Məhkəmə qərarları › İş №1(039)-77/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-77/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-77/2021 10.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Eldar oğlunun, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1996-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri Babək küçəsi mənzil 7 ünvanında qeydiyyatda olan və ünvan 1ə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 3 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2021-ci ilin fevral ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda özgənin əmlakını gizli olaraq talamaq məqsədilə ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs evdə olmadığından istifadə edərək sonuncunun həyətinə dəmir çəpərdən keçmək yolu ilə qanunsuz daxil olduqdan sonra həyətdə olan yaşayış evinin içərisinə daxil olub evdən 45 manat dəyərində işlək vəziyyətdə olan 01 ədəd sərinkeşi, ayrı-ayrılıqda hər biri 20 manat olan cəmi 40 manat dəyərində olan 02 ədəd ədyalı, 160 manat dəyərində işlək vəziyyətdə olan 01 ədəd 82 sm-lik markası məlum olmayan plazma tipli televizoru, 40 manat dəyərində işlək vəziyyətdə olan 01 ədəd “LG" markalı televizoru, ümumilikdə 300 manat dəyərində olan 07 ədəd qazanı, 1000 manat dəyərində olan evin yataq otağında olan mebelin bir hissəsini, 100 manat dəyərində olan 01 ədəd uşaq arabasını, 200 manat dəyərində işlək vəziyyətdə olan 01 ədəd “DNEPR" markalı soyuducunu, 60 manat dəyərində olan 04 ədəd yataq dəstini, 60 manat dəyərində olan 01 ədəd kondisioner, 30 manat dəyərində olan 01 ədəd meyvə qabı, 120 manat dəyərində olan 01 ədəd stol, 60 manat dəyərində olan 2 ədəd stul, 60 manat dəyərində olan 01 ədəd paltaryuyan maşın, 20 manat dəyərində işlək vəziyyətə olan “Braun” markalı 01 ədəd saç feni, 20 manat dəyərində 01 ədəd saç feni, 150 manat dəyərində olan 01 ədəd kostyum, 150 manat dəyərində olan 01 ədəd yorğan döşək dəsti, 35 manat dəyərində olan 01 ədəd divar saatı, 200 manat dəyərində olan 01 ədəd xalçanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 2850 manat məbləğində ziyan vurmaqla, qəsdən qabaqcadan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdirlər. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2021-ci ilin fevral ayının əvvəllərində axşam saatlarında yaşadığı Yevlax şəhəri H.Aslanov küçəsində yerləşən evindən çıxıb qaynı Elşənin evinə getmək istəyən zaman evdən təxminən 100 metr aralaşdıqdan sonra küçədə əvvəllər tanıdığı qonşusu Mahirin onu çağırdığını eşidib ona yaxınlaşmış, Mahir ona Bakıxanov küçəsində yerləşən evdə heç kimin yaşamadığını deyərək ona həmin evdən birlikdə oğurluq etmək təklifini etmiş, o da pulu olmadığı üçün Mahirin təklifi ilə razılaşmış, onlar birlikdə Bakıxanov küçəsində yerləşən həmin evə yaxınlaşmış, evə yaxınlaşan zaman evin çəpərinin sökülmüş hissəsindən həyətə daxil olub ev istiqamətinə getməyə başlamış, ev istiqamətinə gedən zaman kənardan evin içərisinə daxil olmaq üçün nəzərdə tutulmuş qapının açıq olduğunu görüb Mahirlə birlikdə evə daxil olmuş, evə daxil olduqdan sonra Mahir ona televizor və soyuducunu oğurlamağı təklifini etmiş, o Mahirlə razılaşmış, Mahir ilk öncə evin içərisindən uşaq arabasını götürüb evin qapısının çölünə qoymuş, bundan sonra o, Mahirlə köməkləşib evdə olan soyuducunu Mahirin evin qapısının çölünə qoyduğu uşaq arabasının üzərinə qoymuş, Mahir uşaq arabasının və soyuducunun yanında dayanmış, o, evə daxil olub televizoru qucağına götürüb Mahirin yanına getmiş, onlar uşaq arabasının üstündə olan soyuducunu və televizoru götürüb küçəyə çıxmış, həmin əşyaları evdən təxminən 600 metr aralığında yerləşən yarımtikilidə gizlətmiş, yarımtikiliyə çatan zaman artıq soyuducunun altında olan uşaq arabası qırılmış, bu səbəbdən Mahir həmin uşaq arabasını götürüb zibilliyə atmış, səhəri gün təxminən saat 13 radələrində o, Mahirlə birlikdə tanımadığı VAZ-2106 markalı taksi sürücüsü ilə soyuducunu İlhamın metalqəbuletmə məntəqəsinə aparmış, metalqəbuletmə məntəqəsində o, soyuducunu götürüb İlhamın adını bilmədiyi oğluna 20 manata satmış, həmin vaxt Mahir metalqəbuletmə məntəqəsindən kənarda dayanmış, o, 20 manatı İlhamın oğlundan götürdükdən sonra Mahirin yanına getmiş, 20 manat pulu Mahirə vermiş, Mahir həmin puldan ona 5 manat pul vermiş, bundan sonra onlar ayrılmış, o evinə getmiş, axşam saatlarında o, Mahirlə yenidən görüşmüş, Mahirlə birlikdə yarımtikiliyə getmiş, o, Mahirin yanında dayısı Ağəliyə zəng etmiş və ona televizor satmaq istədiyini demiş, həmçinin dayısına televizorun özünə məxsus olduğunu bildirmiş, dayısı televizoru gətirməyini demiş, o da televizoru qucağında götürüb dayısıgilə aparmış, dayısıgilin qapısını döydükdən sonra dayısı küçəyə çıxmış, o, televizoru dayısına 10 manata satmış, 10 manatı gətirib Mahir vermiş, Mahir həmin puldan ona 5 manat pul vermiş, Mahir ona 5 manat pul verdikdən sonra o, evə getmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olduğunu, zərəçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışdığını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, narkotik vasitə aludəçisidir. Bir neçə ildir ki, narkotik vasitələrdən mütamadi olaraq istifadə edir. 2021-ci ilin fevral ayının əvvəllərində axşam saatlarında küçədə dayandığı zaman qonşusu Təqsirləndirilən şəxs1 görüb onu yanına çağırmış, ona Bakıxanov küçəsində yerləşən əvvəllər tanımadığı evdə heç kimin yaşamadığını deyərək ona həmin evdən birlikdə oğurluq etmək təklifini etmiş, Alim onun təklifi ilə razılaşmış, onlar birlikdə Bakıxanov küçəsində yerləşən həmin evə yaxınlaşmış, evə yaxınlaşan zaman evin çəpərinin sökülmüş hissəsindən həyətə daxil olub ev istiqamətinə getməyə başlamış, ev istiqamətinə gedən zaman kənardan evin içərisinə daxil olmaq üçün nəzərdə tutulmuş qapının açıq olduğunu görmüş, daha sonra Alimlə birlikdə evə daxil olmuş, evə daxil olduqdan sonra o, Alimə “gəl televizor və soyuducunu götürüb aparaq, metalqəbuletmə məntəqəsinə satarıq” sözlərini demiş. Alim onunla razılaşmış, o, evin girişindən sonra ilk otaqda uşaq arabasını götürüb evin qapısının çölünə qoymuş, bundan sonra Alimlə köməkləşib evdə olan soyuducunu evin qapısının çölünə qoyduğu uşaq arabasının üzərinə qoymuş, o, uşaq arabasının və soyuducunun yanında dayanmış, daha sonra Alim planlaşdırdığı kimi evə daxil olub televizoru qucağına götürüb onun yanına getmiş, onlar uşaq arabasının üstündə olan soyuducunu və televizoru götürüb küçəyə çıxmış, həmin əşyaları evdən təxminən 600 metr aralığında yerləşən yarımtikilidə gizlətmiş, yarımtikiliyə çatan zaman artıq uşaq arabası qırılmış, bu səbəbdən o, həmin uşaq arabasını götürüb zibilliyə atmış, səhəri gün təxminən saat 13 radələrində o, Alimlə birlikdə tanımadığı VAZ-2106 markalı taksi sürücüsü ilə soyuducunu İlhamın metalqəbuletmə məntəqəsinə aparmış, Alim soyuducunu metalqəbuletmə məntəqəsinə 20 manata satmış, həmin vaxt o, metalqəbuletmə məntəqəsindən kənarda dayanmış, Alim soyuducunu satdıqdan sonra ona 20 manat pul vermiş, o, həmin puldan Alimə 5 manat pul vermiş, bundan sonra onlar ayrılmış, o, evinə getmiş, axşam saatlarında Alimlə yenidən görüşmüş, birlikdə yarımtikiliyə getmiş, Alim onun yanında dayısı Ağəliyə zəng etmiş və ona televizor satmaq istədiyini demiş, Alimin dayısı razılaşdıqdan sonra Alim televizoru aparıb dayısına satmış və gətirib ona 10 manat pul vermiş, o, həmin puldan Alimə 5 manat pul vermiş, Alimə 5 manat pul verdikdən sonra o, evə getmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olduğunu, zərəçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışdığını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Aydan oğlu ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən həyət evi ona məxsusdur. Özü Bərdə şəhəri Əyricə kəndində yaşadığı üçün qeyd etdiyi ünvanda hal-hazırda heç kim yaşamır. Lakin mütamadi olaraq Yevlax şəhərinə gəlir və ona məxsus evə daxil olub evi yoxlayır. 08.02.2021-ci il tarixdə səhər saatlarında evinə gələn zaman evin qapısının qırıq olduğunu görmüş, evə daxil olmuş, evə daxil olan zaman evdə olan əşyalarının oğurlandığını bilib bu barədə polis şöbəsinə ərizə yazmış, ərizəsi əsasında araşdırılma aparılan zaman 09.02.2021-ci il tarixdə yenidən evini yoxlamaq üçün Yevlax şəhərinə gəlmiş, həmin gün evə daxil olan zaman yenidən müxtəlif növ məişət əşyalarının oğurlandığını bilib yenidən polis şöbəsinə ərizə yazmış, 13.02.2021-ci il tarixdə isə oğurlanmış əşyalarının dəqiq sayını bildikdən sonra ümumiləşdirilmiş məzmunda polis şöbəsinə 3-cü dəfə ərizə yazmışdır. Onun evindən 45 manat dəyərində olan 01 ədəd sərinkeş, ayrı-ayrılıqda hər biri 20 manat olan cəmi 40 manat dəyərində olan 02 ədəd ədyal, 400 manat dəyərində olan 01 ədəd 82 sm-lik plazma tipli televizoru, 50 manat dəyərində olan 01 ədəd “LG” markalı televizoru, ümumilikdə 300 manat dəyərində olan 07 ədəd “tefal” markalı qazanlar, 1000 manat dəyərində olan evin yataq otağında olan mebelin (şkaf, şfaner, termo) bir hissəsi, 100 manat dəyərində olan 01 ədəd uşaq arabası, 150 manat dəyərində olan 01 ədəd ‘"DNEPR” markalı soyuducu, 60 manat dəyərində olan 04 ədəd yataq dəsti (iki yastıq, bir yorğan, bir döşək), 60 manat dəyərində olan 01 ədəd kondisioner, 30 manat dəyərində olan 01 ədəd meyvə qabı, 120 manat dəyərində olan 01 ədəd stol, 60 manat dəyərində olan 2 ədəd stul, 60 manat dəyərində olan 01 ədəd paltaryuyan maşın, 80 manat dəyərində olan 02 ədəd saç feni, 150 manat dəyərində olan 01 ədəd kostyum, 150 manat dəyərində olan 01 ədəd yorğan döşək dəsti, 35 manat dəyərində olan 01 ədəd divar saatı, 200 manat dəyərində olan 01 ədəd xalça oğurlanmış və ümumilikdə ona 3090 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş ziyanı tam şəkildə ödəyiblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, atası X2 Yevlax H.Əliyev prospekti, Yevlax-Bərdə avtomobil yolunun sağ kənarında yerləşən metalqəbuletmə məntəqəsi vardır. O, çox vaxt atasının köməyə ehtiyac olduğu üçün həmin metalqəbuletmə məntəqəsində olur. Bəzi vaxtlar isə atası evə gedir, o isə orada tək qalır. 2021-ci ilin fevral ayının əvvəllərində əvvəllər tanımadığı bir nəfər şəxs metalqəbuletmə məntəqəsinə gəlmiş və satmaq üçün ona 01 ədəd soyuducusu olduğunu bildirmiş, o, həmin şəxsdən ilk öncə adını daha sonra isə soyducunun kimə məxsus olduğunu və neçəyə satmaq istədiyini soruşmuş, soyuducunu ona satmaq istəyən şəxs adının Alim olduğunu, soyuducunun özünə məxsus olduğunu və 20 manat satmaq istədiyini demiş, o, Alimlə razılaşdıqdan sonra Alim metalqəbuletmə məntəqəsinin yanında dayanan taksiyə yaxınlaşmış və taksidən soyducunu çıxarıb ona təhvil vermiş, o soyuducunu təhvil aldıqdan sonra Alimə 20 manat pul vermiş, bundan sonra Alim taksiyə oturaraq məntəqədən getmiş, soyuducunu Alimdən aldıqdan 1 gün sonra soyuducunu söküb metal halında satmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi haqqında” 08 fevral 2021-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, evdən 1 ədəd sərinkeş, 2 ədəd adyal, 1 ədəd 82 sm-lik plazma tipli televizor, 7 ədəd qazan, 4 ədəd yataq dəsti və evin yataq otağında olan mebelin bir hissəsi oğurlanmışdır. (iş vər. 7-15); “hadisə yerinə baxış keçirilməsi haqqında” 12 fevral 2021-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış baxış keçirilmişdir. Ev iki otaqdan ibarətdir. Baxış zamanı müəyyən olunmuşdur ki, evdən “Dnepr” markalı soyuducu və uşaq arabası oğurlanmışdır. (iş vər. 21-24); “ifadənin yerində yoxlanılması haqqında” 15 fevral 2021-ci il tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq zamanı vermiş olduğu ifadələri yerində yoxlanılarkən, onlar Yevlax şəhəri Bakıxanov küçəsi döngə 2, ev 107 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evi göstərərək 2021-ci ilin fevral ayının əvvələrində birlikdə ora gəldiklərini, evin çəpərinin sökülmüş hissəsindən evə daxil olaraq həmin evdən televizor, soyuducu və uşaq arabasını oğurladıqlarını bildirmişdirlər. (iş vər. 104-116); məhkəmə əmtəəşünaslıq ekspertizasının 01 aprel 2021-ci il tarixli, 9/1113 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların boz rəngli, işlək vəziyyət olan “LG” markalı televizor - 40 manat, qara rəngli, işlək vəziyyətdə olan, 82 dioqanal, “LG” markalı plazma tipli televizor - 160 manat, ağ rəngli, 1 metr 80 sm hündürlüyündə, işlək vəziyyət olan “DNEPR” markalı soyuducu - 200 manat, işlək vəziyyətdə olan “Braun” markalı hava saç feni - 40 manat, beləliklə, ekspertiza təyini haqqında qərarda göstərilən analoji malların markasına, modelinə müvafiq olaraq 4 ədəd malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən 440,00 manat müəyyən olunur. Digər 16 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, istismar müddəti, texniki vəziyyəti, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. ( iş vər. 205-209); “maddi sübut kimi tanınma haqqında” 19 fevral 2021-ci il tarixli qərardan görünür ki, boz rəngli işlək vəziyyətdə olan 01 ədəd “LG” markalı televizor iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüş və saxlanmaları üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir. (iş vər.160-161); Yevlax Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 fevral 2021-ci il tarixdən hesablanmışdır. (iş vər.130-132); Yevlax Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 fevral 2021-ci il tarixdən hesablanmışdır. (iş vər.126-128); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 22.02.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax Rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10.03.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. ( iş vər. 163); Yevlax Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (iş vər. 169-171); Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26.02.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2012-ci il təvəllüdlü Məkkə, 2014-cü il təvəllüdlü Mədinə, 2016-cı il təvəllüdlü Yasin və 2019-cu il təvəllüdlü Asim adlı uşaqları var.( iş vər.179); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 22.02.2021-ci il tarixli cavabdan görünür ki, Əliyev X5 Rayon Məhkəməsinin 13.06.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. ( iş vər. 165); Yevlax Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddəti azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (iş vər. 172-175) Yevlax rayon icra və probasiya şöbəsinin 02 mart 2021-ci il tarixli məktubundan görünür ki, Yevlax Rayon Məhkəməsinin 1(039)-59/2019 saylı, 13.06.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 cəzasından 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gününü çəkmişdir.( iş vər.180); Zərərçəkmiş şəxs Abdullazadə Ülvi Aydın oğlu məhkəməyə ünvanlandığı ərizəsində ona dəymiş ziyanın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənildiyini, sonunculara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli hesab edərək, ittihamda göstərilən digər əşyaların onlar tərəfindən oğurlanmaması ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, habelə, məhkəmə baxışının gedişatında təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və şahid tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, eləcə də hadisə yerinə baxış protokolu və ibtidai istintaq zamanı təyin olunmaqla keçirilmiş ekspertiza rəyləri belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan digər əşyaları oğurlamalarına şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxslərin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində dörd azyaşlı uşağının olmasını (CM 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.2), cinayət nəticəsində dəymiş ziyanı ödəməsini (CM 59.1.13) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini iş üzrə cəzanı ağırlaşdıran hal kimi (CM-61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs1 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM 59.1.2), cinayət nəticəsində dəymiş ziyanı ödəməsini (CM 59.1.13) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin 13.06.2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə məhkumluğu ödənilməsə də, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığı üçün Təqsirləndirilən şəxs2 əməli residiv kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, sonuncunun əvvəllər cinayət törətməyə görə məhkum olunmasını, cəza çəkdiyi müddət ərzində islah olunmayaraq yenidən cinayəti törətməsini Təqsirləndirilən şəxs2 şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs2 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədlərinə çatmaq üçün kifayət etdiyi qənaətinə gəlir. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Yevlax Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməli, cəzaçəkmə müddətlərinin başlanğıcı 14 fevral 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut- 01 ədəd “LG” markalı televizor sahibi Zərərçəkmiş şəxs verilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir . Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 02(iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 27 (iyirmi yeddi gün) gün hissəsi, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaqla 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddət müəyyən edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmə yolu ilə hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətində azadlıqdan məhrum etmə cəzasına birləşdirilsin və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut boz rəngli, işlək vəziyyətdə olan 01 ədəd “LG” markalı televizor Zərərçəkmiş şəxs təhvil verilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 26 (iyirmi altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 156 (bi yüz əlli altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar