Məhkəmə qərarları › İş №1(039)-79/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-79/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-79/2021 02.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə 04 sentyabr 1980-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 10 mart 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, H.Əliyev prospekti, ev 27-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edib saxlamaqla üzərində gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli sonradan kustar üsulla kalibri 5,45 mm-dək kiçildilmiş, zavod üsulu ilə istehsal edilmiş saz vəziyyətdə yivli-odlu silah hesab edilən “Naqan” sistemli revolveri istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki şalvarının belində və qanunsuz olaraq 06 (altı) ədəd kustar üsulla hazırlanmış, döyüş sursatı hesab edilən, saz vəziyyətdə, istifadəyə yararlı 5,45 mm kalibrli patronları istintaqa məlum olmayan mənbədən əldə edib əynindəki gödəkçənin sağ yan cibində saxlayaraq gəzdirmiş, 08 mart 2021-ci il tarixdə Yevlax şəhəri Nizami prospektində Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 13:10-dan 13:45-dək müddətdə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli sonradan kustar üsulla kalibri 5,45 mm-dək kiçildilmiş, zavod üsulu ilə istehsal edilmiş saz vəziyyətdə yivli-odlu silah hesab edilən “Naqan” sistemli revolver və 06 (altı) ədəd kustar üsulla hazırlanmış, döyüş sursatı hesab edilən, saz vəziyyətdə, istifadəyə yararlı 5,45 mm kalibrli patronlar aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Narkotik vasitə aludəçisidir. X5 uzun illər öncə vəfat etmişdir. O da halhazırda babasının əvvəllər yaşamış olduğu evdə yaşayır. Təxminən 2 ay bundan əvvəl evdə təmir işləri görən zaman döşəmənin altından 01 (bir) ədəd 1943-cü il istehsalı olan 5,45 mm-lik yivli-odlu işlək vəziyyətdə olan “Naqan” tipli tapança tapmışdır. Tapançanın yanında kağıza bükülmüş 6 (altı) ədəd patron olmuşdur. O, “Naqan” tipli tapançanı və patronları olduğu yerdən çıxarıb təmizləmiş və üzərində gəzdirməyə başlamışdır. Həmin tapançanı və patronları üzərində gəzdirməsindən heç kimin xəbəri olmamışdır. 08 mart 2021-ci il tarixdə “Naqan” tipli tapançanı belinə, patronları isə cibinə qoyaraq Yevlax şəhər ərazisinə çıxmışdır. Həmin gün günorta saatlarında özünü şübhəli apardığına görə Yevlax şəhəri, Nizami prospektində hərəkətdə olarkən polis işçiləri ona yaxınlaşıb onlarla birlikdə polis şöbəsinə getməsini təklif etmişlər. O da onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı və videoçəkilişlə onun razılığı ilə üstünə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı polis əməkdaşları əynindəki şalvarının belindən “Naqan” tipli tapançanı, əynindəki gödəkçənin sağ yan cibindən isə patronları aşkar edib götürmüşlər. Sorğu zamanı o “Naqan” tipli tapançanı və patronları yuxarıda qeyd etdiyi kimi təxminən 2 ay bundan qabaq evdə təmir işləri görən zaman döşəmənin altından tapdığını bildirmiş, polis işçiləri vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş “Naqan” tipli tapançanı və 6 (altı) ədəd patronu zərfə qoyaraq möhürləmiş, sonra isə polis işçiləri bu barədə protokol tərtib etmiş, o həmin protokolla tanış olmuş, düzgün tərtib olunduğuna görə o da digər iştirakçılar kimi protokola və zərfə imza etmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 08 mart 2021-ci il tarixdə ona Yevlax şəhəri, H.Əliyev prospektində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq gəzdirdiyi odlu silah olması barədə məlumat daxil olmuşdur. O, bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra Yevlax RPŞnin PPXB-nın polis nəfəri Şahid2 ilə birlikdə təxminən saat 12:30 radələrində Yevlax şəhər Nizami prospektinə getmişlər. Bayramı Nizami prospektində gördükdən sonra Bayrama yaxınlaşıb özlərini təqdim edərək, Bayrama polis şöbəsinə getməyi təklif etmişlər. Bayram da etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkili dəvət edilib, ona hüquq və vəzifələrini izah etdikdən sonra video çəkilişlə Bayramın üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Bayramın əynindəki şalvarının bel hissəsindən “Naqan” tipli odlu silah, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən isə 6 (altı) ədəd patron aşkar etmişlər. Sorğu zamanı Bayramın özü həmin “Naqan” tipli odlu silah və 6 (altı) ədəd patronların babası Rza İsayevdən qaldığını, bu vaxta qədər polis şöbəsinə təhvil vermədiyini və qanunsuz olaraq üzərində gəzdirdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin “Naqan” tipli odlu silah və 6 (altı) ədəd patron zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılardan heç bir irad və təklif daxil olmamış və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 08 mart 2021-ci il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq gəzdirdiyi odlu silah olması barədə məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat veildikdən sonra Yevlax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ilə birlikdə təxminən saat 12:30 radələrində Yevlax şəhər Nizami prospektinə getmişlər. Bayramı Nizami prospektində gördükdən sonra Bayrama yaxınlaşıb özlərini təqdim edərək, Bayrama polis şöbəsinə getməyi təklif etmişlər. Bayram da etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkili dəvət edilib, ona hüquq və vəzifələrini izah etdikdən sonra video çəkilişlə Bayramın üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Bayramın əynindəki şalvarının bel hissəsindən “Naqan” tipli odlu silah, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən isə 6 (altı) ədəd patron aşkar etmişlər. Sorğu zamanı Bayramın özü həmin “Naqan” tipli odlu silah və 6 (altı) ədəd patronların babası Rza İsayevdən qaldığını, bu vaxta qədər polis şöbəsinə təhvil vermədiyini və qanunsuz olaraq üzərində gəzdirdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin “Naqan” tipli odlu silah və 6 (altı) ədəd patron zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılardan heç bir irad və təklif daxil olmamış və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli 1(039)-50/2015 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Salyan rayon Məhkəməsinin 21 iyun 2017-ci il tarixli 7(057)-238/2017 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli 1(039)- 50/2015 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 20 (iyirmi) gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 09 aprel 2020-ci il tarixli 105/2 saylı məktubundan görünür ki, Salyan rayon Məhkəməsinin 21 iyun 2017-ci il tarixli 7(057)-238/2017 saylı 21 iyun 2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 (on bir) ay 20 (iyirmi) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını 11 iyun 2018-ci il tarixdə çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli 1(039)-50/2015 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 20 (iyirmi) gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 4(039)-26/2021 saylı həbs qətimkan tədbiri seçilməsi haqqında qərarın surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 08 mart 2021-ci il tarixdən saat 12.30-dan hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə ballistik ekspertizasının 09 mart 2021-ci il tarixli 17/184 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş nömrəsi silinmiş silah 7,62 mm kalibrli olub sonradan kustar üsulla kalibri 5,45 mm-dək kiçildilmiş, zavod üsulu ilə istehsal “Naqan” sistemli revolverdir, yivli-odlu silahdır, sazdır. Tədqiqata təqdim edilmiş 06 (altı) kustar üsulla hazırlanmış patronlar 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik odlu silahlarda, o cümlədən tədqiqata təqdim edilmiş revolverdə istifadə edilmək üçün nəzərdə tutulmuş patrondurlar, döyüş sursatı hesab edilirlər, sazdırlar, istifadəyə yararlıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 4 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü Ümid adlı bir azyaşlı uşağı var. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edib saxlamaqla üzərində gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli sonradan kustar üsulla kalibri 5,45 mm-dək kiçildilmiş, zavod üsulu ilə istehsal edilmiş saz vəziyyətdə yivli-odlu silah hesab edilən “Naqan” sistemli revolveri istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki şalvarının belində və qanunsuz olaraq 06 (altı) ədəd kustar üsulla hazırlanmış, döyüş sursatı hesab edilən, saz vəziyyətdə, istifadəyə yararlı 5,45 mm kalibrli patronları istintaqa məlum olmayan mənbədən əldə edib əynindəki gödəkçənin sağ yan cibində saxlayaraq gəzdirmiş, 08 mart 2021-ci il tarixdə Yevlax şəhəri Nizami prospektində Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 13:10-dan 13:45-dək müddətdə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli sonradan kustar üsulla kalibri 5,45 mm-dək kiçildilmiş, zavod üsulu ilə istehsal edilmiş saz vəziyyətdə yivli-odlu silah hesab edilən “Naqan” sistemli revolver və 06 (altı) ədəd kustar üsulla hazırlanmış, döyüş sursatı hesab edilən, saz vəziyyətdə, istifadəyə yararlı 5,45 mm kalibrli patronlar aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən başqa şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi təyin edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 08 mart 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, 01 ədəd Naqan tipli revolver və 06 ədəd patron (silah-sursat) hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan 1 (bir) ədəd soyuq silah hesab edilən bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 30 (otuzbir) manat 60 (altmış) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 08 mart 2021-ci il tarixdən hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, 01 ədəd Naqan tipli revolver və 06 ədəd patron (silah-sursat) hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. İşdə olan 30 (otuz) manat 60 (altmış) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar