Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-82/2024 23.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mədətov Samir Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs iştirakı ilə iştirakı ilə xx xxxxxx 1989-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, himayəsində 2 (iki) azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayından 2024-cü ilin yanvar ayının 19-dək olan müddət ərzində Yevlax rayon məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun yanında qeyri-rəsmi olaraq köməkçi qismində fəaliyyət göstərərkən, 2024-cü ilin yanvar ayında Yevlax rayon sakini Şahid dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəticəsində 20.298 manat gəlir əldə etməsi faktı ilə əlaqədar sonuncu barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında göndərilmiş və hakim Ruslan Əlizadənin icraatında olan material üzrə həmin Məcəllədə əldə edilmiş gəlirin 2 mislindən 4 mislinədək cərimə təyin olunması nəzərdə tutulduğu halda, barəsində aşağı məbləğdə, yəni əldə edilmiş gəlirin 2 misli miqdarında cərimə təyin olunmasına dair xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən Yevlax rayon məhkəməsinin inzibati binasının ikinci mərtəbəsində yerləşən 3 saylı məhkəmə zalında Şahid özünə müraciəti ilə əlaqədar, sonuncuya özünün həqiqi təsir imkanlarından istifadə edərək hakim Əlizadə Ruslan Əliyar oğlu tərəfindən aşağı həddə inzibati cərimə tənbehinin təyin edilməsi barədə qərarına təsir etmək imkanına malik olmasını bildirib, həmin niyyətlə 2024-cü ilin yanvar ayının 16-da Yevlax rayon məhkəməsinin inzibati binasının ikinci mərtəbəsində yerləşən 3 saylı məhkəmə zalında Şahid özü üçün birbaşa yolla şəxsən 5.000 manat məbləğində pul vəsaiti istəməklə, 4.400 (dörd min dörd yüz) manat məbləğində pul vəsaitinin verilməsi ilə bağlı Şahid razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Yevlax rayon məhkəməsinin inzibati binasının birinci mərtəbəsində yerləşən mətbəxt tipli otaqda Şahid özü üçün birbaşa yolla şəxsən 4.400 manat pul vəsaitini alıb, 2024-cü ilin yanvar ayının 18-də Ruslan Əlizadəyə sonuncunun həmin binanın ikinci mərtəbəsində yerləşən xidməti otağında müraciət edib Şahid Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən daha aşağı cərimənin təyin edilməsini, buna görə Şahid pul vəsaiti istəməklə almasını gizlətməklə bildirməsinə əsasən, Ruslan Əlizadənin razılığını alaraq xx.xx.2024-cü il tarixdə sonuncu tərəfindən keçirilən məhkəmə prosesində Şahid Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40.596 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul olunmasına nail olub, nəticə olaraq vəzifəli şəxs olan hakim Ruslan Əlizadənin qərarına qanunsuz təsir göstərmişdir. Cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası CM-nin 312-1.1ci maddəsi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X5 tərəfindəntəqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişdir. Cinayət işinə əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası CM-nin 312-1.1-ci maddəsi ilə təqsirləndirilib, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Şahid xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Şahid xeyrinə hərəkət edilməsi müqabilində sonuncudan xx.xx.2024-cü il tarixdə almış olduğu 4.400 manat məbləğində pul vəsaitini xx.xx.2024cü il tarixdə qaytarmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 Noyabr 2005-ci il tarixli 3 nömrəli qərarına əsasən əsaslar olduqda hakimin öz-özünə etiraz etməsi onun vəzifəsidir. Hüquqi əsaslar olduqda ona etiraz edilib-edilməməsindən asılı olmayaraq hakim öz-özünə etiraz etməyə borcludur Azərbaycan Respublikası CPM-nin 107.1. Cinayət prosesində müvafiq şəxslərin iştirakına etirazlar və özü-özünə etirazlar əsaslandırılmaqla yazılı formada edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının,müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112—118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcudolduqda, onlar özüözünə etiraz etməlidirlər. Həmin Məcəllənin 109.3.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı — apellyasiya instansiyası məhkəməsinin hakimi Verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsində qeyri-rəsmi olaraq işçi qismində fəaliyyət göstərmişdir. Bu hal cinayət işi üzrə obyektiv qərarın qəbuledilməsini şübhə altına qoyduğundan hakim özü-özünə etiraz etməlidir. Dövlət ittihamçısı hakimin özü-özünə etirazını əsaslı hesab etdi. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 107,109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin hakimi Əlzadə Ruslan Əliyar oğlunun sədrliyi ilə baxılmasına özü- özünə etiraz edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi özü-özünə etiraza baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-82/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-82/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver