Məhkəmə qərarları › İş №1(039)-83/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-83/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-83/2024 10.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Samux Rayon Məhkəməsinin 1(058)-15/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən hazırda Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, xx.xx.2023-cü il tarixdə, saat 20:30 radələrində “X5" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, idarə etdiyi Mercedes Benz E300 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan yolunun Yevlax rayonu Aran qəsəbəsindən keçən 300-cü kilometrliyində Bakı şəhəri istiqamətində 50-60 km/saat surətlə hərəkətdə olarkən “X5” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pozaraq, yəni o, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün tədbir görməli olduğu halda görməyərək avtomobilinin qabaq sağ tərəfi ilə yolun sağından soluna doğru adi addımlarla keçən piyada Zərərçəkmiş şəxs yolun sol kənarından ortaya doğru 3.6 metr məsafədə vurmuş, nəticədə o, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs dalağının cırılması, daxili qanaxma, bədən səthinin çoxsaylı sıyrıqları, əzilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, hadisə zamanı idarə etdiyi Mercedes Benz E300 markalı **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobil tanışı Şahiddur. Ondan günlük kirayə götürüb sürür. Onun sürücülük hüququ məhkəmə tərəfindən məhdudlaşdırılmışdır. Sürücülük vəsiqəsini təhvil vermişdir. Avtomobili etibarnamə olmadan idarə edir. Həmin avtomobillə Bakı-Gəncə marşurutu üzrə taksi sürür. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Gəncə avtovağzalından 4 nəfər sərnişin götürüb Bakı şəhərinə doğru yola düşmüşdür. Həmin gecə saat 20:30 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Yevlax rayonu Aran qəsəbəsindən keçən hissəsində 50-60 km/saat surətlə orta zolaqda hərəkətdə olarkən qarşısında hərəkətdə olan nömrəsini xatırlamadığı Porshe markalı avtomobili sol zolağa keçərək ötüb keçərkən diqqətsizlik etmiş yolu sağdan sola doğru keçən piyadanı görməmiş, onu avtomobilinin qabaq sağ tərəfi ilə vurmuşdur. Piyada vurulduğu yerdə yıxılmışdır. Avtomobil qarşıda yolun kənarında saxlayıb xəsarat alan Zərərçəkmiş şəxs yaxınlaşmış, onu dərhal öz avtomobili ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Qəzadan əvvəl spirtli içki qəbul etməmiş, avtomobildə 4 nəfər tanımadığı sərnişin olmuş, sərnişinlərindən heç biri xəsarət almamışdır. Avtomobildə yük və nasazlıq olmamışdır. Zərərçəkmiş şəxslə görüşüb müalicə xərclərinin bir qismini qarşılayıb barışıq ərizəsi almış, hazırda zərərçəkmiş ondan şikayətçi deyil. Qeyd olunanlarla yanaşı, cinayət hadisəsinin onun ehtiyatsızlığı üzündən baş verdiyini, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində bir azyaşlı övladının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsində yerləşən Turan şadlıq sarayında qaynının toy məclisində iştirak etmişdir. Həmin məclisdə spirtli içki qəbul etmişdir. Səhəri gün Bakı şəhərində işdə olmalı olduğu üçün toy qurtarmamış məclisdən çıxmışdır. Bakı- Qazax yolunun kənarına gəlib onu Bakı şəhəri istiqamətinə keçmişdir. Yolun kənarı ilə Bakı şəhəri istiqamətinə biraz getmişdir. Siqareti qurtardığı üçün yolu digər tərəfinə keçib mağazaya girmək istəmişdir. Yolu Bakı şəhər istiqamətində olan hissəsini adi yerişlə keçərkən Gəncə şəhəri istiqamətindən gələn Mercedes Benz markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil iki zolağın ortasında onu sol tərəfindən vurub yerə yıxmışdır. Hüşu özündən getmiş, ayılanda xəstəxanada olmuşdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, sonuncu ilə barışıb və ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Mercedes Benz E300 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Bir müddətdir həmin avtomobili Əliyə kirayə vermişdir. Əlinin sürücülük hüququnun məhdudlaşdırılmasından xəbəri olmamışdır. xx.xx.2024-cü il tarixdə Əlinin həmin avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu sağdan sola doğru keçən sərxoş piyadanı vurduğunu eşidib Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına gəlmişdir. Əlidən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş X3 baş vermiş yol nəqliyyat hadisəsi nəyicəsində xəsarət aldıqlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt-beton örtükdən ibarət olmaqla yolun hərəkət hissəsi düz üfüqidır. Yolnəqliyyat hadisəsi Bakı Qazax-Gürcüstan yolunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində baş vermişdir.(iş vər 06-10); Yevlax şəhər mərkəzi xəstəxanasından verilmiş xx.xx.2023-ci il tarixli 1651 № li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01:30-da müayinə olunarkən ayıq vəziyyətdə olmuşdur.(iş vər.17); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə hökmü dəyişmiş CM-nin 62 maddəsi tərbiq edilərək azadlıqdan məhrum etmə cəzasını 01 il 03 ay müddətinə ednirilmişdir.(iş vər.24); Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 751 №li rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəndə aşkar edilmiş xəsarətlər-dalağın cırılması yarası, daxili qanaxma, bədən səthinin çoxsaylı sıyrıqları, əzilmiş yarası, küt alətin(alətlərin) təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər törənən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir.(iş vər.32); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Gəncə Regional Qeydiyyat İmtahan vəTexniki Baxış Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13- 16-3/2-90772023 məktubdan görünür ki, Təqsirləndirilən şəxs BA 420077 saylı, -BCkateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ xx.xx.2023-cü il tarixdən 01 (bir) il müddətinə məhkəmə qərarı ilə məhdudlaşdırılmışdır.(iş vər.33); Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli 8/3849 saylı rəyindən görünür ki, Mercedes Benz E300 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuz olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manatdır.(iş vər.41-44); İfadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı-Qazax-Gürcüstan yolunun Yevlax rayonu Aran qəsəbəsindən keçən 300-cü kilometrliyində yolun Gəncə şəhəri istiqamətindən piyada Zərərçəkmiş şəxs vurduğu yeri göstərmişdir.(iş vər.52-53); Samux Rayon Mərkəzi X2 şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-67/2- 128/2024 nömrəli məktubdan görünür ki, 1996-cı il təvəllüdlü Samux rayon Çobanabdallı kənd sakini Təqsirləndirilən şəxs Samux RMX PHŞ-in narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur.(iş vər.66); AZ-İV seriyalı 959322 nömrəli, doğum haqqında şəhadətnaməsin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il təvəllüdlü Cavanşir adlı bir uşağı vardır.(iş vər.67); Avtomobilin maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Mercedes Benz E300 markalı **-BK-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut hesab edilsinlər və qəbzlə sahibinə qaytarılması qərara alınmışdır.(iş vər.79); xx.xx.2024-ci il tarixli qəbzdən görünür ki, hadisə zamanı idarə etdiyi Mercedes Benz E300 markalı **-BK-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobil məhkəmə baxışınadək saxlanılması təhvil almışdır.(iş vər.80); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.( iş vər.107); Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun cəzasının ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 oktyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur ona dəymiş ziyan tam ödənilmiş və işə onun iştirakı olmadan baxılmasını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 -1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını, cinayət nəticəsində zərərçəkmiş şəxslə ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ödənilməsə də, sonuncu hazırki cinayəti sözügedən hökm çıxarılmamışdan öncə törətdiyindən Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirilə bilməz (CM 18.1-ci maddəqəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır). Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun müxtəlif cinayət əməllərini törətməyə görə məhkum olunmasını, islah olunmayaraq yenidən cinayəti törətməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədlərinə çatmaq üçün kifayət etdiyi qənaətinə gəlir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 261-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 261-1.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaqla qəti cəza təyin edilməli, təqsirləndirilən şəxsin 02 yanvar 2024-cü il tarixdən 04 yanvar 2024-cü il tarixədək şübəli şəxs qismindən saxlandığı 2 (iki) gün və Samux Rayon Məhkəməsinin 1(058)-15/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən cəza çəkdiyi 4(dörd) ay 27 (iyirmi yeddi) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş çəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü il tarixdən 04 yanvar 2024-cü il tarixədək şübəli şəxs qismindən saxlandığı 2 (iki) gün və Samux Rayon Məhkəməsinin 1(058)- 15/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən cəza çəkdiyi 4(dörd) ay 27 (iyirmi yeddi) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş çəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 9 (ay) 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar