Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-81/2021 27.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Şəki şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və Yevlax şəhəri B.Kərimov küçəsi ev 23 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 24 yanvar 2021-ci il tarixdə saat 10:35 radələrində, Yevlax şəhəri M.Füzuli küçəsində yerləşən Mərkəzi Bazarda, arvadı X3 16 oktyabr 2020-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə həmin bazara gəlməsini görməsi ilə əlaqədar olaraq onun Samirə Qocayeva ilə cinsi əlaqədə olmasını hesab edərək, qısqanclıq zəminində Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə istintaqa məlum olmayan küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətlə sonuncunun sol bud nahiyəsinin yuxarı hissəsindən bir dəfə qəsdən vurub ona “sol budun yuxarı 1/3-nin arxa-iç səthinin deşilmiş-kəsilmiş yarası, xayanın hematoması” xəsarətləri ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2020-ci ilin oktyabr ayında o, Yevlax şəhəri Mərkəzi Bazarın qarşı tərəfindən keçən yolda olan zaman arvadı Samirənin Vilayətin idarə etdiyi avtomobildən düşdüyünü görmüşdür. Samirənin Vilayətin avtomobili ilə gəlməsi onu əsəbləşdirmişdir. O, Samirə və Vilayətlə mübahisə etmiş, sonra isə Yevlax rayon polis şöbəsinə gedərək Vilayətin barəsində şikayət ərizəsi yazmışdır. Həmin vaxtdan sonra Vilayət avtomobilini küçədə dayandırıb ona acıq verməyə başlamışdır. Onların arasında bir neçə dəfə münaqişə baş vermiş və Yevlax rayon polis şöbəsində araşdırma aparılmışdır. Bu səbəbdən o, 2021-ci ilin yanvar ayında Vilayətə bədən xəsarəti yetirməklə qisas almaq qərarına gəlmişdir. 24 yanvar 2021-ci il tarixdə səhər saatlarında o, meyvətərəvəz almaq üçün Yevlax şəhəri mərkəzi bazara getmişdir. O, Vilayətin qayınatası Lətiflə birlikdə bazarda olduğunu görmüşdür. Həmin vaxt Vilayət onu bazarda görmüş, lakin ona heç nə deməmişdir. O, üzərində olmuş meyvə bıçağı ilə Vilayətə bədən xəsarəti yetirmək, bununla da Vilayətdən qisasını almaq qərarına gəlmişdir. Bir neçə dəqiqə sonra o, arxa tərəfdən Vilayətə yaxınlaşmışdır. Həmin vaxt yaxın ətrafda başqa şəxs olmamışdır. Lətif isə Vilayətdən qabaq tərəfdə getmişdir. O, üzərində olmuş meyvə bıçağını çıxarıb Vilayətin sol ayağının bud nahiyyəsinin arxa tərəfindən bir dəfə vurmuşdur. O, geriyə dönüb qaçmış və bazarı tərk edib yola çıxmışdır. O, Vilayətə xəsarət yetirdiyi meyvə bıçağını xatırlamadığı zibilxanaya atmışdır. Bundan sonra o, yaşadığı evə getmişdir. Hazırda əməlindən peşmandır və hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 16 oktyabr 2020-ci il tarixdə səhər saatlarında o, Yevlax şəhər bazarına getmək üçün idarə etdiyi “Ford Transit” markalı **-EA-*** dövlət qeydiyyat avtomobili ilə yaşadığı ünvandan çıxaraq yola düşmüşdür. O, idarə etdiyi avtomobillə Yevlax şəhəri 32-ci məhəllədən keçərkən Zabitin arvadı Samirə yolun kənarında dayanmış və Samirə ona əl işarəsi etmişdir. O, avtomobilini dayandırmışdır. Samirə ona bazara getmək istədiyini, avtomobili ilə Samirəni də aparmağını xahiş etmişdir. O, Samirənin onunla getməsinə etiraz etməmiş və Samirəyə avtomobilə əyləşməsini demişdir. Samirə avtomobilinin qabaq sağ oturacağında əyləşmişdir. O, idarə etdiyi avtomobillə birbaşa Yevlax şəhəri Mərkəzi Bazara getmişdir. O, avtomobilini Bazarın qarşısında dayandırmışdır. Bundan sonra Samirə avtomobildən aşağı düşmüşdür. Həmin vaxt Zabit gələrək Samirədən nə səbəbə onun avtomobili ilə gəldiyini soruşmuş və Samirə ilə mübahisə etmişdir. Samirə bazara gəlmək üçün başqa avtomobil tapmadığını, qonşu kimi onun avtomobili ilə gəldiyini demişdir. Zabit onun barəsində Yevlax rayon polis şöbəsinə şikayət etmiş və araşdırma aparılmışdır. Təxminən bir ay sonra Samirə Zabitin hədəqorxusu ilə Yevlax rayon polis şöbəsinə şikayət edərək guya Samirəni zorladığımı bildirmişdir. Bununla bağlı Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmışdır. 2020-ci ilin dekabr ayında Zabit əlində bıçaqla onun yaşadığı ünvana hücum etmiş, ailə üzvlərinin yanında ona söyüş söymüş və onu öldürəcəyi ilə hədələmişdir. Onun arvadı Aynur mobil telefonla 102-yə zəng edərək hadisə barədə məlumat vermişdir. Zabitin barəsində Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmışdır. Həmin hadisədən sonra Zabit bir müddət görünməmişdir. 24 yanvar 2021-ci il tarixdə saat 09:30 radələrində o, qayınatası Lətiflə birlikdə Yevlax şəhəri Mərkəzi Bazara getmişdir. O, bazarda olarkən Zabiti görmüşdür. O, Zabitin onu izlədiyindən şübhələnmişdir. Sonra Zabit onun gözündən itmiş, o, Zabitin hara getdiyini bilməmişdir. O, Lətiflə birlikdə bəzi əşyalar almış və əllərində daşımışlar. Saat 10:35 radələrində o, piyada olaraq bazarın içərisi ilə bazarın çıxış qapısı istiqamətində hərəkət etmişdir. Lətif də onun yanında getmişdir. Onun əlində olmuş stəkan qutusu sürüşüb çıxdığı üçün o, aşağı əyilmişdir. Həmin vaxt arxa tərəfdən ayaqlarının arasından ona bir ədəd bıçaq zərbəsi vurulmuşdur. O, arxa tərəfə baxmış və Zabitin qaçdığını görmüşdür. Lətif də Zabitin arxasınca qaçmışdır. O, ayağının kəsildiyini və qan axdığını hiss etmişdir. O, dərhal xəstəxanaya getmək qərarına gəlmişdir. O, tək olaraq avtomobilinin yanına getmiş və avtomobilini idarə edərək Yevlax şəhəri Ailə Sağlamlıq Mərkəzinə getmişdir. Həkimlər onu müayinə edib təcili olaraq Mingəçevir şəhər xəstəxanasına getməli olduğunu bildirmişlər. Təcili tibbi yardım avtomobili onu Mingəçevir şəhər xəstəxanasına aparmışdır. Həmin xəstəxanada həkim onu müayinə edərək yarasına tikiş qoymuşdur. Bundan sonra o, evə buraxılmış və ev şəraitində müalicə olunmuşdur. X2 ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun kürəkənidir. 24 yanvar 2021-ci il tarixdə səhər saatlarında o, Vilayətlə birlikdə Yevlax şəhəri Mərkəzi Bazara getmişdir. Onlar bazarda gəzərək müəyyən əşyalar almışlar. Həmin vaxt Vilayət ona Təqsirləndirilən şəxs bazarda olduğunu demişdr. O, ətrafa baxmış, Zabitin yaxınlıqda yerləşən aptekin qarşısında dayandığını görmüşdür. Zabit əvvəllər qısqanclıq zəminində bir neçə dəfə Vilayətlə dalaşmış, bununla bağlı Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmışdır. Zabit onlara yaxınlaşmamış və Vilayətlə dalaşmamışdır. O, Zabitin çıxıb gedəcəyini hesab etmişdir. O, Vilayətlə aldıqları əşyaları əllərində daşıyaraq piyada olaraq bazarın içərisində 20-ci sıra ilə bazarın çıxışı istiqamətində yan-yana getmişlər. Həmin vaxt Vilayət qəflətən qışqırmış, o, ətrafa baxmış və Zabitin oradan qaçdığını görmüşdür. O, Zabitin Vilayəti vurduğunu bilmiş və sonuncunu tutmaq üçün arxasınca qaçmışdır. Zabit qaçıb uzaqlaşmış, o, Zabitə çata bilməmiş və geri qayıtmışdır. O, Vilayətin avtomobili ilə xəstəxanaya getdiyini bilmişdir. Bundan sonra o, da Yevlax şəhər Ailə Sağlamlıq Mərkəzinə getmişdir. Vilayət həmin xəstəxanada olmuş və həkimlər Vilayəti müayinə etmişlər. Vilayət təcili tibbi yardım avtomobili ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparılmışdır. Vilayət xəstəxanadan evə buraxılaraq müalicəsini ev şəraitində davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə-tibbi ekspertizasının 23.02.2021-ci il tarixli 35 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət – sol budun yuxarı 1/3-nin arxa-iç səthinin deşilmiş-kəsilmiş yarası, xayanın hematoması deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən törənmişdir, törənmə müddətləri 24.01.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. (iş vər.54-55); məhkəmə-tibbi kriminalistik ekspertizasının 12.04.2021-ci il tarixli 184-MKTŞ/2021 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthində solda iki ədəd, idman şalvarının arxa səthində solda iki ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənə bilər. (iş vər.132- 133); “qətimkan tədbirinin seçilməsi haqqında” 27 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vər.165-166); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 05 fevral 2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. (iş vər.37); “sübutların qiymətləndirilməsi haqqında” 27 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, bir ədəd idman şalvarı və zərərçəkmiş şəxsin avtomobilindən qan ləkələrinin götürüldüyü bir ədəd pambıq topası maddi sübut hesab edilmiş və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (iş vər. 171- 182); Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, bir ədəd idman şalvarı və qan ləkələrinin götürüldüyü bir ədəd pambıq topası qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-81/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-81/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver