Məhkəmə qərarları › İş №1(039)-80/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-80/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-80/2023 11.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Yevlax rayonunun Kövər kəndində yerləşən yaşadıqları evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən əli ilə vuraraq Zərərçəkmiş şəxs sol gözətrafı nahiyənin dərialtı hematoması, qançırı, sağ gözün ağlı qişasına yayılmış qansızma ilə müşaiyət olunan və dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Ürüfət qızı onun həyat yoldaşıdır. Onlar xx.xx.2018-ci il tarixində ailə həyatı qurmuşlar, 3 yaşında oğlan övladları var. Evlilikləri dövründə münasibətləri elə də yaxşı olmamış və aralarında mütəmadi olaraq mübahisələri olmuşdur. Həyat yoldaşı Şəlalə təxminən 2022-ci ilin noyabr ayından Yevlax şəhər Avtovağzalının yaxınlığında yerləşən “Neptun” super marketdə satıcı kimi işləməyə başlamış, ona olan münasibəti dəyişdiyindən 2023-cü ilin fevral ayından o, Şəlalənin başqa oğlanlarla münasibəti olduğundan şübhələnməyə başlamışdır. 2023-cü ilin mart ayının 06-da gecə saatlarında yerlərində yatan zaman Şəlalənin mobil telefonu yanlarında yatan uşaqlarının altında qalmış, o, uşağı kənara qoyarkən arvadının mobil telefonunu tapmış, telefonu açıb baxanda həyat yoldaşı Şəlalənin Whatsapp proqramında “X2” yazılan oğlanla sevgi münasibətləri barədə yazışaraq, bir-birilərinə şəkillərini göndərdiklərini görmüşdür. Həmin vaxt o, Şəlaləni yuxudan oyadıb yazışma barədə soruşarkən, sonuncu səhv düşdüyünü, yanlışlıq olmasını bildirmişdir. Bundan sonra Şəlalə anası Lətafəti çağırmış, mübahisələri olmuş, Şəlalənin Samsung A12 markalı mobil telefonunu vurub sındırmışdır. Anası soruşduqda Şəlalə Nurlan adlı iş yoldaşı ilə yazışdığını etiraf etmiş, səhəri gün yenə yığılıb söhbət etmişlər, atası Urüfət də onun mobil telefonunu Şəlalənin əlindən alıb yerə vurub təpikləyərək sındırmışdır. Həmin vaxt o, demiş ki, bir şərtlə uşaqlarına görə bağışlayar ki, Şəlalə “Neptun”dan işdən çıxsın. Lakin Şəlalə işdən çıxmağa razı olmamış, bir daha başqa şəxslərlə yazışmayacağına söz vermişdir. O, razılaşmış və Şəlalə işə getməyə davam etmiş, ona yeni mobil telefon da almışlar. 2023-cü ilin mart ayının 20-də yenə əvvəlki kimi yerlərində yatan zaman o, Şəlalənin təzə mobil telefonunu götürüb baxmış və görmüş ki, Şəlalə onu aldadır, yenə Nurlan adlı iş yoldaşı ilə sevgi münasibətləri barədə yazışır. O, Şəlaləni yuxudan oyatmış mübahisə etməyə başlamışlar. Mübahisə zamanı bir dəfə sillə ilə onun sifətinə vurmuş, səs-küylərinə qaynanası Lətafət gəlmiş və ona demiş ki, yaxşı eliyib yazışır, get boşa. Həmin vaxt da o, onların evindən çıxıb anasının yanına gəlmiş, bu zaman Şəlalənin əvvəl sındırdığı mobil telefonunu da götürmüş, təxminən 3-4 gün sonra həmin mobil telefonu düzəltdirmiş və xx.xx.2023-cü il tarixdə həmin telefonu götürüb Şəlalənin işlədiyi “Neptun” super marketə getmiş və Şəlalənin yazışmalarını müdriyyətə göstərib, həmin şəxslərin burda başqa-başqa işlərlə məşğul olduqlarını bildirərək onların işdən çıxarılmalarını tələb etmişdir. Onun ora getməyindən Şəlalənin məlumatı olmuş, o, da həmin gün ondan 102 xidmətinə şikayət etmişdir. Həmin gün qaynatası Urüfət ona zəng edib Şəlalənin mobil telefonunu verməyini istəmiş, lakin o, həmin telefonu məhkəməyə təqdim edəcəyini bildirmişdir. Əlavə olaraq göstərmişdir ki, o, mübahisə zamanı qeyd etdiyi kimi 1 dəfə sillə ilə Şəlalənin sifətinə vurmuşdur. Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2022-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayının 20-dək Yevlax şəhər Avtovağzalının yaxınlığında yerləşən “Neptun” supermarketdə satıcı işləmişdir. 2018-ci ilin fevralın 21-də Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan 1 övladları vardır. Ailə quran gündən Məzahirlə münasibətləri soyuq olmuş, hər dəfə aralarında mübahisələr baş vemiş, lakin o, ailəsi dağılmasın deyə hər dəfə dözüb oturmuşdur. Məzahir heç bir işdə işləmir, onunla birlikdə onun ata evin qalır, hər dəfə onun işləməsini deyəndə sən işləyirsən bizə bəsdi demişdir. Sonuncu dəfə anası Lətafətin Məzahirə işləməsini deməsi üstündə anası ilə mübahisələri olmuş və sonuncu onun anasını nalayiq söyüşlərlə söyüb təhqir etmiş, anası ona bunu dedikdə artıq dözə bilməmiş və Məzahirə onunla boşanacağını bildirmiş, bu vaxt, yəni xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Məzahir onu, atasını və anasını nalayiq söyüşlərlə söymüş, boşansalar onu şərləyib ləkələyəcəyini, uşağı da ondan alacağını bildirmişdir. Həmin mübahisə zamanı həyat yoldaşı Məzahir yumruqla onun sol gözünə vuraraq onu döymüşdür. Sonra da evdən çıxıb Yevlax şəhərində yaşayan anası Qiymətin evinə getmişdi. Gedərkən də onun əvvəllər işlətdiyi, lakin həmin vaxt nasaz vəziyyətdə olan Samusung Galaxy A12 markalı mobil telefonunu da götürüb aparmış, Məzahir getdikdən sonra onun köhnə mobil telefonunu düzəltdirmiş və həmin telefonun içərisində olan məlumatlarla onu şantaj etməyə başlamış, xx.xx.2023-cü il tarixdə onun iş yerinə gedib barəsində şər-böhtan xarakterli məlumatlar deməyə başlamış, həmin gündən sonra o, bir daha işə getməmiş, bundan sonra Məzahir telefonda iş yoldaşları ilə olan yazışmalarımı aparıb “Neptun” marketin müdriyyətinə göstərmişdir. Onun yazışmalarını tanışlarına göstərməklə onu hədəmişdir. Hətta xx.xx.2023-cü il tarixdə bibisi oğluna da zəng edib onun barəsində şər-böhtan danışmışdır. Bundan sonra o, əsəbiləşmiş və 102 xidmətinə zəng edib məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 149 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - “sağ gözətrafı nahiyənin dərialtı hematoması, qançırı, sağ gözün ağlı qişasına yayılmış qansızma” küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir.( iş vər. 13-14); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər.37). Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun məhkəmədə etirafedici ifadə verməsi ilə yanaşı, Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsi, məhkəmə tibbi ekspertizasının rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321, 321.2.1, 346, 347və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar