Məhkəmə qərarları › İş №1(039)-78/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-78/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-78/2023 25.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, Cinayət əməlini törətmiş şəxsin müdafiəçisi, Müdafiəçi Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə, Cinayət əməlini törətmiş şəxs : xx xxxx 1988-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixində saat 13:00 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən Dədə Qorqud parkında heç bir əsaslı səbəb olmadan xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə mübahisə edərək, sonuncuya qarşı uca səslə nalayiq söyüşlər söyüb təhqir etmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib orada olan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs vuraraq sonuncuya sağ qaşüstü nahiyyənin, sol alın qabarının sıyrığını, sağ gözətrafı nahiyyənin qançırı, sağ gözün ağlı qişasına yayılmış qansızma ilə müşayət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozaraq, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Məhkəmə iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Şahid2 onun qızıdır və o, Yevlax şəhəri 1 saylı tam orta məktəbin 10-cu sinifində təhsil alır. xx.xx.2023-cü il tarixdə oğlu Orxan ev telefonunun nömrəsinə zəng vuraraq təcili onu Yevlax rayon məhkəməsinin qarşısına çağırmış və o, günorta saat 13 radələrində Yevlax şəhəri Dədə Qorqud parkında “Xan” marketin yaxınlığın gələrək Orxanla orada görüşmüşdür. Orxan ona qızı Aytəni işarə edərək, bir nəfər oğlanın Aytəni narahat etdiyini bildirmişdir. O, sonradan həmin şəxsin adının Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Namiqə yaxınlaşıb onu maşına əyləşdirmək istədikdə Namiq maşına əyləşməmiş və o, özünü itirərək əvvəlcə Namiqin üzünə şillə vurmuş, sonra isə şillə və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Həmin vaxtı oğlu Orxan onun yanında olmuş, qızı Aytən isə maşında əyləşmişdir. Namiqi özü tək döymüşdür. X2 heç bir xəsarət yetirməmişdir. Orxan sadəcə olaraq Namiqi onun əlindən almağa çalışmışdır. Dava zamanı bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq onları aralaşdırmışdır. Məhkəmədən zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştrakı ilə göstərdi ki, Şahid2 ilə təxminən iki ay bundan əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Aytənlə orada yazışmış, daha sonra “whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. xx.xx.2023-cü il tarixində Aytən ona zəng edərək, görüşmək üçün onu Yevlax şəhəri Nizami prospektində yerləşən bir nömrəli tam orta məktəbin qarşısına çağırmışdır. xx.xx.2023-cü il tarixində saat 12 radələrində məktəbin qarşısında Aytənlə görüşmüş və Aytəndən hara getdiyini soruşduqda Aytənin ona 8 nömrəli məktəb tərəfə hazırlığa getdiyini bildirmişdir. Aytənə eyni istiqamətə getdiyini bildirmiş və onlar birlikdə getməyə başlamışlar. Onlar yolda olan zaman yaxınlaşmaqda olan imtahanlardan söhbət etmişlər. Daha sonra Aytənin skamyada oturmağı təklif etmiş və skamyada əyləşmişlər. Orada söhbət edən zaman Aytənin atası Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq Aytəni maşında əyləşdirmişdir. Daha sonra Elvin yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə başlamışdır. Elvin və onun oğlu Orxan da dava zamanı orada olmuşdur. Dava zamanı onun baş nahiyyəsi aşağı olduğu üçün Elvin onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmiş və zərbələrin təsirindən o, alın, sinə və qarın nahiyəsindən xəsarətlər almışdır. Hadisəni görən bir nəfər polis əməkdaşının onlara yaxınlaşıb aralaşdırmışdır. Həmin vaxt onun baş nahiyəsi torpağa tərəf olduğu üçün parkda kənar şəxslərin olmasına fikir verməmişdir. Məhkəmə iclasında əməli törətmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və əməli törətmiş şəxsdən şikayətinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hazırda Yevlax RPŞ-nin CAB-ın rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 13.20 radələrində xidməti zərurətlə əlaqədar Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən D.Qorqud parkında olan zaman orada çoxsaylı insanların toplaşdığını görmüş və oraya yaxınlaşdıqda iki nəfər şəxsin dalaşdığının şahidi olmuşdur. Dava zamanı yaşca bir qədər böyük olan bir nəfər şəxsin azyaşlı oğlan uşağını yerə yıxıb döydüyünü, digər bir nəfər azyaşlı oğlan uşağının isə onları aralaşdırdığını görmüşdür. O, həmin şəxslərə yaxınlşaraq özünü təqdim etmiş və onları rayon polis şöbəsinə dəvət etmişdir. Bundan sonra polis şöbəsində döyülən şəxsin xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs, döyən şəxsin isə Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 qanuni nümayəndəsinin iştrakı ilə ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə marşrutla evlərinə gedərkən yolun Q.Quliyev küçəsindən keçən hissəsində Dədə Qorqud parkında bir nəfər oğlanın bacısı Şahid2 narahat etdiyini görmüş və marşurutdan düşərək atası Elvin Əzizliyə zəng vurmuşdur. Bir qədər keçdikdən sonra günorta saat 13 radələrində atası Elvin oraya gəlmiş və Namiqi maşına əyləşməyi təklif etmişdir. Namiq maşına əyləşməkdən imtina etdikdə Elvin Namiqi yerə yıxaraq döyməyə başlamışdır. Həmin vaxt bacısı Aytən də orada olmuşdur. Dava zamanı adını bilmədiyi bir nəfər polis əməkdaşı oraya yaxınlaşaraq atası Elvinlə Namiqi aralaşdırmışdır. Məhkəmə əməli törətmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, Elvin Əzizli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan MTE və PA Birliyinin Yevlax rayon şöbəsinin Zərərçəkmiş şəxs tibbi müayinəsinə dair tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 106 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs “sağ qaşüstü nahiyyənin, sol alın qabarının sıyrığını, sağ gözətrafı nahiyyənin qançırı, sağ gözün ağlı qişasına yayılmış qansızma” xəsarətlərini almışdır. Xəsarətin əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan Yevlax İHB-nın, Yevlax şəhər 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 5 nəfər ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair qərardadına əsasən nəzərə alınmalıdır ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi məqsədi ilə qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər etmiş, gediş-gəlişin gur olduğu yerdə, Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən Dədə Qorqud parkında Zərərçəkmiş şəxs ilə mübahisə edib, sonuncuyafiziki zor tətbiq etməklə qəsdən yumruqla üz nahiyyəsindən və bədəninin müxtəlif nahiyyələrindən vurub Zərərçəkmiş şəxs “sağ qaşüstü nahiyyənin, sol alın qabarının sıyrığını, sağ gözətrafı nahiyyənin qançırı, sağ gözün ağlı qişasına yayılmış qansızma” xəsarətlərini yetirərək onun səhhətinin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası CM-nin CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Məhkəmə, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı- ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə əmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə cinayət əməlini törətmiş şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1- ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursavə müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 05 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 30 manat məbləğində əmək haqqı Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1.000 (bir min) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Təyin olunmuş 1000 (bir min) manat cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs 05 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 manat xidməthaqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar