Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-83/2023 16.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X8 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, X3, və Zərərçəkmiş şəxs7, mülki iddiaçı - Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs, mülki cavabdeh – Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1987-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax şəhəri 1ci Kür küçəsi ev 82-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Gəncə şəhəri, Gülüstan qəsəbəsi 6 saylı yataqxanada yaşayan Kəlbəcər rayonundan məcburi köçkün olan Zərərçəkmiş şəxs5 əmlakını ələ keçirmək niyyətilə sonuncuya özünü Yevlax şəhər İcra Hakimiyyətinin tikintiyə məsul olan vəzifəli əməkdaşı kimi təqdim edərək, tikinti sahələrindən artıq qalan taxta tikinti materiallarını ucuz qiymətə Zərərçəkmiş şəxs5 sata biləcəyi vədini verib ümumilikdə Zərərçəkmiş şəxs5 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən Yevlax şəhəri Q.Quliyev küçəsi bina 2a, mənzil 24-də yaşayan X3 əmlakını ələ keçirmək məqsədi ilə Qaragöz Alıyevaya özünü DSMF-nun Yevlax rayon şöbəsinin vəzifəli şəxsi kimi təqdim edərək sonuncunun oğlu X9 3500 (üç min beş yüz) manat pul müqabilində Yevlax ŞMX-da bağban işinə düzəldəcəyi vədini verib ümumilikdə X4 aldatma yolu ilə 3500 (üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən Yevlax şəhəri M.Hüseyn küçəsi 15 saylı evdə yaşayan Zərərçəkmiş şəxs7 əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7aya özünü DSMF-nun Yevlax rayon şöbəsinin nüfuzlu vəzifəli şəxsi kimi təqdim edərək Zərərçəkmiş şəxs7 şəkər xəstəsi kimi 1000 (bir min) manat pul müqabilində təqaüd düzəldəcəyi vədini verib Zərərçəkmiş şəxs7 960 (doqquz yüz altmış) manat məbləğində ziyan vurmaqla qəsdən təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən Yevlax şəhəri Nizami prospekti bina 9 mənzil 8-də yaşayan Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 özünü Yevlax ŞMX-nın nüfuzlu vəzifəli şəxsi kimi təqdim edərək Zərərçəkmiş şəxs2 qızı X6 Yevlax ŞMX-da xadiməçi işinə düzəldəcəyi vədini verib ümumilikdə Zərərçəkmiş şəxs2 840 (səkkiz yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən Yevlax rayonu Nemətabad kəndində yaşayan Zərərçəkmiş şəxs3 əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünü Yevlax ŞMX-nın vəzifəli şəxsi kimi təqdim edərək sonuncunu Yevlax ŞMX-da mühafizəçi işinə düzəldəcəyi vədini verib ümumilikdə Zərərçəkmiş şəxs3 aldatma yolu ilə cəmi 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən Yevlax rayonu Nemətabad kəndində yaşayan Zərərçəkmiş şəxs4 əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 özünü Yevlax ŞMX-nın vəzifəli şəxsi kimi təqdim edərək, sonuncunun müharibə veteranı olan oğlu X12 300 (üç yüz) manata və digər oğlu Şahid3 isə 800 manata olmaqla ümumilikdə 1100 (bir min yüz) manat pul müqabilində Yevlax ŞMX-da mühafizəçi işinə düzəldəcəyi vədini verib ümumilikdə Zərərçəkmiş şəxs4 910 (doqquz yüz on) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən Yevlax şəhəri 32-ci məhəllə bina 3 mənzil 11-də yaşayan Ağdərə rayonundan məcburi köçkün olan Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək niyyətilə sonuncuya özünü Yevlax şəhər İcra Hakimiyyətinin nüfuzlu əməkdaşı kimi təqdim edərək məcburi köçkünlərə Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən avtomobil veriləcəyini və həmin avtomobildən birini Zərərçəkmiş şəxs1 də verə biləcəyi vədini verib ümumilikdə Zərərçəkmiş şəxs1 3500 (üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Kəlbəcər rayon sakini Zərərçəkmiş şəxs5 oğlu X11 ilə 3-4 il bundan öncə tanış olmuşlar. Anar Zamanovun anası 2022-ci ilin iyul ayında vəfat etmiş, yas mərasimi Gəncə şəhərində təşkil olunmuşdur. O, bunu eşidib yasda iştirak etmişdir. Söhbət zamanı Anarın Gəncə şəhərində ev tikdirdiyini eşitmişdir. Anarla söhbət edərkən Yevlax şəhərində tikintidə işlədiyini, həmçinin bəzən taxta materialların artıq qaldığını və həmin taxta materialları bazar dəyərindən ucuz satdığını bildirmişdir. Bu barədə Anarın atası Nərimanın da məlumatı olmuşdur. Zərərçəkmiş şəxs5 onunla danışarkən evi tikdirməyə taxta lazım olduğunu demişdir. O, hərdən taxta satışı mağazalarından taxtaların şəkilini çəkib Nərimanın telefonuna göndərmişdir. Ümumilikdə Nərimangilə 4000 manata hesablamaqla aşağı qiymətə taxta satmağını bildirmişdir. O, Nərimangilə pulu göndərdikdən sonra taxtanı göndərəcəyini bildirdikdə Nəriman onunla razılaşmışdır olmuşdur. O, pulu göndərməsi üçün kart nömrəsini Nərimana vermişdir. xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək olan müddətdə Nəriman ona hissə-hisə 4000 manat pul göndərmişdir. O, Nərimanın göndərdiyi pulu xərcləmiş, lakin işi çıxdığı üçün taxtanı göndərə bilmədiyini bəhanə etmişdir. Bundan başqa o, Yevlax Mərkəzi bazarında mevə-tərəvəz satan X3 oğlu Şahid2 ilə çoxdandır tanışdır, İlqarla şəhərdə fəhləlik işi olanda bir yerdə işlədiyini demişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərində İlqarla Yevlax şəhərində görüşmüş, söhbət zamanı İlqar ondan harada işlədiyini soruşduqda İlqara “Yevlax şəhər Sosial müdafiə fondunda adamının olduğunu İşə qəbul olanları işə düzəltdiyini demişdir. İstəsə İlqarı da oraya düzəldəcəyini bildirmişdir. İlqar da ona evdəkilərinə məsləhət etdikdən sonra cavabını deyəcəyini bildirmişdir. Daha sonra İlqarla əlaqə saxlamış, İlqar onu yaşadığı evə dəvət etdikdə o, İlqargilin yaşadığı evə getmişdir. İlqarla görüşmüş və həmin vaxt İlqarın anası Qaragöz evdə olmuşdur. O, işlə bağlı Qaragözlə söhbət etmiş və İlqarı xəstəxanaya bağban işinə düzəldəcəyini, İlqarın özü ilə bu barədə danışdığını bildirmişdir. Lakin, İlqarı həmin işə düzəltmək üçün 3500 manat pul verməli olduqlarını, həmin pulu hissə-hissə alacağını, və özünün də həmin pulu işə qəbul ilə əlaqədar lazım olan yerlərə verəcəyini bildirdikdə Qaragöz onunla razılaşmışdır. Bundan sonra o, Qaragözə “ilkin sənədləşdirmə aparmaq üçün 1000 manat götürəcəyini, işlər düzəldikdə qalan pulu alacağını bildirmişdir. İlqar ona şəxsiyyət vəsiqəsinin surətini vermiş, Qaragöz isə 1000 manat pul vermişdir. Daha sonra 2022-ci ilin oktyabr ayının ortalarında səhər vaxtlarında Qaragözgilə getmiş və yalandan İlqarın işə düzəlməyinin razılığını aldığını bildirmiş razılaşdıqları puldan 900 manat verməsini istəmişdir. Qaragöz ona 900 manat pul vermiş, o, həmin pulu da xərcləmişdir. Təxminən 2022-ci ilin oktyabr ayının sonlarında günorta saatlarında pulu qurtarmışdır. O, Qaragözgilə gedib yalandan İlqarın adına maaş kartı da sifariş verdiyini bildirmiş və buna görə 600 manat verməli olduğunu bildirmişdir. Qaragöz yenə də ona 600 manat vermiş və o, çıxıb getmişdir. Təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində axşam saatlarında Qaragözgilə getmiş və Qaragözə yalandan İlqara deyəndə banka gedib əmək haqqı kartını götürməsini tapşırmış və yerdə qalan pulu istəmişdir. Qaragöz isə ona 1000 manat pul vermişdir. Qaragöz ona hərdən zəng edib oğlunun işinin nə vaxt düzəldəcəyini soruşduqda hər dəfə yalandan bəhanə edərək, gecikmələr olduğunu və tezliklə İlqarın işinin düzələcəytini bildirmişdir. Sonradan Qaragöz onun tərəfindən aldadıldığını anlamışdır. Bundan sonra o, Yevlax şəhər sakini Zərərçəkmiş şəxs7 ilə təxminən 2022-ci ilin oktyabr ayının 15-də görüşmüşdür. Eyvaz ondan harada işlədiyini soruşduqda Eyvaza DSMF-nin Yevlax şəhər filialında tanışları olduğunu və həmin tanışlarının vasitəçiliyi ilə təqaüdə çıxanların işinə köməklik etdiyini bildirmişdir. Söhbət zamanı Eyvaz ona şəkər xəstəsi olduğunu, dərmanları almağa maddi imkanı olmadığını bildirmişdir. O, da Eyvaza şəkər xəstələri təqaüdə çıxarmaq mümkündür, o, çox adamı təqaüdə çıxardığın bildirmişdir. Eyvaz ondan hansı formada köməklik etdiyini soruşmuş, o da Eyvaza “kimi təqaüdə çıxarıram ilkin olaraq 1000 manat alıram, təqaüd kartın alandan sonra əlavə olaraq 1500 manat əlavə pul alıram” deyə bildirmişdir. Eyvaz onunla razı olmuş və o, Eyvaza yaşayış yerindən arayış almasını bildirmişdir. Təxminən aradan 3 gün keçdikdən sonra Eyvaz ilə telefon əlaqəsi saxlamış və Yevlax şəhəri H.Əliyev prospektində yerləşən DSMF-nin Yevlax şəhər filialının yaxınlığında olmasını, işini danışdığını bildirmiş və yanına çağırmışdır. Az sonra Eyvaz onun yanına gəlmiş və yaşayış yerindən arayışı ona vermişdir. Sonra o, Eyvazdan 960 manat götürmüşdür. Eyvaz ondan razılıq etdikdən sonra çıxıb getmişdir. Sonralar o, Eyvaza yalandan bəhanələr gətirib gecikmələr olduğunu və tezliklə işinin düzələcəyini demişdir. Sonradan Eyvaz onun tərəfindən aldadıldığını başa düşmüşdür. Bundan sonra xx.xx.2022-ci il tarixdə təxminən 2020-ci ilin əvvəllərində Yevlax şəhəri 32-ci məhəllədə yaşayan Ağdərə rayon məcburi köçkünü Zərərçəkmiş şəxs1 Ağəli oğlu ilə tanış olmuşdur. Çox vaxt o, Məhyəddinin idarə etdiyi avtomaşınla yol getmişdir. Yol gedərkən Məhyəddinə Yevlax şəhər İcra hakimiyyətinin işcisi olduğunu, şəhərin abadlaşma işlərinə nəzarət etdiyini bildirmişdir. Məhyəddin ona inanmış, o, həmçinin "xxxx" ASC-nin Yevlax rayon filialının qarşısındakı parkında yenidən salınmasına nəzarət etdiyini demişdir. Təxminən 18 dekabr 2022-ci il tarixdə pulu olmamışdır. Məhyəddinin idarə etdiyi avtomaşınla gedərkən yalandan “İcra Hakimiyyətinə 10 ədəd əlilərə verilən avtomobildən verildiyini və həmin avtomobilləri ehtiyacı olan Yevlax şəhərindəki məcburi köçkünlərə verəcəklərini demişdir. Məhyəddin də ona “məcburi köçkünəm, gör düzəldə bilsən hörmətini edim birini mənə ver” demişdir. Məhyəddin ondan işin neçəyə başa gəldiyini soruşduqda 2000 manata düzələciyini bildirmişdir. Məhyəddin ona “həmin pulu düzəldib sənə verərəm, maşının birin mənim adıma keçirə bilərsən deyərək onun mobil nömrəsini qızı Gülarəyə vermişdir. Sonradan Gülarədə ona zəng edib, bu barədə maraqlanmış, o da Gülnarəyə məcburi köçkünlərə 10 ədəd avtomaşın verildiyini, həmin avtomaşınların paylanılması məsələsinə özünün nəzarət etdiyini və həmçinin özünün də Yevlax şəhər İcra Hakimiyyətinin işcisi olduğunu bildirmişdir. Gülarəni də bu barədə inandırmışdır. Məhyəddin ondan pulu hazır olanda harada verəcəyini soruşmuş, oda Məhyəddinə kart nömrəsi verəcəyini, həmin kartn ona Yevlax şəhər İcra Hakimiyyətindən qanuni verildiyini, həmin karta pulu göndərməsini və qəbzini də özündə saxlamasını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 qızı Gülarə bankdan kredit götürərək verdiyi kart nömrəsinə 2000 manat pul ödəmiş və bu barədə ona demişdir. Məhyəddinlə danışarkən narahat olmamasını, tezliklə avtomobilin gələcəyini və gedib avtomobili seçib götürəcəyini bildirmişdir. Həmin gün Məhyəddin ilə görüşərkən əlavə olaraq 3 ədəd salafanda əlillərə verilən avtomobildən də gəldiyini, ancaq avtomobilin 3500 manat qarşılığında verildiyini bildirmişdir. Məhyəddin ondan həmin avtomobillərdən birini ona alıb verməsini xahiş etmiş və qarşılığında 3500 manat pul verə biləcəyini bildirmişdir. O da razılaşmışdır. xx.xx.2022ci il tarixdə Məhyəddin onun verdiyi kart nömrəsinə 1000 manat pul ödəmiş və bu barədə ona bildirmişdir. Onun pula ehtiyacı olduğu üçün həmin pulu xərcləmişdir. xx.xx.2022-ci ildə günorta saatlarında Məhyəddin ilə "xxxx"ın Yevlax rayon filialının qarşısında görüşmüş və Məhyəddin ona 500 manat vermişdir. Məhyəddin hərdən ona zəng edəndə müxtəlif bəhanələr edərək avtomobil seçildiyini, tezliklə avtomobilin veriləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 sonradan onun Yevlax şəhər İcra Hakimiyyətinin işcisi olmadığını və aldadıldığını anlamışdır. O, bundan sonra həmin puldan 500 manatını Məhyəddinə qaytarmış, yerdə qalan pulu hal-hazırki tarixədək qaytarmamışdır. Bundan sonra Yevlax şəhər sakini Zərərçəkmiş şəxs2 qızını Yevlax ŞMX-na xadiməçi düzəltmək adı ilə 840 manat pul almışdır. O, Zina Osmanaovanı vaxtı ilə onların binasının yanında mağazada satıcı işləyərkən tanımışdır. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Zina ilə Yevlax şəhər Mərkəzi Poçtunun yanında görüşüb söhbət edərkən ona uşaqlarnın böyüdüyünü və uşaqlarına iş tapa bilmədiyini bildirmişdir. O, Zinaya yalandan qızını Yevlax ŞMX-da xadiməçi işinə düzəldə biləcəyini bildirmişdir. Zina da ona qızını işə düzəltməsi müqabilində 840 manat məbləğində hörmət edəcəyini bildirdikdə o, razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Zina onun mobil telefonuna zəng edib görüşmək istədiyini bildirmişdir. O da Yevlax şəhər mərkəzi poçtun yaxınlığında olduğunu bildirmiş, az sonra Zina onun yanına gəlmiş və ona 240 manat məbləğində pulu və bir də qızının şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Təxminən 2022-ci il dekabr ayının axırları Zina ona qalan 600 manat məbləğində pul vermişdir. O, Zinaya yalandan tezliklə qızının işini düzəldəcəyini demişdir. Pula ehtiyacı olduğu üçün 600 manat pulu da xərcləmiş və Zinanın qızını işə düzəldə bilməmişdir. Sonradan Zina onun tərəfindən aldadıldığını başa düşmüşdür. Bundan sonra Yevlax rayonu Nemətabad kəndində yaşayan X5 Yevlax ŞMXna mühafizəçi düzəltmək adı ilə 800 manat pulunu almışdır. O, Elmuradın qaynatası Şakirlə əvvəllər Yevlax şəhərində yerləşən “Lalə” tekstildə fəhlə işlədiyi üçün münasibəti oımuşdur. 2022-ci ilin dekabr ayının ilk günlərində Şakirlə görüşüb söhbət edərkən, Şakir ondan nə işlə məşğul olduğunu soruşmuşdur. O, yalandan Şakirə Yevlax ŞMX-da tanışı olduğunu, xəstəxanada mühavizədə işəmək istəyən şəxsləri pul müqabilində işə düzəltməklə məşğul olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə günorta vaxtlarında Elmurad ona zəng edib “Şakirin yeznəsiyəm, işlə bağlı səninlə görüşmək istəyirəm” demişdir. O da Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “3 qardaş” adlanan mağazanın qarşısında olduğunu bildirmiş və Elmuradı olduğu yerə dəvət etmişdir. Az sonra Elmurad onun yanına gəlmişdir.O, Elmuradla görüşmüş və “Şakir dayıya böyük hörmətim var, Mən Yevlax ŞMX-da adam var, xəstəxanada mühavizəyə işə girən olsa pulun alıb işə düzəltməklə məşğulam səni də xəstəxanaya mühafizəçi kimi işə düzəldə bilərəm”-deyə bildirmişdir. O, Şakirə görə ondan 800 manat qarşılığında işini həll edə biləcəyini bildirmişdir. Elmurad onunla razı olmuşdur. O, Elmurada ilkin olaraq 500 manat verməsini, pulun yerdə qalanında 2-3 günə verməsini bildirmişdir. Həmin vaxt Elmurad ona ilkin olaraq 500 manat pul vermişdir. Elmurada “gələndə şəxsiyyət vəsiqənlə hərbi biletinin surətinidə gətir işə düzəlmək üçün lazımdır”- deyə bildirmişdir. Elmurad çıxıb getmişdir. O, həmin pulu da xərcləmişdir. Təxminən xx.xx.2022-ci il tarixdə günorta vaxtlarında Elmurad ona zəng edib görüşmək istədiyini bildirmişdir. O da Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “3 qardaş” adlanan mağazanın qarşısında olduğunu bildirmiş və Elmuradı yanına dəvət etmişdir. Az sonra Elmurad onun yanına gəlmiş və o, Elmuradla görüşmüşdür. Elmurad ona 300 manat pul və sənədlərin surətin vermişdir. O, yalandan Elmurada işini tezliklə düzəldəcəyini bildirmişdir. Bundan təxminən 4-5 gün sonra sonra Yevlax rayonu Nemətabad kəndində yaşayan Zərərçəkmiş şəxs4 ona zəng edib “oğlum Şakirin yeznəsidi, siz Şakirin digər yeznəsi Elmuradı işə düzəltməyə söz vermisiz, məndə istəyirəm oğlumu xəstəxanaya işə düzəldəm və səninlə görüşmək istəyirəm”-deyə bildirmişdir. O, Umudla telefonda danışmış, telefon danışığı zamanı Umud 2 oğlu olduğunu və uşaqlarını işə düzəltmək istədiyini bildirmişdir. O, Umuddan uşaqlarının həqiqi hərbi xidmət keçib-keçmədiklərini maraqlanmışdır. Umud da ona uşaqlarının həqiqi hərbi xidmət keçidiklərini bildirmiş və hətta bir oğlunun müharibə veteranı olduğunu bildirmişdir. O da bir oğlu müharibə veteranı olduğu üçün aşağı məbləğə işini düzəldəcəyini və umumilikdə uşaqlarını işə düzəltmək üçün 1100 manat alacağını bildirmişdir. Umud razı olmiş, o, Umuda ilkin olaraq 910 maanat verməsini və uşaqlar işə düzələndən sonra isə 200 manat alacağını demişdir. Umud razı olmuşdur. O , Umuda “uşaqların şəxsiyyət vəsiqən ilə hərbi biletinin surətinidə göndərərsən” demişdir. Bundan 1-2 gün sonra bir nəfər oğlan ona zəng edib Umudun oğlu olmasını, adının Musa olmasını və onunla görüşmək istədiyini bildirmişdir. O da Umudun oğlu Musanı Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Mahir” aptekin yanına dəvət etmiş, az sonra Musa onun yanına gəlmiş, o, Musa ilə görüşmüşdür. Musa ona 700 manat pul və dediyi sənədlərin surətin vermiş, sonra isə çıxıb getmişdir. O, həmin pulu xərcləmişdir. Təxminən 2-3 gün sonra günorta saatlarında Umudun oğlu Musa ona zəng edib qalan 210 manat pulu gətirdiyini bildirmişdir. O da Musaya Yevlax şəhərində olmadığını bildirmiş və pulu “Mahir” aptekə qoymasını xahiş etmiş və gəlib pulu götürəcəyini bildirmişdir. Musada həmin pulu “Mahir” aptekə qoymuşdur. O, aptekə gəlib həmin pulu oradan götürmüşdür. Hərdən Umudgil ona zəng edib işləri nə vaxt düzələcəyini soruşsa da o, Umudgilə yalandan tezliklə oğlunun işini düzəldəcəyini bildirmişdir. O, Umudgilin pulunu xərclədiyinə görə pulu qaytara bilməmişdir. Məhkəmədən, əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq barəsində daha yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs, mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs ilə tanışlığı vardır. İlham çox vaxt bankın qarşısında park təmir olunanda gündəlik olaraq orada olmuşdur. Özünün deməsinə görə həmin parkın təmirinə nəzarəti etmişdir. İlham hara getsə onun avtomobili ilə getmişdir. Yol gedəndə İlham Yevlax şəhər İcra hakimiyyətində işlədiyini və əsasən tikinti sahəsinə baxdığını bildirmişdir. Təxminən 18 dekabr 2022-ci il tarixdə İlham onun avtomaşını ilə gedərkən yolda ona İcra hakimiyyətinə 10 ədəd əlilərə verilən maşın verildiyini və həmin avtomobillərin ehtiyacı olan Yevlax şəhərindəki məcburi köçkünlərə veriləcəyini bildirmişdir. O da İlhama özünün məcburi köçkün olduğunu və ona da həmin avtomobildən veriliməsinə köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. O, həmin vaxt telefonla özünü başcı kimi təqdim edən şəxslə telefonda danışmış, guya özünü icra başçısı kimi təqdim edən şəxs telefonda ona avtomobilin birini 2000 manatdan verməsini ona demişdir. İlham ona bu barədə demiş və o, İlhama 1 ədəd avtomobili onun adına sənədləşdirməsini xahiş etmişdir. İlham razı olmuş, o, İlhamdan pulu düzəldib kimə aparıb verəcəyini soruşduqda İlham ona “mənə icra hakimiyyətindən kart veriblər, həmin pulu həmin karta göndərərsən. Qəbizidə özündə saxla səhər lazım olanda təqdim edərsən” demişdir. O, İlhamın mobil nömrəsini götürmüşdür. İlham ona kart nömrələri vermiş və pul hazır olanda həmin karta göndərməsin demişdir. O, İlhamı düşürüb evə getmişdir. Evdə bu barədə danışmış, qızı Gülarə ona həmin avtomobillərin 2000 manata paylamağına inanmadığını bildirmişdir. Gülarə sonra İlhamın mobil nömrəsinə zəng edib bu barədə dsanışmış, İlham Gülarəni də tam inandırmışdır. Gülarə İlhama “mən məcburi köçkünəm, ancaq ərim qaçqın deyil onada maşın almaq olar”deyə soruşmuş, İlham da cavabında “ərinə maşın düşməz, bəlkə sizin adına sənədləşdirmək olar”deyə bildirmişdir. İlhamda onun qızı Gülarəyə İcra hakimiyyətində tikinti sahəsinə baxdığını demişdir. Qızı ona kapital bankdan pul götürüb verəcəyini, sonra onun pulunu qaytarmasını demişdir. O, razı olmuş və xx.xx.2022-ci il tarixdə saat 17 radələrində qızı Gülarə "xxxx" ASC-nin Yevlax filialından kredit götürüb ona 2000 manat pul vermişdir. O da İlhama zəng edib bu barədə demiş, İlhamda ona “sənə verdiyim kart nömrəsinə 2000 manat pul ödə” demişdir. O da həmin pulu Kapital Bank” ASC-nin Yevlax filialında bankomatdan ödəyib, qəbzi özündə saxlamışdır. Həmin gün o, İlhamla görüşüb söhbət edərkən İlham telefonla guya başcı ilə danışarkən əlavə gələn 3 ədəd təzə maşınların neçəyə paylayacağını soruşmuşdur. O, həmin avtomobillər barədə maraqlandıqda İlham ona 3 ədəd avtomobil olduğunu, həmin avtomobilləri də 3500 manata paylandığını bildirmişdir. O, öz-özünə İlhama 2000 manat ödədiyini, əlavə 1500 manatda ödəyəcəyi təqdirdə təzə ala biləcəyini düşünmüşdür. Buna görə də İlhamdan xahiş etmişdir ki, ona təzə maşın versin. O, evə getmiş və bu barədə evdə danışdıqdan sonra əlavə 1500 manat hazırlamış, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində İlhama zəng edib bu barədə demiş, İlham həmin puldan 1000 manatın ona verdiyi digər karta yükləmiş və 500 manatın isə İlhamla orada görüşüb İlhama vermişdir. O, hərdən İlhamla görüşərkən İlham tezliklə maşınların gələcəyini bildirmişdir. Sonradan o, İlhamın Yevlax şəhəri İcra Hakimiyyətinin işcisi olmadığını və İlhamın onu aldadıb 3500 manat pulunu ələ keçirdiyini öyrənmişdir. İlham indiyədək həmin puldan 500 manatın qaytarsada qalan pulu qaytarmamışdır. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs bir neçə il qabaq polis şöbəsinin qarşısındakı mağazada satıcı işləmiş, o, həmin mağazadan alver edəndə İlhamı tanımışdır. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Yevlax şəhər mərkəzi poçtunun yanında İlhamla qarşılaşmış, söhbət edərkən İlham ona Yevlax ŞMX-da mühasibatlıqda işlədiyini və xəstəxananın yazı işlərini gördüyünü bildirmişdir. O da İlhama qızının orta məktəbi qurtardığını və işləmədiyini bildirmişdir. İlham ona “sənin qızını xəstəxanada xadiməçi kimi işə düzəldə bilərəm, ancaq işə girməsi üçün 840 manat pul versən, qızının işini düzəldərəm demiş, həmin puldan 40 manat sağlamlıq sənədi hazırlamaq üçündü, 800 manat isə işə girmək üçündür”-deyə bildirmişdir. Həmçinin İlham ona qızı işlədikcə həmin 800 manat pulu hissə-hissə qızının maaşına yazacağını bildirmişdir. O da razı olmuş, İlhamın mobil telefon nömrəsini götürmüş və pul hazır olan kimi zəng edəcəyini bildirmişdir. İlham onun qızının şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. O, 200 manat pul düzəltmiş, bir də qızının şəxsiyyət vəsiqəsini götürmüşdür. O, İlhamın mobil telefonuna zəng etmiş, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində İlhamla Yevlax şəhər mərkəzi poçtun yanına gedib görüşmüş, 240 manat pulu və qızının şəxsiyyət vəsiqəsinin surətin İlhama vermiş və yerdə qalan puluda tezliklə düzəldib verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində İlham onun mobil telefonuna zəng etmiş və pulun hazır olduğunu soruşmuş, o da pulun hazır olduğunu bildirmişdir. Az sonra İlham onun yaşadığı ebinanın yaxınlığına gəlmiş, o, 600 manat pulu İlhama vermiş, o, İlhamdan “elə elə işimiz düzəlsin, pulu borc almışam qaytara bilim” deyərək xahiş etmişdir. İlham da ona arxayın olmasını bildirmişdir. O, bundan bir müddət sonra İlhamın onun qızını işə düzəltmədiyini görüb İlhama zəng edib işin nə vaxt düzələcəyini soruşsada, İlham hər dəfə ona müxtəlif bəhanələr gətirərək işin tezliklə düzələcəyin demişdir. O, sonradan İlhamın onu aldatdığını və İlhamın xəstəxanada işləmədiyini öyrənmişdir. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. İlhamın Yevlax ŞMX-da işlədiyini və xəstəxanada müavizəçi işə düzəldə bilməsin eşitmiş və 2022-ci il dekabr ayının ilk günlərində İlhamın telefon nömrəsin öyrənib ona zəng edib söhbət edərkən İlham xəstəxanada yazı işlərini gördüyünü bildirmişdir. O, hərbi xidmətdən qayıtdığını ancaq iş tapa bilmədiyini demiş, İlham ona xəstəxanada mühavizəyə işə düzəldə biləcəyini, ancaq 800 manat pul alacağını demiş, o, razı olmuşdur. xx.xx.2022-ci il tarixdə günorta vaxtlarında İlhama zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. İlhamda Yevlax şəhəri H.Əliyev prospektində yerləşən «3 qardaş» marketin yaxınlığında olduğunu ona demişdir. O, da həmin günü günorta saatlarında 3 qardaş» marketin yaxınlığına getmiş, İlhamla görüşüb pulu və şəxsiyyət vəsiqəsinin və hərbi biletin surətin ona vermişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında İlham ona zəng edib bildirmişdir ki, işin hazırdı sənədləri Bakıya göndərməlidir, 300 manat lazımdı əmirin gəlməsi üçün. O, İlhama zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. İlhamda Yevlax şəhəri H.Əliyev prospektində yerləşən «3 qardaş» marketin yaxınlığında olduğunu ona demişdir. O, da həmin günü günorta saatlarında «3 qardaş» marketin yaxınlığına getmiş, İlhamla orada görüşüb pulu 300 manat pulu ona vermişdir. O, bundan bir müddət sonra İlhamın onu işə düzəltmədiyini görüb İlhama zəng edib işin nə vaxt düzələcəyini soruşsada, İlham hər dəfə ona müxtəlif bəhanələr gətirərək işin tezliklə düzələcəyin demişdir. O, sonradan İlhamın onu aldatdığını və İlhamın xəstəxanada işləmədiyini öyrənmişdir. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. İlhamın Yevlax ŞMX-da işlədiyini və xəstəxanada müavizəçi işə düzəldə bilməsin eşitmiş və 15 dekabr 2022-ci il tarixdə günorta saatlarında İlhamın telefon nömrəsin öyrənib ona zəng edib söhbət edərkən İlham xəstəxanada yazı işlərini gördüyünü bildirmişdir. O, iki oğlu olduğunu, ikisidə hərbi xidmətdən qayıtdığını, oğlunun biri Zaurun müharibə veteranı olduğunu demiş, İlham ona oğlu Zaurun müharibə veteranı olduğu üçün ikisinidə işə düzəldə biləcəyini ilkin olaraq 910 manat alacağını, uşaqlar işə düzəldikdən sonra əlavə olaraq 200 manat alacağını demişdir. O da razı olmuş, İlhamın mobil telefon nömrəsini götürmüşdür. 15 dekabr 2022-ci ildə 700 manat düzəldərək oğlu Musaya vermiş, Musa həmin günü günorta saatlarında pulu aparıb Yevlax şəhəri H.Əliyev prospektində yerləşən «Mahir» aptekin yaxınlığında İlhama vermişdir. İlham şəxsiyyət vəsiqələrinin və hərbi biletin surətin də ona verməsini demişdir. 18 dekabr 2022-ci il tarixdə günorta saatilarında İlham ona zəng edib bildirmişdir ki, uşaqların sənədləri Bakıya göndərməlidir, 210 manat lazımdı əmirləri gəlməsi üçün lazımdır. O, həmin günü 210 manat hazırlayaraq oğlu Musaya vermiş, Musa həmin pulu 18 dekabr 2022-ci ildə aparıb İlhamın dediyi qaydada Yevlax şəhəri H.Əliyev prospektində yerləşən «Mahir» aptekdə İlhamın gəlib götürəcəyini deməklə kiməsə vermişdir. İlham isə həmin pulu Mahir» aptekdən götürmüşdür. O, bundan bir müddət sonra İlhamın onun uşaqların işə düzəltmədiyini görüb İlhama zəng edib işin nə vaxt düzələcəyini soruşsamda, İlham hər dəfə ona müxtəlif bəhanələr gətirərək işin tezliklə düzələcəyin demişdir. O, sonradan İlhamın onu aldatdığını və İlhamın xəstəxanada işləmədiyini öyrənmişdir. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Hilar oğlu bildirmişdir ki, İlham bir neçə il əvvəl onun oğlu X11 ilə tanış olmuşdur. İlham onların ev tikdirmək istədiklərini və buna görə onlara taxta materialı lazım olduğunu öyrənmişdir. Söhbət edərkən İlham Yevlax şəhərində İcra Hakimiyyətində tikinti işləri ilə məşğul olduğunu bildirmişdir. O, İlhamdan münasib qiymətə taxta satılarsa ona xəbər etməsini xahiş etmişdir. İlham çıxıb getmiş və gedərkən onun mobil nömrəsini götürmüşdür. Bundan bir müddət sonra İlham onun mobil nömrəsinə zəng edib hazırda əlində olan taxta materialının şəkilin göndərdiyini, həmin taxtaları bazar qiymətindən aşağı qiymətə göndərə biləcəyini demişdir. O, taxtalara baxmış və taxtaları bəyənmişdir. İlham ona taxtaları alacağı təqdirdə plastik kart hesabının nömrəsini göndərəcəyini və pulu həmin hesab nömrəsinə yükləyə biləcəyini bildirmişdir. O da razı olmuş və İlham ona lazım olan taxtanın orta bazar qiymətindən aşağı qiymətə satdığını bildirməklə ümumilikdə 4000 manata satacağını bildirmişdir. əvvəlcə İlhamın verdiyi kart nömrəsinə 1200 manat pul göndərmiş və bu barədə İlhama demişdir. Bundan 2-3 gün keçmiş İlhama zəng edib 1000 manatda İlhamın verdiyi başqa kart nömrəsinə göndərmiş və bu barədə İlhama zəng edib bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə 200 manat, bundan sonra xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 600 manat pul göndərməklə sonra İlhama dediyi 4000 manatı ödəmişdir. Aradan 7-8 gün keçdikdən sonra o, İlhamla əlaqə saxlamış və yenə İlham ona müxtəlif bəhanələr gətirmişdir. Aradan bir neçə həftə keçdidən sonra isə İlhamla danışdıqda İlham ona Bərdə şəhərində su borusu partladığı üçün orada təmir işləri apardığını və təmir işlərini bitirdikdən sonra taxtanı göndərəcəyini bildirmişdir. Sonradan isə o, İlhamın onu aldatdığını anlamış və İlhamın Yevlax şəhər İcra Hakimiyyətində işləmədiyi ona məlum olmuşdur. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X7 bildirmişdir ki, oğlu əvvəllər şəhərdə fəhləlik etmiş və həmin vaxt fəhlə yoldaşı İlhamla tanış olmuşdur. Sonradan İlhamla oğlu qarşılaşarkən DSMF-nin Yevlax rayon filialında işlədiyini və şəxsləri işə düzəldə bildiyini, Yevlax ŞMX-da mühavizəçi və bağban vakant yerləri olduğunu və istəsə işə düzəldə biləcəyini bildirmişdir. Oğlu da İlhama evdəkilərlə məsləhət etdikdən sonra cavabını deyəcəyini bildirmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində oğlu bu barədə ona demişdir. O da oğluna İlhamla görüşmək istədiyini bildirmişdir. X20 əlaqə saxlamış və yaşadıqları evə dəvət etmişdir. İlham onlara gəlmiş və söhbət zamanı ona “sənin oğlunla tanışam, onu Yevlax ŞMX-da bağban işi var. Oraya düzəldə bilərəm ancaq 3500 manat pul verməlisiz. Pulu verəndən sonra oğlun işə düzələcək ayda isə 340 manat maaş alacaq demişdir. İlham onu tam inandırmış, o, İlhama hazırda pulu olmadığını və pulu hissə-hissə verəcəyini dedikdə İlham onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə “Kapital bank» ASC-nin Yevlax rayon filialından 2500 manat kredit götürmüş və evə getmişdir. 2022-ci ilin oktyabrın 19-da səhər vaxtlarında İlham onlara gəlmiş və oğlunun işə girməyinin razılığın aldığını bildirməklə danışdıqları puldan 900 manat istəmişdir. O da İlhama 900 manat pul vermişdir. Təxminən 2022-ci ilin oktyabr 25-də günorta saatlarında İlham onlara gəlmiş və oğlunun işinin demək olar ki, hazır olduğunu, adına əmək haqqı kartı sifariş verməli olduğunu bildirmiş və onun oğlunun şəxsiyyət vəsiqəsinin surətini də özü ilə götürmüşdür. O, 600 manat pulu İlhama vermiş, ancaq kartın sifarişini hara verdiyini soruşmamışdır. İlham pulu alıb çıxıb getmişdir. İlham onun oğlunu işə düzəldəcəyi adı ilə ondan 2500 manat almışdır. İlham ona qalan 1000 manat pulu da düzəltdikdən sonra gəlib ondan götürəcəyini bildirmişdir. Ona görə o, bazarda işləyib 1000 manat pul düzəltmişdir. 2022-ci ilin noyab ayının 6-da axşam saatlarında İlham onlara gəlib oğlunun işinin hazır olduğunu kartın nə vaxt gələcəyini deyəcəyini bildirmiş və yerdə qalan 1000 manat pulu da lazımı yerlərə verəcəyi adı ilə ondan almışdır. O, mumilikdə İlhama 3500 manat pul vermişdir. O, bir müddət sonra bir neçə dəfə İlhama zəng edib oğlunun işinin nə vaxt düzələcəyini soruşsada, İlham hər dəfə ona müxtəlif bəhanələr gətirərək işin tezliklə düzələcəyini demişdir. Lakin o, sonradan İlhamın heç bir yerdə işləmədiyini və onu aldadıb pulunu aldığını başa düşmüşdür. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirmişdir ki, 2022-cü ilin oktyabr ayının əvvəllərində İlhamla Yevlax şəhər H.Əliyev prospektində yerləşən “Təbiyyət” şadlıq sarayının qarşısında görüşüb söhbət edərkən, harada işlədiyini soruşmuşdur. İlham da ona DSFM-nin Yevlax şəhər filialında işlədiyini və təqaüdə çıxanların işinə nəzarət etdiyini, təqaüdə çıxanlara köməklik edtdiyini bildirmişdir. Söhbət zamanı o, şəkər xəstəsi olduğunu və dərmanları almağa maddi imkanı olmadığını bildirmişdir. İlham ona “şəkər xəstələri təqaüdə çıxarmaq mümkündür, mən çox adamı təqaüdə çıxarmışam, qarşılığında ilkin olaraq 1000 manat alıram, təqaüd kartın alandan sonra 1500 manat əlavə pul alıram demişdir». Aradan 3 gün keçdikdən sonra İlham ona zəng edib təqaüd məsələsinin hazır olduğunu və lazım olan sənədləri toplamasını bildirmişdir. O, İlhamın dediyi qaydada yaşayış yerindən arayış almış, şəxsiyyət vəsiqəsinin surətini çap etdirmiş və İlhama zəng edib dediyi sənədlərin hazır olduğunu bildirmişdir. İlham onu Yevlax şəhəri H.Əliyev prospektində yerləşən Traktor təmiri idarəsinin qarşısına dəvət etmiş və gələndə pulu da özü ilə birlikdə gətirməsini tapşırmışdır. O, 2022-ci ilin oktyabr ayının 15-də günorta saatlarında sənədləri və düzəltdiyi 960 manat götürüb İlhamın dediyi Yevlax şəhəri H.Əliyev prospektində yerləşən Traktor təmiri idarəsinin qarşısına getmişdir. O, İlhamla görüşüb sənədləri və pulu İlhama vermişdir. İlham sənədləri götürüb pulu saymış, pul 960 manat olmuş, İlham yerdə qalan 40 manatı da istədikdə o, 40 manatı sonra verəcəyini bildirmişdir. İlham onunla razılaşmış və “gəlməsəydin sənin işin ləngiyəcəydi, Bakıya gedirəm bir neçə sənəd var onları verəcəm, sənin işinidə düzəldəcəm”demişdir. O, hərdən İlhamla telefonda danışmışdır. Sonradan İlhamın heç bir yerdə işləmədiyini və onu aldadıb pulunu aldığını öyrənmişdir. O, bundan sonra bir neçə dəfə İlhamla görüşüb pulunu istəsədə İlham pulu qaytarmamışdır. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 2022-ciin iyul ayında “Kapital bank» ASC-nin Yevlax rayon filialından pulsuz kart paylanılmış, lakin kartda pul olmamışdır. Ancaq karta pul mədaxil etmək mümkün olmuşdur. O, həmin kartı öz adına almış və qardaşı İlhamla görüşüb həmin kartı veərərək digər qardaşı Ümidvarla birlikdə işləyib həmin karta pul göndərəcəklərini bildirmiş və həmin yığılan pula lazım olan əşyları almasını tapşırmışdır. Həmin müddətdə o, maaşı aldıqdan sonra karta 20-30 manat pul mədaxil etmişdir. Qardaşı Ümüdvarla arada danışanda Ümüdvar ona karta anasına pul göndərdiyini bildirmişdir. İlhamda kartdan pulu çıxarmış və anasına lazım olan dərmanlar aldığını bildirmişdir. 27 yanvar 2023-cü il tarixdə qardaşının bir neçə nəfərə qarşı dələduzluq cinayəti törədib həbs edildiyini öyrənmişdir. Aradan bir müddət keçdikdən sonra İlham ona dələduzluq etdiyi şəxslərdən aldığı pulun bir qismini onun adına olan, lakin özünün istifadə etdiyi karta göndərmişdir. Onun bundan xəbəri olmamışdır. O, həmin kartı alıb evə qoymuşdur ki, analarına dərman lazım olanda karta marketdən ödəmə terminalından pul mədaxil etsin, qardaşı İlham da həmin kartdan pulu çıxarıb analarına dərman preparatları alsın. Onun kartı alıb evə qoymağında başqa məqsədi olmamışdır. 3600 manat pul onun adına olan və qardaşı İlhamın istifadə etdiyi karta göndərilsədə onun həmin pulun kimin tərəfindən göndərilməsini və nə məqsədlə göndərilməsindən xəbəri olmamışdır. Qardaşı İlhamın həmin kartdan hansı məqsədlə istifadə etməsini bilməmişəm, kart həmişə qardaşında olmuş, karta gələn pulu qardaşı məxaric etmişdir. O, həmin kartdan heç vaxt istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 zərərçəkmiş şəxs Umud Zərərçəkmiş şəxs4 ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs onu və qardaşı Zauru Yevlax rayon mətkəzi xəstəxanasına işə düzəldəcəyini vəd verib müxtəlif vaxtlarda olmaqla ümumilikdə atasına məxsus olan 910 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, hal-hazırki tarixədək həmin pulu geri qaytarmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında cinayət məsuliyyətinə cəlb olma barədə 28 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Yevlax rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cm-nin 178.2.2, 178.2.4-cü maddələri ilə 04 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzası qurtardığına görə azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsihallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş təyin edilə biləcək cəza növləri ilə bağlı hesab edir ki, onun zərər çəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəməməsi, onlarla razılıq əldə etməməsi nəzərə alınaraq ona müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 verdiyi mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə zərərçəkmiş şəxslərə və mülki iddiaçı X2 maddi ziyan vurduğunun tam sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, mülki iddia maddi ziyan və məhkəmə xərci hissəsində, yəni təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs 4085.85 (dörd min səksən beş manat səksən beş qətik) manat maddi ziyan tutularaq zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. İşə olan 1 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192-193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs 4085.85 (dörd min səksən beş manat səksən beş qətik) manat maddi ziyan tutularaq zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 06 (altı) saat hüquqi yardıma görə Yevlax rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 36 (otuz altı) manat ödənilsin. İşə olan 1 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-83/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-83/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver