Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-82/2021 24.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs X3 iştirakları ilə xx xxxxxxxx 1975-ci il tarixdə Kəlbəcər rayonu, Qanlıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 04 04 may 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Kəlbəcər rayonu, Qanlıkənd kəndində qeydiyyatda olan, Yevlax rayonu, Aran qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə saat 10 radələrində Yevlax rayonunun Aran qəsəbəsində «Boz dağ» adlanan ərazidə Zərərçəkmiş şəxs ilə əvvəlcədən aralarında mübahisəli olan torpaq sahəsində hər ikisinin heyvan otarması üstündə aralarında baş vermiş mübahisə zamanı həmin boş torpaq sahəsində Təqsirləndirilən şəxs əlindəki ağacla Zərərçəkmiş şəxs sol kürək nahiyyəsinə qəsdən bir dəfə vuraraq ona sol qoltuqaltı nahiyyənin dərialtı hemotoması və qançırı, sol qabırğaaltı nahiyyənin qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Kəlbəcər rayon məcburi köçkünüdür. Yevlax rayonu, Aran qəsəbəsində «Boz dağ» adlanan ərazidə Şahid1 pay torpaq sahəsində qardaşı İlyasla birlikdə məskunlaşıb yaşayırlar. Onların yaşadığı yerin qonşuluğunda torpaq sahəsi var. Həmin torpaq sahəsinin sahibi onlara orada heyvan otarmağa imkan vermir, yalandan bildirirlər ki, torpaq sahəsi onlara məxsusdur. 16 fevral 2021-ci il tarixdə saat 10 radələrində sahədə heyvan otararkən qonşu torpaq sahəsinə nəzarət edən Zərərçəkmiş şəxs oraya gələrək onu və qardaşını təhqir edərək heyvanları sahədən çıxartmasını bildirmişdir. O, Amidə torpaq sahəsinin Məhəmmədə aid olduğunu və heyvanları sahədən çıxartmayacağını demişdir. Bunun üstündə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı əlindəki ağacla bir dəfə Amidin sol böyründən vurmuş və onları qardaşı İlyas və Amidin yanında olan Ələmdar aralamışdır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Yevlax rayonu, Aran qəsəbəsində «Boz dağ» adlanan ərazidə torpaq sahəsi var həmin torpaq sahəsinə nəzarət edir. Qonşu torpaq sahəsi Aran qəsəbəsində yaşayan Məhəmməd adlı şəxsə məxsusdur. Məhəmmədin torpaq sahəsində Kəlbəcər rayonundan olan Mətləb və İlyas adlı qardaşları yaşayır. Onlar özlərinə məxsus heyvanları Məhəmmədlə aralarında olan mübahisəli torpaq sahəsində otarırlar. Onlara dəfələrlə orada heyvan otarmamaları bildirilsə də, onlar ona məhəl verməmişlər.. 16 fevral 2021-ci il tarixdə saat 10 radələrində o, tanışı Ələmdarla birlikdə özlərinə məxsus heyvanları həmin mübahisəli yerdə otararkən İlyasla qardaşı Mətləb oraya gəlmişdir. Mətləb heyvanları oradan çıxartmasını deyərək onunla mübahisə etmiş və sonra əlindəki ağacla onun sol böyrünə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt İlyas və Ələmdar onları aralamış və o, heyvanları oradan çıxarıb fermaya aparmışdır. Hazırda Təqsirləndirilən şəxsla münasibətləri yaxşıdır və onunla barışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Haxverdi oğlu ifadəsində göstərdi ki, Yevlax rayonu, Aran qəsəbəsində boz dağ deyilən ərazidə Aran qəsəbəsində yaşayan Məhəmməd adlı şəxsin pay torpaq sahəsində məskunlayıb yaşayır Orada ondan başqa qardaşı Mətləbdə ailəlikcə yaşayır. Biz heyvanlarımızı boz dağ deyilən ərazidə otaran yerin yaxınlığında Azər Şahverdiyevin ferması var. Fermaya Zərərçəkmiş şəxs nəzarət edir. 16 fevral 2021-ci il tarixdə təxminən saat 10 radələrin olardı qardaşı Mətləblə birlikdə yerlərində heyvanlarını otaran zaman Azərin fermasından heyvanları otaran bir neçə nəfər şəxs onlara tərəf gəlmişdir. O və qardaşı Mətləb həmin şəxslərə yaxınlaşdıqda heyvanları gətirən Amid, Azərin fermada sürücüsü Ələmdar və çobanları olduğunu görmüşlər. O və qardaşı Mətləb Amidə bura sizin yer deyil deyərək heyvanları geri qaytarmasını demişlər. Həmin vaxt Amid onları təhqir etmişdir. Bu səbəbdən aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Mətləb əlindəki ağacla Amidin bir dəfə sol böyründən vurmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 may 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən məhkəmətibbi ekspertizasının 16 fevral 2021-ci il tarixli 63 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sol qoltuqaltı nahiyənin dərialtı hematoması və qançırı, sol qabırğaltı nahiyənin qançırı küt alətin-alətlərin (əyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 16 fevral 2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən məhkəməpsixatrik ekspertizasının 04 may 2021-ci il tarixli 239 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərinə qiymət vermək, öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Göygöl rayon İHB-nın Çaykənd kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını və ona dəymiş olan ziyanın ödənilməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Eləcə də Təqsirləndirilən şəxsda məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia verilməmiş, ekspertiza xərci və maddi sübut yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 9 (doqquz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-82/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-82/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver