Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-8/2025 16.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və müəyyən edilməmiş qaydada götürülməmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Nizami pr, ev 44, mənzil 10-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamış və qəsdən qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib saxlamaqla daşıyaraq gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan torbada təmiz çəkisi 335 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə 11 yanvar 2024-cü il tarixdə saat 10:00 radələrində Yevlax şəhəri C.Mustafayev küçəsində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib Təqsirləndirilən şəxs üzərində həmin gün saat 10:55 dəqiqədən 11:20 dəqiqəyədək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsi-axtarış nəticəsində onun əynindəki gödəkçənin içəri hissəsindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd sellofan torbada təmiz çəkisi 335 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq 01 ədəd “181193562” №-li zavod üsulu ilə hazırlanmış, konstruktiv dəyişikliklərə məruz qalmamış, 7,62 mm kalibirli “Kalaşnikov” konstruksiyalı, AK-103 markalı yivli odlu avtomatik döyüş silahını, 18 (on səkkiz) ədəd zavod üsulu ilə istehsal edilmiş 7,62x39 mm kalibirli olmaqla, AK-103 və «Kalaşnikov» konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə yararlı və hər hansı konstruktiv dəyişikliklərə məruz qalmamış döyüş sursatı olan patronları, 03(üç) ədəd zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik, “AK-103”, “AK-74”, “AKS-74”, “AK-74M”, “AKS-74U” markalı avtomat silahlarda, “RPK-74”, “RPKS-74” markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, atəşə yararlı, hər hansı konstruktiv dəyişikliklərə məruz qalmamış döyüş sursatı olan patronları, 01 (bir) ədəd AK-103 markalı silahın və «Kalaşnikov» konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı və konstruktiv dəyişikliklərə məruz qalmamış sandıqçanı istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib 01 ədəd sintetik torbanın içərisində saxlamış, Təqsirləndirilən şəxs yivli odlu silahın qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə 19 yanvar 2024-cü il tarixdə saat 10:20 radələrində Yevlax şəhəri H.Əliyev prospektində “Piramida” restoranının yaxınlığında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib Təqsirləndirilən şəxs üzərində həmin gün saat 11:05 dəqiqədən 11:25 dəqiqəyədək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsi-axtarış nəticəsində onun əlində olan 01 ədəd sintetik torbanın içərisindən qəsdən qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd “181193562” №-li zavod üsulu ilə hazırlanmış, konstruktiv dəyişikliklərə məruz qalmamış, 7,62 mm kalibirli “Kalaşnikov” konstruksiyalı, AK-103 markalı yivli odlu avtomatik döyüş silahı, 18 (on səkkiz) ədəd zavod üsulu ilə istehsal edilmiş 7,62x39 mm kalibirli olmaqla, AK-103 markalı silahda və həmin kalibirə malik «Kalaşnikov» konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə yararlı və hər hansı konstruktiv dəyişikliklərə məruz qalmamış döyüş sursatı olan patronlar, 03(üç) ədəd zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 5,45 mm kalibrli olmaqla, “AK-103”, “AK-74”, “AKS-74”, “AK-74M”, “AKS-74U” markalı avtomat silahlarda, “RPK-74”, “RPKS-74” markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, atəşə yararlı, hər hansı konstruktiv dəyişikliklərə məruz qalmamış döyüş sursatı olan patronlar, 01 (bir) ədəd AK-103 markalı silahın və «Kalaşnikov» konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı və konstruktiv dəyişikliklərə məruz qalmamış sandıqça aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmədə istintaq dövründə verdiyi ifadədən fərqli olaraq Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər də narkotik vasitələrdən istifadə etmişdir və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 2 dəfə ayrı-ayrı dövrlərdə həbs olunmuş, habelə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirsə də, ittihamda qeyd olunan kalaşnikov avtomat silahının ona aidiyyatının olmadığını bildirmişdir. Özünü CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilməməsinin səbəbi isə polis əməkdaşlarının onu saxlayıb təziq göstərərək daha sonra sintetik torbada kalaşnikov avtomat silahını və 21 ədəd patronu gətirib guya həmin silahın və patronların ona məxsus olduğunu bildirmişlər. Üzərindən aşkar olunmuş kalaşnikov avtomat silahı və patronlar ona aid olmamışdır və həmin silahı və patronları polis əməksdaşları zorla onun üzərinə qoyaraq ona məxsus olduğunu bildirmişlər. Odur ki, məhkəmədən barəsində bəraət hökmü qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vastələrdən istifadə etməsi və üzərində saxlaması barədə 11 yanvar 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məlumat daxil olmuşdur. O, həmin günü polis əməkdaşı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri C.Mustafayev küçəsinə getmişdir. Belə ki, həmin vaxt Yevlax şəhəri C.Mustafayev küçəsində olması barədə onun məlumatı olmuşdur. Onlar C.Mustafayev küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə şəxsi axtarış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə şəxsi axtarış keçirilməli olduğunu izah etmiş və bundan sonra Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib baş təhqiqatçı Səddam Əsgərova təhvil vermişlər. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən Müdafiəçi onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil Müdafiəçi Yevlax rayon polis şöbəsinə dəvət edilmişdir. Baş təhqiqatçı Səddam Əsgərov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Səddam Əsgərov xidməti iş otağında onun, Şahid2 və vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nin baş inispektoru X4 tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs əvvəlcə əynindəki gödəkçənin içərisindən 1 ədəd sellofan torbaya bükülmüş bükülünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Səddam Əsgərov və daha sonra vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan torbanın içərisində nə olduğu soruşulduqda o, həmin torbada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, xx.xx.2024-cü il tarixdə səhər saat 06 radələrində Yevlax şəhəri Kür çayı sahilinə balıq tutmağa getdiyini, balıq tutmaq üçün yerdən qurd çıxardarkən meşədə ağacların altında 1 ədəd sellofan torbada narkotik vasitə olan marixuana tapmış olduğunu, özünün arada narkotik vasitə istifadə etdiyi üçün həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu bildiyini, həmin narkotikdən bir hissəsini özü istifadə etdikdən sonra qalan hissəsini istifadə etmək üçün gödəkçəsinin içərisinə qoyub evə doğru gedərkən köhnə "Piristin" küçəsi ilə șəhərin mərkəzinə doğru piyada gələrkən Yevlax RPŞ-nin əməkdaşlarının ona yaxınlaşdığını, onun narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlamağında șübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etdiklərini bildirmişdir. Həmin vaxt Şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, təqdim etdiyi narkotik vasitəni də özü üçün istifadə edəcəyini, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra Səddam Əsgərov həmin 1 ədəd sellofan torbanın içərisinə baxdıqda içərisində yaşıl rəngli, kəskin spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə așkar edilmişdir. Bundan sonra həmin tünd yaşıl rəngli kəskin spesifik iyə malik, narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və baş təhqiqatçı tərəfindən həmin torbada olan yaşıl rəngli kəskin spesifik iyə malik, narkotik vasitə olan marixuanaya bənzər kütlə maddi sübut əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Səddam Əsgərov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imza ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yivli odlu silahın əldə edilməsi, daşınması və saxlanması ilə məşğul olmaqda şübhəli olması barədə 19 yanvar 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat nəticəsində Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri H.Əliyev prospektinə getmişdirlər. həmin vaxt Yevlax şəhəri H.Əliyev prospektində olması barədə onun məlumatı olmuşdur. Onlar Yevlax şəhəri H.Əliyev prospekti “Piramida” restoranının yaxınlığında Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışdırlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində yivli odlu silah saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə şəxsi axtarış keçirilməli olduğunu izah etmiş və bundan sonra onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib baş təhqiqatçı Səddam Əsgərova təhvil vermişdir. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən Müdafiəçi onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil Müdafiəçi Yevlax rayon polis şöbəsinə dəvət edilmişdir. Baş təhqiqatçı Səddam Əsgərov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Səddam Əsgərov xidməti iş otağında onun, Şahid3 və vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nin baş inispektoru X4 tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. O və digər iştirakçılar özümüzü təqdim etmişdirlər. Səddam Əsgərov Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Səddam Əsgərov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edildikdən sonra ondan saxlanılarkən üzərində odlu silah, narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansı bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə əlindəki 1 ədəd sintetik torbanın içərisində olan 1 ədəd AK-74 markalı avtomatı, həmin avtomata məxsus 1 ədəd sandıxçanı (daraq) və həmin daraqda olan 21 ədəd gülləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Səddam Əsgərov və daha sonra vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd AK-74 avtomatını, həmin avtomata məxsus 1 ədəd sandıxçanı (daraq) və həmin daraqda olan 21 ədəd gülləni haradan əldə etdiyi soruşulduqda, Təqsirləndirilən şəxs təxminən 15 gün əvvəl Yuxarı Qarabağ kanalının Yevlax rayonu Malbinəsi ərazisindən keçən hissəsinə balıq tutmağa gedərkən həmin 1 ədəd AK-74 markalı avtomatı, həmin avtomata məxsus 1 ədəd sandıxçanı (daraq) və həmin daraqda olan 21 ədəd gülləni tapdığını, həmin avtomat ona maraqlı olduğu üçün özündə saxlamaq qərarıņa gəldiyini və torbaya qoyub Qarabağ kanalının yaxınlığında gizlətdiyini, həmin silahı yaşadığı evə gətirmək üçün xx.xx.2024-ci il tarixdə səhər tezdən gizlətdiyi Qarabağ kanalının sahilində getdiyini, gizlətdiyi silahı götürüb Yevlax-Bərdə yolunun kənarı ilə yaşadığı evə gələrkən həmin yolun kənarında yerləşən “Piramida" kafesinin yaxınlığında Yevlax RPȘ-nin əməkdaşlarının ona yaxınlaşdığını, onun odlu silahı qanunsuz olaraq üzərində saxlamağında șübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etdiklərini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi odlu silah və onun hissələrini satmaq məqsədi olmadığını bildirmişdir. Səddam Əsgərov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs Yevlax şəhərində yaşayan şəxs kimi tanımışdır. Onun Təqsirləndirilən şəxs ilə qohumluğu, ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs saxlanılarkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsində olarkən onun və digər polis əməkdaşları tərəfindən ona heç bir fiziki zor və təzyiq tətbiq edilməmişdir. İş üzrə Şahid3 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunarkən məlum oldu ki, o, iş üzrə digər Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti əsasında məhkəməyə dəvət olunmuş Şahid5 ifadəsində göstəmişdir ki, o, Yevlax rayonunda usta kimi fəaliyyət göstərir, Təqsirləndirilən şəxs isə onun yanında fəhlə işləyir. Təxminən 2024-cü ilin yay aylarında Yevlax bazarının qarşısındakı bir obyekdə kafel işi görərkən səhər saatlarında Təqsirləndirilən şəxs yaxınlıqdakı mağazaya siqaret almağa göndərmiş, xeyli müddət keçsə də onun qaytmadığını gördükdə ətrafda olan şəxslərdən soruşanda Talehi polis işçilərinin maşına qoyaraq aparıldığını ona bildirmişlər. 2-3 gün sonra Taleh onun yanına qayıtdıqda ondan harada olmasını soruşanda Taleh onun polis şöbəsinə aparıldığını bildirmişdir. Özü şəxsən Talehin kim tərəfindən aparıldığını görmədiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* №-li cinayət işinin başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:20-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.17-19); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əlindəki 1 ədəd sintetik torbanın içərisində olan 1 ədəd AK-74 avtomat, 1 ədəd saxdıxça (daraq) və həmin daraqda olan 21 ədəd güllə olduğunu bildirmişdir.(müvafiq DVD disk əlavə olunub).(iş vər. 26-33); Məhkəmə ekspertiza mərkəzinin Şəki regional bölgəsinin xx.xx.2024-cü il tarixli 17/74 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş silah “181193562” №-li zavod üsulu ilə hazırlanmış, konstruktiv dəyişikliklərə məruz qalmamış, 7,62 mm kalibirli “Kalaşnikov” konstruksiyalı, AK-103 markalı yivli odlu avtomatik döyüş silahıdır, 18 (on səkkiz) ədəd patron zavod üsulu ilə istehsal edilmiş 7,62x39 mm kalibirli olmaqla, tədqiqata təqdim edilmiş silahda və həmin kalibirə malik «Kalaşnikov» konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə yararlı və hər hansı konustruktiv dəyişikliklərə məruz qalmamış döyüş sursatı olan patronlardır, 03(üç) ədəd patron zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 5,45 mm kalibrli olmaqla, tədqiqata təqdim edilmiş silahda və həmin kalibrə malik, “AK-74”, “AKS-74”, “AK-74M”, “AKS-74U” markalı avtomat silahlarda, “RPK-74”, “RPKS-74” markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, atəşə yararlı, hər hansı konustruktiv dəyişikliklərə məruz qalmamış döyüş surastı olan patronlardır, 01 (bir) ədəd tədqiqata təqdim edilmiş sandıqça silahın və «Kalaşnikov» konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı və konstruktiv dəyişikliklərə məruz qalmamış sandıqçadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30.60 manatdır.(iş vər.38-41); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, saat 10:00-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər.66-67); Məhkəmə ekspertiza mərkəzinin Şəki regional bölgəsinin xx.xx.2024-cü il tarixli 3/16-16/2-3/217 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş silah “181193562” №-li zavod üsulu ilə hazırlanmış,7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-103 markalı yivli odlu avtomatik döyüş silahı rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən atəş açmaq üçün yararsızdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 manatdır.(iş vər.88-91); Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işinin CM-nin digər maddəsinə tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan gönürür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********** nömrəli cinayət işi CM-nin 228.1 maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatada birləşdirilsin, cinayət işi Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrinə tövsif edilsin və cinayət işi ********* nömrəsi ilə davam edilməsi qərara alınmışdır. .(iş vər.96-98); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:00-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.118-119); Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin içərisindən 1 ədəd sellofan torbaya bükülmüş bükülünün içərisində yaşıl rəngli kəskin spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir.(müvafiq DVD disk əlavə olunub) (iş vər.127-135); Məhkəmə ekspertiza mərkəzinin Şəki regional bölgəsinin xx.xx.2024-cü il tarixli 17/43 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman aşkar olunmuş.....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi 335,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 335,0 qr, tədqiqata sərf edildi – 0,10 qr, qalıq – 334,9 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 manatdır.(iş vər.141-144); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, saat 09:45-də Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər.170-171); Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzaya Yevlax Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 1(039)-12/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzası 2 günə 1 gün hesablanmaqla hazırkı cəzaya qismən birləşdirməklə qəti olaraq üzərində 1 (bir) il 4 (dörd) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(iş vər.178-179); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə hökmü dəyişdilərək, CM 228.1 və 66.5 maddəsinə əsasən qəti olaraq 01 il 04 ay müddətinə azadlıqdan mərhum etmə cəzası saxlanılmış, xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Qaradağ Məhkəməsinin qərarı ilə 01 ay 16 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzası müddəti başa çatmışdır.(iş vər.178-179); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 563 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.115); Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 334,9 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd “181193562” №-li zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibirli “Kalaşnikov” konstruksiyalı, AK-103 markalı yivli odlu avtomatik döyüş silahı, 18 (on səkkiz) ədəd zavod üsulu ilə istehsal edilmiş 7,62x39 mm kalibirli döyüş sursatı olan patronlar, 03(üç) ədəd zavod üsulu ilə hazırlanmış 5,45 mm kalibrli döyüş sursatı olan patronlar, 01 (bir) ədəd «Kalaşnikov» konstruksiyalı silahların və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 334,9 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd “181193562” №-li zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibirli “Kalaşnikov” konstruksiyalı, AK-103 markalı yivli odlu avtomatik döyüş silahı, 18 (on səkkiz) ədəd zavod üsulu ilə istehsal edilmiş 7,62x39 mm kalibirli döyüş sursatı olan patronlar, 03(üç) ədəd zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli döyüş sursatı olan patronlar, 01 (bir) ədəd «Kalaşnikov» konstruksiyalı silahların saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.220-235); ŞəkiApellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 1(039)-99/2022 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə münasibətdə cinayət qanunu normasının düzgün tətbiq edilməməsinə dair hissədə dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 1(039)- 12/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzası 2 günə 1 gün hesablanmaqla hazırkı cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Anarə və xx.xx.2016-ci il təvəllüdlü Aynurə, adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir,yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə, həmin Məcəllənin 234.1-ci maddəsiisə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrinvə qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla vəya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi,habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başadüşünülməlidir (9-cu bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs özünü CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilməməsi məzmununda ifadə verməsi özünü müdafiə xarakterlidir, cinayət məsuliyyətinə cəlb olunmaq və cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə edilmişdir. Onun törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış dəlillərlə tam sübuta yetirilir. Eyni zamanda məhkəmə müdafiə tərəfinin şahidinin ifadəsi ilə bağlı qeyd edir ki, Şahid5 təqsirləndirilən şəxsin 2024-cü ilin yay aylarında polis əməkdaşları tərəfindən aparıldığını, onun aparılmasını şəxsən görmədiyini qeyd etmişdir. Halbuki, irəli sürülmüş ittihama əsasən təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının 11-də saxlanılmışdır, həmçinin hazırki şahidin ifadəsi 3-cü şəxslərin ifadələrinə istinadən vermiş ifadədir. Təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs törətdiyi əməllərə görəcəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindəncinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən vəağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasəncəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun vəziyətini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM 61.1.1). Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla ona qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Yevlax Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan, qalıq çəkisi cəmi 334.9 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd “181193562” №-li zavod üsulu ilə hazırlanmış, konstruktiv dəyişikliklərə məruz qalmamış, 7,62 mm kalibirli “Kalaşnikov” konstruksiyalı, AK-103 markalı yivli odlu avtomatik döyüş silahı, 18 (on səkkiz) ədəd zavod üsulu ilə istehsal edilmiş 7,62x39 mm kalibirli olmaqla, AK-103 və «Kalaşnikov» konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə yararlı və hər hansı konstruktiv dəyişikliklərə məruz qalmamış döyüş sursatı olan patronlar, 03(üç) ədəd zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik, “AK-103”, “AK-74”, “AKS-74”, “AK-74M”, “AKS-74U” markalı avtomat silahlarda, “RPK-74”, “RPKS-74” markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, atəşə yararlı, hər hansı konstruktiv dəyişikliklərə məruz qalmamış döyüş sursatı olan patronlar, 01 (bir) ədəd AK-103 markalı silahın və «Kalaşnikov» konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı və konstruktiv dəyişikliklərə məruz qalmamış sandıqça xüsusi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 2 (iki) ədəd kompakt disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün ümumilikdə 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 130.57 (bir yüz otuz manat əlli yeddi qəpik) manat tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 4 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 il 05 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 130.57 (bir yüz otuz manat əlli yeddi qəpik) manat tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Yevlax Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan, qalıq çəkisi cəmi 334.9 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd “181193562” №-li zavod üsulu ilə hazırlanmış, konstruktiv dəyişikliklərə məruz qalmamış, 7,62 mm kalibirli “Kalaşnikov” konstruksiyalı, AK-103 markalı yivli odlu avtomatik döyüş silahı, 18 (on səkkiz) ədəd zavod üsulu ilə istehsal edilmiş 7,62x39 mm kalibirli olmaqla, AK-103 və «Kalaşnikov» konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə yararlı və hər hansı konstruktiv dəyişikliklərə məruz qalmamış döyüş sursatı olan patronlar, 03(üç) ədəd zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik, “AK-103”, “AK-74”, “AKS-74”, “AK-74M”, “AKS-74U” markalı avtomat silahlarda, “RPK-74”, “RPKS-74” markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, atəşə yararlı, hər hansı konstruktiv dəyişikliklərə məruz qalmamış döyüş sursatı olan patronlar, 01 (bir) ədəd AK-103 markalı silahın və «Kalaşnikov» konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı və konstruktiv dəyişikliklərə məruz qalmamış sandıqça müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 2 (iki) ədəd kompakt disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə ŞəkiApellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-8/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-8/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver