz, Vüqar və Nurlan avtomobilin arxa oturacağında əyləşmişlər. Yevlax rayonu, Qaramanlı kəndi ərazisinə çatanda saat təxminən 18:30 radələri olmuş və hava qaralmışdır. Həmin yolda hərəkətdə olan zaman qarşı tərəfdən VAZ-2107 markalı avtomobilin uzaq vuran işıqlarının yanılı vəziyyətdə gəldiyini görmüşdür. Həmin avtomobil onun idarə etdiyi avtomobilin yanından keçən zaman “Muravey” markalı motosikletin gəldiyini görmüş və həmin anda onun idarə etdiyi avtomobillə motosiklet arasında toqquşma baş vermişdir. Bundan sonra o, huşunu itirmiş və ayılanda xəstəxanada olduğunu görmüşdür. Hazırda zərərçəkmiş şəxsin ailəsi ilə barışımış və ailəsinin ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən göstərilən halların nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, mərhum X9 onun oğludur. Oğlu Ruslanın balıq gölü olmuşdur. Ruslan balıq gölündə balıq yetişdirib satmışdır. xx.xx.2024-cü il tarixdə o da oğluna kömək etmək üçün Ruslanın balıq gölünə getmişdir. Həmin gün saat təxminən 16 radələrində Ruslanla göldən təxminən 150 kq balıq çıxartmış və Ruslan həmin balıqları özünə məxsus Muravey markalı motesikletə satmağa aparmışdır. O, Ruslanı yola salandan sonra həmin gün axşam tərəfinə kimi Ruslanın balıq gölündə qalmış, sonra evə gəlmişdir. Həmin gün axşam saat təxminən 19 radələrində ona oğlu Ruslanın avtoqəzaya düşdüyü və Ruslanı Yevlax şəhər mərkəzi xəstəxanasına apardıqları barədə məlumat vermişlər. Həmin vaxt oğlu Ruslanın vəfat etdiyini anlamışdır. Sonradan ona məlum olmuşdur ki, oğlu Ruslan özünə məxsus Muravey markalı motosikletlə Yevlax rayonu Qaramanlı-Qoyunbinsəi kəndləri arası avtomobil yolu ilə Qaramanlı kəndi istiqamətində gedərkən qarşı tərəfdən gələn VAZ-2107 markalı avtomobillə toquşşmuş və oğlu Ruslan almış olduğu xəsarətlərdən rəhmətə getmişdir. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2174 markalı O 060 CY 36 RUS dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili Rusiya Federasiyasından almış və idarə edərək Azərbaycana gətirmişdir. Həmin ərəfədə xəstə olduğu üçün və bel nahiyyəsindən əməliyyat olduğu üçün avtomobilin qeydiyat müddətini artırmağa gedə bilməmişdir. Oğlu Nofəl fəhləliklə məşqul olaraq ailəsini dolandırır. 2024-cü il oktyabr aynın təxminən 15-dən başlayaraq oğlu Nofəl fəhlə yoldaşları ilə hər gün Göyçay rayonundan səhər saat 05-06 radələrində çıxıb Tərtər rayonuna gedib Tərtər rayonu ərazisində yerləşən bağ sahələrindən xurma yığaraq yeşiklərdə qablaşdırıb axşam saatlarında yenidən Göyçay rayonuna yaşadıqları evə qayıtmışlar. O da arada bir özünə məxsus avtomobili oğlu Nofələ vermiş, Nofəl həmin avtomobillə gedib gəlmişdir. xx.xx.2024-cü il tarixdə Samir onlara gəlmiş və onun həyat yoldaşına «Nofəl səhər işə getməyəcək, Nofələ demişəm, avtomobili götürüm səhər yoldaşlarımla Tərtər rayonuna gedib qayıdaq». Həyat yoldaşı VAZ-2174 markalı, O 060 CY 36 RUS dövlət qeydiyyat nişanlı avtomobili Samirə vermiş, Samir avtomobili sürüb getmişdir. Səhəri gün Yevlax rayonu ərazisində avtoqəza baş vermiş və qəza nəticəsində Samir özü ağır bədən xəsarəti almış, Samirin idarə etdiyi avtomoğillə toqquşan Muravey markalı motoskiletin sürücüsü isə hadisə yerində ölmüşdür. Onun avtomobilinin avtoqəza zamanı yararsız vəziyyətə düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, fəhləliklə məşqul olaraq ailəsini dolandırır. 2024-cü il oktyabr aynın təxminən 15-dən başlayaraq tanışları Bəhruz, Nurlan, Vüqar və Samirlə birlikdə hər gün Göyçay rayonundan səhər saat 05-06 radələrində avtomobillə çıxıb Tərtər rayonuna gedib Tərtər rayonu ərazisində yerləşən bağ sahələrindən xurma yığaraq yeşiklərdə qablaşdırıb axşam saatlarında yenidən Göyçay rayonuna yaşadıqları evə qayıtmışlar. Onlar hər gün Samirin idarə etdiyi VAZ-2107 markalı avtomobillə gedib gəlmişlər. Hər gün olduğu kimi xx.xx.2024-cü il tarixdə səhər saatlarında Samirin idarə etdiyi avtomobillə xurma yığmaq üçün Tərtər rayonuna getmişlər. Həmin gün Tərtər rayonu ərazisində yerləşən bağlardan xurma yığaraq yeşiklərdə qablaşdırıb axşam saatlarında yaşadıqları Göyçay rayonuna qayıtmışlar. Həmişəki kimi avtomobili Samir idarə etmiş, o, avtomobildə qabaq tərəfdə sürücünün yanında əyləşmiş, Vüqar, Bəhruz və Nurlan avtomobildə arxa oturacaqda əyləşmişlər. Onlar Yevlax rayonu Qaramnlı kəndi ilə Qoyunbinəsi kəndi ərazisinə çatanda hava qaranlıq olmuşdur. Həmin vaxt qarşı tərəfdən VAZ-2107 markalı avtomobil və bərabər Muravey markalı motosikletin işıqsız vəziyyətdə gəldiyini görmüş və , həmin vaxt onun əyləşdiyi avtomobilin sol qarşı tərəfi ilə Muravey markalı motosiklet toqquşmuşdur. Həmin vaxt toqquşma Samir tərəfdən olduğu üçün Samir ciddi xəsarət almışdır. Sonradan isə motossikletin sürücüsünün də asvaltın üstündə uzanaqlı vəziyyətdə olduğunu görmüş və hiss etmişdir ki, vəziyyəti yaxşı deyil. Həmin vaxt ora yığışan şəxslər birinci motosikletin sürücüsünü ağ rəngli VAZ-2106 markalı avtomobilə qoyaraq aparmışlar, sonra isə onlar Samiri yoldan keçən başqa bir avtomobillə Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışlar. Onlar Yevlax şəhər mərkəzi xəstəxanasına çatanda məlum olmuşdur ki, motosikletin sürücüsü rəhmətə gedib. Yevlax şəhər mərkəzi xəstəxanasında Samirə tibbi yardım göstərilsə də həkimlər Samirin çanaq sümüyünün sındığını və vəziyyətinin yaxşı olmadığını və Gəncə şəhər mərkəzi xəstəxanasına göndərəcəklərini bildirmişlər. Hadisə vaxtı o, heç bir xəsarət almamışdır. İş üzrə Şahid2 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2024-cü il oktyabr aynın təxminən 15-dən başlayaraq tanışları Bəhruz, Nurlan, Ravil və Samirlə birlikdə hər gün Göyça rayonundan səhər saat 05-06 radələrində avtomobillə çıxıb Tərtər rayonuna gedib Tərtər rayonu ərazisində yerləşən bağ sahələrindən xurma yığaraq yeşiklərdə qablaşdırıb axşam saatlarında yenidən Göyçay rayonuna yaşadıqları evə qayıtmışlar. Onlar hər gün Samirin idarə etdiyi VAZ-2107 markalı avtomobillə gedib gəlmişlər. Hər gün olduğu kimi xx.xx.2024-cü il tarixdə səhər saatlarında Samirin idarə etdiyi avtomobillə xurma yığmaq üçün Tərtər rayonuna getmişlər. Həmin gün Tərtər rayonu ərazisində yerləşən bağlardan xurma yığaraq yeşiklərdə qablaşdırıb axşam saatlarında yaşadıqları Göyçay rayonuna qayıtmışlar. Həmişəki kimi avtomobili Samir idarə etmiş, Ravil avtomobildə qabaq tərəfdə, o, Bəhruz və Nurlan isə arxa oturacaqda əyləşmişlər. Onlar Yevlax rayonu, Qaramnlı kəndi ilə Qoyunbinəsi kəndi ərazisinə çatanda hava qaranlıq olmuşdur. Həmin vaxt o, əlində olan telefonda nəyəsə baxmışdır. Ani vaxtda avtomobilin toqquşduğunu görmüşdür. Avtomobidən düşündə ona məlum olmuşdur ki, Samirin idarə etdiyi avtomobil qarşı tərəfdən gələn Muravey markalı motosikletlə toqquşmuşdur. Həmin vaxt Bəhruzun Samiri avtomobildən düşürdüyünü görmüş, lakin Samirin vəziyyəti yaxşı olmadığı üçün yerə uzatmışdır. Sonradan isə motossikletin sürücüsünün də asvaltın üstündə uzanaqlı vəziyyətdə olduğunu görmüş və hiss etmişdir ki, vəziyyəti yaxşı deyil. Həmin vaxt ora yığışan şəxslər birinci motosikletin sürücüsünü ağ rəngli VAZ-2106 markalı avtomobilə qoyaraq aparmışlar, sonra isə onlar Samiri yoldan keçən başqa bir avtomobillə Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışlar. Onlar Yevlax şəhər mərkəzi xəstəxanasına çatanda məlum olmuşdur ki, motosikletin sürücüsü rəhmətə getmişdir. Hadisə baş verməzdən əvvəl Təqsirləndirilən şəxs avtomobili saatda təxminən 60-70 km sürətlə idarə etmişdir. Hadisə vaxtı o, heç bir xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 xx.xx.2024-cü il tarixli, 47 saylı rəyindən görünür ki, X4 meyitində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin və qarnının küt travması, hər iki tərəf qabırğalarının, döş sümüyünün sınığı, qara ciyərin cırılmış yarası, daxili bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb qara ciyərin zədələnməsi nəticəsində baş vermiş daxili qanaxma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-1,5 saat əvvəl baş verdiyini göstərir. xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı, O 060 CY 36 RUS dövlət qeydiyyat nişanlı avtomobil və mərhum X5 idarə etdiyi dövlət nömrə nişanı olmayan “Muravey” markalı motosikletin maddi sübut kimi tanınmış və Yevlax rayon polis şöbəsinin müvəqqəti saxlama duracağında saxlanılır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04. .04.2025-ci il tarixli 8/88 nömrəli rəyində göstərilmişdir ki, VAZ-21074 markalı, O 060 CY 36 RUS dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü R.E.Əmirahovun motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü R.E.Əmirahovun motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü R.E.Əmirahovun motosikleti sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli Göyçay rayon İHB-nın Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü Mikayıl, 2018-ci il təvəllüdlü Şamxal və 2022-ci il təvəllüdlü Miran adlı üç azyaşlı uşağı var. xx.xx.2025-ci il tarixli Göyçay rayon İHB-nın Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertizası və X7” X13 16 noyabr 2024-cü il tarixli 3852/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitul turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək). Fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazerin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yevlax RQİ və TBŞ-si tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə Qəbələ regional “Asan Xidmət” tərəfindən xx.xx.2033-cü il tarixədək etibarlı olan BC 507256 nömrəli “B1 B C1 C“ kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. xx.xx.2025-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 fevral 2022-ci il tarixli Qərarının 4.21-ci bəndinə əsasən “CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Hüquqi varis qismində tanınmış digər şəxslərlə hər hansı razılığın əldə olunması isə təqsirləndirilən şəxs barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz.”. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Məhkəmə, CM-in in 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan atası (zərərçəkmiş şəxsin hüquqi varisi) X8 ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs oğlu oğluna təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış VAZ-21074 markalı, O 060 CY 36 RUS dövlət qeydiyyat nişanlı avtomobil və dövlət nömrə nişanı olmayan “Muravey” markalı motosiklet hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə qaytarılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulmalıdır. Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 6 (altı) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əasaən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 6 (altı) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 6 (altı) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 66 (altmış altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış VAZ-21074 markalı, O 060 CY 36 RUS dövlət qeydiyyat nişanlı avtomobil və dövlət nömrə nişanı olmayan “Muravey” markalı motosiklet hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs oğluna göstərdiyi cəmi 6 (altı) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 66 (altmiş altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-75/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-75/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver