Məhkəmə qərarları › İş №1(039)-77/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-77/2020

16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-77/2020 16.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Şəki Şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1984-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx xxxxxx 2020-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Koroğlu küçəsi, ev 39-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədiilə, qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda iki bükümdə cəmi-7,44 qram miqdarında narkotik vasitə olan marixuananın, şəxsi istehlak miqdarından az miqdarını-0,46 qram miqdarını bir bükülüdə, 2020-ci il fevralın 20-də, saat 14:00 radələrində,Yevlax şəhəri, C.Mustafayev küçəsində, Şahid1 10 manata satmış, həmin marixuana xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 üstündən aşkar olunaraq götürülmüş, qalan şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə 6,98 qram çəkidə olan marixuana narkotik vasitəsi 2020-ci il fevralın 20-də Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib saat 18:35 radələrində müdafiəçi-vəkil iştirakı və video çəkilişlə üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən aşkar olunaraq qanuna müvafiq qaydada qablaşdırılılıb, rəsmiləşdirilib, götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitə olan marixuana istifadəçisi olmuşdur. O, 2019-cu ilin yay aylarında “Kür” çayının ətrafında gəzərkən çayın ətrafında bitmiş çətənə bitkisinin ağaclarından bir qədər götürüb, qurudub özündə saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Yevlax şəhərində evdə olduğu vaxt əvvəllər tanıdığı Şahid1 Mais oğlu ***-***-**-** saylı mobil nömrədən ona məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, onda çəkmək üçün şey yəni narkotik vasitə olan marixuana olub-olmamasını soruşmuşdur. O, İsmayıla onda marixuana olduğunu, almaq istədiyi təqdirdə bir başının yəni bir bükümünün 10 (on) manata olduğunu bildirmişdir. İsmayıl da ondan iki büküm narkotik vasitə olan marixuana alacağını demişdir. Onlar saat təxminən 13:30 radələrində Yevlax şəhəri, C.Mustafayev küçəsində görüşmüş, görüşən vaxt onun üzərində üç büküm narkotik vasitə olan marixuana olmuş və o, bükümlərdən ikisini İsmayıla satmağı planlaşdırmışdır. Planlaşdırdığı kimi xx xxxxxx 2020-ci il tarixdə saat 13:30 radələrində İsmayıla iki büküm narkotik vasitə olan marixuana satmış, İsmayıl da danışdıqları kimi ona narkotik vasitə satmağı müqabilində 20 (iyirmi) manat pul vermişdir. Cibində qalan bir büküm marixuananı isə satış məqsədilə üzərində saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində polis əməkdaşları yaşadığı Yevlax şəhəri, Koroğlu küçəsində olan zaman ona yaxınlaşmışlar və onu Yevlax RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində polis əməkdaşlarının və vəkilin iştirakı ilə üstünə baxış keçirilərkən üzərində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükülü aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar olunmuş bükülünün içərisində marixuana olduğunu və “Kür” çaynın kənarından yığaraq qurutduğu marixuana bükülülərdən ikisini isə xx xxxxxx 2020-ci il tarixdə saat 13:30 radələrində Şahid1 20 manata satdığını səmimi olaraq bildirmişdir. Onun üzərindən aşkar olunmuş marixuana polis əməkdaşları tərəfindən ekspertizaya göndərilməsi üçün qablaşdırdılmış, daha sonra polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra o və digər iştirakçılar kimi protokola imza etmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Yevlax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. O, xx xxxxxx 2020-ci il tarixdə polis şöbəsində olarkən, Yevlax rayonu, Nemətabad kəndində yaşayan, Şahid1, Yevlax şəhər ərazisində olması və üstündə narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. O, bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Yevlax PPXBnın polis nəfərləri Şahid3 və Şahid4 ilə birlikdə təxminən saat 16:00 radələrində C.Mustafayev küçəsinə getmişlər. İsmayılı orada görüb ona yaxınlaşaraq özünü təqdim etmişdir. İsmayıl özünü şübhəli apardığına görə ona polis şöbəsinə getməsini bildirmişdir. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə vəkil dəvət edilmiş, İsmayıla hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə baxış keçirilmişdir. Baxış zamanı İsmayılın əynindəki qara rəngli şalvarının sol yan cibindən ağ rəngli kağıza bükülmüş bükülünün içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu-sual zamanı İsmayıl özüdə həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin marxiuananı xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Yevlax şəhəri, C.Mustafayev küçəsində tanıdığı Yevlax şəhərində yaşayan İlkin adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra aşkar olunmuş həmin kütlə müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə qablaşdırılaraq zərfə qoyularaq 85 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılardan irad və təklif daxil olmamış, protokolun doğruluğunu imzalarla təsdiq edilmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə Şahid1 üstündən aşkar olunmuş marixuananı ona satmaqda şübhələnilən Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin təhqiqatçısı Səddam Əsgərov tərəfindən verilmiş raporta müvafiq olaraq əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra, Yevlax PPXB-nın polis nəfərləri Şahid3 və Şahid4 ilə birlikdə təxminən saat 18:00 radələrində yaşadığı Yevlax şəhəri, Koroğlu küçəsində görüb polis şöbəsinə dəvət etmişlər. İlkin etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkil dəvət edilmiş, İlkinin hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə baxış keçirilmişdir. Baxış zamanı İlkinin əynindəki qara şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş bükülünün içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu-sual zamanı İlkin özü də həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin marixuananı “Kür” çayının sahilindən yığaraq qurutduğunu, qurutmuş olduğu marixuananın bir hissəsini xx xxxxxx 2020-ci il tarixdə əvvəllər tanıdığı Şahid1 20 manata satdığını, İsmayıla narkotik vasitə marixuana satdıqdan sonra həmin marixuanadan bir hissəsinin cibində qaldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə qablaşdırılaraq zərfə qoyularaq 85 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib etdilmiş, iştirakçılardan irad və təklif daxil olmamış, protokolun doğruluğunu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid4 Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə marixuana narkotik vasitəsi qəbul etmək istəmişdir. Yevlax şəhərində yaşayan İlkin adlı şəxsdən bir dəfə marixuana narkotik vasitəsi aldığından və İlkinin narkotik vasitə satdığını bildiyinə görə İlkindən yenidən narkotik vasitə olan marixuana almaq məqsədilə yaşadığı kənddən Yevlax şəhərinə gəlmişdir. Saat təxminən 14 radələrində İlkinin istifadəsində olan ***-***- **-** saylı mobil telefona zəng etmişdir. Mobil telefonda İlkin ona narkotik vasitə olan marixuana verə biləcəyini bildirmişdir. Onlar planlaşdırığı kimi Yevlax şəhəri, C.Mustafayev küçəsində görüşmüşlər. İlkin ona narkotik vasitə olan marxiauananın bir bükümünün 10 manata olduğunu bildirmişdir. İlkinə 20 manat pul vermiş, İlkin də ona bunun müqabilində 2 büküm narkotik vasitə olan marixuana vermişdir. İlkindən narkotik vasitə marixuana aldıqdan sonra Yevlax şəhəri, C.Mustafayev küçəsi ilə gedən zaman polis işçiləri ona yaxınlaşıb onlarla birlikdə polis şöbəsinə getməsini təklif etmişlər. O, polis əməkdaşlarının ona yaxınlaşdığını görüb bükülülərdən birini yerə tullamışdır. Digər bükülünü isə tullaya bilməmiş, bükülü cibində qalmışdır. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı və videoçəkilişlə onun razılığı ilə üstünə baxış keçirilmişdir. Baxış zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən özü qəbul etmək üçün saxladığı 1 ədəd ağ rəngli kağıza bükülmüş bükülü aşkar edib götürülmüşdür. Sorğu zamanı o içərisində narkotik vasitə marixuana olan bükülünü yuxarıda qeyd etdiyi kimi xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində Yevlax şəhəri, C.Mustafayev küçəsində 10 manat verib İlkindən aldığını bildirmişdir. Onun üzərindən aşkar olunmuş marixuana polis əməkdaşları tərəfindən ekspertizaya göndərilməsi üçün qablaşdırdılmış, daha sonra polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra o də digər iştirakçılar kimi protokola imza etmişdir. xx xxxxxx 2020-ci il tarixdə isə onun üzərindən aşkar olunmuş marixuana şəxsi istehlak miqdarından az olduğundan o, MSY-dən azad olunmuşdur. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı əynindəki qara rəngli şalvarının sol yan cibindən özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin X1 xx xxxxxx 2020-ci il tarixli 20/270a nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, kağız bükümdə təmiz çəkisi 6,98 qram olan maddə (tədqiqata istifadə olundu 0,05 qram, qalıq 6,93 qram) narkotik vasitə qurudulmuş marixuanadır. (kannabis) İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin X1 xx xxxxxx 2020-ci il tarixli 20/269a nömrəli arayışından görünür ki, Şahid1 götürülmüş, kağız bükümdə təmiz çəkisi 0,46 qram olan maddə (tədqiqata istifadə olundu 0,04 qram, qalıq 0,42 qram) narkotik vasitə qurudulmuş marixuanadır. (kannabis) İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/153 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid1 üzərindən aşkar edilmiş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi-0,42 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi–6.93 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş iki ədəd kağız bükümlərdəki marixuanalar tərkiblərinə görə eynidirlər. a) marixuananın təmiz çəkisi-0.42 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 0,40 qram b) marixuananın təmiz çəkisi 6,93 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 6,91 qram İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 316 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacıvar. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 18:15-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 19 saylı Evlər Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2003-cü il təvəllüdlü Ömər, 2006cı il təvəllüdlü Elgiz adlı iki yetkinlik yaşına çatmayan və 2016-cı il təvəllüdlü Şahnaz adlı bir azyaşlı uşağı var. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Məmmədov X3 himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. AzərbaycanRespublikasınınCinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kobinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 0,40 qram və 6,91 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kobinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 0,40 qram və 6,91 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 43 (qırx üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 258 (iki yez əlli səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar