Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-8/2023 02.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər- Yevlax şəhər Vəkil Bürosunun vəkiliMüdafiəçi, Təqsirləndirilən şəxs Sabir qızının iştirakları ilə, xx.xx.1975-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Sabir qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Sabir qızı qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 ona olan etibarından sui-istifadə etməklə və aldatmaqla qəsdən əmlakını ələ keçirtmək məqsədi ilə 2020-ci ilin dekabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə axşam saat 18 radələrində qonşusu Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində özünə məxsus olan ünvan 3 ünvanında yerləşən evini qonşusu Zərərçəkmiş şəxs3 ona olan etibarından sui istifadə etməklə ona satacağı vədini verərək aldatmaqla sonuncunun 3000 (üç min) manat pulunu qəsdən etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 Oqtay oğlunun ona olan etibarından sui-istifadə etməklə və aldatmaqla qəsdən əmlakını ələ keçirtmək məqsədi ilə 10 yanvar 2021-ci il tarixdə səhər saat 11 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində özünə məxsus olan həmin evini qonşusu Zərərçəkmiş şəxs1 ona olan etibarından sui istifadə etməklə ona satacağı vədini verərək aldatmaqla sonuncunun 2000 (iki min) manat pulunu qəsdən etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2ının ona olan etibarından sui-istifadə etməklə və aldatmaqla qəsdən əmlakını ələ keçirtmək məqsədi ilə 2021-ci ilin fevral ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə axşam saat 19 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində özünə məxsus olan həmin evi Zərərçəkmiş şəxs2 ona olan etibarından sui istifadə etməklə ona satacağı vədini verərək aldatmaqla sonuncunun 2500 (iki min beş yüz) manat pulunu qəsdən etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahid ifadəsi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Sabir qızı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Yevlax şəhər X6 ev 23, mənzil 14 ünvanında ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. O, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayət ərizələri əsasında başlanılmış cinayət işi ilə tanış olmuş və bildirmişdir ki, həmin şəxslərin ərizələrində göstərdiyi xüsustalar düzgündür. O, yaşadığı və ona məxsus olan Yevlax şəhər X6 ev 23, mənzil 14 ünvanında yerləşən mənzili Zərərçəkmiş şəxs3 satmaq adı ilə 2020-ci ilin dekabr ayının ortalarında, dəqiq yadında qalmayan gündə axşam saatlarında Zərərçəkmiş şəxs3 anası Zərnişanın yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs3 3000(üç min) manat pul almışdır. O, evi Mehribana 15000 manata satmaq üçün onunla razılaşmış və ilkin olaraq banka olan borcunu bağlayaraq evin sənədini bankdan götürmək adı ilə ondan 3000 (üç min) manat pul almışdır. Lakin o, pulu aldıqdan sonra evi Mehribana satmamış və Mehribanın pulunu qaytarmamışdır. Bundan başqa o, yaşadığı və ona məxsus olan Yevlax şəhər X6 ev 23, mənzil 14 ünvanında yerləşən mənzili Zərərçəkmiş şəxs2 satmaq adı ilə 2021-ci ilin fevral ayının əvvələrində, dəqiq yadında qalmayan gündə axşam saatlarında yaşadığı ünvan 3 ünvanında Təqsirləndirilən şəxs 2500 (iki min beş yüz) manat pul almışdır. O, evi Şəfayətə 14000 manata satmaq üçün onunla razılaşmış və ilkin olaraq banka olan borcunu bağlayaraq evin sənədini bankdan götürmək adı ilə ondan 2500 (iki min beş yüz) manat pul almışdır. Lakin o, pulu aldıqdan sonra evi Şəfayətə satmamış və Şəfayətə pulunu qaytarmamışdır. Həmçinin, o, yaşadığı və ona məxsus olan Yevlax şəhər X6 ev 23, mənzil 14 ünvanında yerləşən mənzili Zərərçəkmiş şəxs1 satmaq adı ilə 10 yanvar 2021-ci ildə saat 11 radələrində yaşadığı ünvan 3 ünvanında Zərərçəkmiş şəxs1 2000 (iki min) manat pul almışdır. O, evi Elşada evi 13000 manata satmaq üçün onunla razılaşmış və ilkin olaraq banka olan borcunu bağlayaraq evin sənədini bankdan götürmək adı ilə ondan 2000 (iki min) manat pul almışdır. Lakin o, pulu aldıqdan sonra evi Elşada satmamış və Elşadın pulunu qaytarmamışdır. O, Elşaddan pulu alan zaman yanında mərhum əri Raquf Adgözəlov, Zərərçəkmiş şəxs3 pulu alan zaman yanında Mehribanın anası Zərnişan olmuşdur. Lakin Şəfayətdən pulu alan zaman yanında heç kim olmamışdır. O, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 pullarını təkbaşına ələ keçirtmiş və o, hər hansı bir şəxslə qabaqcadan əlbir olmamış, həmçinin mərhum əri Raquf Adgözəlovun onun törətdiyi cinayətlə hər hansı bir əlaqəsi və məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 pullarını alan zaman niyyəti onların pullarını ələ keçirtmək olmuş və ələ keçirtmiş olduğu pulları xərcləmişdir. O, başqa heç kimi aldatmamış və pulunu ələ keçirtməmişdir. O, etdiyi əməlindən peşmandır. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödədiyini və onlarla barışıq əldə etdiyini, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyini bildirərək məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş ziyanın tamamilə ödənildiyini və təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, O, ünvan 2 ünvanında qeydiyyatda olsada ünvan 7 ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Ağıl zəifliyindən əziyyət çəkmir və hər hansı bir ruhi əsəb dispanserində qeydiyyatı olmamışdır. Təqsirləndirilən şəxs onun anası Zərnişan ilə eyni binada yaşayır. O, 2020-ci ilin dekabr ayında Bakı şəhərindən Yevlax rayonuna anası Zərnişanın yanına gəlmişdir. Həmin vaxt anası Zərnişanın yaşadığı mənzilin yerləşdiyi binanın həyətində Gülnarə ilə söhbət edən zaman Gülnarə borcları olduğu üçün yaşadığı evi satmaq istədiyini və ondan evi almaq istəyib-istəmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs evi 15000 manata satdığını bildirmişdir. Gülnarənin evi onun anası Zərnişanın evi ilə yan-yana olduğu üçün Gülnarənin evini də alaraq öz evlərinə birləşdirmək istəmişdir. O, Gülnarəyə evi almaq istədiyini demiş, həmin vaxt Gülnarə ona banka borcu olduğu üçün evin sənədlərinin bankda olduğunu, ilkin olaraq banka olan borcunu bağlayıb sənədlərini götürməsi üçün 3000 manat pul verməsini və sənədləri götürdükdən sonra evi ona satacağını demişdir. O, 2010-cu ildən Bakı şəhərinə getmiş və o, Təqsirləndirilən şəxs ilə uzun illərdir ki, qonşu olduğu üçün Gülnarənin onu aldatmayacağını düşünərək Gülnarəyə inanmış və 2020-ci ilin dekabr ayının ortalarında dəqiq yadında qalmayan gündə axşam saat 18 radələrində anası Zərnişanın yaşadığı ünvan 2 ünvanında Təqsirləndirilən şəxs evi ona satması üçün razılaşma əsasında Gülnarəyə 3000 manat pul vermişdir. Gülnarə pulu ondan götürən zaman banka olan borcunu bağlayaraq evin sənədlərini bankdan götürdükdən sonra evi onun adına sənədləşdirəcəyini və həmin vaxt ondan geri qalan pulu yəni 12000 manat pulu alacağını bildirmiş, o da Gülnarə ilə razılaşmışdır. Lakin həmin gündən bir müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs evi ona satmamış, həmçinin onun Gülnarəyə vermiş olduğu 3000 manat pulu geri qaytarmamışdır. O, dəfələrlə Təqsirləndirilən şəxs pulunu istəsə də Gülnarə müxtəlif bəhanələr gətirərək onun pulunu verməmişdir. Gülnarə daha sonra Yevlax şəhərindən çıxaraq Bakı şəhərinə getmişdir. O, Bakı şəhərinə gəldikdən sonra dəfələrlə Gülnarəyə zəng etsə də Gülnarə onun telefon nömrəsini əngəlləmiş və o, Gülnarə ilə əlaqə saxlaya bilməmişdir. Gülnarə hazırda Bakı şəhərində yaşayır. O, Təqsirləndirilən şəxs evini ona satması üçün 3000 manat pulu verən zaman yanlarında anası Zərnişan olmuşdur. Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək onu aldadaraq yaşadığı ünvan 3 ünvanını ona satmaq adı ilə onun 3000 (üç min) manat pulunu ələ keçirtdiyi üçün Gülnarədən şikayətçi olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Ağıl zəifliyindən əziyyət çəkmir və hər hansı bir ruhi əsəb dispanserində qeydiyyatı yoxdur. Təqsirləndirilən şəxs onun yaşadığı binada yaşayır. 2021-ci ilin yanvar ayının əvvəllərində, dəqiq yadında qalmayan gündə yaşadığı mənzilin yerləşdiyi binanın həyətində Gülnarə ilə söhbət edən zaman Gülnarə borcları olduğu üçün yaşadığı evi satmaq istədiyini və ondan almaq istəyib-istəmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs evi 13000 manata satdığını bildirmişdir. O, Gülnarəyə evi almaq istədiyini dedikdə Gülnarə banka borcu olduğu üçün evin səndələrinin bankda olduğunu, ilkin olaraq banka olan borcunu bağlayıb sənədlərini götürməsi üçün ona 2000 manat pul verməsini və sənədləri götürdükdən sonra evi ona satacağını demişdir. O, Təqsirləndirilən şəxs ilə uzun illərdir ki, qonşu olduğu üçün Gülnarənin onu aldatmayacağını düşünərək inanmış və 10 yanvar 2021-ci il tarixdə səhər saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında Təqsirləndirilən şəxs evi ona satması üçün ona ilkin olaraq razılaşma əsasında 2000 manat pul vermişdir. Gülnarə pulu ondan götürən zaman banka olan borcunu bağlayaraq evin sənədlərini bankdan götürdükdən sonra evi onun adına sənədləşdirəcəyini və həmin vaxt ondan geri qalan pulu yəni 11000 manat pulu alacağını bildirmiş, o da Gülnarə ilə razılaşmışdır. Həmçinin həmin vaxt Gülnarə ona bu barədə heç kimə heç nə deməməsini, evi ondan binada yaşayan başqa şəxslərdə istəsə də satmadığını bildirmişdir. Həmin gündən bir müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs evi ona satmamış, həmçinin onun Gülnarəyə vermiş olduğu 2000 manat pulu geri qaytarmamışdır. O, dəfələrlə Təqsirləndirilən şəxs pulunu istəsə də Gülnarə müxtəlif bəhanələr gətirərək onun pulunu verməmişdir. Gülnarə daha sonra Yevlax şəhərindən çıxaraq Bakı şəhərinə getmişdir. O, Bakı şəhərinə gəldikdən sonra dəfələrlə Gülnarəyə zəng etsə də Gülnarə onun telefon nömrəsini əngəlləmiş və o, Gülnarə ilə əlaqə saxlaya bilməmişdir. O, hazırda Gülnarənin istifadə etdiyi mobil nömrəni bilmir. O, Təqsirləndirilən şəxs evini ona satması üçün 2000 manat pulu verən zaman yanlarında Təqsirləndirilən şəxs əri Raquf Adgözəlov olmuşdur. X9 2021-ci ilin mart ayında vəfat etmişdir. Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək onu aldadaraq yaşadığı ünvan 3 ünvanını ona satmaq adı ilə onun 2000 (üç min ) manat pulunu ələ keçirtdiyi üçün Gülnarədən şikayətçi olmuşdur. Hazırda Təqsirləndirilən şəxs Sabir qızı ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmiş və bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ünvan 9 ünvanında ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Ağıl zəifliyindən əziyyət çəkmir və hər hansı bir ruhi əsəb dispanserində qeydiyyatı yoxdur. Təqsirləndirilən şəxs onun yaşadığı binada yaşayır. 2021-ci ilin fevral ayının əvvəllərində, dəqiq yadında qalmayan gündə yaşadığı mənzilin yerləşdiyi binanın həyətində Gülnarə ilə söhbət edən zaman Gülnarə ondan borcları olduğu üçün yaşadığı evi satmaq istədiyini və almaq istəyib-istəmədiyini soruşmuş və Təqsirləndirilən şəxs evi 14000 manata satdığını bildirmişdir. O, Gülnarəyə evi oğluna almaq istədiyini dedikdə Gülnarə banka borcu olduğu üçün evin sənədlərinin bankda olduğunu, ilkin olaraq banka olan borcunu bağlayıb sənədlərini götürməsi üçün ona 2500 manat pul verməyini və sənədləri götürdükdən sonra evi ona satacağını demiş, o da Təqsirləndirilən şəxs ilə uzun illərdir ki, qonşu olduğu üçün Gülnarənin onu aldatmayacağını düşünərək inanmış və 2021-ci ilin fevral ayının əvvəllərində dəqiq yadında qalmayan gündə axşam saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında Təqsirləndirilən şəxs evi ona satması üçün 2500 manat pul vermişdir. Gülnarə pulu ondan götürən zaman banka olan borcunu bağlayaraq evin sənədlərini bankdan götürdükdən sonra evi onun adına sənədləşdirəcəyini və həmin vaxt ondan geri qalan pulu yəni 11500 manat pulu alacağını bildirmiş, o da Gülnarə ilə razılaşmışdır. Lakin həmin gündən bir müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs evi ona satmamış, həmçinin onun Gülnarəyə vermiş olduğu 2500 manat pulu geri qaytarmamışdır. O, dəfələrlə Təqsirləndirilən şəxs pulunu istəsə də Gülnarə müxtəlif bəhanələr gətirərək onun pulunu verməmişdir. Təqsirləndirilən şəxs daha sonra Yevlax şəhərindən çıxaraq Bakı şəhərinə getmişdir. Gülnarə, Bakı şəhərinə getdikdən sonra o, dəfələrlə ona zəng etsədə Gülnarə onun telefon nömrəsini əngəlləmiş və o Gülnarə ilə əlaqə saxlaya bilməmişdir. O, hazırda Gülnarənin istifadəsində olan mobil nömrəni bilmir. O, Təqsirləndirilən şəxs evini ona satması üçün 2500 manat pulu verən zaman yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək onu aldadıb yaşadığı ünvan 3 ünvanını ona satmaq adı ilə onun 2500 (iki min beş yüz) manat pulunu ələ keçirtdiyi üçün Gülnarədən şikayətçi olmuşdur. Hazırda Təqsirləndirilən şəxs Sabir qızı ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmiş və bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Nurəddin qızı ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanında yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Onun qızı Zərərçəkmiş şəxs3 qonşuları Təqsirləndirilən şəxs Gülnarəyə məxsus olan evi almaq üçün 2020-ci ilin dekabr ayının ortalarında dəqiq yadında qalmayan gündə axşam saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdə onun yanında ilkin ödəniş olaraq 3000 (üç min) manat pul vermişdir. Həmin vaxt Gülnarə söz vermişdir ki, həmin pulla banka olan borcunu bağlayaraq evin sənədlərinin bankdan götürdükdən sonra həmin evi Mehribanın adına sənədləşdirəcəkdir. Lakin, Gülnarə vermiş olduğu sözü tutmayaraq evi onun qızı Mehribana satmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01-02); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Sabir qızı əvvəllər məhkum olunmamışdır ( iş vər.26); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabir qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. (iş vər.49-50); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabir qızının barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər.70-71); Yevlax rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2022-ci il tarixli, PHŞ-1188/22 nömrəli arayışından görünür ki, Adgözəlova X5 rayon psixo-nevroloji kabinetdə qeydiyyatda dayanmır. (iş vər.78); Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilib və o, Təqsirləndirilən şəxs ilə barışmışdır; Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilib və o, Gülnarə Adıgözəlova ilə barışmışdır; X4 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilib və o, Təqsirləndirilən şəxs ilə barışmışdır; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Sabir qızı tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Sabir qızının əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarındakı mövqeyini rəhbər tutur. Belə ki, həmin qərara əsasən təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan CM-in Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin qərarda bir daha vurğulanmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrıayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs3 qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməli 2020-ci ilin dekabr ayında dəqiq məlum olmayan gündə törətmişdir və bu əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. CM-in 75.1 və 75.1.1-ci maddələrinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarındakı mövqeyinə əsasən həmin epizodların hər birinə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablanmalıdır. Həmçinin, bu epizod üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizod üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməli 2021-ci ilin yanvar ayının əvvəllərində törətmişdir və bu əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. CM-in 75.1 və 75.1.1ci maddələrinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarındakı mövqeyinə əsasən həmin epizodların hər birinə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablanmalıdır. Həmçinin, bu epizod üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizod üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, X2 qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməli 2021-ci ilin fevral ayının əvvəllərində törətmişdir və bu əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. CM-in 75.1 və 75.1.1-ci maddələrinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarındakı mövqeyinə əsasən həmin epizodların hər birinə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablanmalıdır. Həmçinin, bu epizod üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizod üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. CPM-in: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin, bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının 35-ci bəndində məhkəmələrə izah edilmişdir ki, dələduzluğun təkrarən törədilməsi (CM-in 178.2.2-ci maddəsi) məsələsi CM-in 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177- 183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Zərərçəkmiş şəxs3 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin dekabr ayında dəqiq məlum olmayan gündə dələduzluq edilməsi ilə bağlı epizod epizod üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməli, Zərərçəkmiş şəxs1 qarşı Təqsirləndirilən şəxs tərəfindən 10 yanvar 2021ci il tarixdə səhər saat 11-radələrində dələduzluq edilməsi ilə bağlı epizoddan “təkrarən” sözü xaric edilməli, bu epizod üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməli, habelə X3 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2021-ci ilin favral ayında dəqiq məlum olmayan gündə dələduzluq edilməsi ilə bağlı epizoddan “təkrarən” sözü xaric edilməli, bu epizod üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxs3 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin dekabr ayında dəqiq məlum olmayan gündə dələduzluq edilməsi ilə bağlı epizod üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxs1 qarşı Təqsirləndirilən şəxs tərəfindən 10 yanvar 2021-ci il tarixdə səhər saat 11-radələrində dələduzluq edilməsi ilə bağlı epizoddan “təkrarən” sözü xaric edilməli, bu epizod üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilsin. X3 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2021-ci ilin favral ayında dəqiq məlum olmayan gündə dələduzluq edilməsi ilə bağlı epizoddan “təkrarən” sözü xaric edilməli, bu epizod üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-8/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-8/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver