Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-8/2024 10.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1959-cu ildə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Yevlax rayonu. Qoyunbinəsi kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.1 və 151-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01 radələrində özünə məxsus Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində yerləşən kafedə xidmətçi işləməklə həmin kafedə olan otaqların birində yaşayan Zərərçəkmiş şəxs həmin kafedə yaşamasına və işləməsinə icazə verilməsinə görə ondan maddi və yaşayış yeri baxımdan asılı olmasından istifadə edərək Zərərçəkmiş şəxs onunla cinsi əlaqəyə girməyə məcbur etmək qərarına gələrək həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə Zərərçəkmiş şəxs məxsus “Samsung A 52” markalı mobil telefonu sonuncudan alaraq həmin mobil telefonu sındırmaqla məhv edəcəyini və onu işlədiyi və yaşadığı kafenin ərazisindən qovacağı ilə hədələyərək Zərərçəkmiş şəxs qəsdən onunla cinsi əlaqəyə girməyə məcbur etmiş, Zərərçəkmiş şəxs onunla cinsi əlaqəyə girməkdən imtina etdiyinə görə o, əli ilə və istintaqla müəyyən edilməyən ağac parçası ilə bir neçə dəfə qəsdən Zərərçəkmiş şəxs bədən nahiyəsindən vuraraq sonuncuya səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vuran sol almacıq sümüyünün çatı, sağlamlığa yüngül zərər vuran sifətin dərialtı hematoması, hər iki gözətrafı nahiyyənin qançırı, sağ gözün ağlı qişasına qansızına, burun belinin sıyrığı, hər iki baldır və bud nahiyyəsində iri ölçülü qançır ilə nəticələnən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin mart ayından tanıyır. Belə ki, o, 2007-ci ildə ailə həyatı qurmuş, iki azyaşlı övladı var. Əri həddindən artıq spirtli içki qəbul etdiyi üçün və aralarında tez-tez mübahisələr olduğu üçün 2015-ci ildə boşanmışdır. O, boşanandan sonra iki azyaşlı uşaqlarımı dolandırmaq üçün müxtəlif kafelərdə ofsiant işləyərək çörək pulu qazanmışdır. xx.xx.2023-cü il Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində yerləşən Arifə məxsus kafeyə gələrək danışmış və Ariflə ofsiant kimi kafedə işləməsi müqabilində gününə 10 manat zəhmət haqqı alacağı ilə bağlı razılaşmışdır. Həmin gündən Arifə məxsus kafenin bir otağında qalmağa başlamışdır. Həmin otaqda iki çarpayı olmuşdur. Arif də onunla həmin otaqda qalmış, çarpayının birində Arif yatmış, o da digər çarpayıda yatmışdır. Həmin ərəfələrdə 1-2 dəfə Arif onu tanımadığı şəxslərlə cinsi əlaqəyə girməyə məcbur etmişdir. O, həmin şəxslərlə cinsi əlaqədə olduğuna görə Arif bir nəfərə görə ona 15 manat vermiş, lakin o, həmin şəxslərin Arifə nəqədər pul verdiyini bilməmişdir. 2023-cü il martın 13-də gecə saat 01 radələrində Arifin kafesində yatdığı otaqda olan zaman Arif ona yaxınlaşmış və onunla cinsi əlaqədə olmaq istəmiş, o da Ariflə razılaşmamışdır. Arif ona “sən nəyə görə mənim dediklərimi eləmirsən, gör sənin başına nə oyun açacam” deyərək onu nalayiq ifadələrlə söyüb təhqir edərək döyməyə başlamışdır. Həmin vaxt Arif otaqda olan odun sobasının yanında olan ağac parçası və maşa ilə onun bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona xəsarətlər yetirmişdir. Həmin vaxt Arif ona məxsus mobil telefonu da onun əlindən alaraq sındırıb kafenin yanındakı su kanalına atmışdır. Bundan başqa Arif onun əl çantasında olan 210 manat pulunu da götürmüş və ona “bu pul sənə düşmür, mənim pulumdur”-deyə bildirmişdir. Ona görə də o, xx.xx.2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinə gələrək Arifin barəsində müraciət etmişdir. Arif əli ilə, odun parçası ilə, maşa ilə və dəmir qabla ilə onun sifətinə, başına, qollarına və ayaqlarına vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olmaq istəsə də o, Arifə razılıq verməmiş və cinsi əlaqədə olmamışdır. Arif özünə məxsus kafedə onu məcbur edərək 3 nəfər tanımadığı hərbiçi ilə ayrı ayrı günlərdə görüşdürmüş və cinsi əlaqədə olduğu üçün hərəsi ona 15 manat pul vermişlər. O, pul müqabilində cinsi əlaqədə olduğu şəxslərdən aldığı puldan Təqsirləndirilən şəxs verməmişdir. Həmin şəxslər onunla görüşməzdən əvvəl Ariflə razılaşıb Arifə pul vermişlər. Lakin Arifə nəqədər pul verdikləri bilməmişdir. Təqsirləndirilən şəxs onu söyüb təhqir edərək xəsarət yetirən zaman orada ikisindən başqa heç kimi olmamışdır. Hazırda Təqsirləndirilən şəxs vəfat etdiyi üçün cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Bununla da, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 127.1 və 151-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlinmişdir. Məhkəmənin baxış iclasında daxil olmuş məlumat əsasında müəyyən edilmişdir ki, CM-in 127.1 və 151-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs 12 sentyabr 2024-cü il tarixdə yaşadığı evdə ölmüşdür. Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə ərizə ilə müraciət edərək CM-in 127.1 və 151-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs öldüyündən cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, iş materiallarını araşdıraraq, işin bütün hallarını nəzərə alaraq hesab edir ki, qanunvericiliyin tələblərinə və aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs CMin 127.1 və 151-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına təqsirləndirilən şəxs öldüyündən xitam verilməlidir. İş materiallarına əlavə edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir;(iş vər.01); “Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs baxışın keçirildiyi yer Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində işlədiyi Təqsirləndirilən şəxs kafesində ona xəsarətlər yetirdiyi yeri göstərmişdir;(iş vər.11-13); Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 129 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sol almacıq sümüyünün çatı, sifətin dərialtı hematoması, hər iki gözətrafı nahiyyənin qançırı, sağ gözünü ağlı qişasına qansızma, burun belinin sıyrığı, hər iki baldır və budu nahiyyəsində iri ölçülü qançırı küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol almacıq sümüyünün çatı səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. Qalan digər xəsarətlər-sifətin dərialtı hematoması, hər iki gözətrafı nahiyyənin qaçırırı, sağ gözün ağlı qişasına qansızma, burun belinin sırığı, hər iki baldır və bud nahiyyəsində iri ölçülü qançırı səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir.(iş vər.16-17); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 127.2.3 və 66.3-cü maddələri ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanuna əsasən hökm CM-nin 66.3 maddəsi, 66.2-ci maddəsi tətbiq ilə əvəz olunmuş, xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib, Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 66.2 maddəsinə əsasən qəti olaraq 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir.(iş vər.39-40); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 04 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:50-də şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.49); xx.xx.2023-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir.(iş vər. 56-57); Cinayət işi üzrə əməli cinayət məcəlləsinin digər maddəsinə tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin məcəllənin 127.1 və 151-ci maddələrinə tövsif edilməsi qərara almışdır. (iş vər.59-60); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 və 151-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona həmin maddələridə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır.(iş vər.62-63); “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(iş vər.79-80); Təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yerləşən kafenin otağında 2023-cü il martın 12-dən 13-nə keçən gecə saat təximinən 01 radələrində Zərərçəkmiş şəxs ilə mübahisə edərək əli ilə vurub ona xəsarət yetirdiyi və Zərərçəkmiş şəxs mobil telefonunu alıb sındıraraq su kanalına atdığı yeri göstərmişdir.(iş vər.94-98); Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində ölmüşdür. Məhkəmənin xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsin qardaşı X2 və digər yaxın qohumlarına ünvanlandığı məktubdan görünür ki, təqsirləndirilən şəxsin yaxın qohumlarına hüquqi varis qismində tanınma barədə istəklərini məhkəməyə bildirmələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 106-1-ci maddəsində göstərilən tələblər, həmçinin bununla bağlı hüquq və vəzifələri izah edilmişdir. Həmçinin, həmin məktub Təqsirləndirilən şəxs qardaşı X3 tərəfindən imza edilməklə qəbul edilmişdir. Təqsirləndirilən şəxs qardaşı X3 ərizə ilə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası CM-nin 127.1 və 151-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi var. Arif onun qardaşıdır o, 12 sentyabr 2024-cü il tarixdə vəfat etmişdir. Ona məhkəmə tərəfindən bildiriş göndərilmiş hüquq və vəzifələri ona izah olunmuşdur. Odur ki, qardaşı Arif vəfat etdiyinə görə onun barəsində bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası CM-nin 127.1 və 151-ci maddələri ilə Təqsirləndirilən şəxs vəfat etdiyi üçün onun barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. Məhkəmə qeyd edir ki, ölmüş Təqsirləndirilən şəxs yaxın qohumlarına qanunvericiliyin tələblərinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin hüquqi varisi qismində iştirak etmələri məqsədi ilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməklə CPM-in 106-1-ci maddəsində göstərilən tələblər, həmçinin bununla bağlı hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxsin yaxın qohumu - qardaşı qardaşı X5 məhkəməyə ərizə təqdim edərək iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. CPM-in: 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur; 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir; 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsin hüquqi varisi olmadan CPM-in 106-1.4-cü maddəsində nəzərdə tutulmuş qaydada müdafiəçinin razılığı ilə baxaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.1 və 151-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına, həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CPM-in: 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 41.3-cü maddəsinə əsasən Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. 41.4-cü maddəsinə əsasən Məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir; 321.1-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarır. 321.2.1-ci maddəsinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə Müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan aşağıdakı qərarlar çıxarılır. Məhkəmə, CPM-in 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, həmin maddənin tələblərinə uyğun olaraq müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Qeyd olunanlara əsasən və CPM-in 39, 43, 305, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 151-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-8/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-8/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver