Məhkəmə qərarları › İş №1(039)-8/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-8/2020

15.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-8/2020 15.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X4 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1942-ci ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu il sentyabr ayının 22-də səhər saat 07:00 radələrində, "X7" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin, 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi “Opel Frontera” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun Yevlax rayonu ərazisindən keçən 4-cü kilometrliyində "X7" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərini də pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, idarə etdiyi “Opel Frontera” markalı avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli, avtomobili qarşı sol hərəkət hissəsinə çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda bunu etməyərək əks istiqamətdən 80 km/saat sürətlə Yevlax rayon istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 hərəkət yolu yəni, Bərdə rayonu istiqamətində yolun sol zolağı ilə idarə etdiyi “Opel Frontera” markalı avtomobillə 60 km/saat sürətlə hərəkətdə olarkən sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-21013” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmamaq üçün avtomobilini öz hərəkət zolağına yəni, Bərdə rayon istiqamətində yolun sağ zolağına istiqamətləndirən zaman “VAZ-21013” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 də toqquşmadan yayınmaq üçün idarə etdiyi avtomobili Yevlax rayon istiqamətində sol zolağa istiqamətləndirmiş və avtomobillər Bərdə rayonu istiqamətində yolun mərkəzindəki ağ qırıq xətdən sağa doğru 0,2 metr məsafədə toqquşmuş, nəticədə “VAZ-2103” markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs1 sağ ayaq pəncəsinin 1-ci barmağının daraq arxası pazabənzər sümüyünün sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına, bundan başqa Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-21013” markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2010 (iki min on) manat məbləğində maddi zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi, hadisə yerinə baxış protokolu, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, idarə etdiyi “Opel Frontera” markalı **-NU- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onundur, etibarnamə ilə ona etibar edilmişdir. Sürücülük vəsiqəsi olsa da, onun istifadə müddəti keçmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat təxminən 07:00 radələrində o, idarə etdiyi avtomobillə saatda 60 km/saat sürətlə Yevlax şəhərindən Bərdə rayon istiqamətinə yolun sağ zolağı ilə hərəkətdə olan zaman görmüşdür ki, qarşıdan əks yolla gələn nömrə nişanını sonradan bildiyi “VAZ- 21013 markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qəfildən onun yoluna çıxmış və toqquşmuşdur. Toqquşmadan sonra öz yolundan çıxıb qabağa gedib yolun sağında dayanmışdır. Hadisə nəticəsində o və digər avtomobilin sürücüsü xəsarət almamış, lakin toqquşduğu avtomobildə olan bir nəfər sərnişin xəsarət almışdır. O, Bərdə rayon istqamətində yolun sağ zolağı ilə, yəni öz yolu ilə hərəkətdə olan zaman Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-21013” markalı avtomobillə Yevlax rayon istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olmuş, lakin ona çatana yaxın Zərərçəkmiş şəxs2 avtomobili onun yoluna istiqamətləndirmiş, nəticədə hadisədən yayına bilməmiş toqquşma baş vermişdir. Hadisə zamanı avtomobildə tək olmuş, avtomobildə yük olmamış, spirtli içki qəbul etməmişdir. Toqquşduğu avtomobilin sürücüsünü və sərnişini əvvəllər tanımamışdır, ədavəti düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunanlarla yanaşı, sürücülük hüququ olmadan avtomobili idarə etdiyinə görə peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Yevlax şəhəri Bakı küçəsi ev 68-də yaşayır. Rəsmi olaraq hər hansı bir işdə işləmir, fərdi əməklə məşğul olur. İdarə etdiyi “VAZ-21013” markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur, etibarnamə ilə idarə etmişdir. 2011-ci ildən BC kateqoriyalı sürücülük vəsiqəsi almışdır. xx xxxxxxxx 2019-cu il tarixdə saat təxminən 07:00 radələrində o, idarə etdiyi avtomobillə tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə Ağdam rayonundan Yevlax rayonu istiqamətində hərəkətdə olmuşlar. O, avtomobili idarə etmiş, Sayəddin isə avtomobildə qabaq sağ oturacaqda oturmuşdur. İdarə etdiyi avtomobillə 80 km/saat sürətlə sağ zolaqla öz yolu ilə hərəkətdə olan zaman qarşıdan onun yolu ilə ona doğru “Opel Frontera” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görüb avtomobilin qabaq faralarının işıqlarını iki dəfə yandırıb söndürmüşdür ki, yolundan çıxıb öz yoluna qayıtsın. Lakin həmin avtomobilin onun üstünə doğru gəldiyini, yolundan çıxmadığını görüb toqquşmadan yayınmaq üçün sükanı sola burub əks yola daxil olmuşdur. “Opel Frontera” markalı avtomobil də ona tərəf istiqamətlənib əks yolda qabaq sağ tərəfi ilə onun avtomobilinin sağ yan hissəsindən vuraraq toqquşmuşdur. Hadisə zamanı o, xəsarət almamışdır. Sayəddin xəsarət aldığı üçün yol avtomobili ilə Yevlax rayon mərkəzi xəstəxanasına getmişdir. Eyni zamanda toqquşduğu avtomobilin sürücüsü də xəsarət almamışdır. Hadisə zamanı avtomobildə ondan başqa bir nəfər də olmuş, avtomobildə 150 kq ət yükü olmuşdur. Hadisə zamanı o, ayıq vəziyyətdə olmuş spirtli içki qəbul etməmişdir. Toqquşduğu avtomobilin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ədavəti düşmənçiliyi olmamışdır. Hadisə nəticəsində onun avtomobilinə maddi zərər dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun tanışıdır, “VAZ-21013” markalı **-BC- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vardır. xx xxxxxxxx 2019-cu il tarixdə saat təxminən 07:00 radələrində o, Kərəmlə birlikdə sonuncunun idarə etdiyi avtomobillə Ağdam rayonundan yaşadıqları Yevlax şəhəri istiqamətində hərəkətdə olmuşlar. Kərəm avtomobili idarə etmiş, o isə avtomobildə qabaq sağ oturacaqda oturmuşdur. Onlar sağ zolaqla hərəkətdə olan zaman görmüşlər ki, qarşıdan markasını və nömrə nişanını sonradan bildiyi “Opel Frontera” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil onların yolu ilə onlara doğru gəlir. Kərəmə “Opel Frontera” markalı avtombilin onların üstünə gəldiyini demişdir. Kərəm də görmüşdür ki, həmin avtomobil onların yolundan çıxmır, ona görə də Kərəm toqquşmadan yayınmaq üçün avtomobili sol zolağa çəkib əks yola daxil olarkən “Opel Frontera” markalı avtomobil öz yoluna qayıtmaq üçün avtomobili Kərəmin avtomobilinin üstünə çəkmiş və həmin avtomobilin qabaq sağ tərəfi Kərəmin idarə etdiyi avtomobin sağ yan tərəfinə, yəni o, oturduğu tərəfə dəyərək toqquşmuşdur. Hadisə nəticəsində xəsarət almış, yol avtomobili ilə Yevlax rayon mərkəzi xəstəxanasına gedib həkim müayinəsindən keçmişdir. Kərəm və qarşı avtomobilin adını sonradan bildiyi sürücüsü Təqsirləndirilən şəxs hadisə zamanı hər hansı bir xəsarət almamışlar. “Opel Frontera” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ədavəti, düşmənçiliyi olmamışdır, hadisədən sonra bilmiş ki, Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamar və maneəsiz düz profillidir, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Yevlax-Ağdam-Laçın yolunun Yevlax rayonu ərazisindən keçən 4-cü kilometrliyində baş vermişdir. Avtomobil yolu ikiistiqamətli hərəkət üçün nəzərdə tutulmuşdur. Hərəkət hissəsində hərəkət zolaqları ağ rəngli qırıq xətlə ayrılır. “Opel Frontera” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ-21013” markalı **- BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil avtomobil yolunun Bərdə rayon istiqamətində olan zolaqda yolun mərkəzindən ağ qırıq xətdən sağa doğru 20 sm məsafədə toqquşmuşdur. (iş vər.6-24); məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 676 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət- sağ ayaq pəncəsinin 1ci barmağının daraq arxası pazabənzər sümüyünün sınığı -küt alətin (alətlərin) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. (iş vər.42-43); məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 25956 saylı rəyindən görünür ki, “Opel Frontera” markalı **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X7” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “X7” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (iş vər.84-87); “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx xxxxxxxx 2019-cu il tarixli, 999 №li aktdan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi vaxtı ayıq olmuşdur (iş vər.27); Azərbaycan Respublikası BDYPİ Gəncə RQİ və TBŞ-nin xx.xx.2019-cu il tarixli, 313-4338-1219 №li məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir və o, sürücülük hüququndan məhrum edilməmişdir.(iş vər.102); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2019-cu il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.( iş vər. 134); “xxxxxxxxxxxxxxxxxxxxx” ASC Minik və yük avtomobillərinə texniki xidmət tərəfindən tərtib olunmuş rəydən görünür ki, “VAZ 21013” markalı **-BC-*** qeydiyyat nömrə nişanlı avtomobilə 2010 manat məbləğində zərər dəymişdir. (iş vər.59); İşdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasında təqdim etdiyi ərizələrindən görünür ki, zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyanın tam olaraq ödəndiyini, bu səbəbdən sonuncu ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdirlər. “avtomobilin maddi sübut hesab edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və idarə etdiyi “Opel Frontera” markalı **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı və Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ 21013” markalı **- BC-*** qeydiyyat nömrə nişanlı avtomobillər iş üzrə maddi sübut hesab edilmiş və qəbzlə sahiblərinə qaytarılmışdır. (iş vər.99); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (iş vər.80); Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Yevlax şəhər bölməsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər.64). Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin AA seriyalı, 18343 №li məcburi köçkün vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Təqsirləndirilən şəxs özünü qismən təqsirli hesab edərək, sürücülük hüququ olmadan xx xxxxxxxx 2019-cu il tarixdə idarə etdiyi avtomobillə Yevlax şəhərindən Bərdə rayon istiqamətinə yolun sağ zolağı ilə hərəkətdə olan zaman “VAZ-21013 markalı **-BC- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qəfildən onun yoluna çıxması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi, baş vermiş hadisənin onun təqsiri ucbatından olmaması və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs hadisə zamanı “Opel Frontera” markalı **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə öz hərəkət zolağında hərəkət etdiyini və “VAZ-21013 markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qəfildən onun yoluna çıxması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsinə dair ifadəsi ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları təkzib edə bilmək üçün yetərli deyildir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, habelə, məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxslər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, eləcə də hadisə yerinə baxış protokolu və ibtidai istintaq zamanı təyin olunmaqla keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 676 №li və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 25956 saylı ekspertiza rəyləri belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan hallara istinad edilməklə qurulmuş müdafiəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, məhkəmə ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hər tərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayətəməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesabedir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edəbiləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasından əqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumuolması,təqsirləndirilən şəxsin özünün də hadisənəticəsində xəsarətalması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəzatəyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə barışıq əldə etməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM- 59.1.13), yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal (CM-61) müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edirki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı nolub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həmdə hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesabedir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına,həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirlibilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasıtəyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, maddi sübut olan nəqliyyat vasitəslərinin sahiblərinə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyər itəqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “Opel Frontera” markalı **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı və “VAZ 21013” markalı **-BC-*** qeydiyyat nömrə nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim GünayCavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar