Məhkəmə qərarları › İş №1(039)-83/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-83/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-83/2025 10.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1967-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Qoyunbinəsi kəndində qeydiyyatda olan, Yevlax Rayon Məhkəməsinin 04 may 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 02 may 2025-ci il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində yerləşən özünə məxsus heyvandarlıqla məşğul olduğu fermada 2023-cü ilin istintaqla müəyyən edilməyən ayından və günündən başlayaraq hər ay 500 manat pul müqabilində çoban işləməklə həmin fermada ailəsi ilə birlikdə yaşayan, ondan maddi və yaşayış yeri baxımından asılı olan xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə əvvəllər 2025-ci ilin yanvar-aprel aylarında ayrı-ayrı vaxtlarda, istintaqla müəyyən edilməyən günlərdə və saatlarda sonuncunun razılığı ilə bir neçə dəfə təbii yolla cinsi əlaqədə olmasından xoşlanaraq Zərərçəkmiş şəxs ilə yenidən təbii yolla cinsi əlaqədə olmaq istədiyini sonuncuya təklif etmiş, lakin Zərərçəkmiş şəxs onların arasında olan münasibətdən əri Şahid şübhələndiyini deyərək bundan imtina etməsinə dair cavabını aldıqdan sonra o, sonuncunun ondan maddi və yaşayış yeri baxımından asılı olmasından istifadə etməklə Zərərçəkmiş şəxs qəsdən onunla cinsi əlaqəyə girməyə məcbur etmək qərarına gələrək həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə fermanın heyvanların saxlanıldığı tövləsinin içərisində Zərərçəkmiş şəxs və sonuncunun əri Şahid fermadan işdən çıxaracağını və onlara fermanın ərazisində yaşamalarına icazə verməyəcəyini Zərərçəkmiş şəxs deyərək sonuncunun ondan maddi və yaşayış yeri baxımından asılılığından istifadə etməklə qəsdən Zərərçəkmiş şəxs onunla cinsi əlaqəyə girməyə məcbur etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Şahid onun həmkəndlisidir, Zərərçəkmiş şəxs isə Turalın arvadıdır. Durnisəgil Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən ona məxsus olan heyvan fermasında təxminən 2 ilə yaxındır ki, ona məxsus olan heyvanlara baxmış və ailəsi ilə birlikdə həmin fermada yaşamışlar. Şahid ona məxsus olan xırdabuynuzlu və iribuynuzlu heyvanları otarmış, Durnisə isə heyvan damlarının təmizlənməsi və tövlədə qalan heyvanlara qulluq etmişdir. O, fermaya gedən zaman Durnisənin onunla danışan zaman və hərkətlərindən hiss etmişdir ki, Durnisə ona yaxınlaşmaq istəyir və ona qarşı sevgi hissəri var. 2025-ci ilin yanvar ayınının əvvəllərində fermaya gedən zaman Durnisə fermada tək olmuş və fermanın tövləsində ona yaxınlaşmış, öz istəyi ilə onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra 2025-ci ilin yanvar ayından aprel ayının sonuna kimi Durnisə ilə Durnisənin öz razılığı ilə cinsi əlaqədə olmuşlar. 2025-ci ilin aprel ayının axırlarında Durnisə ona demişdir ki, əri Tural şübhələnmişdir, daha onunla cinsi əlaqədə olmaq istəmir. O da həmin vaxtı Durnisəyə demişdir ki, niyə istəmir, Durnisə də bildirmişdir ki, ailəsinin dağılmasını istəmir, əri şübhələnmişdir. O da Durnisəyə heç nə deməmişdir. xx.xx.2025-ci il tarixdə, saat 03 radələrində çobanı Şahid Bərdə rayonunda yerləşən heyvan bazarına getdiyi üçün Durnisə uşaqları ilə birlikdə fermada tək qalmışdır. O, həmin gün saat 08 radələrində özünə məxsus fermaya gəldiyi zaman Durnisə ilə tövləyə getmişdir. Tövləyə girəndə əvvəllər həmişə olduğu kimi Durnisəni qucaqlamış və cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Durnisə isə onu özündən aralayaraq demişdir ki, əri Tural şübhələnmişdir, bir daha onunla cinsi əlaqədə olmaq istəmir. O da aralıdan dayanaraq onunla cinsi əlaqəyə girmədiyi halda özünü və ərini fermadan qovacağını bildirmişdir. Bundan sonra Durnisə ona əsəbləşərək onunla cinsi əlaqədə olmayacağını bildirərək əlləri ilə özü öz bədəninin müxtəlif nahiyyələrinə vuraraq tövlədən çıxmışdır ki, həmin vaxt əri Şahid qapını açıb içəri daxil olmuş və Durnisə Turala nəsə deyəndən sonra Tural onun üzərinə gələrək onun ünvanına nalyiq söyüş söymüş və o da Turala niyə onu söydüyünü deyərək mübahisə etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmışlar, zərərçəkmiş şəxsin ondan şikyət və tələbi yyoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, ona azadılqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxş Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Şahid ilə 2017-ci il tarixdə nigaha girmişdir. Əri Şahid rəsmi olaraq heç bir yerdə işləmədiyinə, eyni zamanda maddi imkanları aşağı olduğuna görə müxtəlif yerlərdə çobanlıq edərək ailələrini dolandırmışlar. Təxminən 2 il olar ki, Qoyunbinəsi kənd sakini Təqsirləndirilən şəxs məxsus Qoyunbinəsi kəndində yerləşən heyvandarlıq fermasında çoban işləmiş və həmin fermada yaşamışlar. Həmin müddət ərzində bir neçə dəfə Azərlə öz istəyi ilə Azərin fermasında tövlədə təbii yolla cinsi əlaqədə olmuşdur. Son vaxtlar hiss etmişdir ki, əri Tural Azərlə onun münasibətlərindən şübhələnmişdir. Ona görə də o, qərara gəlmişdir ki, Azərlə aralarında olan cinsi yaxınlığa son qoysun, yəni Azərlə bir də cinsi əlaqədə olmasın. 2025-ci ilin aprel ayının axırlarında Azər fermaya gələndə ona daha cinsi əlaqəyə girmək istəmədiyini bildirmişdir. Azər səbəbini soruşduqda əri Turalın ondan şübhələndiyini və ailəsinin dağılmağını istəmədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə, gecə saat 03 radələrində əri Şahid Bərdə rayonunda yerləşən heyvan bazarına getdiyi üçün o, uşaqları ilə fermada qalmışdır. Həmin gün saat 08 radələrində Təqsirləndirilən şəxs özünə məxsus olan avtomobil ilə həmişə olduğu kimi fermaya gəlib, ona tövlədə olan xəstə qoyuna baxmaq üçün tövləyə getməyi təklif etmişdir. O da Azərlə tövləyə getmiş və onlar tövləyə daxil olduqdan sonra Azər qapının arxasına ağac taxaraq onu qucaqlayıb cinsi əlaqəyə girmək istədiyini bildirmişdir. O da Azərə bir daha ərinin şübhələndiyini bildirmişdir. Azər ona cinsi əlaqədə olmayacağı halda onu və ərini fermadan qovacağını bildirmişdir. Özü və ailəsi maddi və yaşayış yeri baxımdan Azərdən asılı olmasına baxmayaraq o, bir daha əsəbləşərək onları fermadan qovmamasını, işlərinə toxunmamasını, maddi vəziyyətlərinin asılı olduğunu demiş, lakin bir daha cinsi əlaqədə olmayacağıı bildirmişdir. Buna baxmayaraq o, Azərin israr etdiyini görüb qışqıraraq Azərə cinsi əlaqədə olmayacağını, onu narahat etməməsini demiş, bunu deyərək o, əli ilə öz sinə nahiyəsinə, sağ qoluna zərbələr vurmuşdur ki, Azər ona yaxın gəlməsin. O, bunları edərək qışqırmış halda tövlənin qapısına tərəf gedərkən Azər də onun arxası ilə gəlmiş və bu zaman əri Tural qapıdan içəri daxil olmuşdur. Hazırda Təqsirləndirilən şəxs barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. O, rəsmi olaraq heç bir yerdə işləmədiyinə, eyni zamanda maddi imkanları aşağı olduğuna görə Qoyunbinəsi kənd sakini Təqsirləndirilən şəxs məxsus Qoyunbinəsi kəndində yerləşən heyvan fermasında çoban işləmiş, həmin fermada yaşamış, həmin fermada Azərə məxsus olan xırdabuynuzlu və iribuynuzlu heyvanları otarmış, Durnisə isə heyvan damlarının təmizlənməsi və tövlədə qalan heyvanlara qulluq etmişdir. O, xx.xx.2025-ci il tarixdə, saat 03 radələrində özünə 01 baş keçi almaq üçün Bərdə rayonunda yerləşən heyvan bazarına getdiyi üçün ailə üzvləri fermada qalmış, həmin gün saat 08 radələrində fermaya gəlib aldığı keçini tövləyə aparmaq istəyərəkən tövlədən arvadı Durnisənin qışqırıq səsini eşidib tövləyə girmək istəyəndə tövlənin qapısının bağlı olduğunu görüb, qapını çəkib açıb içəri girmiş və tövlədə fermanın sahibi Azəri görmüş, arvadı Durnisənin isə ağlaya ağlaya ona tərəf gəldiyini görmüşdür. Həmin vaxtı Azərllə aralaırnda mübahisə olmuşdur. İşdə olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay həddində həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. İşdə olan Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 217 №li rəyindən görünür ki, 1987-ci ildə anadan olmuş, Zərərçəkmiş şəxs bəbənində aşkar edilmiş xəsarət-sol süd vəzisini və sağ bazunun orta 1/3-nin yan səthinin qançırları küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Sağlamlığa zərər vurmadığı üçün qeyd edilən xəsarətlərin dərəcəsi təyin edilmir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan təqsirləndirlən şəxsə yenidən ittiham elan etmə barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 150.1 və 221.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdırilərək ona Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə ittiham elan edilmişdir. İşdə olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Fidan adlı azyaşlı uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması, zərərəçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən hallardır və cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, 02 may 2025-ci il tarixdən 10 iyun 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, üzləşdirmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 03 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, aylıq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs iş üzrə 02 may 2025-ci il tarixdən 10 iyun 2025-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay 08 (səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrum etmə dörd gün islah işlərinə bərabər tutularaq 05 (beş) ay 02 (iki) gün islah işləri cəzası ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanüni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan ifadənin alınması və üzləşdirmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkəmə dövrü üçün göstərilən 5 (beş) saat hüquqi yardıma görə 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar