Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-81/2020 20.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1966-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məjkumluğu ödənilməmiş və götürülməmiş, barəsində xx xxx 2020-ci il tarixdə “polin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Firdovsi küçəsi, ev 26-da B-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, Firdovsi küçəsi, 26 B ünvanında yerləşən həyət evinin həyətyanı torpaq sahəsində onun razılığı və iştirakı ilə, videoçəkiliş tətbiqi ilə, mütəxəssis iştirakı ilə keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri, baxış, axtarış, təhqiqat, istintaqla müəyyən olunub ki, Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayının əvvəllərində, həmin evinin həyətyanı torpaq sahəsində-məhlədə qablardadibçəklərdə qanunsuz olaraq əkdiyi, alaq otlarından təmizlədiyi, diblərini peyinlə əhatələdiyi, suladığı, aqrotexniki qaydada kultivasiya edərək yetişdirdiyi, əkilib becərilməsi qadağan olunmuş cəmi-03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri dibçəkdə olmaqla əkili vəziyyətdə aşkar olunaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, fərdi işlərlə məşğul olub ailəsini dolandırır. Özü uzun müddətdir ki, «vərəm xəstəliyindən əziyyət çəkir. Oynaqlarında, ağ ciyərlərində və bədəninin müxtəlif yerlərində şiddətli ağrılar baş verdiyindən ağır fiziki işlərlə məşğul ola bilmir. Son vaxtlara qədər xəstəliyi ilə əlaqədar olaraq müxtəlif adlarda dərman preparatları qəbul etmişdir. Lakin, son üç olar ki, dərman preparatları öz effektivliyini itirdiyindən bədənində baş qaldıran ağırları aradan qaldırmamışdır. Buna görə də, bəzən ağrılarına güc gələ bilmək üçün məcbur qalıb naroktik vasitə-qurudulmuş marixuanadan istifadə etmişdir. 2019-cu ilin yanvar ayında CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Yevlax rayon məhəkəmsinin hökmü ilə 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan ayağında elektron cihaz gəzdirir. 2020-ci ilin mart ayının əvvələrində «Kür çayı»nın sağ sahilinin Yevlax şəhəri ərazisindən keçən hissəsindəki meşədə təkbaşına gəzişərkən 3 ədəd qurudulmuş marixana toxumu tapmışdır. Həmin toxumları mart ayının əvvəllərində yaşadığı evin həyətyanı torpaq sahəsində 1 ədədini 1 ədəd dibçəkdə, 2 ədədini isə birlikdə ayrı bir dibçəkdə torpağa basdırmışdır. Toxumlara mütəmadi olaraq qulluq etməyə başlamış, yaxşı inkişaf etmələri üçün diblərini alaq otlarından təmizləmiş, belləyib yumşaltmış, peyin tökmüş və suvarmışdır. Bunların sayəsində becərdiyi üç ədəd çətənə kolları inkişaf edib 0,10-0,50 metrə qədər boy atmışlar. xx xxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində yaşadığı evdə olan zaman evin həyətinə polis əməkdaşları gəlib özlərini təqdim edərək Yevlax rayon polis şöbəsinə evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkib becərməsi ilə bağlı məlumat daxil olduğunu və bu səbəbdən də yaşadığı evin həyətinə baxış keçirilməli olduqlarını demişlər. Ondan yaşıdığı evin həyətinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşduqda etirazı olmadığını bildirmişdir. Polis əməkdaşları onun razılığı ilə evinin həyətyanı sahəsinə video çəkilişlə baxış keçirməyə başlamışlar. Baxış zamanı evinin həyətyanı sahəsində 2 ədəd dibçəkdə əkdiyi cəmi 3 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək kökündən torpaqdan çıxarılaraq götürülmüşdür. Həmin bitkiləri torbaya qablaşdırıb ağzını möhürləmişlər, evin həyətində qeyd edilən kollar aşkar olunsa da, başqa hər hansı narkotik tərkibli bitkilər, narkotik vasitələr və digər cinayət xarakterli əşyalar aşkar olunmamışdır. Baxış başa çatdıqdan sonra tərtib olunan protokolla tanış olaraq digər iştirakçılar kimi həmin protokola imza etmişdir. Törətdiyi cinayət əməlindən səmimi olaraq peşimandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və işüzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı xüsusi rütbəsindədir. 2020-ci il aprelin 29-da saat 17:00 radələrində Yevlax şəhəri, Firdovsi küçəsi, ev 26 B-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik xassəli çətənə bitkilərini əkib-becərməsi barədə daxil olmuşdur. Əməliyyat məlumatı əsasında onun evində və həyətyanı sahəsində əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunaraq bu məqsədlə CAB-nin rəisi X3 rəhbərliyində ondan, Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri polis baş serjantı Şahid3 ibarət tərkibdə əməliyyat-axtarış qrupu yaradıldıqdan sonra həmin tərkibdə və təhqiqatçı Mehman Əsədovla birlikdə Yevlax rayon polis şöbəsinin inzibati binasını tərk edərək Təqsirləndirilən şəxs yaşadığı evə yola düşmüşlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çatdıqdan sonra baxış keçirilməzdən əvvəl onun yaşadığı evin həyətinə təhqiqatçı Mehman Əsədov tərəfindən alim-aqronom Şahid1 Aftandil oğlu dəvət edilmiş, mütəxəssis-aqronoma CPM-nin 96-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra o, Azərbaycan Respublikası CM-nin 300-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. Yevlax RPŞ-nin KTQ-nun baş inspektoru polis mayoru X5 baxış təxirəsalınmaz istintaq hərəkətini video kamera vasitəsi ilə lentə almağa başlamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsinə etiraz edib-etməməsi soruşulduqda o, buna etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində video çəkiliş təbiq etməklə baxış keçirməyə başladıqda yaşadığı evin həyətyanı sahəsindən 2 ədəd dibçəkdə əkilmiş cəmi 3 ədəd spesfik iyli, ətrafları alaq otlarından təmizlənmiş, dibləri yumşaldılıb suvarılmış, peyinlənmiş, xüsusi qaydada düzəldilmiş, narkotik xassəli çətənə kollarına oxşar hündürlükləri 0,10-0,50 sm olan bitkilər aşkar olunmuşdur. Həmin bitkiləri nəzərdən keçirərkən bitki kollarının xüsusi aqrotexniki qaydada qulluq edilməklə əkilib-becərilib yetişdirilmiş və kultivasiya edilmiş narkotik tərkibli çətənə bitkisi olmaları aşkar edilmişdir. Qeyd edilən vaxt alim-aqronom Şahid1 həmin kolları nəzərdən keçirib aqrotexniki qaydada qulluq olunmuş və kultivasiya edilmiş narkotik tərkibli çətənə bitkisi olmaları barədə rəy yazmışdır. Həmin vaxt yaş halda olan 3 ədəd çətənə kolları torbaya qablaşdırılıb möhürləndikdən sonra Mehman Əsədov tərəfindən bu barədə müvafiq protokol tərtib olunmuş, digər iştirakçılar kimi tərtib olunmuş protokol və zərfə imza etmişdir. Aşkar edilən həmin kütlələri ekspertizaya göndərilməsi üçün avtomaşına yükləyib Yevlax rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən PPXB-nün polis nəfəri polis baş serjantı Şahid3 Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, baxış zamanı evinin həyətyanı sahəsində 2 ədəd dibçəkdə əkdiyi cəmi 3 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək kökündən torpaqdan çıxarılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 17/255 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində yapşdırılmış ağ kağızda “Yevlax şəhəri, Firdovsi küçəsi, 26 B ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində dibçəklərdə aşkar olunmuş 1 ədəd” sözləri və imzalar yazılmış sintetik kisənin içərisində hündürlüyü 50 sm, sayı 01 (bir) ədəd olan bitki əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim olunmuş üzərində “ünvan 2 B ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində dibçəklərdə aşkar olunmuş 2 ədəd” sözləri və imzalar yazılmış kağız paketin içərisində, hündürlükləri 10-30 sm, ümumi sayı 02 (iki) olan bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Y.Mahmudovun xx.xx.2020-ci il tarixli aqronom rəyinə əsasən ümumi sayı 03 (üç) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2020-ci il tarixli aqronom-mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Firdovsi küçəsi, 26 B ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsindən akşar edilərək götürülmüş 03 (üç) ədəd narkotik təkibli çətənə kolları tünd-yaşıl rəngli, spesifik iyə malik çətənə bitkisidir. Kollara xüsusi qaydada qulluq edilmiş, suvarılma üçün dibləri düzəldilmiş, kolların inikşafı üçün dibinə peyin verilmişdir. Hündürlükləri 0,10-0,50 santimetr arasındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 374 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 1(039)-71/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı X6 üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 18:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxx 2020-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddəti CMnin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 02 (iki) gün 01 (bir) günə hesablanmaqla 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddət müəyyən olunmalı, CM-nin 67.1-ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. AzərbaycanRespublikasınınCinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kobinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan üç ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 51 (əlli bir) manat 06 (altı) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddəti CMnin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 02 (iki) gün 01 (bir) günə hesablanmaqla 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddət müəyyən olunsun CM-nin 67.1-ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 3 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 51 (əlli bir) manat 06 (altı) qəpik ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 13 (on üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 78 (yetmiş səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 30 (otuz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-81/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-81/2020
20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver