Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-76/2020 28.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X2 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1979-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx xxxx 2019cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək informasiya texnologiyasından istifadə etməklə, yəni “xxxxxxxxxxxx” ASC-nin elektron “Bir Bank” proqramına daxil olub Bərdə rayonu Samux kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus “Bir Kart” ödəniş kartından 200 manat məbləğində puldan 150 manat pulu xx xxxx 2019-cu il tarixdə digər ödəniş kartlarının hesablarına köçürərək nağdlaşdırmaqla çıxarmış, 10 manat pulu ***-***-**-** mobil nömrəsinə, 40 manat pulu isə ***-***-**-** mobil nömrəsinə göndərməklə gizli yolla talayaraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, özünə məxsus olan mobil telefona “xxxxxxxxxxxx” ASC-nin mobil tətbiqetməsi olan “Bir Bank” adlı proqram yükləmişdir. Bunu etməkdə məqsədi “Bir Kart” və digər ödəniş kartlarından pul ələ keçirmək olmuşdur. O, 2019-cu ilin yay aylarında təsadüfi kart şifrəsi yığmış və həmin vaxt tanımadığı şəxsin adına olan “Bir Kart” açılmışdır. Həmin kartın hesabında 200 manat məbləğində pul olmuşdur. O, kartın hesabında olan pulu, əvvəlcə özündə olan iki nömrənin hesabına yükləmək qərarına gəlmişdir. Daha sonra həmin “Bir Kart” adlı kartın hesabında olan pulu nağd şəkildə çıxarmaq istəsə də, bunu etmək mümkün olmamışdır. Buna görə də o, həmin pulu digər hesaba köçürməklə çıxarmaq istəmişdir. Bu məqsədlə o, əvvəlcədən bildiyi, lakin xatırlamadığı, təxmini olaraq əldə etdiyi iki ədəd kartın hesabına pul göndərmiş və sonuncu kartdan QR-kod vasitəsilə köçürdüyü 150 manat pulu çıxarmışdır. O, kartdan pulu çıxardıqdan sonra öz istifadəsində olan ***-***-**-** mobil nömrəsinə elektron qaydada 40 manat məbləğində danışıq kartı, ***-***-**-** mobil nömrəsinə isə 10 manat məbləğində danışıq kartı yükləmişdir. O, Zərərçəkmiş şəxs məxsus olan kartdan köçürdüyü pulu QR-kod vasitəsilə Yevlax şəhərindəki Mərkəzi Xəstəxananın yaxınlığında “xxxxxxxxxxxx” ASC-yə məxsus bankomatdan çıxardığını, kartından pul çıxardığı Zərərçəkmiş şəxs, kartlarına pul köçürdüyü Zahid Mirzəyevi və Şahid1 tanımadığını, həmin şəxslərdən heç birinin bu barədə xəbəri olmadığını, kartın hesabında olan puldan iki dəfə olmaqla hər dəfəsində 20 manat dəyərində danışıq kartlarını öz istifadəsində olan mobil nömrəyə yüklədiyini, ***-***-**-** mobil nömrəsinin sahibini tanımadığını bildirmişdir.Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, onunla barışıq əldə etdiyini bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2018-ci ilin may ayında “xxxxxxxxxxxx” ASC-nin Bərdə rayon filialından kredit götürən zaman ona bank tərəfindən “Bir Kart” plastik kartı təqdim edilmişdir. Bank əməkdaşı ona həmin kartın balansında 300 manat pul olduğunu və lazım olduğu halda çıxara biləcəyini bildirmişdir. O, həmin kartdan istifadə etməmişdir. xx xxxx 2019-cu ilin tarixdə 100 manat, daha sonra 50 manat, xx xxxx 2019- cu il tarixdə 10 manat, xx xxxx 2019-cu il tarixdə 20 manat, xx xxxxxx 2019-cu il tarixdə isə 20 manat pulun həmin kartdan çıxarılması barədə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ismarıc gəlmişdir. O, həmin ismarıcın nə olduğunu aydınlaşdırmaq məqsədilə “xxxxxxxxxxxx” ASC-nin Bərdə rayon filialına getmişdir. Banka bu barədə ərizə ilə müraciət etmiş və orada ona on gün müddətində araşdırılıb məlumat veriləcəyini demişlər. Təxminən on gün sonra o, yenidən həmin filiala yaxınlaşıb məsələnin nə yerdə qaldığını soruşduqda ona məxsus “Bir Kart” adlı ödəniş kartından başqa hesaba pul köçürülməsi, lakin həmin hesabın sahibi barədə məlumat verə bilməyəcəklərini bildirmişlər. Buna görə də o, bu barədə Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı kartında olan pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019cu ilin may ayından ünvanlı dövlət sosial yardım almağa başlamışdır. Həmin yardımı almaq üçün “xxxxxxxxxxxx” ASC-dən onun adına plastik kart verilmişdir. O, həmin kartı 2019-cu ilin iyun ayında əldə etmiş və həmin kartın hesabına köçən pulları hər ay bankomatdan özü çıxarmışdır. Bundan sonra isə onun Mehbarə adlı tanışı ona vermək üçün 1500 manat kredit götürmüşdür. Belə ki, o, sosial müavinət aldığıüçün öz adına kredit götürə bilmədiyindən Mehbarədən ona kredit götürüb verməsini xahiş etmişdir. Bundan sonra isə o, öz ünvanlı sosial dövlət yardımı aldığı plastik kartını Mehbarəyə vermiş və hər ay 150 manat pul çıxarmasını, qalan pulu isə ona verməsini istəmişdir. Mehbarə də onunla razılaşıb 150 manat pulu götürdükdən sonra qalan pulu gətirib ona vermişdir. 2019-cu ilin noyabr ayında Mehbarə onun kartından pul çıxaran zaman həmin kartı bloka saldığı üçün kartın şifrəsini yenidən bərpa etməsi məqsədilə ona geri qaytarmışdır. Kartını aldıqdan sonra isə pulunu özü çıxarmışdır. Kartını heç vaxt itirməmiş, kartı yalnız tanışı Mehbarədə olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2019-cu ilin may ayında arvadı Şəbnəm ünvanlı dövlət sosial yardımı almaq məqsədilə sənədlər yığmağa, iyun ayından isə sosial müavinət almağa başlamışdır. Həmin yardımı almaq üçün “xxxxxxxxxxxx” ASC-dən Şəbnəmin adına plastik kart verilmişdir. Plastik kartın üzərində olan nömrə **********850882 olmuşdur. Həmin kartın hesabındakı pulu adətən arvadı Şəbnəm çıxarmışdır. 2019-cu ilin yay aylarında isə onlar tanışları Mehbarədən 1500 manat kredit götürmüşlər. Belə ki, sosial müavinət aldıqları üçün öz adlarına kredit götürə bilmədiklərinə görə Şəbnəm Mehbarəyə kredit götürüb onlara verməsini xahiş etmişdir. Daha sonra isə arvadı Şəbnəm Mehbarəyə zaminlik kimi öz sosial müavinət aldığı plastik kartı vermiş və hər ay kreditə görə ödəniş kimi 150 manat pul verməyə razı olmuşdur. Şəbnəm Mehbarəyə kartın şifrəsini də vermiş, Mehbarənin özü hər ay kartdan çıxardığı pulun 150 manatını özünə götürdükdən sonra qalan pulu onlara verməklə bağlı razılaşmışdır. Bundan sonrakı aylar ərzində Mehbarə Şəbnəm ilə razılaşıb kartdan çıxardığı pulun 150 manatını özünə götürdükdən sonra qalan pulu Şəbnəmə vermişdir. 2019-cu ilin noyabr ayında Mehbarə kartdan pul çıxaran zamankartı bloka saldığı üçün kartın şifrəsini bərpa etdirmələri üçün onlara geri qaytardı. Həmin vaxtdan isə pulu kartın hesabından Şəbnəmin özü çıxarmışdır. Bundan başqa o, “xxxxxxxxxxxx” ASC-dən daxil olmuş məlumatda Zahid Mirzəyev adlı şəxsin hesabından onun adına olan kartın hesabına xx xxxx 2019-cu il tarixdə 150 manat pulun köçürülməsi ilə bağlı adı qeyd edilən şəxsi tanımadığını və Mehbarə kartı qaytardıqdan sonra kartın həmişə arvadı Şahid1 olduğunu bidlirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs Bərdə rayon Polis Şöbəsinə etdiyi müraciət ilə tanış olmuşdur. Bununla bağlı bildirmişdir ki, o, Zərərçəkmiş şəxs tanımır. Buna görə də, onun Zərərçəkmiş şəxs ilə arasında heç bir düşmənçilik və ədavət yoxdur. Şahid1 uzun müddətdir tanıyır. Belə ki, Şahid1 onun atasının həmkəndlisidir və yaşadığı əraziyə tez-tez ağartı məhsulları gətirib satmaqla dolanır. 2019-cu ilin avqust ayının sonlarında Şəbnəm onun yaşadığı yerə ağartı məhsulları satmaq üçün gəldiyi vaxt o, Şəbnəm ilə söhbət etmişdir. Şəbnəm 1500 manat pula ehtiyacı olduğunu, buna görə kredit götürmək istədiyini, lakin adına sosial müavinət olduğu üçün öz adına kredit götürə bilmədiyini bildirmişdir. Həmin vaxt onların aralarında baş tutan söhbət zamanı Şəbnəm ona öz adına kredit götürüb ona verməsini və bunun qarşılığında öz adına olan sosial müavinət kartını girov kimi ona verib hər ay həmin kartdan pul çıxararaq 150 manatını özünə götürməsini, qalan pulu isə onun özünə qaytarmasını təklif etmişdir. O da Şəbnəmi uzun müddətdir tanıdığı üçün bu təklif ilə razılaşmışdır. O,məlumat üçün qızının pula ehtiyacı olduğundan “xxxxxxxxxxxx” ASC-nin Yevlax şəhərində yerləşən filialından 2300 manat məbləğində kredit götürdüyünü, lakin həmin pulu xərcləmədiyini bildirmişdir. Buna görə də Şəbnəm ilə söhbəti zamanı həmin pulu nəzərdə tutaraq 1500 manat məbləğində kedit götürəcəyini və Şəbnəmə verəcəyini demişdir. xx xxxxxx 2019-cu il tarixdə o, Yevlax şəhərində yerləşən bazarın yaxınlığında təsadüfən Şəbnəm ilə rastlaşmış və Şəbnəmə iki gün sonra pulu götürməsi üçün onun evinə gəlməsini bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə Şahid1 tək şəkildə onun yaşadığı ünvana gələrək ondan 1500 manat pulu almışdır. Bundan təxminən bir həftə sonra, yənisentyabr ayının əvvəllərində isə Şəbnəm yenidən tək şəkildə onun yaşadığı evə gələrək öz adına olan sosial müavinət kartını ona vermiş və hər ay kartın hesabına köçən pulu çıxarıb 150 manatını özünə götürməsini, qalan pulu isə özünün gəlib götürəcəyini tapşırmışdır. 2019-cu ilin sentyabr ayının sonlarında sosial müavinətlər köçən zaman o,tanışı Talehə ilə Yevlax şəhərində yerləşən “Üçün başı” deyilən ərazidəki bankomata yaxınlaşmış və Talehə kartın şifrəsini bankomata daxil edərək kartın hesabındakı 240 manat pulu çıxarmışdır. Daha sonra o, mobil telefon vasitəsilə Şəbnəmə zəng edib 90 manat pulu gəlib götürməsini bildirmişdir. Təxminən bir həftə sonra Şəbnəm onun yaşadığı yerə gələrək 90 manat pulu götürmüşdür. 2019-cu ilin oktyabr ayının sonlarında sosial müavinətlər köçən zaman o, yenidən tanışı Talehə ilə birlikdə “Üçün başı” deyilən ərazidəki bankomata yaxınlaşmış və Talehə kartın şifrəsini bankomata daxil edərək kartın hesabındakı 140 manat pulu çıxarmışdır. O, həmin pulun Şəbnəmin ona olan aylıq borcunu ödəməsi üçün kifayət etmədiyini görüb mobil telefon vasitəsilə Şəbnəmə zəng etmiş və bu barədə məlumat vermişdir. Şəbnəm özü də buna təəccüblənib yaşadığı yerə gələrək kartını ondan götürəcəyini və gedib problemini həll edəcəyini demişdir. Bundan təxminən 3-4 gün sonra Şəbnəm onun yaşadığı ünvana gəlmiş və ona 10 manat pul verərək öz adına olan kartı ondan geri almışdır. Beləcə, Şahid1 ona olan borcundanoktyabr ayı üçün nəzərdə tutulan 150 manat pulu da ödəmişdir. Təxminən 2019-cu ilin noyabr ayının əvvəllərində Şəbnəm yenidən yaşadığı həyətə gəlmiş və ötən ay bir çox şəxsin kartında oxşar şəkildə problem olduğunu bildirərək kartın problemini həll etdiyini demiş və yenidən kartı ona vermişdir. 2019-cu ilin noyabr ayının sonlarında sosial müavinətlər köçən zaman o, yenidən tanışı Talehə ilə birlikdə “Üçün başı” deyilən ərazidəki bankomata yaxınlaşmış və Talehə kartın şifrəsini bankomata daxil etmişdir. Bu zaman onlar kartın şifrəsinin bankomat tərəfindən düzgün oxunmadığının şahidi olmuşlar. Pulu çıxara bilmədikləri üçün o, Talehə ilə birlikdə növbəti günlərdən birində işdən qayıdan zaman həmin kartı “xxxxxxxxxxxx” ASC-yə məxsus olan başqa bankomata daxil etmiş, lakin bu dəfə də kartın şifrəsinin düzgün olmamasının və kartı üç dəfə bankomata daxil etdiklərinə görə kartın bloklandığının şahidi olmuşlar. O, bu barədə Şəbnəmə xəbər verdikdən bir neçə gün sonra Şəbnəm onun yaşadığı evə gəlib kartı ondan geri almışdır. Təxminən üç-dörd gün sonra isə Şəbnəmin özü nağd şəkildə 150 manat pulu ona ödəmişdir. O, Şəbnəmdən pulu hansı üsulla aldığını soruşduqda, Şəbnəm kartının bir neçə dəfə bankomata daxil edildiyi üçün bloklandığını və sosial müavinəti şəxsiyyət vəsiqəsi ilə əlbəəl aldığını demişdir. Bu hadisədən bir ay keçdikdən sonra isə Şəbnəm ona borclu olduğu puldan dekabr ayı üçün nəzərdə tutulan 150 manat məbləğində pulu özü gətirib nağd şəkildə ödəmişdir. Bundan sonra o, Şəbnəmin kartı ilə nə baş verdiyini və onun pulu hansı şəkildə çıxardığını bilməmişdir. Həmçinin, o, Təqsirləndirilən şəxs adlı şəxsi tanımadığını, Şahid1 adına olan sosial müavinət kartının 2019-cu ilin sentyabr ayının əvvəllərindən noyabr ayının sonlarınadək özündə olduğunu bildirmiş və 2019-cu ilin iyul ayında “xxxxxxxxxxxx” ASC-nin Yevlax şəhərində yerləşən filialından 2300 manat məbləğində kredit alması ilə bağlı sənədləri istintaqa təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “diskə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib edilmiş diskə baxış keçirilərkən qovluqların içərisində 30 ədəd fotoşəkil aşkar olunmuşdur. Həmin fotoşəkillərdə xx xxxx 2019-cu il tarixdə saat 18:38-də və xx xxxx 2019-cu il tarixdə saat 18:50-də bir nəfər şəxsin bankomatın qarşısında dayanması, onun bankomat ilə əməliyyat yerinə yetirməsi və bankomatdan pulu çıxardıqdan sonra uzaqlaşması müəyyən olunmuşdur.(iş vər. 56-60); “axtarışda olan şəxsin tutulması haqqında” xx xxxx 2020-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:10 radələrində şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.91); “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.( iş vər. 107-108); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( iş vər. 139-140); AZE seriyalı 11253842 nömrəli və AZE seriyalı 11253871 nömrəli şəxsiyyət vəsiqələrinin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü Ümid və xx.xx.2015-ci il təvəllüdlü Fərid adlı uşaqları var. ( iş vər.144); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindəngörünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini (CM-59.1.13), törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Əlizadə X5 Məcəlləsinin 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı,şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib, 1 (bir) il 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Bərdə rayon Vəkil Bürosunun vəkili X3 ibtidai istintaqda göstərdiyi 20 (iyirmi) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun vəkili X4, 72 (yetmiş iki) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-76/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-76/2020
28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver