Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-8/2022 18.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1976-cı il tarixdə Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Yevlax Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Hüseyn oğluna qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 30 iyul 2021-ci il tarixdə, saat 15:10 radələrində, Yevlax rayonu Aran qəsəbəsində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 16:00 dəqiqədən saat 16:20 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, video çəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümlərdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda 0,991 qram və 0,642 qram miqdarlarda, cəmi 1,633 qram miqdarında narkotik vasitə - heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, mütəmadi olaraq narkotik vasitə olan heroindən istifadə edir. 30 iyul 2021-ci il tarixdə balıq almaq məqsədi ilə yaşadığı Dəliməmmədli şəhərindən Yevlax rayonu Aran qəsəbəsinə gəlmişdir. Aran qəsəbəsində balıq satan şəxslərə yaxınlaşmaq istədikdə yolun kənarında bir siqaret qutusunun olduğunu görüb içində siqaret olacağını güman edib onu yerdən götürmüşdür. İçinə baxdıqda isə iki büküm olduğunu görmüşdür. Bükümləri açdıqda, hər ikisinin içində heroin olduğunu anlamışdır. Siqaret qutusunu yerə atmış, bükülüləri isə heroini sonra istifadə etmək üçün cibinə qoymuşdur. Bir müddət keçdikdən sonra ona tanımadığı şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Əsas kimi isə üzərində narkotik vasitələrin olmasına dair şübhələrin olduğunu bildirmişlər. Buna etiraz etməmiş və onlarla Polis Şöbəsinə getmişdir. Şöbədə ona müdafiəçi təqdim edilmiş və video çəkilişlə üzərinə bais keçirilmişdir. Bu zaman cibində saxladığı, içində heroin olan iki bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşman olduğunu bildirərək ona həbslə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. 30 iyul 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 Goranboy rayon sakini olan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasına dair məlumat daxil olmuşdur. Bunun əsasında əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupuna daxil edilmişdir. Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və onun Yevlax rayonu Aran qəsəbəsində olduğu müəyyən edilmişdir. Əməliyyat qrupunun üzvləri ilə həmin qəsəbəyə getmiş və təxminən saat 15:00-da Təqsirləndirilən şəxs orada, yolun kənarda dayandığını görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim edib onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Şöbənin inzibati binasına gəlmişdir. Orada ona müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən iki bükülü çıxarıb təqdim etmişdir. Etiraf etmişdir ki, bükülüdə olan kütlə narkotik maddə olan herondir, bir neçə dəqiqə öncə yerdən tapmış və sonradan istifadə etmək məqsədi ilə cibində saxlamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən içində toz halında kütlə olan iki ədəd bükülünün aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X1 30 iyul 2021-ci il tarixli 17/559 aylı ekspert rəyində qeyd olunur ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd sellofan büküm ...” sözləri yazılmış zərfin içərisindəki, 2 (iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,991 qr., 0,642 qr ümumi təmiz çəkisi 1.633 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. (səh.40) Məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 1233 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.(səh.171) Yevlax Rayon Polis Şöbəsinin 30 aprel 2022-ci il tarixli məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarında müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir və buna görə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, belə ki, törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs alternativ cəzanın təyin edilərsə o, narkotik vasitədən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkən şəxs kimi ona istinad edilən cinayət əməlini yenidən törətmək imkanına malik olacaqdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli faktiki olaraq saxlanıldığı 28 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X2 saxlanılan iki ədəd sellofan bükümlərdə olan, cəmi 1,533 qram miqdarda narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 71.94 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 60 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İstintaq müddətində şübhəli şəxs kimi saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, Cəzaçəkmə müddətinin əvvəli faktiki saxlanıldığı gündən, yəni 28 aprel 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X2 saxlanılan cəmi 1,533 qram miqdarda narkotik vasitə - heroini hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-8/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-8/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver