Məhkəmə qərarları › İş №1(039)-79/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-79/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-79/2022 26.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1964-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(091)-98/17 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,149.1-ci maddəsi ilə təqsirli bilinib, 04 (dörd) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 7(003)-1395/2019 nömrəli qərarına əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(091)-98/17 nömrəli hökmü ilə ona təyin edilmiş 04 (dörd) il müddətində azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 10 (on) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində 31 yanvar 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Ə,cavad küçəsi, ev 71-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında 26 yanvar 2021-ci il tarixdə saat 05:30 radələrində Zərərçəkmiş şəxs məxsus Yevlax şəhəri, H.Əliyev prospekti 102 ünvanında yerləşən dükanın arxa tərəfinə gələrək açıq ərazidə saxlanılan və sonuncuya məxsus X4 olan bir ədədinin qiyməti 120 manat olmaqla on ədəd ümumilikdə 1200 manat qiymətində olan “MTZ-80” markalı traktorun diferinin şestirnasını, bir ədədinin qiyməti 150 manat olmaqla üç ədəd ümumilikdə 450 manat qiymətində olan “MTZ-80” markalı traktorun palosunun üç ədəd kojikini, bir ədədinin qiyməti 200 manat olmaqla beş ədəd ümumilikdə 1000 manat qiymətində olan “MTZ-80” markalı traktorun əyləcinin flansını, “MTZ-80” markalı traktorun 300 manat qiymətində olan ön peredokun 01 ədəd yəhərini, “MTZ-80” markalı traktorun 50 manat qiymətində olan ön peredokun 01 ədəd paylayıcısını, “A-01” markalı (Altay) traktorunun motorunun 60 manat qiymətində olan 01 ədəd arxa kojikini, “PRS-5 M” markalı Qazağıstan istehsalı presbağlayanın karobkasının 250 manat qiymətində olan 01 ədəd topunu, “Önallar” markalı Türkiyə istehsalı presbağlayanın 150 manat qiymətində olan 01 ədəd şkifini, “Önallar” markalı Türkiyə istehsalı presbağlayanın 150 manat qiymətində olan 01 ədəd topunu, bir ədədinin qiyməti 30 manat olmaqla iyirmi ədəd ümumilikdə 600 manat qiymətində olan “A-41” markalı traktorun karobkasının şestirnasını, bir ədədinin qiyməti 25 manat olmaqla altı ədəd ümumilikdə 150 manat qiymətində olan “T-150” markalı traktorun flansını, bir ədədinin qiyməti 80 manat olmaqla səkkiz ədəd ümumilikdə 640 manat qiymətində olan otbiçənin kardanını, bir ədədinin qiyməti 80 manat olmaqla beş ədəd ümumilikdə 400 manat qiymətində olan kotan ehtiyyat hissələrinin korpusunu, bir ədədinin qiyməti 40 manat olmaqla beş ədəd ümumilikdə 200 manat qiymətində olan kotan ehtiyyat hissələrinin atvalını, bir ədədinin qiyməti 100 manat olmaqla on ədəd ümumilikdə 1000 manat qiymətində olan Türkiyə istehsalı ot toplayanın dırmığının qolunu, bir ədədinin qiyməti 350 manat olmaqla iki ədəd ümumilikdə 700 manat qiymətində olan Türkiyə istehsalı olan ot toplayanın dırmığının qoşqusunu götürüb qəsdən gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 7300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 2022-ci ilin yanvar ayının təxminən 20-də Yevlax şəhəri ərazisində dəmir yığarkən Yevlax-Bərdə avtomobil yolunun sağ tərəfində yerləşən tanımadığı şəxsə məxsus mağazanın arxa tərəfinə X4nin yığılmış olduğunu görmüşdür. Həmin dəmirləri oğurlamağı və metal qəbulu sexinə satıb pul əldə etməyi qərara almışdır. Həmin dəmir əşyaların ağır olacağını düşünərək təkbaşıma oğurluq edə bilməyəcəyini düşündüyü üçün 24 yanvar 2022-ci il tarixdə dəmir əşyaları oğurlamağı tanışı Zakir adlı şəxsə demişdir. Zakir onunla birlikdə oğurluq etməyə razı olmuşdur. 26 yanvar 2022-ci il tarixdə saat 05:30 radələrində Zakirlə birlikdə piyada olaraq qeyd etdiyi əşyaların olduğu ünvana getmişdir. Həmin vaxt sutkanın qaranlıq vaxtı olmuş, ətrafda heç kim olmamışdır. O, Zakirlə birlikdə dəmir əşyaları bir-bir, iki-iki götürüb Yevlax-Bərdə avtomobil yolunun sol tərəfində yerləşən İnternat məktəbinin həyət darvazasının yaxınlığına yığmışdır. Onlar təxminən 8-9 ədəd traktorun ehtiyyat hissələri olan şestirna, blok və digər dəmir əşyalarını oğurlamışlar. Belə ki, o, digər X4nin adlarını bilmədiyi üçün dəqiq adlarını deyə bilmir. Səhərin açılmasını gözləmək üçün Zakirlə birlikdə yaşadığı evə getmişdir. O, saat 08:30 radələrində İnternat məktəbinin yaxınlığında yerləşən Etibar adlı şəxsə məxsus tikinti materialları mağazasında taksi xidməti göstərən əvvəllər tanıdığı Şahin adlı şəxsə yaxınlaşmışdır. Zakir isə oğurladığı dəmir əşyalarının yanında qalmışdır. Şahinə internat məktəbində dəmir əşyalarının olduğunu, həmin əşyaları avtomobili ilə “vaynkomat yolu” adlanan ərazidə yerləşən metal qəbulu sexinə aparmağını demişdir. Şahin onunla razılaşmış, Şahinin idarə etdiyi avtomobillə İnternat məktəbinin həyət darvazasının qarşısına getmişdir. O və Zakir birlikdə əşyaları götürüb Şahinin avtomobilinə yükləmişdir. Zakir Şahinin idarə etdiyi avtomobillə dəmir əşyalarını metal qəbulu sexinə aparmışdır. O, dəmir əşyalarını Samir adlı şəxsə satmışdır. Həmin metalların bəzisi çuqun material olmuşdur. Dəmir əşyalarının 1 kiloqramı 40 qəpikdən, çuqun əşyalarının 1 kiloqramını 30 qəpikdən satmışdır. Dəmir əşyaları cəmi 74 manat, çuqun əşyaları isə 71 manat etmişdir. O, bununla da Zakirlə birlikdə oğurladığı əşyaları satmaqla 145 manat pul əldə etmişdir. O və Zakir Şahinin idarə etdiyi avtomobillə geri qayıtmışlar və taksi xidməti göstərdiyi üçün Şahinə 7 manat pul vermişdir. Qalan 138 manat pulu Zakirlə bölmüş, pulun 80 manatını özünə götürmüş, 58 manatını isə Zakirə vermişdir. Zakir Ağdaş rayon sakinidir, Yevlax şəhərində “Mahir” aptekin yerləşdiyi binada üst mərtəbədə kirayə mənzildə yaşamışdır. Zakirin təxminən 40 yaşı var, Zakirin soyadını, atasının adını bilmir. Zakirin istifadə etdiyi mobil telefon nömrəsini hazırda xatırlamır. Zakir arıq bədən quruluşlu, orta boylu, bığsız, qara saçlıdır. O, Zakiri təxminən iki aydır ki, tanıyır. Zakirin hazırda harada olduğunu bilmir. O, oğurluğu tanışı Zakirlə birlikdə etmiş, onlarla birlikdə başqa şəxs olmamış, oğurluq etməkdə ona başqa şəxs kömək etməmişdir. Etdiyi əməli səmimi olaraq qəbul edir. Taksi sürücüsü Şahid1 onların oğurluq etdiyini bilməmiş, o, onların etdiyi oğurluqda iştirak etməmişdir. Onun həmin əşyaların oğurluq olması barədə məlumatı olmamışdır. O və Zakir Şahid3 dəmir əşyaları oğurladıqlarını deməmişdir. Onlar Samirə əşyaları ucuz qiymətə aldıqlarını və ona satdıqlarını demişdir. Şahid3 həmin əşyaların oğurluq olması barədə məlumatı olmamışdır. Hazırda Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı ödəyə bilməmişdir. Lakin azadlıqda qalrsa Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı yaxın vaxtlarda ödəyəcəkdir. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Yevlax şəhəri, H.Əliyev prospekti 102 ünvanında ona məxsus X4 dükanı vardır. Həmin mağaza Yevlax-Bərdə avtomobil yolunun sağ tərəfində yerləşir. Ona məxsus mağaza iki mərtəbəlidir. Yevlax şəhərində yaşayan Şahid2 ona məxsus mağazada satıcı işləyir. Mağazada təzə və həmçinin, istifadə edilmiş X4 satılır. Mağazanın arxa tərəfində bir mərtəbəli anbar yerləşir. Həmin mağazada və həm də anbarda satışda olan X4ni saxlayır. O, bəzi vaxt mağazada olur və satışa nəzarət edir. Mağaza və anbarın arasında olan boş ərazidə də traktor ehtiyat hissələri saxlayır. 07 yanvar 2022-ci il tarixədək mağazaya gəlmişdir. Həmin gün bacısı vəfat etdiyi üçün vaxtını mərhum bacısının dəfninə və yas mərasiminin keçirilməsinə sərf etmişdir. Həmin gün, eləcə də, 2022-ci ilin yanvar ayının 09-da və 13-də mağaza bağlı olmuşdur. Həmin günlərdə Rza da mağazada işdə olmamışdır. Qalan günləri isə o, mağazada olmasa da Rza mağazada olmuşdur. 27 yanvar 2022-ci il tarixdə səhər saatlarında mağazaya getmiş və arxa tərəfə baxmışdır. Həmin vaxt orada saxladığı X4nin yerində olmadığını görmüşdür. Bu barədə Rzadan soruşmuş, Rza arxa tərəfdə olan ehtiyyat hissələrinin götürülməsindən xəbərinin olmadığını demişdir. X4nin oğrulandığını bilmişdir. Bu səbəbdən o, Yevlax rayon polis şöbəsinə gələrək ərizə yazmışdır. Həmin əşyaların oğurlanması nəticəsində ona cəmi 7070 manat məbləğində maddi ziyan dəymişdir. O, şikayət etdikdən sonra oğurluq edən Ələmşah adlı şəxs tutulduqdan sonra ona məlum olmuşdur ki, Ələmşah onun dükanından oğurlamış olduğu X4ni Yevlax şəhəri ərazisində metal qəbul məntəqəsi işlədən Şahid3 satmışdır. O, fevral ayının əvvəllərində Şahid3 metal qəbul məntəqəsinə gedərək həmin əşyaları ondan götürmüşdür. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq, onun barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Yevlax şəhəri ərazisində taksilik fəaliyyəi ilə məşğul olur. Onun “VAZ 2104” markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomobili var. 26 yanvar 2022-ci il tarixdə saat 08 radələrində mənə məxsus olan “VAZ-2104” markalı avtomobillə Yevlax şəhər avtovazlanın yaxınlığında yerləşən tikinti materialları satılan yerin qarşısna getmişdir. Həmişə orda dayanır və yük daşıyır. O, orda olan zaman təxminən saat 08:30 radələrində tanıdığı Ələmşah adlı şəxs onun yanına gələrək yükünün olduğunu və həmin yükü “vaynkomat yolu”nun yanında olan metal qəbul məntəqəsinə aparmaq lazım olduğunu demişdir. Onunla yükünü aparmaq üçün 04 (dörd) manat pul qarşılığında razılaşmış və Ələmşah avtomobilə oturmuşdur. Onun vermiş olduğu istiqamətlə avtomobili Yevlax şəhər İnternat məktəbinin həyətinə sürmüş və orada saxlamışdır. Həmin vaxt Ələmşahın yük dediyi əşyaların X4 olduğunu görmüşdür. Onlar ora çatan zaman həmin ehtiyyat hissələrinin yanında bir nəfər tanımadıqları şəxs olmuşdur. Həmin şəxsin kim olduğunu bilmir. O, avtomobildə oturmuş və yerə düşməmişdir. Onlar birlikdə həmin traktor ehtiyyart hissələrini avtomobilin yük yerinə yığmışlar. Onlar təxminən avtomobilə 7-8 ədəd dəmir əşya yığmışlar. Daha sonra avtomobilə əyləşmiş və onları “vaynkomat” yolunda yerləşən Samir adlı şəxsin metal qəbulu məntəqəsinə aparmışdır. Onlar ora çatdıqdan sonra yenə avtomobildən düşməmişdir. Onlar düşərək həmin əşyaları avtomobildən boşaldaraq metal qəbul məntəqəsinin içərisinə tərəf aparmışlar. Onlar həmin əşyaları satdıqdan sonra gələrək avtomobilə əylşmiş və onları Yevlax şəhər İnternat məktəbinin qarşısına gətirərək orada düşürtmüşdür. Ələmşahın yanında olan şəxin kim olduğunu və harada yaşadığını bilmir. Həmin şəxsin təxminən 40 yaşında olmuşdur. O, arıq bədən quruluşlu, orta boylu, bığsız və saçı qara rəngli olmuşdur. Təqsirləndirilən şəxs və onun yanında olan şəxsin onun avtomobilinə yükləmiş olduğu yükün oğurluq olması barədə onun hər hansı bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Yevlax şəhəri, H.Əliyev Prospekti 102 ünvanında yerləşən “X4” dükanında satıcı işləyir. Həmin dükan Zərərçəkmiş şəxs məxsusdur. Lakin Nəbi orada olmadıqda dükana o, nəzarət edir. O, hər gün işə saat 09:00-da gəlir və axşam saat 18:00-da işdən çıxır. 27 yanvar 2022-ci il tarixdə işdə olan zaman müdiri Nəbi ona dükanın arxasındakı açıq ərazidə yığmış olduqları X4nin bir neçəsinin olmadığını demişdir. Nəbi ilə birlikdə dükanın arxasına keçərək orada olan traktor ehtiyat hissələrinin baxdıqda bəzilərinin yerində olmadığını görmüşdür. Orada çoxlu sayda traktor ehtiyat hissələri olduğundan bir neçə detalın oğurlanmasını bilməmişdir. Müdir Nəbi ilə dükanın arxasında olan traktor ehtiyat hissələrini saydıqda onlara məlum olmuşdur ki, oradan 10 ədəd difer şestirnası, palosun 03 ədəd kojiki, tormozun(əyləc) 05 ədəd flansı, ön peredokun 01 ədəd yəhəri, ön peredokun 1 ədəd paylayıcısı, A-01 markalı (Altay) traktorunun motorunun 01 ədəd arxa kojiki, “PRS-5 M” markalı Qazağıstan istehsalı presbağlayanın karobkasının 01 ədəd topu, “Önallar” markalı Türkiyə istehsalı presbağlayanın 01 ədəd şkifi, “Önallar” markalı Türkiyə istehsalı presbağlayanın 01 ədəd topu, A-41 markalı traktorun karobkasının 20 ədəd şestirnası, T- 150 markalı traktorun 6 ədəd flansı, otbiçənin 08 ədəd kardanı, kotan ehtiyyat hissələrinin 05 ədəd korpusu, Kotan ehtiyyat hissələrinin 05 ədəd atvalı, Türkiyə istehsalı olan ot toplayanın dırmığının 10 ədəd qolu, Türkiyə istehsalı olan ot toplayanın dırmığının 02 ədəd qoşqusu oğurlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2022-ci il 9/2077 nömrəli rəyində göstərilmişdir ki, aparılmış ekspert tədqiqatı nəticəsində, respublikada yerləşən ticarət şəbəkələrində, mağazalarında, yerli internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyin edilməklə ekspertiza təyini haqqında qərarda göstərilən, 2018-ci ildə alınmış malların (istifadə olmuş malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: Bir ədəd difer şestirnasının qiyməti 120 manat olmaqla 10 ədədinin qiyməti 1200 manat, palosun 01 ədəd kojikinin qiyməti 150 manat olmaqla 03 ədədinin qiyməti 450 manat, tormozun (əyləc) 01 ədəd flansının qiyməti 200 manat olmaqla 05 ədədinin qiyməti 1000 manat, ön peredokun 01 ədəd yəhərinin qiyməti 300 manat, ön peredokun 01 ədəd paylayıcısının qiyməti 50 manat, A-01 markalı (Altay) traktorunun motorunun 01 ədəd arxa kojikinin qiyməti 60 manmat, “PRS-5 M” markalı Qazağıstan istehsalı presbağlayanın karobkasının 01 ədəd topunun qiyməti 250 manat, “Önallar” markalı Türkiyə istehsalı presbağlayanın 01 ədəd şkifinin qiyməti 150 manat, “Önallar” markalı Türkiyə istehsalı presbağlayanın 01 ədəd topunun qiyməti 150 manat, A-41 markalı traktorun karobkasının 01 ədəd şestirnasının qiyməti 30 manat olmaqla 20 ədədinin qiyməti 600 manat, T-150 markalı traktorun 01 ədəd flansının qiyməti 25 manat olmaqla 06 ədədinin qiyməti 150 manat, otbiçənin 01 ədəd kardanının qiyməti 80 manat olmaqla 08 ədədinin qiyməti 640 manat, kotan ehtiyyat hissələrinin 01 ədəd korpusunun qiyməti 80 manat olmaqla 05 ədədinin qiyməti 400 manat, kotan ehtiyyat hissələrinin 01 ədəd atvalının qiyməti 40 manat olmaqla 05 ədədinin qiyməti 200 manat, Türkiyə istehsalı olan ot toplayanın dırmığının 01 ədəd qolunun qiyməti 100 manat olmaqla 10 ədədinin qiyməti 1000 manat, Türkiyə istehsalı olan ot toplayanın dırmığının 01 ədəd qoşqusunun qiyməti 350 manat olmaqla 02 ədədinin qiyməti 700 manatdır. Beləliklə, ekspertiza təyini haqqında qərarda göstərilən və 2018-ci ildə alınmış malların (istifadə olmuş malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 7300,00 manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(091)-98/17 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 149.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 7(003)-1395/2019 nömrəli qərarının surəttindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(091)-98/17 nömrəli hökmü ilə ona təyin edilmiş 04 (dörd) il müddətində azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 10 (on) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən edilən 29 yanvar 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 4(039)-19/2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış və əldə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və işin digər materialları ilə kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab etməyərək onu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 29 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Yevlax RPŞ-nin MSSK-da saxlanılan traktorun ehtiyyat hissələri olan 04 ədəd difer şestirnası, 02 ədəd palosun kojiki və 01 ədəd ön perodokun yəhəri hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxsdn tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 29 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İşdə olan 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. İş üzrə maddi sübut olan Yevlax RPŞ-nin MSSK-da saxlanılan 04 ədəd difer şestinası, 02 ədəd polosun kojiki və 01 ədəd ön peredokun yəhəri hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 06 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlı̇ k edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar