Məhkəmə qərarları › İş №1(039)-84/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-84/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-84/2020 24.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 02 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs saxlanc yeri hesab edilən həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olmuş, oradan bir ədəd 550 manat dəyərində işlənmiş “TRUMP” markalı velosipedi, hər birinin qiyməti 12 manat olmaqla, cəmi 168 manat dəyərində 14 ədəd toyuqları, hər birinin dəyəri 5 manat olmaqla cəmi 80 manat dəyərində 16 ədəd göyərçinləri gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 798 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs vəşahid ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə o, zərəçəkmiş Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə daxil olmamış və oradan hər hansı əmlak oğurlamamışdır. Sonrakı məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, 2019-cu ilin dekabr ayının əvvəllərində maddi cəhəddən çətinliyi olduğu üçün oğurluq etmək qərarına gəlmiş, həmin ərəfədə gecə saat təxminən 01 radələrində Yevlax şəhəri N.Tusi küçəsinə getmiş, orada bir evin, sonradan adını bildiyi Zərərçəkmiş şəxs evinin hasarından aşaraq həyətə düşmüş, evin həyətinə nəzər saldıqda həyətindətoyuq damı, toyuq damının yaxınlığında isə bir ədəd velosiped görmüşdür.O, həmin velosipedi götürüb evin həyət darvazasının qapısını açıb çölə çıxardaraq hasara söykəmiş, yenidən həyətə qayıdıb toyuq damına yaxınlaşmış, təxminən 10-15 ədəd toyuğu damdan götürərək özü ilə apardığı boş kisəyə dolduraraq velesipedin yanına aparmışdır.Səhər tezdən o, velesipedi və toyuqların bir hissəsini götürüb Yevlax şəhər avtovağzalının qarşısına aparmış, orada tanımadığı şəxsə cəmi 50 manatasatmışdır. Toyuqların bir hissəsini isə kəsib ailəsinin gündəlik qida ehtiyaclarını ödəmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyandan 200 manat ödədiyini, himayəsində 7 azyaşlı uşağının olmasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, yaşadığı evin həyətində toyuq və göyərçin saxlayır. Toyuqları həyətindəkiəl damında saxlayır, göyərçinləri isə oğlunın əl damının qarşısında taxtadan düzəltdiyi yeşikdəsaxlayır. X6 şəhər mərkəzi bazarında velosiped satmaqla çörək pulu qazanır. Oğlu Orxan 2012-ci ildə 1000 ABŞ dollarına, yəni 800 manata “TRUMP” markalı velosiped almışdır. xx.xx.2019-cu il tarixdə axşam saatlarında o, 20 ədəd toyuqları həyətindəki əl damına yığıb qapısını bağlamışdır. xx.xx.2019-cu il tarixdə səhər saat təxminən 08 radələrində o, həyətə düşən zaman toyuqların olduğu əl damının qapısını açıq olduğunu görüb içəri baxmış və içəridə 14 ədəd toyuğunun olmadığını bilmişdir.O,əl damının qabağındakı göyərçinlər üçün düzəldilmiş yeşiyə baxan zaman göyərçinlərin də 16 ədədinin olmadığını bilmişdir. O, yaşadığı evin həyətini axtarsa da toyuqları və göyərçinləri tapa bilməmişdir. Daha sonra oğlu Orxan da həyətə düşmüş və Orxan velosipedinin də yerində olmadığını bildirmişdir. O, həmin vaxt oğurluq hadisəsi barədə 102 xidmətinə zəng edərək məlumat vermiş, bir qədər sonra polis əməkdaşları ora gəlmişlər, onun iştirakı ilə həyətə baxış keçirmişlər, o da polis əməkdaşlarına şikayət ərizəsi vermişdir.Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın 200 manat hissəsi ödənilmişdir. Ziyanın qalan hissəsi ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid1 ifadəsindəbildirmişdir ki, xx.xx.2019-cu il tarixdə Yevlax rayon polis şöbəsinə yaşadığı evin həyətindən 14 ədəd toyuğun, 16 ədəd göyərçinin və 1 ədəd velosipedin oğurlanması barədə şikayət ərizəsini anası Tamella vermişdir. Onlar yaşadıqları evin həyətində toyuq və göyərçin saxlayırlar. Toyuqları həyətlərindəki əl damında, göyərçinləri isə əl damının qarşısında taxtadan düzəltdiyi yeşikdəsaxlayırlar. O, 2012-ci ildə 1000 ABŞ dollarına, yəni 800 manata “TRUMP” markalı velosiped almışdır. xx.xx.2019-ci il tarixdə səhər saat təxminən 08 radələrində o, həyətə düşən zaman anası Tamella ona toyuqların 14 ədədinin, göyərçinlərin də 16 ədədinin olmadığını bildirmişdir. O, həyətə düşəndən sonra velosipedinin də yerində olmadığını görmüşdür. Həmin vaxt anası oğurluq barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir, bir qədər sonra polis əməkdaşları ora gəlmişlər və onların iştirakı ilə həyətə baxış keçirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2019-cu il dekabr ayının əvvəllərində günün səhər saatlarında Yevlax şəhəri avtovağzalında tanıdığı Siracın əlində bir ədəd velosiped, yerdə isə iki ədəd kisə olduğunu görmüş, o, Siracın yanından keçən zaman Sirac ona velosipedi göstərərək satmaq istədiyini bildirmişdir.O, Siracdan velosipedi neçəyə satmasını soruşmuş, Sirac isə 50 manata satmaq istədiyini bildirmişdir.Həmin vaxt Sirac yerdə olan kisələri ona göstərərək orada yaxşı toyuq olduğunu, onları da satmaq istədiyini bildirmiş, o, isə almaq istəmədiyini bildirərək çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi hadisə yeri ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyatyanı sahəsidir. (iş vər. 13-16); “ifadənin yerində yoxlanılması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsi yerində yoxlanılarkən, o, ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus evin hasarını göstərərək, 2019-cu ilin dekabr ayının əvvəllərində gecə saatlarında oğurluq etmək üçün həmin evin həyətinə düşdüyünü, evin seyvanının altına keçərək oradan 1 ədəd velosiped götürüb darvazanın çölünə qoyduğunu, daha sonra isə evin həyətindəki əl damını göstərərək oradan bir neçə ədəd toyuq və əl damının qarşısında olan yeşiklərdən isə bir neçə ədəd göyərçini kisələrə yığaraq apardığını bildirmişdir. (iş vər. 114-120); məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxx 2020-ci il tarixli 9/735 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilməyən tədqiqat obyektlərinin bazar pərakəndə satış qiyməti -1 ədəd “TRUMP “markalı işlənmiş velosiped 550 manat, 14 ədəd 1,5 kq çəkisi olan toyuqlar 168 manat, 16 ədəd göyərçinlər 80 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manatdır.( iş vər. 81-83); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxx 2020-ci il tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir.( iş vər. 112); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs AğsuRayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 il 10 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.( iş vər. 65); AZ-İİ seriyalı 555710 nömrəli, AZ-İİ seriyalı 555711 nömrəli, AZ-İİ seriyalı 907605 nömrəli, AZ-İİİ seriyalı 455124 nömrəli, AZ-İV seriyalı 256579 nömrəli, AZ-İV seriyalı 100453 nömrəli və AZ-İV seriyalı 280282 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü İbrahim, xx.xx.2010-cu il təvəllüdlü Cəlal, xx.xx.2012-ci il təvəllüdlü İsrayıl, xx.xx.2014-cü il təvəllüdlü Vasif, xx.xx.2016-cı il təvəllüdlü Xatirə, xx.xx.2018-ci il təvəllüdlü Anar və xx.xx.2019-cu il təvəllüdlü Gözəl adlı uşaqları var. ( iş vər.75-78); Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyandan 200 manat Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Yevlax rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 241/6 saylı məktubundan görünür ki, Ağsu Rayon Məhkəməsinin 1(016)-19/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 10 (on) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixədək hökmdən göstərilən cəzasından 09 (doqquz) ay 25 (iyirmi beş) gününü çəkmiş, 01 (bir) 11 (on bir) gününü isə çəkməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli hesab edərək, ittihamda göstərilən 16 ədəd göyərçinin onun tərəfindən oğurlanmaması ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, habelə, məhkəmə baxışının gedişatında təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, eləcə də ifadənin yerində yoxlanması protokolu belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxstərəfindən ittihamda qeyd olunan 16 ədəd göyərçinin oğurlamasına şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdəədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yeddi azyaşlı uşağının olmasını (CM-in 59.1.4) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə məhkumluğu ödənilməsə də, CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığı üçün Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edərkən, sonuncunun əvvəllər eyni əməli törətməyə görə məhkum olunmasını, islah olunmayaraq yenidən eyni cinayəti törətməsini, məhkəmə istintaqından yayınmasını Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədlərinə çatmaq üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməliə mlakın olub-olmaması ıməsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həmdə hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Zabitov X4 Məcəlləsinin177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictima itəhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirlibilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, həbsdə saxlanıldığı müddət cəzasından çıxılmalı (CM-69.3), Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1. 158.6),cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində həbs qətimkan tədbiri seçilməli, (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 10 (on) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) gün hissəsi Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaqla 6 (altı) ay 5 (beş) gün müddət müəyyən edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmə yolu ilə hazırkı hökm üzrə təyin edilmiş 2 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzasına birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rеjimlicəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 ibtidai istintaqda göstərdiyi 25 (iyirmi beş) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3, 84 (səksən dörd) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar