Məhkəmə qərarları › İş №1(039)-79/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-79/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-79/2023 03.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd kağız bükümdə ümumi çəkisi 0,405 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 20 dekabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, Cavanşir küçəsində Yevlax Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində həmin gün saat 18:50-dən saat 19:10-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən iki ədəd kağız bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı ayrı-ayrılıqda çəkisi 0,257 qram və 0,148 qram olmaqla ümumi çəkisi 0,405 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, hərdən narkotik vasitə olan heroin istifadə edir. 20 dekabr 2022-ci il tarixdə təxminən saat 11:00-da Yevlax şəhəri, E.Məmmədov küçəsi ilə gedərkən yolun kənarında yerdən iki ədəd siqaret kağızına bükülmüş bükülü görüb götürmüşdür. Bükülüləri açıb baxarkən içində narkotik vasitə olan heroin olduğunu görmüş, həmin heroini gəlcəkdə özü istifadə etmək üçün cibinə qoymuşdur. Həmin gün təxminən saat 18:00-da yaşadığı Yevlax şəhəri, Cavanşir küçəsi ilə gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitə saxlamasından şübhəli olduğunu bildirib onu rayon polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. Orada vəkilin iştirakı ilə video çəkilişlə üstündə axtarış aparılmış və bu zamanı əynindəki şalvarın cibindən saxladığı iki bükümün içindəki narkotik vasitə aşkar edilmişdir. Etiraf etmişdir ki, həmin bükülülərdə olan kütlə narkotik vasitə olan heroindir. Əməlindən peşman olduğunu, himayəsində yetkinlik yaşına çatmayan övladının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 dekabr 2022-ci il tarixdə işdə olduğu zaman, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin saxlaması barədə məlumat daxil olmuşdur. Bu barədə Yevlax RPŞ rəhbərliyinə raportla müraciət etmiş və müvafiq əmr əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun digər üzvü Şahid2la birlikdə həmin gün təxminən saat 18:00-da Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, Cavanşir küçəsinə getmişlər. Bir müddət sonra onun həmin küçə ilə evlərinə doğru getdiyini görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib ona üzərində narkotik vasitə saxlamasında şübhələrin olduğunu bildirməklə onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Yevlax RPŞ inzibati binasına getmişdir. Orada Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən iki ədəd siqaret kağızından bükülü aşkar edilmişdir. Suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bükülülərdəki narkotik vasitə olan heroindir, həmin gün Yevlax şəhəri, E.Məmmədov küçəsi ilə gedərkən küçədən tapmış və istifadə etmək üçün üstündə saxlamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın cibindən iki ədəd siqaret kağızından bükülü aşkar olunduğu müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X2 21 dekabr 2022-ci il tarixli 17/893 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki 2 bükümdə olan narkotik vasitə olan heroinə oxşar bükülü” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.257 qram və 0.148 qram, ümumi çəkiləri 0.405 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (səh. 41) Məhkəmə-narkoloji ekspertizasının 28 fevral 2023-cü il tarixli 354 saylı rəyində qeyd olunur ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.99) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Bu səbəbdən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə 2-ci qrup əlil olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Şübhəli şəxs kimi saxlanıldığı müddət qanunvericiliyin tələblərinə uyğun hesablanaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X3 saxlanılan, qalıq 0,305 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 24 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesablanmaqla 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut – Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,305 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar