Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-80/2022 10.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunuin vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə 05 may 1976-cı il tarixdə Kəlbəcər rayonu, Ağqaya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, barəsində 03 aprel 2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Kolanı kəndində məskunlaşan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hüseynov X1 (COVİD-19) xəstəliyinə yoluxduğu halda ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərini pozmaqla xəstəliyin yayılması üçün qəsdən real təhlükə yaratmışdır. Belə ki, Hüseynov X1 (COVİD-19) xəstəliyinə dair 27 noyabr 2021-ci il tarixdə verdiyi testin nəticəsinin pozitiv olmasına dair 29 noyabr 2021-ci il tarixdə məlumatı olmaqla həmin xəstəliyə yoluxduğunu bildiyi və xəstəliyə yoluxması səbəbindən yaşadığı evdən kənara çıxmayaraq evdə müalicə almalı olmasına dair ona səlahiyyətli dövlət orqanının nümayəndəsi tərəfindən şifahi xəbərdarlıq edildiyi halda, ona edilmiş xəbərdarlığa məhəl qoymayaraq “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat profilaktika və digər tədbirlərin görülməsi Qaydaları”na əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin 1 yanvar 2022-ci il tarixə saat 06:00-dək uzadılması ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 oktyabr 2021-ci il tarixli 324 nömrəli qərarının tələblərini pozaraq 07 dekabr 2021-ci il tarixdə saat 17 radələrində qəsdən əhalinin sıx toplaşdığı, yaşadığı Yevlax rayonu, Kolanı kəndinin mərkəzinə gedib yoluxduğu Koronavirus (COVİD-19) xəstəliyinin qəsdən yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 27 noyabr 2021-ci il tarixdə özünü halsız hiss etdiyi üçün Yevlax ŞMX-na müraciət edərək onda «Covid-19» virus xəstəliyi keçirib-keçirməməsi barədə test vermişdir. 29 noyabr 2021-ci il tarixdə onda «Covid-19» virus aşkarlanmışdır. Xəstəliyi yüngül olduğuna görə evdən küçəyə çıxıb kənar şəxsləri xəstəliyə yoluxdurmamaq və evdə müalicə olunmaq şərtilə evə buraxmışlar. 07 dekabr 2021-ci il tarixdə saat 17 radələrində evdə darıxdığına görə kəndin mərkəzinə gedib evə qayıdarkən onun karantin qaydasını pozub xəstəliyi digər şəxslərə yaymağa təhlükə yaratdığına görə kəndə gəlmiş polis əməkdaşları ona iradlarını bildirmişlər. Sonra onu evə yola salmışlar və xəstə olduğu müddətdə evdən çıxmamağı tapşırmışlar. Hazırda səhvini başa düşür və əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın qərarına əsasən sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların sırasında olduğuna görə xidməti ərazidə «Covid-19» virusu daşıyan xəstələri gündəlik olaraq yoxlayıb onların evdən çıxmamağı və xəstəliyi yaymamaqları izah olunur. 07 dekabr 2021-ci il tarixdə saat 17 radələrində xidməti ərazisi olan Yevlax rayonu, Kolanı kəndində xidmət aparan zaman həmin kənddə yaşayan «Covid-19» virusuna yoluxmuş Təqsirləndirilən şəxs evi tərk edib kəndin mərkəzinə getdiyi barədə ona məlumat daxil olmuşdur. Bu barədə polis şöbəsinə məlumat vermiş, TB-nin təhqiqatçısı Rüstəm Həsənov və KTQ-nun baş inspektoru Şahid2 ilə birlikdə Xalıqverdinin evinə getmişlər və Xalıqverdinin evdə olmadığını müəyyən etmişlər. Xalıqverdinin yaşadıqları evdən 500 metir kənardan kəndin mərkəzi istiqamətindən evə doğru gəldiyini görmüşlər. Sonra Xalıqverdiyə yaxınlaşaraq sosial məsafani gözləyərək video çəkiliş aparmaqla özlərin təqdim etmişlər. Xalıqverdiyə virus daşıyıcısı olduğu halda küçədə gəzdiyi üçün öz iradını bildirmiş, tibbi presedur qaydalarını gözləmək şərti ilə Xalıqverdini evə yola salaraq ona birdə evdən çıxmamağı tapşırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin KTQ-nun baş inspektoru Şahid2 ifadəsində göstərdi ki, Yevlax şəhəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın qərarına əsasən sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların sırasında olduğuna görə xidməti ərazidə «Covid-19» virusu daşıyan xəstələri gündəlik olaraq yoxlayıb onların evdən çıxmamağı və xəstəliyi yaymamaqları izah olunur. 07 dekabr 2021-ci il tarixdə saat 17 radələrində İTB-nin polis sahə rəisi Şahid1 xidməti ərazisində olan zaman Yevlax rayonu, Kolanı kəndində yaşayan Təqsirləndirilən şəxs evi tərk etməsi barədə ona məlumat daxil olmuşdur. Şahid1 bu barədə polis şöbəyə məlumat vermiş, o, TB-nin təhqiqatçısı Rüstəm Həsənov ilə birlikdə Kolanı kəndinə getmişlər. Lakin Xalıqverdi evdə olmamışdır. Az sonra Xalıqverdinin yaşadığı evdən 500 metir kənardan kəndin mərkəzi istiqamətindən gəldiyini görmüşlər. Ona yaxınlaşaraq sosial məsafani gözləyərək tərəfindən video çəkiliş aparmaqla Xalıqverdiyə özlərini təqdim etmişlər. Xalıqverdiyə virus daşıyıcısı olduğu halda küçədə gəzdiyi üçün öz iradlarını bildirmişlər. Tibbi presedur qaydaların gözləmək şərti ilə Xalıqverdini evə yola salaraq ona birdə evdən çıxmamağı tapşırmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 dekabr 2020-ci il tarixli hadisə yerinə baxış protokolundan da görünür ki, X4 (COVİD-19) xəstəliyinə yoluxduğu halda qəsdən xüsusi karantin rejiminin tələblərini pozmaqla yaşadığı evi tərk edərək Yevlax şəhəri, C.Kərimov küçəsinə çıxaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Yevlax rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı Şahid1 07 dekabr 2021-ci il tarixli raportundan görünür ki, 07 dekabr 2021-ci il tarixdə Yevlax rayonu, Kolanı kəndində yaşayan “Covid 19” virusunun daşıyıcısı olan 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs karantin rejimini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaradaraq yaşadığı evi tərk edib Kolanı kəndi ərazisində saxlanılmış və yibbi prosedurlar gözlənilməklə yaşadığı evə yerləşdirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 09 dekabr 2021-ci il tarixli, 13706 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2021-ci il tarixdə “Covid-19” virusu yoxlanılması üçün yaxma götürülmüş, 29 noyabr 2021-ci il tarixdə “pozitiv” cavab aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 03 aprel 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Elsevər adlı bir azyaşlı uşağı var. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 139-1.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi olaraq peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakteriz olunmasını və “Covid 19” xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edib əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 42 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlı̇ k edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-80/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-80/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver