Məhkəmə qərarları › İş №1(039)-82/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-82/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-82/2023 10.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə

14. yanvar 1988-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Biləsuvar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 1 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs" qətimkan tədbiri seçilmiş və hazırda Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında saxlanılan

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 may 2023-cü il tarixdə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq

MÜƏYYƏN ETDİ:

Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib saxlamış və eyni zamanda qəsdən qanunsuz olaraq odlu silahı əldə etmiş, saxlamış, gəzdirmiş və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda 01 ədəd avtomatik döyüş silahını, 09 (doqquz) ədəd patronları və 1 ədəd patron sandıqçasını satış məqsədilə əldə edərək əlində olan sintetik torbanın içərisində gəzdirərək daşımışdır. xx.xx.2023-cü il tarixdə, saat 18:10-da Təqsirləndirilən şəxs həmin döyüş silahını, patronları və sandıqçanı istintaqla müəyyən edilməyən şəxsə satmaq məqsədilə əlində olan sintetik torbanın içərisində gəzdirməklə Yevlax şəhəri E.Məmmədov küçəsində daşıyan zaman Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-nə gətirilmiş və əlindəki sintetik torbaya keçirilmiş şəxsi axtarış nəticəsində torbanın içərisindən 01 ədəd 1328814№-li zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibirli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı yivli odlu, konstruktiv dəyişikliklərə məruz qalmamış avtomatik döyüş silahı, 09 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalbrli yivli döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlar və 1 ədəd “Kalaşnikov” konstruksiyalı, silahların komplekt hisəsi olan 30 ədəd 5,45 mm kalbrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış sandıqça aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01(bir) ədəd sellofan bükümdə 0,831 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 18:10-da Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax RPŞ-nin əməkdaşları tərəfindən Yevlax şəhəri E.Məmmədov küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib orada onun üzərinə həmin gün keçirilmiş şəxsi axtarış nəticəsində əynində olan şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 01(bir) ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,831 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Uzun illərdir ki, narkotik maddə istifadəçisidir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı Yevlax şəhəri Füzuli küçəsində küçədən bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükülü tapmışdır. Həmin bükülünü açıb baxdıqda içərisində narkotik maddə olan heroinə bənzər kütlənin olduğunu görmüşdür. O, özü arada narkotik istifadə etdiyi üçün həmin kütlənin narkotik maddə olan heroin olduğunu bilmiş və istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində evdə gizlətdiyi 2022-ci ilin oktyabr ayında Yuxarı Qarabağ kanalının Yevlax rayonu Malbinəsi kəndi ərazisindən keçən hissəsindən tapdığı 1 ədəd AK-74 avtomatı, həmin avtomata məxsus 9 ədəd güllə və 1 ədəd sandıxçanı (daraq) satmaq üçün Kür çayı sahilinə gedərkən, Yevlax RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq onun qanunsuz olaraq narkotik vasitələri və odlu silahı üzərində saxlamasında şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış aparılan zaman onun göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükülü aşkar edilmişdir. Həmin bükülüyə baxış zamanı onun içərisində narkotik maddə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmçinin onun əlindəki 01 ədəd sintetik torbaya baxış zamanı 1 ədəd AK-74 avtomatı, həmin avtomata məxsus 9 ədəd güllə və 1 ədəd sandıxça aşkar edilmişdir. O, heç kimə narkotik vasitə satmamışdır. Ümumiyyətlə onun elə bir məqsədi olmamışdır. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik vastədən özü istifadə etmək istəmişdir. 1 ədəd AK-74 avtomat, 9 ədəd güllə və 1 ədəd sandıxçanı isə 2022-ci ilin oktyabr ayında Yuxarı Qarabağ kanalının Yevlax rayonu Malbinəsi kəndi ərazisindən keçən hissəsindən tapmışdır. Həmin avytomatı və güllələri satmaq üçün evində gizlətmiş və tanımadığı şəxsə 2000 manata satmaq istəmişdir. O, AK-74 avtomat silahından istifadə etməmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşiman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı Şahid1 Rəfail oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroinin əldə edilməsi, saxlanması, daşınması, istehlakı ilə məşğul olması və satış məqsədi qanunsuz olaraq odlu silahın əldə edilməsi, saxlanması, daşınması və gəzdirməsi barədə 24 yanvar 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun Yevlax şəhəri Fizuli küçəsi mənzil 46-da yaşadığını müəyyən etmişdir. Daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin 24 yanvar 2023-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 və Yevlax rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis kapitanı X2 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin günü polis əməkdaşı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri E.Məmmədov küçəsinə getmişlər. Onlar Yevlax şəhəri E.Məmmədov küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar və o, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə olan heroin saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu və üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Səddam Əsgərov xidməti iş otağında onun, Şahid2 və vəkil Sevda Bəkirovanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nin ekspert-kriminalisti X4 tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs əvvəlcə əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükülünü və əlindəki 1 ədəd sintetik torbada olan AK-74 avtomatını, həmin avtomata məxsus 9 ədəd güllə və 1 ədəd sandıxçanı (daraq) təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstünə baxış zamanı digər əşya aşkar edilməmiş və götürülməmişdir. Səddam Əsgərov Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükülünün içərisində nə olduğunu soruşduqda o həmin bükümdəki maddənin narkotik maddə olan heroin olduğunu, onu xx.xx.2023-cü il tarixdə yaşadığı Yevlax şəhəri Füzuli küçəsindən tapdığını, özü istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Bundan sonra həmin heroinə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 1,0 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Səddam Əsgərov şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sintetik torbanın içərisində nə olduğunu soruşduqda, o həmin torbada 1 ədəd AK-74 avtomatı, həmin avtomata məxsus 9 ədəd güllə və 1 ədəd sandıxça (daraq) olduğunu, həmin avtomatı və döyüş sursatını 2022-ci ilin oktyabr ayında Yuxarı Qarabağ kanalının Yevlax rayonu Malbinəsi kəndi ərazisindən keçən hissəsindən tapdığını, həmin avtomatı və döyüş sursatını satmaq üçün götürüb evinə gətirdiyini və evində gizlətdiyini, həmin avtomatı və döyüş sursatını satmaq üçün xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Yevlax şəhəri E.Məmmədov küçəsi ilə Kür çayı sahilinə gedərkən Yevlax RPŞ-nin əməkdaşlarının onu saxlayaraq Yevlax RPŞ-nə gətirdiklərini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 Şahid1 Rəfail oğlunun ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 4(039)-10/2023 saylı qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə ekspertiza mərkəzinin Şəki regional bölgəsinin 25 yanvar 2023-cü il tarixli 17/94 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş 1 ədəd sellofan torbanın içərisində olan heroinə bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,831 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Qeyd: Heroinin təmiz çəkisi – 0,831 qr., tədqiqata sərf edildi - 0,05 qr., qalıq – 0,781 qr. Məhkəmə ekspertiza mərkəzinin Şəki regional bölgəsinin 25 yanvar 2023-cü il tarixli 17/95 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş silah “1328814” №-li zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibirli «Kalaşnikov» konstruksiyalı, AK-74 markalı yivli odlu avtomatik döyüş silahıdır və konustruktiv dəyişikliklərə məruz qalmamışdır. -Tədqiqata təqdim edilmiş 09 (doqquz) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AK- 74M”, “AKS-74”, “AKS-74U”) markalı avtomat silahlarda, “RPK-74" (“RPKS-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır - döyüş sursatıdırlar, istifadəyə (atəşə) yararlıdırlar və hər hansı konustruktiv dəyişikliklərə məruz qalmamışdırlar. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqca “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə yararlıdır və konustruktiv dəyişikliklərə məruz qalmamışdır. Azərbaycan Respubliksaı DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktubda göstərilmişdir ki, təqdim olunmuş, 01 ədəd 5,45 mm kalibrli 1328814” №-li“Kalaşnikov” konstruksiyalı “AK-74” modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kortetekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Məhkəmə narkoloji ekspertizasının 29 mart 2023-cü il tarixli 525 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələiyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə AR CM-nin 234.1, 69.3-cü maddələri ilə Biləsuvar rayon məhkəməsinin hökmü ilə 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir,yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə, həmin Məcəllənin 234.1-ci maddəsiisə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrinvə qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla vəya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi,habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir(9-cu bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla ona qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinəəsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Yevlax RPŞ-nin maddi sübutlar otağında saxlanılan, qalıq çəkisi cəmi 0,781 qram olan heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 01 ədəd 1328814№-li 5,45 mm kalibirli “Kalaşnikov” konstruksiyalı, AK- 74 markalı yivli odlu, avtomatik döyüş silahı, 09 (doqquz) ədəd 5,45x39 mm kalbrli yivli döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlar və 1 ədəd “Kalaşnikov” konstruksiyalı, silahların komplekt hisəsi olan 30 ədəd 5,45 mm kalbrli patron tutumuna malik sandıqca xüsusi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 1 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 69.10 (altmış doqquz manat on qəpik) manat pul isə Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 24 yanvar 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 69.10 (altmış doqquz manat on qəpik) manat və 30.60 (otuz manat altmış qəpik) manat tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Yevlax Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan, qalıq çəkisi cəmi 0,781 qram olan heroin məhv edilsin, 01 ədəd 1328814№-li 5,45 mm kalibirli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı yivli odlu, avtomatik döyüş silahı, 09 (doqquz) ədəd 5,45x39 mm kalbrli yivli döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlar və 1 ədəd “Kalaşnikov” konstruksiyalı, silahların komplekt hisəsi olan 30 ədəd 5,45 mm kalbrli patron tutumuna malik sandıqca xüsusi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 1 ədəd kompakt disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə ŞəkiApellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar