Məhkəmə qərarları › İş №1(039)-81/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-81/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-81/2023 20.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Nərimanabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi 04yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində Yevlax şəhəri Kür küçəsində saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə aparılmış, üzərində həmin gün saat 20:15-dən 20:40-dək radələrində müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki qara rəngli gödəkcənin sol yan cibində, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda - 0,457 qram çəkidə psixotrop maddə olan metanfetamin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər məhkum edilməmişdir. xx.xx.2023-cü il tarixli protokolla tanış olmuş, özü psixotrop maddə istifadəçisidir, xx.xx.2022-ci il tarixində Bakı şəhərində Əhmədli qəsəbəsində şadlıq sarayında toy şənliyində iştirak edərkən stolun üzərində bir ədəd ağ rəngli sellofan olduğunu görmüş və həmin sellofan bükümü götürüb açdıqda içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüş və həmin psixotrop maddədən özü istifadə etmək üçün stolun üzərindən götürüb cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixində saat 19:30-da radələrində yaşadığı Yevlax şəhəri Kür küçəsində olan zaman o, polis əməkdaşlarını görən zaman qorxmuş və bu zaman polis əməkdaşları ona yaxınlaşmış özünü şübhəli apardığını bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona vəkillərin siyahsı təqdim olunmuş və o, ona təqdim olunmuş siyahıdan Sevda Bəkirovanın onun hüquqlarını müdafiə etməsini istəmiş az sonra müdafiəçi Sevda Bəkirova təmin olunmuş və vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Ona hüquq və vəzifələri izah olunaraq müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilmiş həmin 1 ədəd ağ rəngli sellofana bükülmüş büküm “metamfetaminə” bənzər kütlənin ona məxsus olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdən sonra ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlanaraq DİN-nin zərflər üçün möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Əməlindən peşman olduğunu nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və saxlaması barədə 04 yanvar 2023cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla rəhbərliyə məruzə etmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax RPŞnin xx.xx.2023-cü il tarixli əmri ilə onun, Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2, Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Mehman Əsədovun iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin gün polis əməkdaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Kür küçəsinə getmişlər. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Yevlax şəhəri Kür küçəsində olması barədə onun məlumatı olmuşdur. Onlar Yevlax şəhəri Kür küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və o, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və saxlaması barədə Yevlax RPŞ-nə məlumat daxil olduğunu, saxlanılıb üzərinə axtarış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə axtarış keçirilməli olduğunu izah etmişdir. Onlar Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına TB-nin təhqiqatçısı, polis kapitanı Mehman Əsədovun xidməti iş otağına gətirmişlər. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. X4 tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən X3 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil X2 rayon polis şöbəsinə dəvət edilmişdir. X9 RPŞ-nin inzibati binasının xidməti iş otağında onun, Şahid2 və vəkil Sevda Bəkirovanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmiş, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nun inspektoru Sirac Fərəcov tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. O və digər iştirakçılar özlərini təqdim etmişlər. X6 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, izah etdikdən sonra sonuncudan saxlanılarkən paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təhvil verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükülünü təqdim etdi. Həmin büküm açılaraq içərisinə baxıldı. Bu zaman bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu aşkar edildi. Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixatrop maddə olan metamfitamin olduğunu bildirdimişdir. X6 tərəfindən Təqsirləndirilən şəxs həmin psixatrop maddəni haradan və necə əldə etməsi soruşulmuş, İslamiMəmmədov həmin psixatrop maddəni xx.xx.2022-ci il tarixdə Bakı şəhərində Əhmədli metrosu yaxınlığında şadlıq evində keçirilən toy şənliyində stolun üzərindən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. X6 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixatrop maddə metamfetaminə bənzər kütlələ olan sellofana bükülü elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisinin 0,5 qram olması müəyyən edildi. X6 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixatrop maddə metamfetaminə bənzər kütlə olan həmin bir ədəd ağ rəngli sellofana bükülmüş bükülü bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlanmış, DİN-nin zərflər üçün 85 nömrəli möhürü ilə möhürlənmiş və üzəri yazılaraq imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Mehman Əsədov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuş, o və digər iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Yevlax rayon X10 patrul xidməti bölüyü polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və saxlaması barədə 04 yanvar 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə etmiş, müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin Təqsirləndirilən şəxs həmin vaxt Yevlax şəhəri Kür küçəsində olması barədə onun məlumatı olmuş, polis əməkdaşı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və o, sonuncuya qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və saxlaması barədə Yevlax RPŞ-nə məlumat daxil olduğunu, saxlanılıb üzərinə axtarış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə axtarış keçirilməli olduğunu izah etmişdir. Onlar Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına TB-nin təhqiqatçısı, polis kapitanı Mehman Əsədovun xidməti iş otağına gətirmişlər. X9 RPŞ-nin inzibati binasının xidməti iş otağında onun, Şahid1 və vəkil Sevda Bəkirovanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmiş, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nun inspektoru Sirac Fərəcov tərəfindən video yazı vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükülünü təqdim etdi. Həmin büküm açılaraq içərisinə baxıldı. Bu zaman bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu aşkar edildi. Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixatrop maddə olan metamfitamin olduğunu bildirdimişdir. X6 tərəfindən Təqsirləndirilən şəxs həmin psixatrop maddəni haradan və necə əldə etməsi soruşulmuş, İslamiMəmmədov həmin psixatrop maddəni xx.xx.2022-ci il tarixdə Bakı şəhərində Əhmədli metrosu yaxınlığında şadlıq evində keçirilən toy şənliyində stolun üzərindən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. X6 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixatrop maddə metamfetaminə bənzər kütlələ olan sellofana bükülü elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisinin 0,5 qram olması müəyyən edildi. X6 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixatrop maddə metamfetaminə bənzər kütlə olan həmin bir ədəd ağ rəngli sellofana bükülmüş bükülü bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlanmış, DİN-nin zərflər üçün 85 nömrəli möhürü ilə möhürlənmiş və üzəri yazılaraq imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Mehman Əsədov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuş, o və digər iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. (iş vər. 01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 19-20); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkcənin sol yan cibində, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində narkotik maddə olan metamfataminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq CD disk əlavə olunub).(iş vər. 25-33); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/21 nömrəli rəyindən görünür ki, “şübəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş, içərisində metamfetaminə bənzər kütlə olan 1 ədəd büküm” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki ağ rəngli kağızın içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,457 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin təmiz çəkisi- 0,457 qram tədqiqata sərf edildi- 0,05 qram, qalıq- 0,407 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69.10 manatdır. (iş vər.38-39); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, saat 12.30-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 61-62); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər.87); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 520 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.92); Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 0,407 qram pisixotrop maddə olan metafetamin “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 0,407 qram pisixotrop maddə olan metafetamin saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.92-98); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq 2 saylı İstintaq Təcridxanasının təhvil verilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 6 (altı) gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 25 iyun 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan metamfetaminin qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 yanvar 2023-cü il tarixdən 06 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,407 qram pisixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 69 (atmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 6 (altı) saat 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 39 (otuz doqquz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar