Məhkəmə qərarları › İş №1(039)-79/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-79/2020

05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-79/2020 05.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, Yevlax şəhəri D.Qorqud küçəsində, xx xxxx 2020-ci il tarixdə saat 11:00 radələrində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində saat 11:30-dan 12:00-dək olan müddətdə, müdafiəçi-vəkil iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində, əynindəki göy rəngli şalvarın sağ yan cibində, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, qanunsuz olaraq satış məqsədi olmadan öz istifadəsi üçün əldə etdiyi, 1 ədəd siqaret kağızı bükülüsündə saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə cəmi – 0,453 qram miqdarında heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılıb, götürülüb. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. xx xxxx 2020-ci il tarixdə, saat təxminən 21:00-da, D.Qorqud küçəsində piyada gəzişərkən ayağına siqaret kağızından olan bükül olun ayağına dəymişdir.Həmin bükülünü götürmüş və bükülünü açdıqda içində heroin olduğunu görmüşdür. Əvvəllər də həmin narkotik vasitədən istifadə etdiyi üçün bunun heroin olduğunu anlamışdır. Həmin maddəni sonra istifadə etmək üçün göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. xx xxxx 2020-ci il tarixdə, saat təxminən 11:00-da, tapdığı heroindən istifadə etmək üçün aptekə gedərkən, yaşadığı küçədə yerləşən evlərin qarşısında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Şöbədə ona bildirilmişdir ki, üzərinə baxış keçiriləcəkdir. Buna etiraz etməmişdir. Bu məqsədlə ona vəkil təqdim edilmiş və video çəkilişlə üstünə baxış keçirilmişdir. Bu zaman yerdən tapdığı bükülü onun üstündən aşkar edilmişdir. Suallara cavab olaraq etiraf etmişdir ki, bükülüdəki narkotik maddə heroindir, bir müddət öncə küçədə tapmışdır. Polis əməkdaşları tərəfindən həmin kütlə elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq möhürləmiş və götürülmüşdür. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid2 ifadəsində bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə əməliyyat məlumatı daxilolmuşdur ki, Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlayır. Bu məqsədlə Yevlax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1, və CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 da daxil olduğu əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun əməkdaları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhəri Dədə Qorqud küçəsində yerləşən yaşayış evlərinin qarşısında Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Təqsirləndirilən şəxs sənəd təqdim etmədiyinə və oradan qaçmaq istədiyinə görə saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Şöbədə ona vəkil təqdim edilmiş və bildirilmişdir ki, üzərinə baxış keçiriləcəkdir. Saat təxminən 11:30-da polis şöbəsində video çəkiliş tətbiq etməklə Təqsirləndirilən şəxsun üstündə axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən isə 1 ədəd kağız bükülü aşkar edilmişdir. Bükülünü açdıqda içində ağ-sarımtıl rəngli rəngli, spesifik iyə malik narkotik vasitə-heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükülüdə olan maddə narkotik vasitə olan heroindir, bu maddəni xx xxxx 2020-ci il tarixdə yaşadığı Yevlax şəhəri Dədə Qorqud küçəsində yerdən tapmış, sonradan istifadə etmək məqsədi ilə üstündə gəzdirmişdir. Şahid3 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsində CAB əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə əməliyyat qrupunun tərkibində Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi Yevlax şəhəri, Dədə Qorqud küçəsində sxlamış və özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Təqsirləndirilən şəxs həyacanlı olduğu üçün orada qaçmağa cəhd etdiyindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə vəkilin iştirakı ilə, video çəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Bu zaman onun şalvarının yan cibindən bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, bükülüdə narkotik vasitə olan heroin var, bir gün öncə bükülünü küçədən tapmış və sonradan istifadə etmək məqsədilə cibində saxlamışdır. Narkotik vasitə qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs özü də həmin zərfi, daha sonra isə protokolu imzalamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının əks olduğu video yazıya baxış keçirilmiş və həmin yazıda təqsirləndirilən şəxsin və şahidlərin bildirdikləri hallar təsdiqini tapmışdır. Məhkəmə Kimyəvi Ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 17/233 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd qara rəngli kağız bükümdə, təmiz çəkisi -0,446 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İstifadə olundu 0,05 qram, qalıq 0,396 qram. Tədqiqatın dəyəri 102.12 manatdır. (səh.80) Məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 373 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.89) Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmünün surətindən və tələbnamədən müəyyən olunur ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmədə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, üzərində şəxsi aparılması haqqında protokol və əlavə edilmiş video çəkiliş, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, Cinayət Məcəlləsinin 61.1.1 maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, onun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020ci tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,396 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı və 102,12 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə alınmalıdır. Müdafiəçi X1 istintaq zamanı 30 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 180 manat, Müdafiəçi məhkəmə zamanı dövlət hesabına göstərdiyi 12 saat hüquqi yardıma görə 72 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxt xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən müəlicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,396 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 102 (bir yüz iki ) manat 12 (on iki) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ **********0002088501 коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 180 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X1 və məhkəmə dövrü üçün isə 72 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar