Məhkəmə qərarları › İş №1(039)-77/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-77/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-77/2024 30.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən çəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1971-ci ildə Yevlax rayonu Xaldan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Yevlax rayon Xaldan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 may 2024-cü il tarixdə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 oktyabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Yevlax rayonunun Xaldan kəndinin mərkəzində, Yevlax-Şəki avtomobil yolunun kənarında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs dayandığını görərək sonuncuya yaxınlaşıb 2017-ci ilin əvvəllərində aralarında olan şifahi razılaşmaya əsasən Zərərçəkmiş şəxs pul müqabilində satmış olduğu 1,8 hektar pay torpaq sahəsinin sənədlərini geri qaytarmasını tələb etmiş, sonuncu həmin torpaq sahəsini pul ilə aldığı üçün ona məxsus olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs hədənin icra ediləcəyi üçün real əsas olan üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını əlinə götürərək nümayiş etdirib torpaq sahəsinin sənədlərini ona geri qaytarmayacağı halda Zərərçəkmiş şəxs həmin bıçaqla öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdiki, 2017-ci ildə övladının xəstəliyi ilə əlaqədar olaraq müalicə xərclərini ödəmək üçün ona 200 manat pul lazım olmuş və bu səbəbdən də həmkəndlisi Zərərçəkmiş şəxs borca pul istəmiş, Fəxrəddin isə pul verəcəyi qarşılığında yaşadığı Xaldan kəndində atasından miras qalan 1.89 hektar torpaq sahəsinin sənədlərini ona verməsini, həmin torpağı icarə kimi əkib-becərəcəyini və bundan sonra ona pul verəcəyini bildirmiş, çarəsiz qaldığı üçün Fəxrəddinə həmin torpağın sənədlərini vermiş və Fəxrəddin ilə həmin sahəni 5 il müddətində əkib-becərəcəyi barədə şifahi şəkildə razılaşmışlar. Fəxrəddin bunun qarşılığında ona 500 manat pul vermiş, həmin pulla övladını müalicə etdirmişdir. 2023-cü ilin iyul ayında yaşadığı Xaldan kəndində Fəxrəddinin yanına gedib ona “mənim torpağımın sənədlərini geri qaytar” demiş, Fəxrəddin isə “mən sənə torpaq sənədlərini verməyəcəyəm” deyərək ona torpağını satmasını təklif etmiş, torpağı satmağa razılaşmamışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra yaşadığı Xaldan kəndində yerləşən mağazaya gedərək evdə mətbəxdə istifadə etmək üçün oradan 01 manat dəyərində bir ədəd mətbəx bıçağı alaraq evə gedən zaman küçədə həmkəndlisi Fəxrəddin ilə qarşılaşıb ondan torpağının sənədlərini qaytarmasını istəmiş, Fəxrəddin isə yekun olaraq 5000 manat pul verəcəyini bildirib torpağı ona satmağını təklif etsə də razılaşmamışdır. Fəxrədddinlə torpaq sənədləri barədə danışan zaman mağazadan aldığı bıçaq sağ arxa cibində olmuş və danışarkən həmin bıçağı cibindən çıxarmamışdır. Fəxrəddinin üzərinə əlində bıçaqla getməmiş və onu bıçaqla öldürməklə hədələməmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə iclasına ərizə təqdim edərək ifadəsində gösdərmişdirki, Zərərçəkmiş şəxs ilə barışmışdır, əməlində özünü təqsirli bilir barəsində olan icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına Zərərçəkmiş şəxs ifadəsində gösdərmişdirki, Təxminən 4-5 il bundan əvvəl həmkəndlisi Təqsirləndirilən şəxs aralarında olan şifahi qarşılıqlı razılaşmaya əsasən Xaldan kəndində yerləşən torpaq sahəsini 6500 manat pul müqabilində almış və həmin torpaq sahəsindən təxminən 4-5 il ərzində istifadə etmiş, torpaq sahəsini Elxandan alan zaman ona həmin torpağı öz adına keçirmək istədiyini deyəndə Elxan həmin torpaqda vərəsə kimi digər qardaşının da pay haqqı olduğunu, torpağın sənədlərində qardaşının da adının olduğunu, qardaşının hal-hazırda Rusiya Federasiyasında olduğunu, qardaşından notarial qaydada etibarnamə alacağını, bundan sonra torpağı onun adına sənədləşdirə biləcəyini bildirib həmin torpaq sahəsinin Daşınmaz Əmlakın X1 vermişdir. Təxminən 5-6 ay bundan əvvəl Elxan onun əziyyət çəkərək pul xərclədiyi həmin torpaq sahəsini xəbərsiz şəkildə özü üçün istifadə etməyə başlayıb onun orada suvarıb yetişdirdiyi otu biçib oradan çıxan 200 bağ otunu aparmış, bundan sonra Elxana dəfələrlə xəbərdarlıq etsə də bu hərəktlərinə son verməyərək ona məhəl qoymamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 16-17 radələrində yaşadığı Yevlax rayonu Xaldan kəndində yolun kənarında mağazalar olan yerdə dayanan zaman həmkəndlisi Elxan sərxoş vəziyyətdə oraya əlində bıçaqla gələrək ona “səni öldürüb gedib 15 il yatacağam” deyərək üstünə bıçaqla hücum çəkmiş, həmin vaxt orada olan həmkəndliləri Nurlan, Zamiq və Ələsgər yaxınlaşaraq Elxana mane olmuş, Zamiq onu tutub saxlamış, buna görə də Elxan ona bıçaqla xəsarət yetirə bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayətinin olmamasını, həmçinin Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Yevlax rayon Xaldan kəndində yolun kənarında dayanan zaman həmkəndlisi Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə əlində bıçaqla ondan 10-15 metr məsafədə gübrə satışı mağazasının qarşısında dayanan digər həmkəndlisi Zərərçəkmiş şəxs üzərinə gedərək ona “səni öldürəcəm, gedib 15 il yatacam” deyərək onu öldürməklə hədələdiyini görüb Elxana yaxınlaşaraq “gəl çıxaq gedək evə” desə də, Elxan ona məhəl qoymayaraq elə öz hərəkətlərini davam etdirmiş, Fəxrəddinə “səni öldürəcəyəm” deyərək öldürməklə hədələmiş, Fəxrəddin bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş və bundan yarım saat sonra polis əməkdaşları oraya yaxınlaşaraq Elxanı aparmışlar. Məhkəmə iclasına şahid qismində dindirilmiş Yevlax rayon Xaldan kənd sakinləri Şahid2 və Şahid3 mahiyyət etibarilə Şahid1 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdirki, ona bıçaq verərək onu öyrədib Fəxrəddini öldürməsi üçün sonuncunun üzərinə göndərməmiş və həmin bıçağı Elxana o verməmişdir. Həmin bıçağı kənddə 01 manat pul müqabilində digər mağazadan almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Regional Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 17/798 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfatməişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Xaldan kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal zərərçəkmiş şəxslə barışmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 134-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 134, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 134-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia verilməmiş, ekspertiza xərci və maddi sübut yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 13 (on üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 78 (yetmiş səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Təqsirləndirilən şəxs 30 (otuz) manat 60 (altmış) qəpik ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar