Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-77/2023 13.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsının, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, Neft kəməri küçəsindən qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən saxlanc yerinə daxil olmaqla özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, 21 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Yevlax şəhəri Mərkəzi bazarda yerləşən Zərərçəkmiş şəxs ticarətlə məşğul olduğu pərdə mağazasında satıcı Zərərçəkmiş şəxs digər qadınla danışmasını və onu görməməsindən istifadə edərək stolun üzərində olan Zərərçəkmiş şəxs çantasını açaraq çantanın içərisində olan saxlanc yeri hesab edilən pul qabını götürüb gizli olaraq açmaqla oradan Zərərçəkmiş şəxs məxsus cəmi 1530 manat nəqd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 1530 manat məbləğində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talamaqla oğurluq etmişdir. Bundan başqa o, qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri Neft Kəməri küçəsində 07 yanvar 2023-cü il tarixdə saat 12:30 radələrində saxlanılıb, həmin gün saat 13:40-dan 14:05-dək olan müddətdə müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə içərisində istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda - 1,122 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 21 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Yevlax şəhəri Mərkəzi bazarda yerləşən Zərərçəkmiş şəxs məxsus pərdə mağazasında satıcı Zərərçəkmiş şəxs digər qadınla danışmağını görüb mağazaya pərdə almaq məqsədilə daxil olaraq Təzəgülün masanın üzərindəki çantasındakı pul qabını gizli olaraq götürüb, pərdəni çantanın üzərinə ataraq, pərdənin materialın əli ilə baxıb yoxlayarkən pul qabın gizli açmaqla oradan 1500 manatdan artıq pulu götürərək mağazadan çıxıb getmişdir. Pulun bir hissəsini xərcləmiş, 550 manatına isə tanıdığı Şahid4 2 təkərli moped alaraq istifadə etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı Neft Kəməri küçəsində olarkən yolun kənarından bir ədəd sellofana bükülmüş bükülü görüb götürmüş, bükülünü açıb içərisinə baxarkən, içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüş və həmin metamfetamini gələcəkdə özü istifadə etmək üçün cibinə qoymuşdur. 07 yanvar 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı küçəsində təkcə gedərkən oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirib, içərisində psixotrop maddə olan metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar etmişlər. Sorğu-sual zamanı o, bükümdəkinin metamfetamin olduğunu, özü istifadə etmək üçün cibində gəzdirdiyini etiraf etmişdir. Polis əməkdaşları həmin kütlələri elektron tərəzidə çəkmişlər, sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o, da protokolla tanış olub onu imzalamışdır. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyə bilmədiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində bildirmişdir ki, Yevlax şəhəri Mərkəzi bazarda olan mağazada pərdə satmaqla məşğuldur. Mağazada tanışı Sevda adlı qadın da dərzi işləyir. xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində mağazada Sevda ilə söhbət edərkən sonradan adını bildyi Maksum adlı şəxs mağazaya daxil olaraq pərdələrə baxmağa başlamışdır və pərdənin qiymətlərin soruşmuşdur. O, da ona pərdələrin qiymətin demişdir. O, Maksumun pərdə alana oxşamadığı üçün Sevda ilə söhbət etməyə davm etmişdir. Az sonra Maksum pərdə almayaraq çıxıb getmişdir. Sonra mağazaya müştəri gəlmiş və pərdə aldıqdan sonra ona pul vermiş, o, həmin vaxtı müştəriyə qalıq pul qaytarmaq üçün çantasındakı pul qabına baxarkən pul qabının orada olmadığını görmüş, pərdənin yanında yerə baxarkən pul qabının orada olduğunu görüb götürmüş, içərisinə baxarkən pul qabının içərisində olmuş 1530 manat pulunun orada olmadığını görmüşdür. O, həmin pulun mağazaya daxil olmuş sonradan adını bildiyi Maksum tərəfindən oğurladığını düşünərək bazarı axtarsada lakin Maksumu tapa bilməmişdir. Ona görə polis şöbəsinə gedərək şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və onun qanunauyğun şəkildə ciddi cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax şəhəri Mərkəzi bazarda olan mağazada pərdə satmaqla məşğuldur. xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində mağazada Təzəgül ilə söhbət edərkən sonradan adını bildyi Maksum adlı şəxs mağazaya daxil olaraq pərdələrə baxmağa başlamışdır və pərdənin qiymətlərin soruşmuşdur. O, da ona pərdələrin qiymətin demişdir. O, Maksumun pərdə alana oxşamadığı üçün Təzəgül ilə söhbət etməyə davam etmişdir. Az sonra Maksum pərdə almayaraq çıxıb getmişdir. Sonra mağazaya müştəri gəlmiş və pərdə aldıqdan sonra ona pul vermiş, o, həmin vaxtı müştəriyə qalıq pul qaytarmaq üçün çantasındakı pul qabına baxarkən pul qabının orada olmadığını görmüş, pərdənin yanında yerə baxarkən pul qabının orada olduğunu görüb götürmüş, içərisinə baxarkən pul qabının içərisində olmuş 1530 manat pulunun orada olmadığını görmüşdür. O, həmin pulun mağazaya daxil olmuş sonradan adını bildiyi Maksum tərəfindən oğurladığını düşünərək bazarı axtarsada lakin Maksumu tapa bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı Rüstəm Həsənovun 07 yanvar 2023-cü il tarixdə tərtib etdiyi protokol ilə tanış olmuşdur. O, həmin gün polis şöbəsində olmuş, Yevlax şəhəri Neft Kəməri küçəsində yaşayan Təqsirləndirilən şəxs üstündə psixotrop maddə olan metamfetamin olması və onun təkcə yaşadığı küçədə dayanması barədə ona məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat vermiş, sənədləşdirmə apardıqdan sonra şöbənin PPXB-nün polis nəfəri Şahid3 ilə birlikdə saat 12 radələrində Neft Kəməri küçəsinə getmişlər. Təqsirləndirilən şəxs küçədə dayandığını görmüş, ona yaxınlaşmış, özlərini təqdim etmişdirlər. Maksum özünü şübhəli apardığına görə onlarla polis şöbəsinə getməsini bildirmiş, o da etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçi dəvət etmiş və sonra vidieo çəkilişlə Maksumun üstünə baxış keçirmişdir. Baxış zamanı Maksumun əynindəki şalvarın sağ yan cibindən 1 ədəd selofana bükülmüş bükülü təqdim etmiş və sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Sellofan bükümə baxış keçirilərkən oradan şüşə ovuntusuna oxşar, yəni metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Maksum bükümün içərisində olan kütlənin metamfetamin olduğu, həmin metamfetamini 4 gün qabaq yaşadıqları küçədən tapdığını və istifadə etmək üçün üstündə gəzdirdiyini bildirmişdir. Həmin sellofanda olan metamfetaminç oxşar kütlə qablaşdırılaraq zərfə qoyularaq 85 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, iştirakçılardan təklif daxil olmamış, protokolun doğruluğunu imzalarla təsdiq etmişdirlər. Həmçinin o, ifadəsində göstərmişdir ki, əməliyyat-axtarış tədbirləri keçirmiş, nəticəsində müəyyən etmişdir ki, Yevlax şəhəri Mərkəzi bazarında pərdə satan Zərərçəkmiş şəxs mağazasından xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində 1530 manat pulun Təqsirləndirilən şəxs törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1772.3-cü maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. (iş vər.1); Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs baxışın keçirildiyi yer Yevlax şəhəri Mərkəzi Bazarda yerləşən pərdə mağazasında oğurlanmış özünə məxsus olan nağd pulun onun əl çatasından oğurlandığını bildirmişdir. (iş vər.07-10); “Təqdim etmə və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Yevlax RPŞ-nin İB-nin baş müstəntiqi X7 hal şahidlərinin, X3 iştirakları protokol tərtib etmişdir. X4 qardaşı Təqsirləndirilən şəxs oğurladığı puldan 550 manat pul müqabilində aldığı bir ədəd işlək vəziyyətdə olan qara rəngli mopedi könüllü olaraq təqdim edib ondan götürülməsini xahiş etmişdir. Yevlax RPŞ-nin inzibati binasında təqdim olunan “Moon ZX” modelli iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən mopedə baxış keçirilmişdir. Baxışın sonunda təqdim olunan bir ədəd “Moon ZX” modelli moped iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (iş vər.44); Mopeda baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin həyətində bir ədəd işlək vəziyyətdə olan qara rəngli iki təkərli mopedə baxış keçirilərkən mopedin ona məxsus olduğunu, Yevlax şəhər Mərkəzi bazardakı pərdə mağazasından oğurladığı puldan 550 manatını tanışı Şahid4 verərək mopedi ondan satın aldığını bildirmişdir. (iş vər.45-47); Cinayət işinin bir icraada birləşdirilməsi və tövsif edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraatında olan ********* saylı cinayət işinə birləşdirilmiş və cinayət işi ********* statik nömrəli ilə davam etdirilsin və cinayət işi 177.2.3cü müddəsindən 177.2.3 və 234.1 maddələrinə tövsif etdirilməsi qərara alınmışdır.(iş vər.48- 49); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.70-71); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibində, bir ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində narkotik maddə olan metamfataminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər. 74-82); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/28 nömrəli rəyindən görünür ki, üzərində “Yevlax şəhər şakini Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1.2 qram metamfetaminə bənzər kütlə.” sözləri, adları və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd selofana bükümdə təmiz çəkisi- 1.122 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin təmiz çəkisi - 1,122 qram tədqiqata sərf edildi- 0,050 qram, qalıq - 1,072 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71.94 manatdır. (iş vər.92-92); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (iş vər. 124-128); Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 1,072 qram pisixotrop maddə olan metafetamin və bir ədəd moped “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 1,072 qram pisixotrop maddə olan metafetamin və bir ədəd moped saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.129-130); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 355 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (iş vər.160); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 08 ayazadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 il 06 ay 03 günü 01 il 03 ay 01 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin “Amnistiya” qərarının 2.4 bəndindən əsasən cəzadan azad edilmişdir.( iş vər.162); Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(039)-75/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 02 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 06 ay 03 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 01 il 03 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cazası ilə əvəz edilməsi qərara alınmışdır.( iş vər.164-168); xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “8 noyabr- Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən. məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixli, №-li 3-16.17/20/2 ***-**** saylı məktubdan gürünür ki, Yevlax rayon Məhkəməsinin 17.09.202-ci il tarixli qəraının icrası ilə əlaqədar məhkum Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Penitensiar xidmətin 2 saylı istintaq təcridxanasından 5 saylı cəzaçəkmə müəssisəsinə qəbul olunmuşdur. Məhkum müəssisəyə qəbul olunarkən məhkumun şəxsi işində o cümlədən Yevlax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə barəsində narkomaniyadan məcburi müalicəyə ilə bağlı təbbi xarakterli tədbirlərin tətbiq edilməsinə dair heç bir məlumat və ya göstəriş olmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun məktubdan görünür ki, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 8 noyabr zəfər günü münasibəti ilə amnistiya aktı tətbiq edilmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 126 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(039)-75/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 02 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 06 ay 03 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 01 il 03 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cazası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş, Təqsirləndirilən şəxs cəmi 01 ay 27 gün şöbədə cəza çəkdiyindən və eyni zamanda ixtisaslaşdırılmış tibb müəssisəsində yer olmadığından onun barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirləri tətbiq etmək mümkün olmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi özünün etiraf edici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər.https://e-qanun.az/framework/16706 Məhkəmə qeyd edir ki, mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır. Maddi nemətlərə sahiblik, onlardan istifadə və onların barəsində sərəncamla əlaqədar yaranan ictimai münasibətlərdən ibarət olan mülkiyyət münasibətləri hüquqla tənzimlənərək hüquqi forma kəsb edir və konkret mülkiyyətçinin öz əmlakı barədə sahiblik, istifadə və sərəncam səlahiyyətini əks etdirən hüquq münasibətinə çevrilir. Mülkiyyət münasibətləri mülki-hüquqi aktlarla müfəssəl tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin üç formasını nəzərdə tutur: 1) xüsusi mülkiyyət; 2) dövlət mülkiyyəti; 3) bələdiyyə mülkiyyəti. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyini təsbit edir. Ona görə də yeni cinayət qanununda sovet cinayət qanunvericiliyindən fərqli olaraq, bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın mühüm əlamətlərindən biri də talanan əmlakın özgənin olmasıdır, yəni təqsirkar şəxs həmin əmlak barəsində heç bir həqiqi və ya güman edilən mülkiyyət hüququna malik olmamalıdır. Oğurluq cinayətinin daha bir obyektiv əlaməti özgənin əmlakının götürülməsinin əvəzsiz olmasıdır. Oğurluq fəal hərəkətlərlə törədilir və təqsirkarın talama hərəkətləri ilə zərərçəkmiş şəxsə maddi ziyan dəyməsi arasında səbəbli əlaqə müəyyyən olunmalıdır. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan başa çatmış hesab olunur. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddəllərin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzalara münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut - Yevlax RPŞ-nin saxlancına təhvil verilmiş, X2 götürülmüş bir ədəd “Moon ZX” modelli moped Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış, Zərərçəkmiş şəxs məxsus pul hesabına əldə olunmuşdur. Belə ki, hazırki iş üzrə müəyyən olunduğu kimi sözügedən moped Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış, Zərərçəkmiş şəxs məxsus 550 manat pul müqabilində alınmışdır. Bu səbəbdən də CM-in 99-1.1.2-ci maddəsinin tələbləri baxımından həmin moped xüsusi müsadirə olunmalıdır. Belə ki, sözügedən maddənin tələblərinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin olunarkən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə qəti cəza saxlanılmalı (CM-66.2), cəzaçəkmə müddətinin başlanğıcı 07 yanvar 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan metafetamin məhv edilməli və bir ədəd moped xüsusi müsadirə olunmalı, (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 1,072 qram pisixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi istintaq hərəkətinin aparılmasını əks etdirən 2 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut - Yevlax RPŞ-nin saxlancına təhvil verilmiş, X2 götürülmüş bir ədəd “Moon ZX” modelli moped xüsusi müsadirə olunsun. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 8 (səkkiz) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 48 (qırz səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan həbsdə olan məhkum hökmü aldığı vaxtdan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-77/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-77/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver