Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-81/2024 05.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, işsiz, Bakı Şəhəri Xətai Rayin Məhkəməsinin 1(011)-96/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax şəhəri, Neft Kəməri küçəsində qeydiyyatda olmaqla, Yevlax şəhəri, Kamil Nəsibov küçəsində yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Xətai rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi olduğu zaman qəsdən təkrarən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,362 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə 10 yanvar 2024-cü il tarixdə saat 14:00 radələrində Yevlax şəhəri Neft Kəməri küçəsində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 14:45 dəqiqədən 15:20 dəqiqəyədək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsi-axtarış nəticəsində onun əynindəki şalvarın sağ yan cibindən qəsdən təkrarən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,362 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, O, narkotik vasitə istifadə etməmiş və istintaq orqanının iddia etdiyi narkotik vasitə onun üzərindən aşkar olunmamışdır. Belə ki, o, cinayət işinin materialında qeyd edilən kimi xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində polis əməkdaşları tərəfindən Neft kəməri küçəsində saxlanılmamış, həmin gün səhərə yaxın saat 04 radələrində polis əməkdaşı Şahid1 tərəfindən yaşadığı Yevlax şəhəri, Kamil Nəsibov küçəsində yerləşən evində yatdığı yerdən polis şöbəsinə aparılmışdır. O, saxlanılan zaman və poliş şöbəsinə aparılan zaman 099 334-70-34 nömrəli mobil telefonu üzərində olmuş və bu hadisəni qonşuları da görmüşdür. Həmin vaxt üzərində hər hansı bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu rayon polis şöbəsinə gətirdikdən sonra Şahid1 tərəfindən onun cibinə narkotik vasitə qoymuş və narahat olmaması və buraxılacağı vədi verilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşlarının narkotik vasitəni üstünə qoymaqda məqsədlərinin nə olmasını bilmir. Narkotik vasitəni polis əməkdaşı Şahid1 onun cibinə çəkilişdən qabaq qoymuşdur. Çəkilişdən öncə bununla razılaşmayacağı təqdirdə ailə üzvlərinin tutulacağı ilə hədələndiyindən çəkiliş zamanı həqiqəti söyləməmiş, üzərindən çıxan heroinin ona məxsus olmasını bildirmişdir. Təqsiri olmadığı və ona qarşı irəli sürülmüş ittiham uydurma, əsasssız olduğu üçün məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 10 yanvar 2024cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat nəticəsində Yevlax şəhəri Neft kəməri küçəsində Təqsirləndirilən şəxs saxlayaraq sonuncunu rayon polis şöbəsinə dəvət etmişlər. Yevlax rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış təhqiqatçının və vəkilin iştirakı ilə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nin baş inispektoru X6 tərəfindən video yazı vasitəsi ilə qeydə alınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd șəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində nə olması soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu, öz istifadəsi üçün üzərində gəzdirdiyini, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürülmənin keçirilməsi nəticələrinə dair protokol tərtib edilmiş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, saxladıqları və baxış keçirdikləri zamanı Təqsirləndirilən şəxs təzyiq və ya hər hansı zorakılıq göstərilməmişdir. Onun istifadəsində olan mobil nömrə 055 234-60-69-dur. Narkotik vasitəni guya Təqsirləndirilən şəxs cibinə onun tərəfindən qoyulması və Təqsirləndirilən şəxs gecə saatlarında evindən polis şöbəsinə aparılması və sonuncuuya hər hansı vədlər verilməsi barədə təqsirləndirilən şəxsin dedikləri yalan və özünü müdafiə xarakterlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin UQSİQnun polis baş serjantı vəzifəsində işləyən X4 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmiş, istifadəsində olan monbil telefon nömrələrinin 050 878-48-88 və 055 312-52-22 olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs onun qaynı olduğunu, onların evlərinin qonşuluqda olmaqla yan-yana yerləşdiyini, 09 yanvar 2024-cü il tarixdən növbəti günə keçən gecə saat dörd beş radələrində qaynı Rəmişin kiçik oğlu Sahibin ağlaya ağlaya onların evinə gələrək atası Təqsirləndirilən şəxs Kərim və digər polis işçiləri tərəfindən postpatrul maşınına qoyularaq apardığını söylədiyini, bu zaman həyətə qaçarkən polis maşının artıq getdiyini gördüyünü, daha sonra səhər saatlarında polis əməkdaşı Şahid1 onların məhlələrində olarkən sonuncu ilə baş vermiş hadisə ilə bağlı dalaşdığını bildirmiş və bu barədə rayon prokurorluğuna şikayət etdiyini qeyd etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxs onun həyat yoldaşı olduğunu, 09 yanvar 2024-cü il tarixdə axşam saatlarında Rəmişin uşaqların evə gec gəlməsinə görə yaşadıqları evlərində uşaqlarla dava – dalaş saldığını, özünün isə baş vermiş söz söhbətə görə həmin gün gedib qonşuluqda olan qaynanasın evində qaldığını, həmin gecə saat dörd beş radələrində kiçik oğlu Sahibin ağlaya ağlaya onların yanına gələrək atası Təqsirləndirilən şəxs polis əməkdaşı Kərim tərəfindən polis şöbəsinə aparıldığını söylədiyini, özünün isə bu hadisəni görmədiyini bildimişdir. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş şahid X2 ifadəsində Təqsirləndirilən şəxs onunla qonşu olduğunu, 10 yanvar 2024-cü il tarixdə səhərə yaxın saat dörd radələrində qonşuluqda səs küyü olduğu üçün küçəyə çıxdığını, həmin zaman Xalidənin səs küy etdiyini, ondan nə olduğunu soruşanda sonuncunun ona yoldaşını Kərim adlı polis işçisinin polis şöbəsinə apardığını söylədiyini, özünün isə orada heç bir polis əməkdaşın gömədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.20-21); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əlindəki göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd səffaf rəngli sellefona bükülmüş bükümün içərisində narkotik olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (müvafiq CD disk əlavə olunub) (iş vər. 29-35); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 17/45 nömrəli rəyindən görünür ki, “şübəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 01(bir) ədəd bükümdə olan narkotik vasitəyə bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,362 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi- 0,362 qram tədqiqata sərf edildi- 0,050 qram, qalıq- 0,312 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69.10 manatdır. (iş vər.42-44); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(iş vər.67-68); Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 0.312 qram miqdarında narkotik vasitə olan heroin və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 0,312 qram miqdarında narkotik vasitə olan heroin saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.70-71); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Xətai Rayon Polis İdarəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi hal-hazırda icraatdadır.(iş vər.89); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-96/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.(iş vər.109-116); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 560 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür.(iş vər.121); Məhkəmənin sorğusuna əsasən Yevlax rayon prokurorluğundan əldə olunmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində gecə saatlarında polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə aparılması və ona qarşı qanunsuzluq edilməsi ilə bağlı Şahid3 müraciəti əsasında Yevlax rayon prokurorluğunda araşdırma aparılmamışdır. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC-dən təqdim olunmuş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli cavablardan və CD disklərdən görünür ki, ********* saylı nömrədə xx.xx.2024-cü il tarixində mövcud olan zənglərin qeydə alındıqları əhatə dairəsinə, qeyd etdiyiniz, ərazini əhatə edən ötürücü stansiyalara dair məlumat təqdim edilmişdir. Həmin nömrədə göstərilən tarixdə SMS və internet istifadəsi aşkar olunmamışdır. ünvan 1 ünvanlarını əhatə edən ötürücü stansiyalara dair məlumat təqdim edilmişdir. Yevlax şəhəri, Neft Kəməri küçəsini müəyyən etmək mümkün olmamışdır (həmin ünvan xəritə üzərində və digər internet şəbəkə resurslarından tapılmadı). Eyni zamanda bildirilir ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC-dən təqdim olunmuş xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli cavablardan və CD disklərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 04-05 radələri və 14.00 radələrində Təqsirləndirilən şəxs istifadəsində olmuş 099 334-70-34 saylı, habelə polis əməkdaşları olan şahidlərin 055 234-60-69 və 055 312-52-22 mobil telefonlarının əhatə dairələri təqsirləndirilən şəxsin istinad etdiyi ərazinin əhatə dairəsi ilə uyğun olmamışdır. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 667019/2 saylı məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-96/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış və cəzasından 04 ay 13 gününü çəkmiş, 01 il 07 ay 13 gün çəkilməmiş olaraq qalmışdır. “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Sahib, xx.xx.2014-cü il təvəllüdlü Vəfa adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 13cü qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin xeyli miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X3 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana təmiz çəkisi 6,09 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar X3 cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilməməsi, habelə onun ittiham aktında göstərilən yerdə deyil yaşadığı evdə saxlanılması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 10 yanvar 2024cü il tarixli protokoldan və həmin əməliyyat tədbirinin videoçəkilişindən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülmüş bükülünü könüllü olaraq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, könüllü təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükülmüş bükülünün içərisindəki heroindir. O, həmin heroini təxminən 3 ay bundan əvvəl Bakı şəhərində tanımadığı İran Respublikasının vətəndaşından 5 qramını 160 manata almış və özünün istifadəsi üçün saxlamışdır; - İstintaq zamanı Təqsirləndirilən şəxs etirafedici ifadə vermişdir. Həmin ifadədən görünür ki, təxminən 3 ay bundan əvvəl Bakı şəhərində tanmadığı İran Respublikasını vətəndaşından aldığı bir ədəd şəffaf rəngli rəngli sellofan bükülmüş bükülüdə olan heroini üzərində saxlamışdır ki, gələcəkdə istifadə etsin. O, xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Yevlax şəhəri Neft Kəməri küçəsində olan zaman iki polis əməkdaşları ona yaxınlaşmış və onun narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyini bildirmişdirlər. O, həmin ərazidə onu tanıdıqlarını polis əməkdaşlarına bildirərək üzərində şəxsi axtarışın polis şöbəsində keçirilməsini xahiş etmişdir. Polis əməkdaşları onun xahişini nəzərə alaraq onu polis şöbəsinə dəvət etmişdirlər. Yevlax rayon polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə hərəkətləri aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı onun əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülmüş bükülüdə olan heroin aşkar edilərək götürülmüşdür. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş, qablaşdırılmış və üzəri möhürlənərək ekspertizaya göndəriləcəyi bildirilmişdir. O, həmin narkotik vasitə olan heroin özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun narkotik vasitə olan heroin satmaq niyyəti olmamışdır. O, heroini özü istifadəsi üçün üzərində saxlamışdır. O, heç kiməsəyə narkotik vasitə və ya heroini satmamışdır; - Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 560 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür; - Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş Şahid3, Şahid4 və X2 təqsirləndirilən şəxsin yaşadığı ünvandan polis əməkdaşları tərəfindən aparılmasını 3-cü şəxsin sözlərinə yəni təqsirləndirilənin azyaşlı övladının fikirlərinə istinad olaraq bildirmiş, habelə Şahid3 hadisə ilə bağlı rayon prokurorluğuna şikayət etdiyini bildirsə də, bu hal Yevlax rayon prokurorluğunun məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubu ilə inkar olunur; CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşıması ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (ay) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci və 66.5-ci maddələrinə əsasən qismən toplanılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını, cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaqla, həmin hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş hissəsi və şübhəli şəxs qismində saxlanıldığı 4 (dörd) gün müddət hazırki hökmlə təyin edimiş cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 05 dekabr 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan heroin qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 2 il azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər tutulmaqla 1 il azadlıqdan məhrum etmə cəzası, CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin, hazırkı iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və əvvəlki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 4 gün və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il hökmü ilə təyin olunmuş cəzadan çəkilmiş olan 4 ay 13 gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər tutulmaqla 2 ay 07 gün, cəmi 2 ay 11 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 il 03 ay 19 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,312 qram narkotik vasitə olan herion hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-81/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-81/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver