Məhkəmə qərarları › İş №1(039)-84/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-84/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-84/2022 12.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1973-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,289 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlamış, 05 fevral 2022-ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri, Aydın Məmmədov küçəsində həmin narkotik vasitə olan heroindən 0,024 qram olan hissəsini tanışı Şahid1 20 manata satmış, 05 fevral 2022-ci il tarixdə saat 21:00-da Şahid1 narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri, Dədə Qorqud küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin günü saat 21:40-dan saat 21:53-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın kiçik olan sağ yan cibindən bir ədəd kağız bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında əldə edib saxladığı 0,024 qram miqdarında narkotik vasitə - heroin aşkar olunaraq götürülmüş, 05 fevral 2022-ci il tarixdə saat 23:00-da Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, Aydın Məmmədov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində 06 fevral 2022-ci il tarixdə saat 00:10-dan 00:27-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki köynəyin sol döş cibindən bir ədəd sellofan bükümdə olan satış məqsədi ilə əldə edib saxladığı 0,265 qram miqdarında narkotik vasitə olan heroin və 01 ədəd 20 manatlıq əskinas aşkar olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, narkotik vasitələrdən istifadə edir. Lakin, heç zaman narkotik vasitə satmamışdır. 05 fevral 2022-ci il tarixdə, axşam saatlarında şəhər avtovağzalı ətrafında olan zaman yerdən bükülü tapmış, həmin bükülünün içinə baxdıqda isə orada narkotik vasitə olan heroin olduğunu görmüşdür. Həmin narkotik vasitəni sonra istifadə etmək üçün cibinə qoyub saxlamışdır. Bundan iki-üç saat sonra, ailəsi ilə birlikdə yaşadığı ünvan 2 ünvanında, fərdi yaşayış evinin həyətində olan zaman, mülki geyimdə olan şəxslər həyətə daxil olaraq özlərini təqdim etmədən, ailə üzvlərinin, o cümlədən yetkinlik yaşına çatmayan övladının gözü qarşısında onun qollarını burub yerə yıxmış, daha sonra isə icazə olmadan yaşadığı evə daxil olub baxış keçirmək istəmişdilər. Yalnız sonra anlamışdır ki, həmin şəxslər polis əməkdaşlarıdır. Bundan sonra onu avtomobilə oturdaraq Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına aparmışlar. Avtomobilə oturan zaman Şahid1 da həmin avtomobildə, qolunda qandalla oturduğunu görmüşdür. Şöbəyə gətirilən zaman da ona və Şahid1 qarşı güc tətbiq edilmişdir, bunu Yevlax Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında olan video görüntülər də təsdiq edə bilər. Şöbədə ona qarşı polis əməkdaşları güc tətbiq etməyi davam etmiş və onların tələbi üzrə narkotik vasitənin bir hissəsini qonşusu olan Şahid1 20 manat satdığına dair ifadə vermişdir. Halbuki, heç vaxt, heç kimə narkotik vasitələr satmamışdır. İstifadəsində olan 994-55-***- 20-75 mobil nömrə arvadının adına olsa da, onun tərəfindən istifadə edilmişdir. Həmin nömrəyə gələn sms-ləri xatırlamır. İstintaq zamanı verdiyi ifadələri, o cümlədən Şahid1la üzləşmə zamanı verdiyi ifadəni polis əməkdaşlarının təzyiqi nəticəsində vermişdir. Özünü qismən, yalnız narkotik vasitəni saxlamada təqsirli bilərək ona həmin cinayət əməlinə görə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs bir qonşu kimi uzun müddətdir tanıyır. 05 fevral 2022-ci il tarixdə, axşam saatlarında yaşadığı, Yevlax şəhər Dədə Qorqud küçəsində olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək onda narkotik vasitə olduğunu bildirib onu yaşadığı evin bir otağına salmışlar. Bundan sonra evdə axtarış etməyə başlamışlar. Onlar bildirmişlər ki, guya onda 3 kiloqram narkotik vasitə var. Sonra onun qoluna qandal vurub avtomobilə oturdub Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına aparacaqlarını bildirmişlər. Yolda gedən zaman ondan Təqsirləndirilən şəxs tanıyıb tanımadığını soruşmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında avtomobili saxlayıb evin həyətinə daxil olmuş, daha sonra isə Ramizin evini axtarmağa başlamışlar. Bu zaman onun qoluna qandal vurub, qandalın o biri hissəsini avtomobilə bağlamışlar. Ramizin yaşadığı evin həyətindən səs-küy gəlirdi. Bundan sonra Ramizin də qoluna qandal vurub onları birlikdə Yevlax Rayon Şöbəsinə aparmışlar. Orada polis əməkdaşları onu ayaqyoluna salaraq döyməyə başlamış və ona məcburən narkotik vasitə qəbul etdirmişlər. Bundan sonra onu bir otağa salıb narkotik vasitə göstərib bildirmişlər ki, əgər həmin narkotik vasitəni onun üstünə qoysalar 3 ilə qədər azadlıqdan məhrum etmə cəzasına məhkum olunacaq. Bu təzyiqlərə dözməyərək bildirmişdir ki, Təqsirləndirilən şəxs 20 manat narkotik vasitə olan heroin almışdır. İstintaq zamanı ifadələri, o cümlədən üzləşmə zamanı ifadəsini təzyiq altında vermişdir. Şahid2 Xəqani oğlu bildirmişdir ki, Azərbaycan Respublikası DİN BNMİ-nin QBRŞnin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 fevral 2022-ci il tarixdə DİN BNMİ QBRŞ-yə Yevlax şəhəri sakini Şahid1 narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə Şöbənin rəhbərliyinə raportla müraciət etmişdir. Şöbənin rəhbərliyinin müvafiq əmri ilə ondan, DİN BNMİ-nin QBRŞ-nin əməkdaşları, polis nəfəri, polis serjantı Şahid3 və polis nəfəri, polis serjantı Şahid4 ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. Əməliyyat-axtarış qrupunun üzvləri ilə, həmin günü saat təxminən 21:00-da Şahid1 yaşadığı Yevlax şəhəri, Dədə Qorqud küçəsinə getmiş, onun həmin küçədə olduğunu görüb ona yaxınlaşmışlar. Şahid1 özlərini təqdim edərək qanunsuz olaraq üzərində narkotik vasitə saxlamada şübhəli olduğunu bildirib onlarla birlikdə Yevlax Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Şöbədə Şahid1 müdafiəçi təqdim edilmiş və video çəkilişlə üstünə baxış keçirilmişdir. Şahid1 əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükülü çıxararaq təqdim etmiş və bükülünün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümə baxış keçirilərkən içində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Şahid1 səmimi etiraf etmişdir ki, narkotik vasitəni həmin gün Yevlax şəhəri, A.Məmmədov küçəsində yaşayan Ramiz adlı şəxsdən 20 manata öz istifadəsi üçün almışdır. Bununla bağlı yenə də Şöbənin rəhbərliyinə raportla müraciət etmiş və eyni tərkibdə əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs adlı şəxsin ətrafında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Bu məqsədlə, əməliyyat qrupunun üzvləri ilə, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına getmişlər. Təqsirləndirilən şəxs həmin küçədə, yolun kənarında dayandığını görüb ona yaxınlaşmış, özlərini təqdim edib üzərində narkotik vasitə olması barədə şübhələrin olduğun bildirib onu Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Şöbənin inzibati binasına getmişdir. Şöbədə ona müdafiəçi təqdim edilmiş və üzərinə video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən bir büküm aşkar edilmişdir. Ramiz bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir, həmin bükülünü bir neçə saat öncə avtovağzalın yaxınlığında yerdən tapmışdır. Daha sonra Ramiz etiraf etmişdir ki, bu narkotik vasitənin bir hissəsini tanışı Şahid1 20 manata satmışdır. Şahid1 və Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı güc tətbiq edilməmiş, hər hansı təzyiq olmamışdır. Eləcə də, onların evlərinə polis əməkdaşları daxil olmamış, evə baxış keçirilməmişdir. Şahid4 bildirmişdir ki, Azərbaycan Respublikası DİN BNMİ-nin QBRŞ-də sürücü, polis nəfəri vəzifəsində işləyir. 05 fevral 2022-ci il tarixdə DİN BNMİ QBRŞ-nin rəhbərliyinin müvafiq əmri ilə Yevlax şəhəri sakini Şahid1 barədə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə, şöbənin XMİÜ baş əməliyyat müvəkkili Semur Arıkovun rəhbərliyi ilə yaradılmış əməliyyat qrupuna daxil edilmişdir. Qrupun üzvləri ilə, onun idarə etdiyi avtomobillə həmin günü saat təxminən 21:00-da yaşadığı Yevlax şəhəri, Dədə Qorqud küçəsinə getmişlər. Şahid1 küçədə, yolun kənarında dayandığını görüb ona yaxınlaşmış, ona özlərini təqdim edərək qanunsuz olaraq üzərində narkotik vasitə saxlamada şübhəli olduğunu bildirib onlarla birlikdə Yevlax Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Şöbədə müdafiəçi təqdim edilməklə və video çəkilişlə onun üstünə baxış keçirilmişdir. Bu zaman onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükülü aşkar edilmişdir. Bükülünün içində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Şahid1 bildirmişdir ki, narkotik vasitəni həmin gün Yevlax şəhəri, A.Məmmədov küçəsində yaşayan Ramiz adlı şəxsdən 20 manata almışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına getmişlər. Təqsirləndirilən şəxs həmin küçədə dayandığını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib üzərində narkotik vasitə olması barədə şübhələrin olduğun bildirib onu Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Şöbənin inzibati binasına getmişdir. Şöbədə müdafiəçinin iştirakı ilə, video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən bir büküm aşkar edilmişdir. Ramiz bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir, bükülünü bir neçə saat öncə avtovağzalın yaxınlığında yerdən tapmışdır. Daha sonra Ramiz etiraf etmişdir ki, bu narkotik vasitənin bir hissəsini tanışı Şahid1 20 manata satmışdır. Şahid1 və Təqsirləndirilən şəxs saxlanılarkən, şöbəyə gətirilərkən onlara qarşı güc tətbiq edilməmişdir. Onlara hər hansı digər formada təzyiq də olmamışdır. Polis əməkdaşları onların evlərinə daxil olmamışlar ümumiyyətlə. Şahid3 şahidlər Şahid2 və Şahid4 ifadələrinə oxşar məzmunlu ifadə vermişdir. Şahid X8 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onun narkotik vasitələrdən istifadə etdiyi barədə məlumatı olmuşdur. 05 fevral 2022-ci il tarixdə ailə ilə birlikdə yaşadıqları ünvan 1 ünvanında yerləşən evdə olan zaman evin həyətindən Ramizin səsinin gəldiyini eşidib həyətə çıxmışdır. Bu zaman 4 nəfər şəxsin həyətə daxil olduğunu və Ramizə qarşı zor tətbiq edərək onu saxladıqlarını görmüşdür. Həmin şəxslər onun qızı Zivərə qarşı da zor tətbiq etmiş, onu itələyib yıxmışdılar. Bundan sonra anlamışdır ki, bu şəxslər polis əməkdaşlarıdır. Həmin şəxslər onların yaşadığı evə daxil olub evi axtarmağa başlamışlar. Evdə qanunsuz heçnə olmadığından həmin şəxslər evdən çıxaraq Ramizi döyərək zorla avtomobilə qoyub aparmışdılar. Bundan sonra ona məlum olmuşdur ki, Ramizin üzərindən narkotik vasitə aşkar olunmuşdur. Şahid X7 bildirmişdir ki, Şahid1 onun əridir, ailələri ilə birlikdə ünvan 3 ünvanında yaşayırlar. 05 fevral 2022-ci il tarixdə axşam saatlarında evin işıqları sönmüşdür. Bundan sonra pilləkənlərdən üç nəfərin qalxdığını görmüşdür. Polis əməkdaşları işığı yandırdıqda Əhməd onları görüb həyətin hasarından aşaraq qaçmağa cəhd etsə də, polis əməkdaşları onu saxladılar. Evdə olan uşaqları bundan çox qorxdular. Polis əməkdaşları evə daxil olaraq evi axtarmağa başlamış, lakin qanunsuz heçnə tapmamışdılar. Evə baxdıqdan sonra polis əməkdaşları Əhmədi avtomobilə otuzduraraq aparmışdılar. Əhməd saxlaılarkən ona qarşı zor tətbiq edilməmişdir. Şahid X9 bildirmişdir ki, Təqsirləndirilən şəxslə qonşudur. 05 fevral 2022-ci il tarixdə, axşam saatlarında küçədə qoyun otaran zaman Ramizin evinin həyətindən yüksək səslərin gəldiyini eşitmiş və evə tərəf baxdıqda polis əməkdaşlarının Ramizi avtomobilə otuzduraraq apardıqlarını görmüşdür. Şahid X11 bildirmişdir ki, Təqsirləndirilən şəxs dayısı oğludur, onunla qonşuluqda yaşayır. 05 fevral 2022-ci il tarixdə evə gəldikdə Ramizgilin evinin həyətindən qızının səsinin gəldiyini eşitmişdir. Ramizin qızı “atamı aparmayın” qışqırırdı. Ramizgilin evinin qarşısına baxdıqda orada avtomobilin dayandığını, avtomobilin içində Əhmədin olduğunu görmüşdür. Şahid X5 bildirmişdir ki, Şahid1 onun oğludur. 05 fevral 2022-ci il tarixdə, Əhməd tutulan günü olan hadisələri xatırlamır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs və Şahid1 ayrı-ayrılıqda üzərilərinə baxış keçirilməsini özündə əks etdirən video yazılara baxış keçirilmiş və həmin yazılarda Təqsirləndirilən şəxs və Şahid1 üzərindən sellofan bükümdə içində narkotik vasitələr olan heroin aşkar olunması təsdiqini tapmışdır. Həmin zaman həm Təqsirləndirilən şəxs, həm Şahid1 bükümlərdə narkotik vasitə olan heroinin olduğunu etiraf etmişlər. Şahid1 narkotik vasitəni Təqsirləndirilən şəxs 20 manata aldığını, Təqsirləndirilən şəxs isə Şahid1 20 manat narkotik vasitə satdığı etiraf etmişdir. Müdafiəçilərin suallarına cavab olaraq hər ikisi onlara qarşı hər hansı zor tətbiq edilmədiyini bildirmişlər. Həmin video görüntülərdə onların üzərində hər hansı xəsarətin olması da müəyyən edilmir. Bundan başqa, istintaq zamanı Təqsirləndirilən şəxslə Şahid1 üzləşdirilməsini özündə əks etdirən video yazıya baxış keçirilmişdir. Həmin zaman Şahid1 narkotik vasitəni 05 fevral 2022-ci il tarixdə axşam saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi Aydın Məmmədov küçəsində Təqsirləndirilən şəxs 20 manata aldığını təsdiq etmişdir. Təqsirləndirilən şəxs də öz növbəsində bunu etiraf etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 06 fevral 2021-ci il tarixli 16/153 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, “Şahid1 üzərindən aşkar aşkar olunmuş....” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd gümüşü kağız bükümdə, təmiz çəkisi–0,024 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi–0,024 qr., tədqiqata sərf edildi–0,01 qr., qalıq–0,014 qr. (səhş 72, 81-84) Məhkəmə-kimyəvi ekspertizasının 06 fevral 2021-ci il tarixli 16/154 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi–0,265 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..........” və “Şahid1 üzərindən aşkar olunmuş..........” yazı və imzalar olan kağız paketlərdəki heroinlər kimyəvi tərkiblərinə görə eynidir. Heroinin təmiz çəkisi–0,014 qram, 0,265 qr., tədqiqata sərf edildi–0,01 qram, 0,06 qr., qalıq–0,004 qram, 0,205 qr. Tədqiqata təqdim edilmiş qəhvəyi rəngli maddənin tərkibində narkotik və psixotrop maddələrin əlamətlərini və eyniliyini müəyyən etmək üçün əvvəlcə rəng testi və müqayisəli NTX (nazik təbəqəli xromatoqrafiya) analizləri aparıldı. Rəng testi nəticəsində heroin qrupuna məxsus tünd bənövşəyi rəngin, (eyni çalarlı) müqayisəli NTX analizində heroinə məxsus zonaların (eyni Rf=47-49) əmələ gəlməsi müşahidə edildi. Aparılmış tədqiqata əsasən müəyyən olundu ki, tədqiqata təqdim edilmiş təmiz çəkisi, 0,265 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və bir ədəd gümüşü kağız bükümdə olan heroinlər kimyəvi tərkiblərinə görə eynidir.(səh. 153-155) Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(039)-17/2022 nömrəli qərarının icrası ilə əlaqədar olaraq Yevlax rayon polis şöbəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-3725/22 nömrəli məktubla göndərilmiş bir ədəd CD diskə tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı diskdə 05 ədəd qovluğun olması müəyyən olunmuşdur. 1-ci qovluğa baxış keçirilərkən 055-***-20-75 saylı mobil nömrənin X6 məxsus olduğu müəyyən edilmişdir. 2-ci qovluğa baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 055-***-20-75 saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə 055-***-53-39 saylı mobil nömrədən “nə 05 adiyla vermisən o ayniyonu elə bir adama vururamki gordu sən, Ramiz mənəm Səbus bu nədi belə vermisən mənə bir cetdik ayniyonu mə, yaxsi olmaz nə sənin üçün nədə mənim üçün ya pul qaytarilmalidi, yada mal dogru duzgun verilməlidi telefona cavab ver gəlirəm ora, yada mal dogru duzgun verilməlidi telefona cavab ver gəlirəm ora !” məzmunlu mesaj göndərildiyi müəyyən edilmişdir. 3-cü qovluğa baxış keçirildi və baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. 4-cü qovluğa baxış keçirilmiş və baxış zamanı Şahid1 istifadəsində olan 055-***-63-10 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan 055-***-20-75 saylı mobil nömrə arasında 2021-ci ilin noyabr ayı ərzində telefon danışıqlarının baş verməsi müəyyən olunmuşdur. Məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2022-ci il tarixli 412 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür..(səh.163) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X1 rayon Narkoloji Kabinetinin xx.xx.2022-ci il tarixli 228 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən həmin kabinetdə qeydiyyatda durur.(səh 138) Eyni zamanda onun barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimata baxılarkən Təqsirləndirilən şəxs avtovağzalın yaxınlığında yerdən bükülü tapdığını, bükülünün içində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitənin bir hissəsini Şahid1 20 manata satdığını etiraf etmiş, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı zor tətbiq edilməsini məhkəməyə bildirməmişdir. Yevlax Rayon Prokurorluğunun 09 avqust 2022-ci il tarixli məktubunda qeyd edilir ki, X3 atası Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanmasında şübhəli şəxs qismində Azərbaycan Respublikası DİN BNMİ-nin QBRŞ-nin polis əməkdaşları tərəfindən 05 fevral 2022-ci il tarixdə saxlanlarkən polis əməkdaşlarının onun atasına və onun özünə qarşı zorakılıq etməsi və onların yaşadıqları evə polis əməkdaşlarının qanunsuz daxil olması barədə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilindən (Ombudsmandan) və Şahid1 Azərbaycan Respublikası DİN BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən evində qanunsuz olaraq axtarış aparılması, təhqir və kobud rəftara məruz qalması, təzyiqlər nəticəsində Təqsirləndirilən şəxs qarşı ifadə verməyə məcbur edilməsi barədə Baş Prokurorluqdan daxil olmuş müraciətlər əsasında araşdırma aparılmışdır. Toplanmış materialda cinayət tərkibi olmadığından 15 iyun 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Yevlax Rayon Polis Şöbəsinin 15 sentyabr 2022-ci il tarixli məktubunda qeyd edilir ki, Şahid1 və X10 05 fevral 2022-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə daxil olmasının kamera görüntülərini müddət keçməsi ilə əlaqədar yaddaşda qalmadığı üçün təqdim etmək mümkün olmamışdır. Yevlax Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qərarının surəti ilə müəyyən olunur ki, X3 qanuni nümayəndəsi X4 Yevlax rayon prokurorunun müavini X2 “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 15 iyun 2022-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmişdir. Məhkəmə, mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri satmada təqsirli olması mövcud sübutlarla təsdiq olunur, onun həmin maddə ilə özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, istintaq zamanı aparılmış video çəkilişlər zamanı (şübhəli şəxs kimi üzərinə baxış keçirilərkən, üzləşmə aparılarkən) Təqsirləndirilən şəxs sərbəst olaraq ifadə vermiş, Şahid1 20 manata narkotik vasitə olan heroin satdığını etiraf etmiş, müdafiəçinin sualına cavab olaraq ona qarşı hər hansı təzyiqin olmadığını bildirmişdir, eləcə də onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən ona qarşı təzyiqin olmadığını qeyd etməklə, narkotik vasitəni Şahid1 satdığını bildirmişdir. Həmçinin Şahid1 da istintaq zamanı aparılmış video çəkilişlər zamanı (şübhəli şəxs kimi üzərinə baxış keçirilərkən, üzləşmə aparılarkən) üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs 20 manata aldığını etiraf etmişdir. Şahid1 məhkəmə iclası zamanı vermiş olduğu ifadəni məhkəmə, onun tanışı olan Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq cəhdi kimi qiymətləndirir. Halbuki, şahidlər Şahid3, Şahid4, Şahid2 ifadələri ilə də istinad edilən hallar təsdiqini tapmışdır. Ekspert rəyinə görə isə hər ikisindən aşkar edilmiş heroinlər kimyəvi tərkiblərinə görə eynidir. Müdafiə tərəfinin sübut olaraq təqdim etdiyi şahidlər Könül İmanovanın, Elnarə Əhmədovanın, Məqsəd Musayevin, Sabir Əliyevin ifadələri, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın mahiyyətinə təsir etməməklə, yalnız sonuncunun və Şahid1 saxlanılması zamanı polis əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədardır ki, bunlarla bağlı müvafiq araşdırılma aparılmış və nəticə olaraq cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir və həmin qərardan verilmiş şikayət məhkəmə nəzarəti qaydasında yoxlanılaraq təmin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlində təqsirlidir və bu səbəbdən ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi, habelə ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli, yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Yevlax Rayon Polis Şöbəsində saxlanılan tədqiqatından sonra qalan 0,205 qram və 0,004 qram miqdarında narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri, 60.80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba köçürülməlidir. Müdafiəçilər Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 20 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 05 fevral 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - Yevlax Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalan 0,205 qram və 0,004 qram miqdarında narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 60 (altmış) manat 80 (səksən) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar