Məhkəmə qərarları › İş №1(039)-84/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-84/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-84/2023 13.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 10 (on) ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş bükümlərdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,023 qram, 0,027 qram, 0,029 qram, 0,025 qram, 0,031 qram, 0,036 qram, 0,027 qram, 0,028 qram, 0,031 qram və 0,034 qram olmaqla ümumi təmiz çəkisi 0,291 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında olan soyuducuda dəmir şirniyyat qabının içərisində saxlamış, o, 30 yanvar 2023-cü il tarixdə saat 15:00 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, Q.B.Zakir küçəsində polis əməkdaşları tərəfindən saxlanılmış, həmin günü saat 17:10-dan 17:40-dək müdafiəçinin iştirakı və video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış nəticəsində evinin yataq otağında olan soyuducunun içərisində dəmir şirniyyat qabının içərisindən Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 10 (on) ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş bükümlərdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,023 qram, 0,027 qram, 0,029 qram, 0,025 qram, 0,031 qram, 0,036 qram, 0,027 qram, 0,028 qram, 0,031 qram və 0,034 qram olmaqla ümumi təmiz çəkisi 0,291 qram olan narkotik vasitə-heroin.ş habelə həmin soyuducunun üzərində olan mikrodalğalı elektrik sobasının içərisində olan sellofan torbanın içərisindən üzərində cüzi miqdarda narkotik maddə heroin hissəcikləri olan işlək vəziyyətdə olan elekton tərəzi aşkar olunmuş və qanunamüvafiq qaydada rəsmiləşdirilərək qablaşdırılmaqla götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, O, 1 ildir ki, narkotik vasitə olan heroin istifadə edir. O, 27 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhərində olan zaman Bakı şəhər “Beynəlxalq avtovağzalında” təsadüfən tanış olduğu, əvvəllər tanımadığı, adını bilmədiyi şəxsdən 30 manat qarşılığında ayrı-ayrı bükümlərdə olan narkotik vasitə-heroin alaraq üzərində saxlamış və həmin gün tanımadığı taksi ilə Yevlax şəhərinə gəlmişdir. O, həmin ayrı-ayrı bükümlərdə olan narkotik vasitə-heroini yaşadığı evdə olan dəmir şirniyyat qabının içərisinə qoyaraq üzərində saxlamış və 30 yanvar 2023-cü ilədək həmin bükümlərdə olan narkotik vasitə-heroindən istifadə etmişdir. Yəni şüşə ampulada məhlul halına gətirərək şprislə damarına vurmuşdur. O, sonuncu dəfə 30 yanvar 2023-cü il tarixdə narkotik vasitədən istifadə etdikdən sonra içərisində 10 ədəd bükümdə narkotik vasitə-heroin olan dəmir şirniyyat qabı yadından çıxdığı üçün yaşadığı evin yataq otağındakı soyuducunun içərisində qalmışdır. O, 30 yanvar 2023-cü il tarixdə saat 15:00 radələrində Yevlax şəhəri Q.B.Zakir küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşmış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Yevlax rayon polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə hərəkətləri aparılmış, şəxsi axtarış və götürmə zamanı onun üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Lakin şəxsi axtarış zamanı o, səmimi olaraq yaşadığı evdə narkotik vasitə-heroin saxladığını etiraf etmiş və polis əməkdaşlarının yaşadığı evdə baxış keçirməsinə heç bir etirazının olmadığını bildirərək, polis əməkdaşlarının onun yaşadığı evə baxış keçirməsinə etiraz etmədiyini bildirməsi barədə ərizə ilə Yevlax RPŞ-nə müraciət etmişdir. Bundan sonra o, müdafiəçisi və polis əməkdaşları ilə birgə yaşadığı evə getmişdir. Polis əməkdaşları tərəfindən onun müdafiəçisinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı o, yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağına daxil olaraq yataq otağında olan soyuducuda olan içərisində 10 (on) ədəd bükümdə narkotik vasitə-heroin olan dəmir şirniyyat qabını, soyuducunun üstündə olan elektrikli mikrodalğalı sobanın içərisindəki 01(bir) ədəd sellofanda olan elekton tərəzini, 17 (on yeddi) ədəd əvvəllər narkotik vasitə-heroin istifadə etdiyi şprisi və heroin məhlulu hazırlayarkən istifadə etdiyi 02 (iki) ədəd şüşə ampulanı polis əməkdaşlarına təqdim etmişdir. Onun yaşadığı evdən aşkar edilmiş 10 (on) ədəd bükümdə olan narkotik vasitəheroin polis əməkdaşları tərəfindən elekton tərəzidə çəkilmiş və çəkisinin 0,6 qram olması müəyyən edilmişdir. Həmin bükülülər, şprislər, şüşə ampulalar və elekton tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O, narkotik vasitə olan heroindən iki üç dəfə tanımadığı Yevlax sakinlərinə pul müqabilində yəni 10-15 manat müqabilində vermiş, elektron tərəzini təxminən 3-4 il öncə Bakı şəhərində Yevlax şəhərinə avtobusla gələn zaman təsadüfən avtobusda tapmışdır və özü ilə götürərək yaşadığı evdə saxlamışdır. O, həmin elekton tərəzidə narkotik vasitə və ya psixotrop maddə çəkməmişdir. Onun yaşadığı evdə narkotik vasitə-heroin olmasından ailə üzvlərinin və ya kənar şəxslərin məlumatı olmamışdır. Onun yaşadığı evdən aşkar edilmiş narkotik vasitə-heroindən başqa saxladığı narkotik vasitə və ya psixotrop maddəsi yoxdur. Əməlindən peşman olduğunu, iki azyaşlı övladının olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroinin əldə edilməsi, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə 30 yanvar 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin 30 yanvar 2023-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı mərhum X3 və Yevlax rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X5 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin günü polis əməkdaşı X7 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Q.B.Zakir küçəsinə getmişlər. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Q.B.Zakir küçəsində olması barədə onun məlumatı olmuşdur. Onlar Yevlax şəhəri Q.B.Zakir küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə olan heroin saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə baxışı həmin yerdə keçirməmələrini xahiş etmişdir. O və polis əməkdaşı X17 Hüseynovun xahişini nəzərə alaraq onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib X9a təhvil vermişlər. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən X2 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil X14 rayon polis şöbəsinə dəvət edilmişdir. Rüstəm Həsənov onun tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Rüstəm Həsənov xidməti iş otağında onun, mərhum X3 və vəkil Zaur Bərxudarovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nin ekspert-kriminalisti X11 tərəfindən video yazı vasitəsi ilə qeydə alınmışdır. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Rüstəm Həsənov Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Rüstəm Həsənov Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra Anardan saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansi bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış və götürmə keçirilmiş, lakin üzərində hər hansı bir əşya və ya predment aşkar edilməmişdir. Bundan sonra X9 tərəfindən Təqsirləndirilən şəxs başqa bir yerdə narkotik vasitə saxlayıbsaxlamaması soruşulmuş, Təqsirləndirilən şəxs da yaşadığı evdə yəni ünvan 2 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evində yataq otağında 10 ədəd büküm kakos, bir neçə ədəd şpris və 1 ədəd elektron tərəzisi olduğunu könüllü olaraq etiraf etmiş və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Rüstəm Həsənov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra o, digər iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. X4, mərhum X3 və vəkil Zaur Bərxudarovun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirtmişdir. Həmin istintaq hərəkəti Yevlax RPŞ-nin KTQ-nun inispektoru, polis mayoru X11 tərəfindən “Panasonic” markalı videokamera vasitəsilə qeydə alınmışdır. Baxışa başlamazdan əvvəl X9 Təqsirləndirilən şəxs baxış keçirməyə icazə verib vermədiyini soruşduqda, Anar heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra X9 Təqsirləndirilən şəxs yaşadığı evə “Panasonic” markalı video kamera vasitəsilə videoçəkiliş aparılmasına narazılığının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra X9 ünvan 2 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə daxil olaraq baxış keçirməyə başlamışdır. Baxış zamanı müəyyən edilmişdir ki, həyətə göy rəngli ikitaylı dəmir qapıdan daxil olunur. Girişdən sol tərəfdə bir mərtəbəli kürsülü fərdi yaşayış evi vardır. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs pilləkən vasitəsilə qalxmaqla bir başa daxil olunan yataq otağında girişdən sağ tərəf küncdə yerləşən köhnə soyuducunun üstündə olan plastik qutunu, bundan sonra soyuducunun içərisindən bir ədəd kiçik ölçülü dəmir qutunu təqdim etmişdir. Həmin dəmir qutunun içərisindən ümumi çəkisi 0,6 qram olan 10 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, hər birinin içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan bükümlər aşkar olunaraq götürülmüşdür. X9 tərəfindən Təqsirləndirilən şəxs həmin maddələrin nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükülülərin hər birinin içərisində kakos olduğunu, öz şəxsi istifadəsi üçün Bakı şəhərindən gətirdiyini, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs başqa nəyininsə olub-olmadığı soruşulduqda, Təqsirləndirilən şəxs soyuducunun üzərində olan mikrodalğalı sobanın içərisindən bir ədəd sellofan torbanı və 01 ədəd gümüşü rəngli elektron tərəzini təqdim etmişdir. X9 sellofan torbanın və digər qabların içərisinə baxdıqda 1 ədəd elektron tərəzi aşkar etmiş və maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin şprisləri narkotik vasitədən qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra X9 aşkar etdiyi maddələri ekspertizaya göndərəcəyini bildirmiş və bir ədəd zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış, üzərində qeydiyyat aparmış və zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Daha sonra Təqsirləndirilən şəxs, onun vəkili X6 zərfin üzərinə imza çəkmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına keçirilən baxış başa çatmışdır. Rüstəm Həsənov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Yevlax rayon X18 patrul xidməti bölüyü polis baş serjantı vəzifəsində işləmiş mərhum X7 digər Şahid1 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 20-21); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə yəni, Yevlax şəhəri, Ə.Şıxlinski küçəsi 59-üvnanında yerləşən bir mərtəbəli fərdi yaşayış evində yataq otağında 10 ədəd kakos, bir ədəd şpris və 1 ədəd elektron tərəz aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər. 26-33); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/122 nömrəli rəyindən görünür ki, şübəli şəsx tədqiqata təqdim edilmiş üzərində “Yevlax şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş ümumi çəkisi 0,6 qram olan 10 ədəd siqaret kağızına bükülü heroinə bənzər kütlələr...” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 10 (on) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,023 qr, 0,027 qr, 0,029 qr, 0,025 qr, 0,031 qr, 0,036 qr, 0,027 qr, 0,028 qr, 0,031 qr, 0,034 qr., ümumi təmiz çəkisi – 0,291 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Yevlax şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 1 ədəd tərəzi...” sözləri, imzalar və adlar yazılmış sellofan torbanın içərisindəki; 01 (bir) ədəd elektron tərəzinin üzərində olan cüzi miqdarda maddə hissəcikləri heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, 10 (on) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” na daxildir. Heroinlərin ümumi təmiz çəkisi- 0,291 qram tədqiqata sərf edildi- 0,100 qram, (hər ob-0.010) qalıq- 0,191 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71.94 manatdır. (iş vər.51-54); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (iş vər. 85-89); Əşyanın maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd kağız torbada qablaşdırılmış hər birinin içərisindəki cüzi miqdarda heroin hissəəcikləri olan 17 ədəd 2 mllik şprislər, hər birinin içərisindəki cüzi miqdarda heroin hissəcikləri olan 02 ədəd şüşə ampulalar, üzərində cüzi miqdarda heroin hissəcikləri olan 01 ədəd elektron tərəzi saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.92-94); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər.131); Yevlax Rayon Məhkəməsinin 11 fevral 2023-cü il tarixli, 5(039)-32/2023 saylı qərarı ilə 01 noyabr 2022-ci il tarixdən 30 yanvar 2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş və adına olan ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin sahibinin şəxsiyyəti, həmin mobil nömrəyə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti, yaşayış yerləri, göndərilən və daxil olan SMS-lərin mətni və anten dairəsi barədə məlumatları özündə əks etdirən Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 22:20-də Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Anar mən sənə o boyda söyüş söydüm ki sabah çatacaq məni lomkada qoymusan bu soyuqda kimliyindən asılı olmayaraq mənim söyüşümə şüpə eliyir onun bayısını arvadını s***m” məzmunlu sms (qısa mesaj) göndərilmiş, xx.xx.2022-ci il tarixdə saat 21:39da Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Anar sənə qurban olaram burdayam ey pul kartda iydi ona görə ləngidim ata” məzmunlu sms (qısa mesaj) göndərilmişdir. ( iş vər.160-173); AZE seriyalı 11612558 nömrəli və AZE seriyalı 11971348 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü və xx.xx.2018-ci il təvəllüdlü uşaqları vardır. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 425 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.189); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, himayəsinə iki azyaşlı uşağın olması, əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1.,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan 01 ədəd kağız torbada qablaşdırılmış hər birinin içərisindəki cüzi miqdarda heroin hissəəcikləri olan 17 ədəd 2 ml-lik şprişlər, hər birinin içərisindəki cüzi miqdarda heroin hissəcikləri olan 02 ədəd şüşə ampulalar, üzərində cüzi miqdarda heroin hissəcikləri olan 01 ədəd elektron tərəzi məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 01 ədəd kağız torbada qablaşdırılmış hər birinin içərisindəki cüzi miqdarda heroin hissəəcikləri olan 17 ədəd 2 ml-lik şprişlər, hər birinin içərisindəki cüzi miqdarda heroin hissəcikləri olan 02 ədəd şüşə ampulalar, üzərində cüzi miqdarda heroin hissəcikləri olan 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar