Məhkəmə qərarları › İş №1(039)-81/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-81/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-81/2025 02.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10, Barəsində xüsusi ittihham qaydasında şikayət verilmiş şəxs X6 və onun nümayəndəsi (vəkil) Müdafiəçi iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X21 Azərbaycan Respublikasının CM-in 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə X18 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X18 xusüsi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X7 CMin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki Vəkillər Kolleqiyasın üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosusnun Vəkili olaraq vəkillik fəaliyyəti ilə məşqul olmaqla yanaşı eyni zamanda Bakı 13 saylı X4 vəzisində çalışır. 06 aprel 2025-ci il tarixdə Mediasiya Şurası tərəfindən yaradılmış və 53 sayda üzvü olan Votsab sosial şəbəkəsində olan “MT Rəhbərləri Qrupu” adlı qrupda X13 onun şəxsiyyətinə təhqir və böhtanla dolu məlumatlar yayaraq, onu saxtakarlıqda, oğurluqda və digər cinayətlər törətməkdə ittiam etməklə ictimaiyyət arasında nüfuzuna xələl gətirən mesaj yazmışdır. Yazışma aşağıdakı kimi olmuşdur: Nigar Hüseyzadə: Salam hörmət etdiyim‼ təskilat rəhbərləri. Bir müddət bundan əvvəl burda qaydadan qanundan danisan biri "! " bizlər bu qrupda fikirlərimizi bildirəndə yazmisdiki bazar gününü nəzərə alın, gecə vaxtini nəzərə alin, həm qadinarin həm kisilərin yerinə utanıram ))). Amma nəyimizdən bilmirəm, rəhbərimizin əlini sixib gedib harasa satmisiqmi, kiməsə quyu qazmisiqmi, is oguramisiqmi....Kimdə nə yoxdu ondan danisir, hansi nüfüzdan, hörmətdən, statusdan danisirsiz )) Siz 3 kimdənsə utanirsizsa, Bizdər siz 3-dən utaniriq. Bəzi şərhləri oxuyanda mən qadınligimlan bəzi kisilərin yerinə utaniram. Kisinin kisiyə sözü olanda onun nüfuzuna toxunmadan ilk özünə deyələr lazım olsa belə kisi kimi kömək edərlər. Məndə bir təskilat rəhbəriyəm, burda düzgünükdən danisanar))) 3-4 səhfə görə koleqamızı lınç edənər, alcaldib, sındırmaq istəyənər, əsas odurki hec kimin sənədini oguramirki, hər iki tərəf rayon qeydiyyati oldugunu görüb sənədi oguruyub aidiyyəti olmadigi məhkəməyə "saxta "Arayis vermurki. Özüdə, özunə bənzər mediatoruda ələrində oguruq sənəd tutub vətəndasa "mənə" qanun öyrədəsən demirki". Burdan görünür sizin " savadiniz ". Mediasiyadan pul qazancınız yoxdursa, cibinizdən niyə pul xərcliyirsiz ???? maraq nədi???. Bu qədər aqresiya, paxılıq, nifrət hardandı. Bu gün burda Hümbət m linç edənər altan altan mənimdə isdərimi ogurayanardi. Bir kənardan özünüzə baxın, insan adını dasıyan bunu bilməlidi. Hümbət m sizi təbrik edirəm, həm də cox sagolun ki yenədə coxların uzünü göstərdiz. Kənardan cox pis görsənirsiz, ayibdi, Mediasiya ailəsi sizdərdən utanır. Biri burda vurgulayırki Dövlətin burda olanardan xəbəri yoxdu, rahat olun dövlətin sizdərdən xəbəri var. Nadir m sizdən cox xahis edirəm dövlətin qarsisinda məcburiliklə baglı məsələ qaldirin qoy bu is davasi, təskilat davasi qurtarsln. İlham Mehtiyev: “Bu 3 lük dediyinizdən yəgin ki Mayıl m məni nəzərdə tutursunuz..Ən maraqlısı odur ki biz olanda nəzarət edəndə belə biyabırçılıqlar olmurdu...nəzarət diqqət var idi...qətiyyən mən nə Auditə nə də başqa Komitəyə üzv oçmaq istəyim yoxdur sadəcə bu bir fakdır....” Nigar Hüseyzadə: 3 nu duz tapmisiz, ele sizdere İntizami, Auditeydi havale etmek biabirciliqin en pik noqtesi olub. Qaldi nizamnameni bilib bilmemeyimiz ordan durun, Mediasiyada butun qanunlari, intizami pozan siziz, teskilatimin isin ogurutanardan en boyuyu ele sizsiniz, eger bunada huquqi qiymet vermek isteyirsiz buyurun lazimli quruma muraciet edin ki sizin seriyirem ))men lazimli seviyede cixacam qarsiniza. Qeyd edilmiş yazılardan müəyyən edilən odur ki, Nigar Hüseyzadə onu oğurluqda ittiham edir, qanunları pozan şəxs kimi cəmiyyətə təqdim edir, onun Daxili Audit Komitəsində olan fəaliyyətini biyabırçılıq adlandırmışdır. Bütün bunları onun şəxsiyyətini şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltması istər Vəkillik istər isə Direktorluq fəaliyyətinə mənfi təsir göstərmişdir, bütün bunlar şərəf və ləyaqətinin alçaldılması, böhtan və təhqir kimi qəbul edir. Şikayət olunan şəxsin yazılarını qrupda olan bütün üzvlər oxumuşdur hətta 2 nəfər bunu bəyənərək ürək işarəsi qoymuşdur (şikayətə əlavə edilir). X2 aşağıdakıları qeyd etmişdir:

1. “Teskilatimin isin ogurutanardan en boyuyu ele sizsiniz” – Oğurluq Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə aşağıdakı kimi qeyd edilmişdir: Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamadır ki, bu da öz növbəsində ona böhtan ataraq oğurluqda ittiham etməkdir, Cinayət Məcəlləsinin 147.1-ci maddəsini sanksiyasının təsiri altına düşür. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma.

2. “Mediasiyada butun qanunlari, intizami pozan siziz”. Qeyd edilməlidir ki, bütün bunlar X13 tərəfindən yalan olduğunu bilə-bilə paylaşılmışdır ki, bu da öz növbəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyasının təsiri altına düşür. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma.

3. Daxili Audit Komitəsində olan fəaliyyətini biabırçılıq adlandırmışdır ki, bu da öz növbəsində Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyasının təsiri altına düşür. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma.

4. "saxta "Arayis vermurki - Bu hissəyə dair qeyd edilməlidir ki, Arayış dedikdə Mediasiya Porsessinin yekun nəticəsinə dair verilmiş arayış nəzərdə tutulur ki, həmin sənəd rəsmi sənəd hesab edilir. Cinayət Məcəlləsinin Maddə 313. Vəzifə saxtakarlığı, Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədilməsi hesab edilir. X2 ona böhtan atmış və təhqir etmişdir, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymaqla qeyd edilmiş cinayəti törətmişdir. Bütün yuxarıda qeyd edilənləri votsap qrupunda edilmiş paylaşımları qrupda olan 53 şəxsdən əlavə adları aşağıda qeyd edilmiş şəxslər şahid olmuşdur: Şahid: 1. X19, Qusar rayonu X4 vəzifəsində işləyən, xx.xx.1969-cu ildə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı. Ünvan: Qusar Rayonu, Qusar Şəhəri, Müqtədir Küçəsi, Ev 285 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan (telefon: ***-***-**-**). Şahid 2. X24 Bakı 8 saylı X4 vəzifəsində çalışan xx.xx.1978-ci ildə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı. ali təhsilli. Ünvan: ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan (telefon: ***-***-**-**). Şahid 3. X1 X4 vəzisində çalışan xx.xx.1962-ci ildə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı. ali təhsilli. Ünvan: ünvan 4 ünvanında yaşayan (telefon: ***-***-**-**). Adları qeyd edilmiş şahidlər barəsində yayılmış böhtan və təhqir xarakterli məlumatları sözügedən votsap qrupunda izləmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 5-ci bəndində vurğulanmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmçinin qeyd olunmalıdır ki, Qərarının 4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (X11rşı, 27 mart 1996-cı il). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (De Haes və Gijsels Belçikaya qarşı və Kolombani və digərləri Fransaya qarşı). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (Lingens Avstriyaya qarşı). Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Qeyd edilən qərarın 12-ci maddəsində göstərilir ki, Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Barəsində şikayət verilən şəxs X13 xx.xx.1978-ci ildə Yevax şəhərində doğulmuşdur, Ağdərə rayonu Şırxavənd kəndində qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayır və Yevlax şəhəri, Heydər Əliyev prospekti 42 ünvanında işləyir. Hesab edir ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi üçün onun cinayət məsuliyyətinə cəlb edilərək, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X18 şikayətin dəlillərinə uyğun çıxış edərək, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 məhkəmənin hazırlıq iclasında şikayətin dəlillərini əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının təyin edilməsindən imtina edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 nümayəndəsi nümayəndəsi (vəkil) Müdafiəçi məhkəmənin hazırlıq iclasında şikayətin dəlillərini əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının təyin edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, X7 CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 xüsusi ittiham qaydasında şikayətinə baxılması Yevlax Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Belə ki, iş materiallarından müəyyən edilir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 rayonu Sırxavənd kəndində qeydiyyatdadır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətin verilməsinə əsas olmuş məlumatların yayıldığı internet informasiya ehtiyatı olan “Whatsapp” sosial şəbəkəsinin qeydə alındığı ünvanı müəyyən etmək mümkün deyildir. Buna görə də xüsusi ittiham qaydasında şikayət, bu şikayətin verilməsinə əsas olan məlumatları yayan şəxsin, yəni X7 yaşadığı ünvan üzrə məhkəməyə verilməlidir. Həmin ünvan isə (Ağdam rayonu, Sırxavənd kəndi) Ağdam Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. CPM-in: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsidir; 302.1 və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2 və 302.2.1-ci maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətə, xüsusi ittiham qaydasında şikayət verilməsinə əsas olmuş məlumatları yaymış şəxsin yaşayış ünvanı üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, X6 CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmalı və şikayət baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 74.1, 75.1, 299.1, 299.3.1, 300.1.4, 302.1.1, 302.2.1 və 302.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar