Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-82/2022 10.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Goranboy rayonu, Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, barəsində 01 noyabr 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Goranboy rayonu, Səmədabad kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 30 oktyabr 2021-ci il tarixdə saat 22:30 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonunun, Nemətabad kəndi ərazisindən keçən hissəsində tanışı Şahid1 60 manat müqabilində ayrı-ayrılıqda 9 ədəd bükümlərdə 1,06 qram, 0,77 qram, 0,84 qram, 077 qram, 088 qram, 0,79 qram, 1,12 qram, 0,84 qram, 0,41 qram, ümumi təmiz çəkisi 7,48 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək özündə saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən 30 oktyabr 2021-ci il tarixdə saat 23:00 radələrində Yevlax rayonu ərazisində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, üzərində həmin gün saat 23:20 dəqiqədə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində üzərindən 8 ədəd kağız bükülülərdə və ona məxsus “Mersedes” markalı, ** KF *** dövlət nömrə nişanlı avtomobilin sağ ön oturacağın altından isə 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olmaqla Ramil Şahsuvarovdan 60 manat müqabilində aldığı cəmi 7,48 qram şəxsi istehlak miqdarından artıq miqdarında narkotik qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan arada bir istifadə edir. 30 oktyabr 2021-ci il tarixdə axşam saatlarında Yevlax şəhərində yaşayan dostu Raminə zəng edərək bir kibrit qutusu qurudulmuş marixuana təşkil etməsini bildirmişdir. Ramin də ona «60 manat verərsən təşkil edərəm» demişdir. Həmin gün axşam saatlarında özünə məxsus avtomobilə Gəncə şəhərindən çıxaraq Raminlə görüşüb narkotik almaq məqsədilə Yevlax şəhərinə yola düşmüşdür. Yolda həmkəndliləri Anarı və Elvinə də Goranboy rayonuna gətirmək üçün öz avtomobilinə götürmüşdür. Özü yorğun olduğu üçün Elvindən onun avtomobilini idarə etməyi xahiş etmişdir. Həmin axşam saat təxminən 22:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayon ərazisindən keçən hissəsində Elvinə avtomobili döndərib Gəncə istiqamətində saxlamasını bildirmişdir. Avtomobili saxladıqdan sonra dostu Ramin də özünə məxsus avtomobilə gəlib onların arxa tərəfində avtomobili saxlamışdır. O, avtomobildən düşərək Raminin yanına getmiş və Raminə 60 manat pul vermişdir. Ramin də ona əvvəlcədən hazırladığı 9 büküm narkotik vasitə olan qurudulmuş marixuana vermişdir. Marixuananı əynindəki şalvarın sol yan cibinə qoyaraq Raminlə sağollaşmış və gəlib özünə məxsus avtomobilin ön sağ oturacağında əyləşmiş və Elvinə getməli olduqlarını bildirmişdir. Onlar bir qədər irəli qabağa getdikdən sonra polis əməkdaşları onları saxladaraq narkotik vasitələrin saxlamasında və istifadəsində şübhəli olduqlarını deyərək onu avtomobilə birlikdə polis şöbəsinə gətirmişlər. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, 8 ədəd kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuananı əynindəki şalvarın sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Bükülülərin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin marixuananı Yevlax şəhərində yaşayan dostu Ramindən 60 manata aldığını demişdir. Həmin marixuananı Ramindən alan zaman 9 ədəd bükülülərdə olmuş və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı həmin marixuanaları kağız bükümlərlə birlikdə elektron tərəzidə çəkmiş və çəkisi cəmi 8,16 qram olmuşdur. Bundan sonra təhqiqatçı onun və müdafiçisi Zaur Bərxudarovun iştirakı ilə ona məxsus avtomobilə baxış keçirmiş, baxış zamanı Ramindən aldığı bükümlərdən avtomobilin ön qabaq sağ oturacağın altından 1 ədədi aşkar olunmuş dur. Həmin 1 ədəd bükümün Ramindən aldığı bükümlərin içərisində olduğunu avtomobildən düşərkən cibindən avtomobilin sağ qabaq oturacağın altına düşdüyünü bildirmişdir. Təhqiqatçı həmin 1 bükümdə olan marixuananı da kağız bükümlə birlikdə elektron tərəzidə çəkmiş və çəkisi cəmi 0,98 qram olmuşdur. Məhkəmədən törətdiyi əməldən səmimi peşmançılığını, himayəsində iki azyaşlı uşağının olmasını və bir daha belə hallara yol verməyəcəyini bildirərək, barəsində hbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid4 ifadəsində göstərdi ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə satmış şəxs Yevlax şəhər sakini Şahid1 31 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsində saxlayaraq Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək müstəntiqə təhvil verilmişlər. RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 Şahid1 gətirilməsi barədə raport yazmışdır. Müstəntiq Şahid1 şübhəli şəxs qismində tutmuşdur. Müstəntiq xidməti iş otağında onun, əməliyyatçı Şahid3 və Müdafiəçi iştirakı ilə Raminin üzərində şəxsi axtarış aparılmışdır. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Ramin əynindəki şalvarın sol yan cibindən 60 manat, şalvarın sağ yan cibindən isə 101 manat pul çıxardıb təqdim edərək əynindəki şalvarın sol yan cibindən çıxartdığı 60 manat pulu dostu Elnura vermiş olduğu narkotik vasitə qurudulmuş marixuananın əvəzində Elnurdan aldığını bildirmişdir. Müstəntiq həmin 60 manat pulu iş üçün əhəmiyyət kəsb etdiyindən ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Ramin və müdafiəçisi Müdafiəçi zərfin üzərinə imza çəkmişlər. Bundan sonra Raminin üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Hüseyn oğlu ifadəsində göstərdi ki, Gəncə şəhərində yerləşən avtoservizdə elektirk işləyir. Təqsirləndirilən şəxs onunla qonşu kəndə yaşayır. Elnur onun işlədiyi yerdə taksi kimi fəaliyyət göstərir. Onun avtomobili olmadığı üçün arada bir Gəncə şəhərindən Elnurla birlikdə yaşadığı kəndə gedib gəlmişdir. 30 oktyabr 2021-ci il tarixdə axşam saatlarında işlədiyi avtosalandan çıxıb Gəncə şəhərinin çıxacağında dayanıb yaşadığı kəndə getmək üçün avtomaşın gözləyən zaman, Elnur özünə məxsus «Mersedes» markalı avtomaşınla onun yanında dayanmış və ona «kəndə gedirəm gəl gedək» demişdir. Elnur avtomobildən düşmüş və ona yorğun olduğu üçün avtomobili sürməsini xahiş etmişdir. Həmin vaxt həmkəndlisi Anar da Elnurun avtomobilində olmuşdur. Elnur qabaq sağ oturacaqda əyləşmiş, Anar isə arxa oturacaqda əyləşmişdir. X9 şəhərində bir nəfərlə görüşüb qayıtmalı olduğunu və onunla yoldaşlı gedib qayıtmalarını xahiş etmişdir. Onlar Yevlax şəhərinin girəcəyinə çatdıqda Elnur ona avtomaşını saxlamağı bildirmiş, o, avtomaşını saxladıqdan sonra qara rəngli «Priyora» markalı avtomobil gəlib onların avtomobilinin arxa tərəfində saxlamışdır. Elnur düşüb həmin avtomobilin sürücüsü ilə 1-2 dəqiqə söhbət edib qayıdıb gəlib avtomaşına əyləşmiş və getmələrini bildirmişdir. O, da avtomobili idarə edərək Goranboy rayonu istiqamətində hərəkətə başlamışdır. Bir qədər hərəkət etdikdən sonra polis işçiləri onları saxlatmış və Elnura narkotik vasitələrin saxlamasında və istifadəsində şübhəli olduğunu deyərək onları polis şöbəsinə aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Elnur gorüşdüyü şəxsdən narkotik vasitə almış və həmin narkotik vasitə Elnurun üstündən və avtomaşınından aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin şəxsdən narkotik vasitə almasından və saxlamasından nə onun nədə ki, həmkəndlisi Anarın xəbərləri olmamışdır. İş üzrə şahid Yevlax RPŞ-nin DYPB-nin YPX baş inspektoru polis kapitanı X3 məhkəməyə ərizə ünvanlayaraq işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. X3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, əldə etməsi və üzərində saxlaması barədə 30 oktyabr 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra Şahid2 Elnurun barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 30 oktyabr 2021-ci il tarixli əmri ilə Şahid2, onun, və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X2 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Yevlax rayon polis şöbəsinin CAB-nin rəisi, polis mayoru X5 həmin qrupun rəhbəri təyin edilmişdir. Həmin gün saat 22:30 radələrində o, polis əməkdaşı Şahid2lə birlikdə Bakı-Qazax yolunun Yevlax rayonu, Nemətabad kəndi ərazisində Elnuru ona məxsus avtomobilə birlikdə saxladaraq Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X4a təhvil vermişlər. X4 Şahid2 tərtib etdiyi sənədlər əsasında Elnuru şübhəli şəxs qismində tutmuşdur. Xidməti iş otağında Elnur Cəlilov onun, Şahid2 və müdafiəçi Zaur Bərxudarovun iştirakı ilə Elnurun üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Elnur əynindəki şalvarın sağ yan cibindən 8 ədəd kağız bükümlərə bükülmüş bükülüləri təqdim edərək bükülülərin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı Yevlax şəhərindən olan dostu Ramindən 60 manata aldığını bildirmişdir. Elnur Cəlilov həmin kütlələri kağız bükümlərlə birlikdə elektiron tərəzidə çəkmiş, qurudulmuş marixuanalara oxşar kütlələrin çəkisi cəmi 8,16 qram olmuşdur. Bundan sonra Elnurun üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və müdafiəçisi Zaur Bərxudarovun iştirakı ilə Təqsirləndirilən şəxs avtomobilinə də baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilinin ön sağ oturacağın alt hissəsindən də 1 bükümdə narkotik vasitə olan qurudulmuş marixuana akşar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükülüdəkinin də narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı da Ramindən aldığı bükülüərin içərisində olduğunu, avtomobildən düşən zaman həmin 1 ədəd bükülünün cibindən avtomobilin ön sağ oturacağın alt hissəsinə düşdüyüqü bildirmişdir. Elnur Cəlilov həmin kütləni kağız bükümlə birlikdə elektiron tərəzidə çəkmiş, qurudulmuş marixuanaya oxşar kütlənin çəkisi cəmi 0,98 qram olmuşdur. Bundan sonra Elnurun avtomobilinə keçirilmiş baxış başa çatmışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satması barədə onun məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 30 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş video çəkililşdən görünür ki, Təqsirləndirilən şəxs 8 ədəd kağız bükümlərə bükülmüş içərisində narkotik vasitə qurudulmuş marixuananı əynindəki şalvarın sağ yan cibindən özü könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 17/779 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar olunmuş kütlələr” sözləri yazılmış zərfin içərisindəki 08 (səkkiz) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,06 qram, 0,77 qram, 0,84 qram, 0,77 qram, 0,88 qram, 0,79 qram, 1,12 qram, 0,84 qram, ümumi təmiz çəkisi 7,07 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən aşkar olunaraq götürülmüş kütlə” sözləri yazılmış zərfin içərisindəki 01 (ədəd) gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 30 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 noyabr 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1576 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü Mübariz və 2017-ci il təvəllüdlü Hilal adlı iki azyaşlı uşağı var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Goranboy rayon İHB-nın Səmədabad kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 oktyabr 2021-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Goranboy rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Goranboy rayonu, Səmədabad kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz 7,30 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməldir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 oktyabr 2021-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Goranboy rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Goranboy rayonu, Səmədabad kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Goranboy rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkoloji kobinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi ?,30 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Goranboy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-82/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-82/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver