Məhkəmə qərarları › İş №1(039)-76/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-76/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-76/2023 21.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Mazanova (Həsənova) Ayşən Gülağa qızının Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Kəlbəcər rayonununda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Kəlbəcər şəhəri, A.Alı küçəsi ev 65, mənzil 10-da qeydiyyatda olmaqla Yevlax rayonu, İnternat məktəbə ev 9-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, cavabdeh kimi xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin və Renat Həsənzadə 3 yaşına çatanadək hər ay 50 manat alimentin tutularaq Mazanova (Həsənova) Ayşən Gülağa qızına ödənilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-5980/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(039)-145/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 8103 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Mazanova (Həsənova) Ayşən Gülağa qızma ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Mazanova (Həsənova) Ayşən Gülağa qızı ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah münasibətlərinə girərək ailə qurmuş, onların birgə nikahlarından 2015-ci ildə Renat adlı bir uşaqları olmuşdur. Ailə qurduqdan sonra Zərərçəkmiş şəxs ilə xasiyyətləri uyğun gəlməmiş, Zərərçəkmiş şəxs onu bir ər kimi sayıb hörmət etməmiş və nəticədə 2016-cı ildə Ayşən bir uşaqlarını da götürüb ata evinə qayıtmışdır. Zərərçəkmiş şəxs (Həsənova) ilə ailəli olanda ailəsinə məxsus ərzaq və meyvə-tərəvəz mağazaları işlətməklə aylıq ***-**** qazancı olmuş, ayrıldıqdan sonra Mazanova (Həsənova) Ayşən Gülağa qızı ona qarşı uşağın saxlanması üçün aliment tələbinə dair iddia qaldırmış və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-5980/2016 saylı qətnaməsinə əsasən ondan xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment və Renat Həsənzadə 3 yaşına çatanadək hər ay 50 manat alimentin tutularaq Mazanova (Həsənova) Ayşən Gülağa qızına ödənilməsi qət edilmişdir, icra məmurunun qanuni tələblərinə tabe olmadığına görə Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Təqdimat verilən tarixə, yəni xx.xx.2022-ci tarixə Zərərçəkmiş şəxs cəmi aliment borcu 8103 manat yaranmışdır. 2016-cı ilin iyul ayından RF-nın Moskva şəhəri, ondan sonra isə Ukrayna Respublikasına getməklə həmin ölkələrdə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla paltar alveri etmiş, hər ay Azərbaycan manatına münasibətdə 600-700 manat qazanc əldə etmişdir. Həmin qazandığı 600-700 manat puldan bir aydan bir anası X3 200 manat dolanışığı üçün pul göndərmişdir. Lakin Zərərçəkmiş şəxs aliment borcundan ödənilməsi üçün pul göndərməmişdir. Məşğulluq mərkəzi tərəfindən 300 manat maaşı olan işdən iş şəraiti onu qane etmədiyi üçün imtina etmişdir. 2020-ci ildə Azərbaycan Respublikasına qayıtdıqdan sonra hazıradək icarəyə müxtəlif nəqliyyat vasitələri götürərək taksi fəaliyyəti ilə məşğul olmaqla hər ay 450 manat qazancı olmuş və hazırda icarəyə götürdüyü «VAZ-21074» markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğuldur. Hazırda Zərərçəkmiş şəxs olan aliment borcunu tam ödəmişdir. Məhkəmədən törətdiyi əmələ görə səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə olan borcunu tam ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb, barəsində olan cinayət işi üzrə icraata xitam verməsini xahiş etdi. Məhkəmənin iclasında zərərçəkmiş şəxs Mazanova (Həsənova) Ayşən Gülağa qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından 2015-ci ildə Renat adlı bir uşaqları anadan olmuş, ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Təbrizin anası Almaz xanım onların ailə işlərinə müdaxilə etdiyi üçün münasibətləri pozulmağa başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs onu bir arvad kimi sayıb hörmət etməmiş və onu yersiz təhqir etmiş, xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2016-cı ilin fevral ayından Təqsirləndirilən şəxs ilə faktiki olaraq ayrılıb uşağı ilə birlikdə ayrı yaşamışdır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə Təbriz Bakı şəhərində ailəsinə məxsus ərzaq mağazasını işlədərək hər ay 600-700 manat qazancı olmuş, faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmişdir və o, heç bir yerdə işləmədiyi üçün uşağı təkbaşına saxlamaqda çətinlik çəkmişdir. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-5980/2016 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment və Renat Həsənzadə 3 yaşına çatanadək hər ay 50 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən Təbrizə yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2022-ci tarixli təqdimatda qeyd edilən cəmi 8103 manat aliment borcu yaranmışdır. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam ödəmişdir. Zərərçəkmiş şəxs Mazanova (Həsənova) Ayşən Gülağa qızı məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Hazırda, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 Raquf oğlu ifadəsində bildirmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-5980/2016 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment və Renat Həsənzadə 3 yaşına çatanadək hər ay 50 manat alimentin tutularaq Mazanova (Həsənova) Ayşən Gülağa qızına ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Yevlax rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(039)-145/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasım təmin etməmiş və xx.xx.2022-ci il tarixədək tələbkar Mazanova (Həsənova) Ayşən Gülağa qızına cəmi 8103,00 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 Raquf oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələrini, istintaq, məhkəmə hərəkətlərini və dindirmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli 2(008)- 5980/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə Təqsirləndirilən şəxs 27 aprel 2016-cı il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment və xx.xx.2015-ci il təvəllüdlü X5 3 yaşına çatanadək hər ay 50 manat aliment alınaraq X4 verilməsi qət edilmişdir. (iş vər.12-13); Yevlax rayon icra şöbəsinin icra məmurunun xx.xx.2016-cı il tarixli icraata başlama haqqında qərarına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli 2(008)-5980/2016 saylı icra sənədi üzrə icraata başlanmış, icra sənədində göstərilmiş tələbin dərhal icraya yönəldilməsi üçün borcluya xx.xx.2016-cı il tarixli bildiriş göndərilmişdir. (iş vər.14); Yevlax Rayon Məhkəməsinin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə 8(039)-393/2017 nömrəli, 02 oktyabr 2017-ci il tarixli qərarı ilə borclu Yevlax şəhəri Qaçqın yataqxanasında yaşayan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. (iş vər.26); Yevlax Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(039)-520/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirilməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. (iş vər.38-39); Yevlax Rayon Məhkəməsinin borclunun məcburi gətirilməsi barədə 8(039)-98/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-5980/2016 nömrəli icra sənədi üzrə borclu–xx.xx.1991-ci ildə Kəlbəcər rayonunda doğulmuş və Yevlax şəhəri Qaçqın yataqxanasında yaşayan Təqsirləndirilən şəxs Yevlax rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. (iş vər.47); Yevlax Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(039)-145/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə həbs edilmiş, həmin inzibati tənbeh tədbirlər qismən toplanaraq Təqsirləndirilən şəxs 20 gün müddətində inzibati həbs edilməsi qərara alınmışdır. (iş vər.63-64); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (iş vər.113); Qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, 01 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vər.146-147); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Yevlax rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. 2 saylı İstintaq Təcridxanasının 07.09. 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarın əsasən həb edilərək xx.xx.2023-cü il tarixdə müəssisəyə daxil olmuşdur. Cinayət işinin materialları üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan borcunu tamamilə ödəmiş və ona qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə olan borcunu tam ödəməsini, məhkəmətərəfindən hökm çıxarılanadək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona qarşı cinayət təqibinə xitam verilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə icraata xitam verildiyindənTəqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdiyindən ona qarşı cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar