Məhkəmə qərarları › İş №1(039)-81/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-81/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-81/2022 18.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “SOCAR” yanacaq doldurma məntəqəsində yardımçı fəhlə işləyən, Naftalan Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 1(052)-11/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, “08 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən cəzasından 01 bir il müddəti azaldılmış, 01 il 08 gün çəkilməmiş cəzası qalmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, cəmi 0,156 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 24.01.2022-ci ıl tarixdə, saat təxminən 22 radələrində tanışı X1 yaşadığı ünvan 2 ünvanında 10 manata alaraq əldə edib saxlamış, 25 yanvar 2021-ci il tarixdə saat 01:15də Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 01:55-dan 02:20-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış olunaraq nəticəsində üzərində ola həmin 01 ədəd sellofan bükümdə həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitəni müxtəlif şəxslərdən, o cümlədən tanışı X1 pul müqabilində alır. 24 yanvar 2022-ci il tarixdə Elxana zəng edərək narkotik vasitə heroin və tiryək almaq istədiyini bildirmişdir. Elxan söyləmişdir ki, onda həmin narkotik vasitələrdən var və onu yaşadığı Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsinə çağırmışdır. Həmin gün, gecə saatlarında Elxanla həmin küçədə görüşmüşdür. Razılaşdıqları kimi Elxana 10 manat verərək ondan bir bükümdə olan heroin və narkotik vasitə olan tiryəkdir almışdır. Aldığı narkotik vasitələri cibinə qoyub Ü.Hacıbəyov küçəsi ilə yaşadığı ev istiqamətində gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər. Səbəbi kimi narkotik vasitələri üzərində saxlamaqda şübhələrin olduğunu söyləmişlər. Buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Yevlax Rayon Polis Şöbəsinə getmişdir. Şöbədə müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirilmişdir. Bu zaman cibində olan 2 ədəd bükülünü təqdim etmişdir. Suallara cavab olaraq etiraf etmişdir ki, bükülünün içində olan narkotik vasitə olan heroin və tiryəkdir, Elxan adlı şəxsdən 10 manat müqabilində almış və özü istifadə etmək üçün cibində saxlamışdır. Ailənin yeganə qazanc gətirəni olduğunu, himayəsində üç övladının olduğunu, əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 Rafail oğlu bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 yanvar 2022-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında raportla Şöbənin rəhbərliyinə müraciət etmiş və müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsində olduğu müəyyən edilmiş və həmin gün təxminən saat 01:15-də Təqsirləndirilən şəxs həmin küçədə əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsinə dəvət olunmuş və o, heç bir etiraz etmədən onlarla birlikdə Polis şöbəsinin inzibati binasına getmişdir. Polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən iki ədəd bükülü aşkar edilmişdir. Bükülünün birinin içində narkotik vasitə olan heroinə və digərində isə tiryəkə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükülülərdə olanlar narkotik vasitə olan heroindir və narkotik vasitə olan tiryəkdir, həmin narkotik vasitəni tanışı Elxan adlı şəxsdən 10 manat müqabilində almış, bir hissəsindən istifadə etmiş, digər hissəsini isə sonra istifadə etmək üçün üstündə saxlamışdır. Şahid2 bildirmişdir ki, Yevlax RPŞ PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Şöbədə yaradılmış əməliyyat qrupunu üzvü kimi Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdə, gecə saat təxminən 01:15-də Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsində saxlanılmasında və Yevlax RPŞ-nin inzibati binasında onun üzərinə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən iki bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükülünün birində heroin, digərində isə tiryəkdir, hər ikisini 10 manat müqabilində Elxan adlı şəxsdən 10 manata almışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən iki ədəd bükülü aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X3 25 yanvar 2022-ci il tarixli 17/92 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş iki ədəd şəffaf rəngli sellofana bükülmüş” ... sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə olan təmiz çəkisi - 0,156 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfin içərisindəki digər 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,171 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. (səh.39) Məhkəmə-narkoloji ekspertizasının 26 mart 2022-ci il tarixli 359 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.103) Naftalan Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 1(052)-11/2021 nömrəli hökmündən müəyyən olunur ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (səh. 86-92) Yevlax Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli , 7(039)-53/2022 nömrəli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası “8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən cəzasından 01 bir il müddəti azaldılmışdir. Yevlax rayon icra və probasiya şöbəsinin 18 may 2022-ci il tarixli, 189/6 nömrəli məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 7(039)-53/2022 nömrəli qərarı ilə təyin edilmiş cəzadan 1 (bir) il 8 ( səkkiz) gün çəkilməmiş olaraq qalmışdır. Yevlax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmünün surətindən müəyyən olunur ki, X2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tutma haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdə, saat 01:50-də tutulmuşdur. (səh. 17, 18) Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmək haqqında 26 yanvar 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə saat 18:00-da azad edilib. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddə olan şəxsi istehlak miqdarından artıq 0,156 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadəsi, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs ailəlidir, daimi iş yerinə malikdir, ailənin yeganə qazanc əldə edəni olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan övladı var. Bundan başqa qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmandır, hazırkı cinayət işi üzrə istintaqa köməklik göstərməklə digər cinayət əməlinin aşkara çıxarılmasına köməklik göstərmişdir. Qeyd edilən hallar Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, eyni zamanda Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiqdir. Cinayət Məcəlləsinin 67.1 madəsinə əsasən ona təyin ediləcək cəza Naftalan Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Cəzasının əvvəli isə Naftalan Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli hökmü üzrə çəkdiyi cəza üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Bu zaman onun yaşayış yerinin Yevlax rayonu, iş yerinin isə Goranboy rayonunun ərazisində yerləşməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübut, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X5 saxlanılan 0,056 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 48 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 yanvar 2022-cil tarixdən 26 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzaya Naftalan Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 1(052)-11/2021 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 01 (bir) il 08 (səkkiz) gün hissəsi qismən birləşdirməklə qəti olaraq üzərində 3 (üç) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax və Goranboy rayonları ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində Naftalan Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 1(052)-11/2021 nömrəli hökmü üzrə qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X5 saxlanılan 0,056 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar