Məhkəmə qərarları › İş №1(039)-76/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-76/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-76/2021 02.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Bəhmən qızının iştirakları ilə xx xxxxxxxx 1984-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 07 aprel 2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 avqust 2012-ci il tarixdə anadan olmuş X3 və 08 iyun 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 21 fevral 2019-cu il tarixdən etibarən hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, hər ay cəmi 240 (iki yüz qırx) manat məbləğində sabit aliment pulun Zərərçəkmiş şəxs ödənilməsinə dair Yevlax Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(039)- 1042/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsinin 14 may 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 25 may, 22 iyun, 20 iyul, 24 avqust, 21 sentyabr, 26 oktyabr və 23 noyabr 2020-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 04 dekabr 2020-ci il tarixədək şəxsi maraqları naminə cəmi 2508 (iki min beş yüz səkkiz) manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs ilə 08 noyabr 2011-ci ildə ailə həyatı qurmuşdur. Nikahlarını 07 sentyabr 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 15 avqust 2012-ci il tarixdə Anarə və 08 iyun 2016-cı il tarixdə isə Aynurə adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşamışlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 07 noyabr 2019-cu ildə rəsmi boşanmışlar. Yevlax rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(039)-1042/2019 saylı qətnaməsi ilə 15 avqust 2012-ci il tarixdə anadan olmuş Anarənin və 08 iyun 2016-cı il tarixdə anadan olmuş Aynurənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan 21 fevral 2019cu il tarixdən etibarən hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, hər ay cəmi 240 (iki yüz qırx) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Yevlax Rayon İcra və Probasiya Şöbəsindən qeyd edilən alimentin tələbkara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin o, qətnaməni icra edə bilməmişdir. Məhkəmənin qətnaməsi tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsi 14 may 2020-ci il tarixli qərarına əsasən onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada 10 (on) gün müddətinə həbs etmişdir. Lakin buna baxmayaraq o, alimentdən tam ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Habelə həmin müddət keçdikdən sonra alimentin ödənilməsi tərəfindən təmin edilməsə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar edilmiş, lakin bütün bunlara baxmayaraq o, tələbkara yenə də, aliment pulunu tam ödəyə bilməmişdir. Onun cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 04 dekabr 2020-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs 2508 (iki min beş yüz səkkiz) manat məbləğində aliment borcu yaranmışdır. Lakin o, heç bir yerdə işləmədiyi üçün indiyədək həmin məbləğdən tələbkara heç bir ödəniş edə bilməmişdir. Məhkəmədən Zərərçəkmiş şəxs olan aliment borcunu aralarındakı olan razılaşmaya əsasən ödəyəcəyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Bəhmən qızı məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 08 noyabr 2011-ci ildə ailə həyatı qurmuşdur. Nikahlarını 07 sentyabr 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 15 avqust 2012-ci il tarixdə Anarə və 08 iyun 2016-cı il tarixdə isə Aynurə adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşamışlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 07 noyabr 2019-cu ildə rəsmi boşanmışlar. Yevlax Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(039)-1042/2019 saylı qətnaməsi ilə 15 avqust 2012-ci il tarixdə anadan olmuş Anarənin və 08 iyun 2016-cı il tarixdə anadan olmuş Aynurənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs 21 fevral 2019-cu il tarixdən etibarən hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, hər ay cəmi 240 (iki yüz qırx) manat məbləğində sabit aliment pulu alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Yevlax Rayon İcra və Probasiya Şöbəsindən qeyd edilən alimentin ona ödənilməsi üçün borcluya rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin borclu qətnaməni icra etməmişdir. Məhkəmənin qətnaməsi borclu tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Lakin buna baxmayaraq borclu yenə də, ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru borclunun ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Lakin bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs indiyədək aliment pulunu ona tam ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 04 dekabr 2020-ci il tarixədək ona 2508 (iki min beş yüz səkkiz) manat məbləğində aliment borcu yaranmışdır. Lakin borclu indiyədək həmin məbləğdən ona heç bir ödəniş etməmişdir. Bütün bunlar isə göstərir ki, Təqsirləndirilən şəxs qərəzli şəkildə ona aliment pulunu ödəmir və bunu aşkar şəkildə bildirir. Əfsanə Məmmədova məhkəməyə rəsmi ərizə təqdim edərək, Təqsirləndirilən şəxs anası Rübabə Bərxudarovanın ona olan aliment borcundan hər ay (50) əlli manat ödəyəcəyini öhdəsinə götürdüyü üçün Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Yevlax rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs icraatında olan icra işi ilə bağlı borclu şəxs kimi tanımışdır. Yevlax Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(039)-1042/2019 saylı qətnaməsi ilə 15 avqust 2012-ci il tarixdə anadan olmuş Anarənin və 08 iyun 2016-cı il tarixdə anadan olmuş Aynurənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs 21 fevral 2019-cu il tarixdən etibarən hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, hər ay cəmi 240 (iki yüz qırx) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qərarını icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qərarı icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığından onun inzibati məsuliyyətə cəlb olunması üçün Yevlax Rayon Məhkəməsinə inzibati protokol verilmişdir. Yevlax Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əsasən ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra borclu olduğu alimentin ödənilməsi tərəfindən təmin edilməsə barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, borclu indiyədək tələbkara aliment pulunu tam ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 04 dekabr 2020-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs 2508 (iki min beş yüz səkkiz) manat məbləğində aliment borcu yaranmışdır. Lakin borclu indiyədək həmin məbləğdən tələbkara heç bir ödəniş etməmişdir. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, övladı dəfələrlə borclu Təqsirləndirilən şəxs ilə görüşərək ondan qızına olan aliment borcunun ödənilməsini tələb etsə də, borclu hər dəfə qanunsuz hərəkətlərini davam etdirmiş və alimenti ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçıraraq Yevlax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 noyabr 2019-cu il tarixli, 2(039)-1042/2019 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında Müdafiəçi təşəbbüsü ilə şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Talehin Nailə birgə nikahlarından 15 avqust 2012-ci il tarixdə Anarə və 08 iyun 2016-cı il tarixdə isə Aynurə adlı övladları olmuşdur. Bir müddət onlar mehriban yaşamışlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 07 noyabr 2019-cu ildə rəsmi boşanmışlar. Yevlax Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(039)- 1042/2019 saylı qətnaməsi ilə 15 avqust 2012-ci il tarixdə anadan olmuş Anarənin və 08 iyun 2016-cı il tarixdə anadan olmuş Aynurənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs 21 fevral 2019-cu il tarixdən etibarən hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, hər ay cəmi 240 (iki yüz qırx) manat məbləğində sabit aliment pulu alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Talehin səhhətində narahatçılıqlar olduğu üçün heç bir yerdə işləyə bilməmiş və aliment borcunu ödəyə bilməmişdir. Talehin Zərərçəkmiş şəxs olan aliment borcundan hər ay 50 (əlli) manat ödəməyəcəyini öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(039)-1042/2019 saylı qətnaməsinin surətindən görünür ki, 15 avqust 2012-ci il təvəllüdlü X6 və 08 iyun 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs 21 fevral 2019-cu il tarixdən başlayaraq hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin iddiaçı Zərərçəkmiş şəxs Bəhmən qızının xeyrinə tutulmasıqət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon İcra və Probasiya Şöbəsinin 21 noyabr 2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən və bildirişdən görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2012-ci il təvəllüdlü X6 və 08 iyun 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs 21 fevral 2019-cu il tarixdən başlayaraq hər ay 120 (bir yüz iyirmi) manat olmaqla, hər ay cəmi 240 (iki yüz qırx) manat məbləğində sabit aliment pulu Zərərçəkmiş şəxs Bəhmən qızına ödənilməsinə dair icra vərəqəsi Yevlax rayon İcra və Şöbəsinin icra məmuru Şahid1 tərəfindən icraata qəbul olunmuş və borclu Təqsirləndirilən şəxs 10 (on) gün müddətində icra sənədlərində göstərilən tələbi könüllü təmin edilməsi üçün vaxt verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli 3(039)-337/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, inzibati xəta törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 8(039)-148/2020 saylı qərarının surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə borcu ödəyənədək ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X7 Publik Hüquqi şəxsin 20 saylı ərazi Məşğulluq Mərkəzi filialının 13 noyabr 2020-ci il tarixli, **********4 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs işlə əlaqədar Dövlət Məşğulluq Xidmətinin Yevlax Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və mərkəz tərəfindən iş axtaran kimi qeydiyyata alınaraq ona müəyyən iş təklif olunmuş, lakin o, müxtəlif bəhanələrlə ona təklif olunmuş həmin işdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 4 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayş yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2012-ci il təvəllüdlü Anarə və 08 iyun 2016-cı il təvəllüdlü Aynurə adlı iki uşağı var. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 19 may 2010-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 19 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Bakı şəhər Xəzər rayon Məhkəməsinin 13 noyabr 2010-cu il tarixli, 7(003)-182/2010 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs çəkilməmiş qalan cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yelax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 28 yanvar 2021-ci il tarixli 26 saylı məktubdan görünür ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 13 noyabr 2010-cu il tarixli, 7(003)- 182/2010 saylı qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını 31 yanvar 2011-ci il tarixdə çəkib qurtarmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və qərarını qərəzli olaraq icra etməmə cinayətini törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Bəhmən qızı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs anasıRübabə Bərxudarovanın ona olan aliment borcundan hər ay (50) əlli manat ödəyəcəyini öhdəsinə götürdüyü üçün Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin CM-nin 59-cu maddəsinə əsasən əməlindən səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlı̇ k edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar