Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-78/2021 28.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Nümayəndə2 Müdafiəçi Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Nümayəndə1 iştirakları ilə xx xxxxxx 2004-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 22 aprel 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, G.Əliyev küçəsi, ev 9-da qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən 14 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, xx xxxxxx 2004-cü il təvəllüdlü, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdə saat 01 radələrində yaşadığı Yevlax şəhəri, G.Əliyev küçəsi, 9 saylı evdə faktiki ər-arvad münasibətlərində yaşadığı, aralarındakı yaş fərqi iki ildən çox olan xx xxxx 2008-ci il təvəllüdlü olmaqla həmin vaxt on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olaraq onun qızlıq pərdəsinin tamlığını pozmuş və bundan sonra həmin hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs ilə həmin tarixdən 02 fevral 2021-ci il tarixə kimi qəsdən mütəmadi olaraq cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, ondan yaşda kiçik olan Zərərçəkmiş şəxs ilə bir-birlərini istədikləri üçün valdeynləri onları nişanlamış, lakin onun və Leylanın azyaşlı olduğuna görə evlənməyə icazə verməmişlər. 26 sentyabr 2020-ci il tarixdə günüz Leyla ilə görüşüb söhbət edərkən Leyla gecə gəlib onu ailə qurmaq məqsədilə qaçırmasını demişdir. Ona görə həmin gecə o, Leylagilin küçəsinə getmiş və Leylanın küçəyə çıxmasın gözləmişdir. Leyla küçəyə çıxmış Leylanın öz razılığı onu evlərinə aparmışdır. 27 fevral 2020-ci il tarixdə yaşadığı Yevlax şəhəri, G.Əliyev küçəsi, 9 saylı evdə könüllü olaraq Leyla ilə cinsi əlaqədə olmuşdur. O, Leyla ilə cinsi əlaqədə olarkən ona heç bir zor tətbiq etməmişdir. Leyla ilə 02 fevral 2021-ci il tarixə kimi Yevlax şəhərindəki yaşadıqları evdə ər-arvad kimi cinsi əlaqədə olmuşdur. Polis şöbəsində olarkən ona barəsində cinayət işi başlanacağı izah edilmiş və ona görə Leyla ilə cinsi əlaqədə olmağı dayandırmışdır. Hazırda da Leyla ilə bir ailə kimi mehriban yaşayır və aralarında heç bir narazılığı yoxdur. Məhkəmədən son sözündə yetkinlik yaşına çatmamasını, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə ailə kimi bir yerdə yaşamalarını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qohumları Təqsirləndirilən şəxs ilə bir-birlərini istədikləri üçün valdeynləri onları nişanlamışlar. Ancaq azyaşlı olduğuna görə, ona Təbrizlə evlənməyə icazə verməmişlər. 26 sentyabr 2020-ci il tarixdə Təbrizlə gündüz görüşüb söhbət edərkən evlənmək qərarına gəlmişlər. Ona görə həmin gecə Təbriz onlara gəlmişdir. Anasıgil yatdıqdan sonra evdən çıxaraq Təbrizlə ailə qurmaq məqsədilə ona qoşulub qaçmışdır. 27 fevral 2020-ci il tarixdə Təbrizgilin yaşadığı Yevlax şəhəri, G.Əliyev küçəsi, 9 saylı evdə könüllü olaraq onunla cinsi əlaqədə olmuşdur. Təbriz onunla cinsi əlaqədə olarkən ona heç bir zor tətbiq etməmişdir. Təbrizlə 02 fevral 2021-ci il tarixə kimi Yevlax şəhərində yaşadıqları evdə ər-arvad kimi cinsi əlaqədə olmuşlar. Hazırda da Təbrizlə ailə kimi bir yerdə mehriban yaşayır və aralarında heç bir narazılıqları yoxdur. Məhkəmədən təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq təqdirləndirilən şəxs barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdi ki, xx xxxx 2008-ci il tarixdə də anadan olmuş Zərərçəkmiş şəxs onun doğma qızıdır. Leylanı qohumları Afətin oğlu Təbrizə ailə qurmaq məqsədilə nişanlamışlar. Ancaq Leylanın toyunu etmək fikirləri olmamışdır. 27 fevral 2020-ci il tarixdə gecə Leylanın evdə olmadığını görüb DİN-nin 102 xidmətinə zən gedib məlumat vermişdir. Sonradan bilmişdir ki, Leyla könüllü olaraq ailə qurmaq məqsədilə Təbrizə qoşulub qaçmış və həmin gecə Təbrizgilin evində Təbrizlə cinsi əlaqədə olmuşdur. Hazırda onlar birlikdə xoşbəxt yaşıyırlar və Təbrizdən heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, xx xxxxxx 2004-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs onun doğma oğludur. Təbrizlə qohumları Zərərçəkmiş şəxs gələcəkdə ailə qurmaq məqsədilə nişanlamışlar. Ancaq onların toyunu etmək fikirləri olmamışdır. Çünki onların ikisidə azyaşlı olmuşdur. 27 fevral 2020-ci il tarixdə evdə olmamış, eşitmişdir ki, Təbriz Leyla ilə görüşmüş və razılaşmaya əsasən Leylanı ailə qurmaq məqsədilə evlərinə gətirmiş və həmin gecə onunla cinsi əlaqədə olmuşdur. Leylanın anası Günel isə əsəbiləşərək polis şöbəsinə şikayət etmişdir. Hazırda onlar birlikdə xoşbəxt yaşıyırlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2008-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan portaldan görünür ki, X4 09.03.2004-cü il tarixdə Yevlax şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 Yevlax rayon şöbəsinin 02.02.2021-ci il tarixli 43 saylı rəyindən görünür ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində onun xəsarət almasını göstərən obyektiv məhkəmə-tibb əlamətlər (qançır, sıyrıq şişkinlik və.s) aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Pozulma müddəti iki həftədən (14 gündən) çoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 08 sentyabr 2021-ci il tarixli 176 №-li rəyindən görünür ki, yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Hadisə baş verdiyi tarixdə cinsi əlaqədə olmanın mahiyyətini dərk etmişdir. Zərərçəkmiş şəxsin əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmir, onda pedaqoji baxımsızlıq müəyyən olunur. Zərərçəkmiş şəxsin psixi inkişafını nəzərə alınmaqla o, yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 8 saylı Evlər Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Abdullayev X5 ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutullan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cəzanı çəkmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tədbiq edilməsi və təyin edilmiş cəzanı şərti hesab olunmasını mümkün hesab edir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilməlidir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini alan vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi 16 (on altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-78/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-78/2021
28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver