Məhkəmə qərarları › İş №1(039)-76/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-76/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-76/2024 17.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Şirvan şəhər məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakının etibardan sui-istifadə etmə yolu ilə ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs1 aldadaraq onun qardaşı X11 barəsində Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan cinayət işi üzrə Vüqar Ağalarovun həbs edilməməsi və barəsində olan cinayət işinə köməklik edəcəyi adı ilə yalandan Zərərçəkmiş şəxs1 vəd verərək 2021-ci ilin avqust ayının 20-28 tarixləri arasında istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs1 2000 (iki min) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 əvvəllər "xxxx" ASC-dən götürdüyü pul kreditinə görə ödənişlərdə yaranmış gecikmələri sonuncunun yenidən pul krediti götürməsi məqsədilə sistemdən sildirməyə köməklik edəcəyi barədə Zərərçəkmiş şəxs2 yalandan vəd verib aldatmaqla vahid niyyətlə 11 iyun 2022-ci ildə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «McDonalds» kafesində Zərərçəkmiş şəxs2 4600 (dörd min altı yüz) manat pulunu, həmin günü axşam saatlarında isə Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının qarşısında Zərərçəkmiş şəxs2 1000 (min) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 cəmi 5600 (beş min altı yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan “Retro” şadlıq evinin təmiri üçün "xxxx" ASC-dən 45000 (qırx beş min) manat məbləğində pul krediti götürməsinə köməklik edəcəyi barədə yalandan vəd verib aldatmaqla vahid niyyətlə 10 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisindən “eManat” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi X6 adına olan "xxxx"a məxsus hesab nömrəsi müəyyən edilməyən kart hesabına köçürdüyü 1500 (min beş yüz) manat məbləğində pulunu, 18 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Zirə bazarında yerələşən “eManat” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi X6 adına olan "xxxx"a məxsus hesab nömrəsi müəyyən edilməyən kart hesabına köçürdüyü 1440 (min dörd yüz qırx) manat məbləğində pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 cəmi 2940 (iki min doqquz yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 əvvəllər "xxxx" ASC-nin İmişli filialından götürdüyü pul kreditinə görə ödənişlərlə bağlı yaranmış gecikmələrini sistemdən sildirib Zərərçəkmiş şəxs3 "xxxx" ASC-dən 40000 (qırx min) manat məbləğində pul krediti götürməsinə 1000 manat pul müqabilində köməklik edəcəyi barədə yalandan vəd verərək Zərərçəkmiş şəxs3 22 dekabr 2022-ci il tarixdə saat 21:21də Füzuli rayonu, Kərimbəyli kəndindəki “Kərimbəyli” ticarət mərkəzində yerləşən “MilliÖN” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrənin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs3 göndərdiyi X7 adına olan son 8 rəqəmi 65006474 nömrəli «Leobank» bank kart hesabına Zərərçəkmiş şəxs3 göndərdiyi 1000 (min) manat məbləğində pul vəsaitini ələ keçirərək qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 1000 (min) manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs4 aldadaraq onun tanışı Şahid4 evini banka girov qoyaraq sonuncunun adına pul kredit götürə bilməsi üçün bankda olan ödənişlərin gecikmə qrafiklərini sildirəcəyinə inandırıb vəd verməklə həmin niyyətlə 2023-cü ilin yanvar ayının ortalarında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Yasamal rayonu, Nizami metrostansiyanın yaxınlığında yerləşən “OBA” marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 vermiş olduğu istintaqla müəyyən edilməyən bank kart hesabına sonuncunun göndərmiş olduğu 3000 (üç min) manat məbləğində pulunu ələ keçirərək qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs5 aldadaraq onun əvvəllər bankdan götürdüyü pul kreditinə görə yaranmış gecikmə ödənişlərini sistemdən sildirib Zərərçəkmiş şəxs5 bankdan 50 000 manat məbləğində kredit götürməsinə 3000 manat pul müqabilində köməklik edəcəyi barədə yalandan vəd verərək 02 fevral 2023-cü il tarixdə günorta saat 12 radələrində Bakı şəhəri, Xətai rayon ərazisində Əhmədli metrostansiyasının yaxınlığında yerləşən “Kaman” kafesində Zərərçəkmiş şəxs5 3000 (üç min) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs4 aldadaraq sonuncunun tanışı X5 torpaq sahəsini banka qoyaraq Vüqar Məcidovun adına bankdan pul krediti götürməsinə 3300 manat pul müqabilində köməklik edəcəyinə inandıraraq 2023-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə və saatda Bakı şəhəri, Xətai rayonu ərqazisində yerləşən “Qəbələ” restoranında Zərərçəkmiş şəxs4 3300 (üç min üç yüz) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 3300 ( üç min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən özgənin əmlakı etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs6 sonuncunun tanışı Şahid6 Vaqifoviç oğluna dəyərindən ucuz qiymətə 2 ədəd “İphone 14 Pro Max” markalı mobil telefon alaraq verəcəyinə inandırıb aldadaraq 28 fevral 2023-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda Bakı şəhəri, Xətai rayonu, Babək prospekti “Merinos” mebel salonunun qarşısında Zərərçəkmiş şəxs6 4500 (dörd min beş yüz) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs6 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 əvvəllər "xxxx" ASC-dən götürdüyü pul kreditinə görə ödənişlərlə bağlı yaranmış gecikmələri sistemdən sildirib Zərərçəkmiş şəxs7 "xxxx"dan 35-40 min manat məbləğində kredit götürməsinə 1500 manat pul müqabilində köməklik edəcəyi barədə yalandan vəd verərək Zərərçəkmiş şəxs7 31 may 2023-cü il tarixdə, saat 17:57-də Füzuli rayonu, Horadiz şəhərində yerləşən “Mandarin” marketdən “Emanat” elektron ödəmə sistemi vasitəsi Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrənin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs7 göndərdiyi X3 adına olan son 8 rəqəmi 62931286 nömrəli «Leobank» bank kart hesabına göndərdiyi 1200 (min iki yüz) manat məbləğində pulunu ələ keçirərək qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs7 1200 (min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs8 2000 manat pul müqabilində "xxxx" və ya “Express Bank”dan 30000 manat məqləğində pul krediti verilməsinə köməklik edəcəyi vədini verib aldatmaqla Zərərçəkmiş şəxs8 09 iyun 2023-cü il tarixdə günorta saatlarında Yevlax şəhərində yerləşən “El Store” marketin içərisində quraşdırılmış elektron ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs “Kapital banka” məxsus hesab nömrəsi istintaqla müəyyən edilməyən bank kart hesabına göndərdiyi 1700 (bir min yeddi yüz) manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs8 cəmi 1700 (bir min yeddi yüz) manat pulunu ələ keçirərək qəsdən təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs8 dəymiş ziyanı tam ödəmişdir, hazırda Zərərçəkmiş şəxs8 ondan heç bir şikayət və tələbi yoxdur. Digər zərərçəkmiş şəxslərə isə dəymiş ziyanı həbsdə olduğu müddətdə ödəyə bilməmişdir. Himayəsində ağır ürək xəstəliyindən əziyyət çəkən və başında şiş olan bir qızı, eyni zamanda 75 yaşlı xəstə anası vardır. Sonda əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə zəрərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı Vüqarın tanışıdır. Vüqar Elnarə ilə ev alqı-satqısında tanış olmuşdur. Qardaşı Fərhad adlı şəxsin vasitəçilik edib pulunu alaraq Elnarəyə vermiş, Elnarə isə Fərhada ev almalı olduğu halda aldadaraq pulunu ələ keçirmişdir. Buna görə də Fərhad onun qardaşı Vüqardan şikayət etmiş və həmin fakt üzrə qardaşı tutulmuşdur. Qardaşı tutulduqdan sonra onunla telefon əlaqəsi saxlamış və Vüqar ona Elnarə ilə görüşməsini təklif etmişdir. Elnarə Vüqara onun buraxılmasında köməklik edəcəyini demişdir. Bundan sonra 2021 ci ilin avqust ayının 20-28 tarixləri arasında Elnarə ilə Əhmədli metrosunun yaxınlığında görüşərək Elnarəyə 2000 manat pul vermiş, həmin vaxt orada Elnarə və ondan başqa qardaşı Tural Ağalarov da olmuşdur. O, Elnarəyə pulu verdikdən sonra Elnarə ona bir gün ərzində qardaşının buraxılacağına söz vermişdir. Onun Elnarə ilə danışığı belə olmuşdur ki, onun qardaşı iş üzrə təqsirləndirilən şəxs statusundan çıxarılacaq və şahid qismində iştirak edəcəkdir. Lakin qardaşı bir gün sonra buraxılsa da, iş üzrə statusu dəyişməmişdir. O, həmin vaxt başa düşmüşdür ki, Elnarə heç bir yerlə danışmamış və onun qardaşına hər hansı köməklik etməmişdir. 2022-ci ilin mart ayında onun qardaşına Xətai rayon məhkəməsi tərəfindən 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmiş və qardaşı Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə təqsirli bilinərək cəzaçəkmə müəssisəsinə göndərilmişdir. O da bundan sonra Elnarədən pulunu tələb etmiş, Elnarə isə ondan pul aldığını etiraf etsə də pulu qaytarmamışdır. İş üzrə zəрərçəkmiş şəxs Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, dosdu Hacıyev X9 rayonunda Saray qəsəbəsində yerləşən evini banka girov qoyaraq pul götürmək istəmişdir. O, Namiq adlı dosdu ilə görüşən zaman ona bankdan ev girov qoyub kredit götürmək üçün tanıdığı şəxslərin olub-olmadığını soruşmuş və bu zaman dostu Məhəmməd ona bankda işlədiyini bildiyi Elnarə adlı qadının nömrəsini vermişdir. O, Elnarənin mobil nömrəsinə zəng edərək bu barədə onunla danışdıqda Elnarə ona köməklik edə biləcəyini demişdir. Elnarə ondan ilk öncə Məhəmmədin şəxsiyyət vəsiqəsinin şəklini göndərməsini istəmiş və o, şəxsiyyət vəsiqəsinin şəklini göndərdikdən iki gün sonra Elnarə ona zəng edərək, Məhəmmədin adına bankda gecikmələr olduğunu və həmin gecikmələri sildirmək üçün pul lazım olduğunu bildirmişdir. Onlar Elnarə ilə telefonla danışaraq 3000 (üç min) manata razılaşmışlar. Bu səbəbdən o, Məhəmmədlə bu barədə danışmış və Məhəmməd Elnarəyə evini girov qoyaraq bankdan pul götürməsi məqsədi ilə Məhəmmədin bankda olan gecikməsini sildirməsi üçün 3000 manat pul verməyə razılaşmış və həmin pulu Elnarəyə göndərməsi üçün ona vermişdir. O buna görədə 2023-cü ilin yanvar ayınının ortalarında hazırda xatırlamadığı gündə Məhəmməddən pulu götürərək Yasamal rayonu Nizami Metrostansiyanın yanında olan “Oba” marketdə olan elektron ödəmə terminalı vasitəsilə Elnarənin ona vermiş olduğu Coşqun adlı şəxsə məxsus hazırda nömrəsini xatırlamadığı “Uni Bank”a aid kart hesabına 3000 (üç min) manat pul göndərmişdir. O, pulu göndərdikdən sonra Elnarə Məhəmmədin işinin həll olacağını və narahat olmamağını demişdir. Həmçinin həmin vaxt Məhəmmədlə Elnarə mobil telefon vasitəsilə danışmış və Məhəmməd Elnarənin istədiyi sənədləri ona göndərmişdir. Həmin vaxtlarda, Məhəmmədin işinin üzərindən 8-10 gün keçdikdən sonra digər dosdu X1 işindən xəbər tutduğu üçün ona Göyçay rayonunda içərisində ferma və bağ olan 2 hektar torpaq sahəsi olduğunu və Elnarənin ona da kredit verə bilib-bilməyəcəyini demiş, o da Elnarə ilə bu barədə danışmış və Elnarə işi həll edə biləcəyini dediyi üçün o, Vüqarla birlikdə Elnarə ilə Bakı şəhəri Əhmədli metrostansiyasının yaxınlığında görüşmüş və bu zaman Elnarə Vüqara onun adına bankdan 9000 (doqquz yüz min) manat pul verdirə biləcəyini bildirmişdir. Bundan sonra Vüqar Elnarəyə bankda gecikməsinin olduğunu dediyi üçün Elnarə 2023-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri Xətai rayonunda Sarayev küçəsinin arxasında olan Qəbələ restoranında görüşmüşlər. Həmin vaxt Elnarənin yanında adını sonradan bildiyi Coşqun adlı şəxsdə olmuşdur. Orada onun yanında Vüqar Elnarəyə 3300 manat pul vermişdir. Bundan sonra pul verildikdən bir neçə ay keçməsinə baxmayaraq onların işi həll olmadığı üçün Məhəmməd və Vüqar ona Elnarə ilə onları onun tanış etdiyini, buna görə də pullarını onun verməli olduğunu demişlər. O, buna görə də Elnarə ilə danışaraq həmin pulları qaytarmasını desə də Elnarə müxtəlif bəhanələr gətirərək onu aldatmış və pulu geri qaytarmamışdır. O da buna görə məcbur qalaraq Vüqar Məcidovun 3300 (üç min üç yüz) manat pulunu və Şahid4 3000 (üçmin)manat pulunu özü qaytarmışdır. İş üzrə Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs8 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində çağırılmış Qulı̇ yeva Naı̇ lə Həsənağa qızı, Həsənov Elvı̇ n Mərkəz oğlu, Zərərçəkmiş şəxs5, İ̇smayilov İ̇lqar Mağal oğlu və Zərərçəkmiş şəxs7 Yusı̇ f oğlunun iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, zərər çəkmiş şəxslər Qulı̇ yeva Naı̇ lə Həsənağa qızı, Həsənov Elvı̇ n Mərkəz oğlu, Zərərçəkmiş şəxs5, İ̇smayilov İ̇lqar Mağal oğlu və Zərərçəkmiş şəxs7 Yusı̇ f oğlunun ibtidai istintaq dövründə vermiş olduqları ifadələri təsdiq etmişlər və zərərçəkmiş şəxslərin hamısı dəymiş ziyanın ödərilməsini tələb etmişlər. Həmçinin məhkəmə iclasında şahid qismində çağırılmış X12, X8, Şahid3, Şahid4 Rafayel oğlu, Şahid5, Şahid6 Vaqifoviç və Şahid7 iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, şahidlər X12, X8, Şahid3, Şahid4 Rafayel oğlu, Şahid5, Şahid6 Vaqifoviç və Şahid7 ibtidai istintaq dövründə vermiş olduqları ifadələri də elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində BBPİ tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə cinayət işi istintaq edilərək məhkəməyə göndərilmiş və cinayət təqibinə xitam verilmişdir. Bundan başqa Bakı şəhəri Nizami rayon polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi istintaq edilmiş və həmin cinayət işi Azərbaycan Respublikası CPM-nin 40.3, CM-nin 73-1.2-ci maddələrinə əsasən xitam edilmişdir. Bundan başqa Şirvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(032)-139/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat cərimə cəzasına məhkum edilmişdir. 220080506 saylı cinayət işi üzrə Bakı şəhəri Nizami rayon Prokuroru vəzifəsini müvəqqəti icra edən, baş ədliyyə müşaviri Pərviz İbayevin xx.xx.2022-ci il tarixli “cinayət işinin xitam edilməsi haqqında” qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli 1(012)-991/2024 saylı məktubdan görünür ki, Abşeron rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. “Şəxsin barəsində axtarış elan edilməsi haqqında” Xəzər RPŞ-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olnmuş və tutularaq Xəzər rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilməsi haqqında qərar qəbul olunmuşdur. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:10-da tutularaq Xəzər Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən məhkəmə iclasında iştrak edən zərər çəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki uşağının (əsas: portaldan çıxarış) və xəstə anasının olmasını, özünün qadın olmasını, ondan başqa evə gəlir gətirən heç kimin olmamasını, iş üzrə dəymiş ziyanı qismən ödəməsini, əməlindən səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat cərimə cəzasına məhkum edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməli 2021-ci ilin avqust ayının 27- 28 tarixlərində törətmişdir və bu əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. CM-in 75.1 və 75.1.1-ci maddələrinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarındakı mövqeyinə əsasən həmin epizodların hər birinə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablanmalıdır. Həmçinin, bu epizod üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizod üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Bundan başqa Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün–ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Həmçinin cəza çəkmə müddətinin 23 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. (Əsas: Bakı şəhəri Xəzər Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokolu) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Yevlax şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İşə olan 1 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təyin edilmiş 1000 (min) manat cərimə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına birləşdirilməklə üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə və 1000 (min) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəlli 23 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 60 (altmış) manat ödənilsin. İşə olan 1 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar