Məhkəmə qərarları › İş №1(039)-85/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-85/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-85/2020 19.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə xx xxxx 1998-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, E.Məmmədov küçəsi, ev 121-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək niyyəti ilə xx xxxx 2020-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq həyətdə yerləşən saxlanc yeri hesab edilən toyuq hinindən hər birinin dəyəri 10 manat olan 16 ədəd 2 kiloqram çəkidə toyuğu, hər birinin dəyəri 5 manat olan 16 ədəd ev göyərçinlərini gizli yolla talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 240 (iki yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək niyyəti ilə xx xxxxx 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq həyətdə yerləşən saxlanc yeri hesab edilən göyrəçin hinindən dəyəri 5 manat olan 1 ədəd «şüşəgöz» cinsindən olan göyərçini, hər birinin dəyəri 20 manat olan 2 ədəd «əbrəş» cinsindən olan göyərçini və hər birinin dəyəri 5 manat olan 17 ədəd ev göyərçinlərini gizli yolla talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 130 (bir yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs onaelan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olub xərclərini ödəyir və ailəsinin dolanmasına köməklik edir. Lakin, ailə üzvlərinin sayı çox olduğundan bu kifayət etmədiyinə görə müxtəlif şəxslərin evindən oğurluq edib əldə etdiyi əmlakı sataraq pul qazanmaq fikrinə düşmüşdür. Əvvəlcə xx xxxx 2020-ci il tarixdə saat 02:00 radələrində Yevlax şəhəri, A.Sadıqov küçəsi, 20 ünvanında yerləşən Zərərçəkmiş şəxs2gun yaşadığı evin həyətinə girmişdir. Belə ki, həmin saatlarda münasib ev tapıb oğurluq etmək üçün küçələri gəzən zaman evin həyətindəki hində toyuq olmasını müəyyənləşdirmiş və ev sahiblərinin yatmasını dəqiqləşdirib hasardan aşaraq həyətə daxil olmuşdur. Hinin qapısını açaraq içəri daxil olmuş və oradan 1 ədəd xoruz, 12 ədəd isə fərə olmaqla qırmızı rəngli, 2 kiloqrama yaxın çəkidə olan toyuqları özü ilə bərabər apardığı ağ rəngli sintetik kisəyə yığmışdır. Sonra darvazanı açaraq küçəyə çıxmış və birbaşa evə gəlmişdir. Səhəri gün toyuqlardan 5 ədədinin ölməsini görüb onları zibil yeşiyinə atmışdır. Yerdə qalan toyuqları isə iz itirmək üçün birini 4 manatdan olmaqla Bərdə şəhərində yerləşən bazarda xatırlamadığı şəxsə satmış, qazandığı pulun isə ailəsinin xərclərinə sərf emişdir. Həmin evin həyətindəki hindən 16 ədəd deyil, cəmi 13 ədəd toyuq oğurlamışdır. Oradan ümumiyyətlə göyərçin oğurlamamışdır. Uşaq yaşlarından göyərçin saxladığından göyərçin həvəskarları Zərərçəkmiş şəxs1 və Şahid2 tanıyır. Son vaxtlar satmaq üçün yeni göyərçinlərə ehtiyacı yaranmışdır. xx xxxxx 2020-ci il tarixdə yaşadığı evdə olan zaman axşam saatlarında Zərərçəkmiş şəxs1 cins göyərçinləri olmasını və evinin də axşamlar çox vaxt sahibsiz qalmasını xatırlayıb onun göyərçinlərini oğurlamaq qərarına gəlmişdir. Buna görə xx xxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində həmin küçəyə getmiş, hasardan aşmaqla onun yaşadığı evin həyətinə girmişdir. Həyətə girəndən sonra pilləkinin arxa hissəsində olan hinin qapısını açıb mobil telefonun işığı ilə 10 ədəd göyərçini seçərək tutub gödəkçəsinin altına yığaraq evin həyətini tərk etmişdir. Oradan çıxıb səhəri gün Şahid3 yanına gedərək göyərçinləri satın almasını təklif etsə də, o, göyərçinləri satın almaqdan imtina etmişdir. Oradan yaşadığı evə gəlmiş, göyərçinləri öz göyərçinlərin içinə buraxmışdır. Səhəri gün isə Şahid2 yanına gələrək Zərərçəkmiş şəxs1 onun barəsində polisə şöbəsinə şikayət etdiyini dediyindən çətin vəziyyətə düşməsini anlayaraq oğurluq etməyini etiraf etmişdir. Qorxudan əlavə olaraq 2 ədəd göyərçini də oğurladığı quşlara qatıb cəmi 12 ədəd göyərçini Şahid2 atası Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs1 ondan şikayətçi olmaması üçün qaytarmışdır. Lakin, Zərərçəkmiş şəxs1 göyərçinlərdən cəmi 7 ədədini götümüş, 5 ədədinin isə ona aid olmadığını deyib geri qaytarmışdır. Qeyd etdiyi bütün cinayət əməllərini təkbaşına törətmişdir. Ona həmin cinayətlərin törədilməsində Şahid2 və ya qeyri şəxslər kömək etməmişlər. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Uşaq yaşlarından yaşadığı evin həyətində göyərçin saxlayır. Həmçinin şəxsi ehtiyacları üçün toyuq-cücə də saxlayırlar. Adətən səhər saat 08:00 radələrində toyuq hinin qapısını açıb toyuqları və göyərçinləri həyətə buraxır. Axşam hava qaralanda isə ev quşlarını hinə salıb qapını bağlayır. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında adəti üzrə yenə də, toyuqları və göyərçinləri hinə salıb qapını bağlamış, saat 22:00 radələrində isə yatağa girib yatmışdır. xx xxxx 2020-ci il tarixdə səhər saat 07:00 radələrində yuxudan durub işə getmiş, işdə olarkən anası Vahilə Həsənova hinin qapısını açıb ev quşlarını yoxlayanda 16 ədəd toyuğun yerində olmadığını görmüşdür. Əvvəlcə anası zəng edərək Azərbaycan Respublikası DİN-nin «102 xidməti»nə məlumat vermişdir. Sonra isə o, evə gələndə cəmi 16 ədəd 2 kiloqramlıq çəkidə toyuqların və 3 ədədi bala olmaqla cəmi 16 ədəd ev göyərçinlərinin oğurlanmasını müəyyən etmişdir. Elə həmin gün polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları gəlib yaşadığı evin həyətinə baxış keçirmişlər. Sonra isə polis şöbəsinə gedib izahat vermişdir. Bir müddət sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə gətirib onun iştirakı ilə video çəkilişlə baxış keçirəndə ev quşlarını oğurlayan şəxsin Təqsirləndirilən şəxs olmasına tam əmin olmuşdur. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, uşaq yaşlarından yaşadığı evin həyətində göyərçin saxlamaqla məşğuldur. 2020-ci il aprelin 13-nə qədər 80 ədəd göyərçin saxlamışdır. Bir neçə dəfə də Axundov küçəsində yaşayan Şahid2 göyərçin satın almışdır. 2020-ci ilin aprel ayının əvvəllərində Şahid2 bir neçə dəfə yaşadığı evə gələrək qırmızı rəngdə olan «qırmızı qulaq» cinsindən olan göyərçini ona satmağını istədikdə, bundan imtina etmişdir. Sonra isə xx xxxxx 2020-ci il tarixdə axşam çağı Şahid2 qonşuluqda yaşayan Seymurla birlikdə yaşadığı evin həyətinə gələrək, Seymura məxsus göyərçinin uçub həyətinə düşməsini dedikdə, Seymurun göyərçinini seçib özünə qaytarmışdır. Şahid2 təkrarən bəyəndiyi «qırmızı qulaq» cinsindən olan göyərçini ona satmağını istədikdə ona yenidən etiraz edərək göyərçini özünün saxldağını və satmaq istəmədiyini bildirmişdir. xx xxxxx 2020-ci il tarixdə axşam saat 20:00 radələrində 80 (səksən) ədəd göyərçini hinə salıb salmış, səhəri gün yenə göyərçinləri bayıra buraxmışdır. xx xxxxx 2020-ci il tarixdə isə saat 20:00 radələrində göyərçinləri hinə salaraq qonşuluqda yaşayan Fatma adlı qadıngilə keçib, onun nəvəsi ilə domino oynamışdır. Saat 22:00 radələrində evə qayıdanda isə göyərçin hininin qapısının açıq olmasını görmüşdür. Göyərçinləri sayanda 20 ədədinin yəni, 1 ədəd erkək cinsli «qırmızı qulaq» cinsindən olan göyərçinin, 1 ədəd erkək cinsili qəhvəyi rəngli, ağ qanadlı göyərçinin, 1 ədəd ağ rəngli erkək cinsli, 14 quyruq göyrəçinin, 1 ədəd 14 quyruqlu dişi cinsli göyərçinin, 1 ədəd 17 quyruqlu cır dişi cinsli göyrəçinin, 1 ədəd vəhşi cinsli dişi göyərçinin, 1 ədəd ağ rəngli erkək cinsli göyrəçinin, 1 ədəd «əbrəş» cinsli erkək göyərçinin, 1 ədəd 17 quyruqlu erkək göyərçinin, 1 ədəd «şüşəgöz» cinsindən olan dolaq ayaqlı dişi cinsli göyərçinin, 1 ədəd ağ rəngli, kiçik dolaq ayaqlı dişi göyrəçinin, 1 ədəd başında nişanəsi olan lüt ayaqlı göyərçinin, həmçinin əlamətlərini görsə xatırlayacağı 6 ədəd dişi və 2 ədəd erkək olmaqla 8 ədəd göyərçinlərin oğurlandığını görüb, Yevlax rayon polis şöbəsinə şikayət etmişdir. Şahid2 yaşadığı evə gedərək göyərçinlərin onu tərəfindən oğurlamasından şübhələndiyini dedikdə, Şahid2 əvvəlcə heç nəyi etiraf etməmiş, sonra isə bir saat möhlət istəmişdir. Aradan üç saat keçmiş Orxanı Nərimanovun atası Şahid1 yaşadığı evə gələrək ona məxsus 12 ədəd göyərçini ona vermişdir. Həmin höyərçinlərin Təqsirləndirilən şəxs oğurladığını deyərək ondan şikayət etməməyini, göyərçinlərin özləri uçub gedərək sonra qayıtmalarını deməyini xahiş etsə də, ona bunu etməyəcəyini bildirmişdir. Göyərçinlərin 5 ədədi ona aid olmadığından geri qaytarmışdır. Axşam isə 1 ədəd erkək cinsli göyərçini özü uçub evin həyətinə qayıtmışdır. Sonrdan Təqsirləndirilən şəxs göyərçinlərini oğurlayaraq satmaq üçün əvvəlcə Şahid3 yanına aparmasını, Pərvizin isə göyərçinlərin oğurluq olmasını bilib onu evdən qovmasını öyrənmişdir. Təqsirləndirilən şəxs göyərçinlərin 12 ədədini tanımadığı şəxslərə satmışdır. Yerdə qalan 8 ədəd göyərçin isə məhkəməyədək saxlanılması üçün ona təhvil verilmişdir. Hazırda ona dəymiş olan ziyan ödənilmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 tanımır. Onun evindən oğurluq edilməsindən məlumatı yoxdur. Zərərçəkmiş şəxs1 və onun göyərçinlərini oğurlamış Təqsirləndirilən şəxs və oğlu Şahid2 da göyərçin saxlamağın həvəskarıdırlar. Onlar başqa göyərçin saxlayan adamları tanıyır. Zərərçəkmiş şəxs1 çox vaxt oğlundan və başqa göyərçin saxlayanlardan xəstə göyərçinləri aparıb sağaldır və uçurdur. Təqsirləndirilən şəxs da oğlundan göyərçin alıb apamış və özü də ona göyərçin vermişdir. Sonuncu dəfə 1 ilə yaxın olar ki, oğlu Zərərçəkmiş şəxs1 5-6 ədəd göyərçin satmışdır. Onların içində «qırmızı qulaq» cinsindən olan göyərçin də olmuşdur. Oğlunun deməsinə görə 2020-ci ilin aprel ayının 11-də saat 20:00 radələrində o, qonşuluqda yaşayan Seymurla Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə gedərək ondan göyərçinlərin içərisinə başqa göyərçinin uçub gəlib-gəlməməsini soruşanda Zərərçəkmiş şəxs1 Seymura məxsus göyərçinin onun həyətinə uçub gəlməsini boynuna alıb geri qaytarmışdır. Oğluna isə ondan aldığı «qırmızı qulaq» cinsindən olan göyərçinin uçmadığını demişdir. Oğlu həmin göyərçini geri qaytarıb pulun almasını tövsiyyə etdikdə isə onu acılayaraq evinin həyətindən qovmuşdur. Sonra isə Zərərçəkmiş şəxs1 20 ədəd göyərçininin oğurlamasına görə polisə şikayət etməsini və bu işdə oğlundan şübhələnməsini öyrənmişdir. Oğlu isə polis şöbəsinə gedərək həmin işdə heç bir təqsiri olmadığını demişdir. Sonra isə göyərçinləri Təqsirləndirilən şəxs oğurladığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs 12 ədəd göyərçini gətirib ona qaytaranda Zərərçəkmiş şəxs1 göyərçinlərini məhz özünün oğurladığını, lakin, həmin göyərçinləri geri qaytara bilmədiyini demişdir. O, Təqsirləndirilən şəxs verdiyi göyərçinləri Zərərçəkmiş şəxs1 yaşadığı evə aparmış, Zərərçəkmiş şəxs1 göyərçinlərdən cəmi 7 ədədinin ona aid olmasını bildirib yerdə qalan 5 ədəd göyərçinləri qaytarmışdır. Həmin göyərçinləri aparıb Təqsirləndirilən şəxs özünə qaytarmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olub ailəsinin dolanmasına köməklik edir. Zərərçəkmiş şəxs2 ümumiyyətlə tanımır. Onun yaşadığı evin həyətindən oğurluq edliməsini sonradan eşitmişdir. Zərərçəkmiş şəxs1 və onun yaşadığı evdən oğuluq etmiş Təqsirləndirilən şəxs göyərçin saxlayandırlar. O, da göyərçin saxladığından və bu işin həvəskarı olduğundan onları və başqa göyərçin saxlayan şəxsləri tanıyır. Zərərçəkmiş şəxs1 çox vaxt ondan və başqa göyərçin saxlayanlardan xəstə göyərçinləri alıb sağaldır və uçurdur. Təqsirləndirilən şəxs da ondan göyərçin almış və ona göyərçin vermişdir. Sonuncu dəfə bir ilə yaxın olar ki, Zərərçəkmiş şəxs1 5-6 ədəd göyərçin satmışdır. Onların içərisində «qırmızı qulaq» cinsindən olan göyərçin də olmuşdur. Son vaxtlar Zərərçəkmiş şəxs1la heç bir ünsiyyəti olmamışdır. 2020-ci ilin aprel ayının 11-də saat 20:00 radələrində qonşusu Seymurla onun yaşadığı evə getmiş, X1 həyətinə göyərçinin uçub gəlibgəlməməsini soruşduqda, Zərərçəkmiş şəxs1 Seymura məxsus göyərçinin onun həyətinə gəlməsini boynuna almış və göyərçini qaytarmışdır. Sonra ondan aldığı «qırmızı qulaq» göyərçininin uçmadığını dedikdə, ona göyərçini geri qaytarıb pulun almasını məsləhət bilmişdir. Zərərçəkmiş şəxs1 isə bu sözlərinə görə onu acılayaraq evinin həyətindən qovmuşdur. Sonradan isə Zərərçəkmiş şəxs1 məxsus 20 ədəd göyərçini oğurlandığına görə Yevlax rayon polis şöbəsinə şikayət etməsini və oğurluq hadisəsinin törədilməsində ondan şübhələnməsini öyrənmişdir. Bu səbəbədən polis şöbəsinə gələrək həmin işdə heç bir təqsiri olmadığını demişdir. Sonra isə araşdırma aparıb göyərçinləri Təqsirləndirilən şəxs oğurlaya biləcəyindən şübhələnmişdir. Belə ki, bir neçə dəfə onu Zərərçəkmiş şəxs1 yaşadığ evin qarışısından keçib getməsini görmüşdür. Təqsirləndirilən şəxs yaxınlaşaraq ona düşdüyü vəziyyəti başa salanda o, Zərərçəkmiş şəxs1 məxsus göyərçinləri oğurlmasını etiraf etmişdir. Lakin göyərçinləri şəxsən qaytara bilməycəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs atası Mehman Nadirova 12 ədəd göyərçin vermişdir. Atası isə göyərçinləri Zərərçəkmiş şəxs1 evinə aparmışdır. Zərərçəkmiş şəxs1 göyərçinlərdən cəmi 7 ədədini götürmüş, qalan göyərçinlərin isə ona aid olmadığını deyi geri qaytarmışdır. Sonra yerdə qalan 5 ədəd göyərçinləri aparıb Təqsirləndirilən şəxsun özünə qaytarmışlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli, 9/915 saylı ekspert rəyindən görünür ki, 2 kq çəkidə toyuq 1 baş 10 manat, göyərçin 1 baş 5 manat, göyərçin (şüşəgöz göyərçin barədə bazarlarda, internet sayıtlarında və mərkəzdə məlumat yoxdur) 1 baş 5 manat, əbrəş göyərçin 1 baş 20 manat, göyərçin (fotoşəkildə 1 baş əbrəş) 7 baş 35 manat, 1 baş 20 manatdır. Ekspertiza təyini haqqında qərarda göstərilən malların 2020-ci ilin mart-aprel aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 95 (doxsan beş) manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Əmlakın Qiymətləndirilməsi MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 16 ədəd ev quşlarının (toyuqların) və 13 ədəd ev göyərçinlərinin müqayisə yanaşması ilə xx xxxxx 2020-ci il tarixə real bazar dəyəri 225 (iki yüz iyirmi beş) manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(039)- 126/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək, təyin edilmiş cəza 01 (bir) il müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın 23 saylı Evlər Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış və əldə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsini və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunması, məhkumluğun ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və həmin hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinin tələbinə görə cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab etməyərək onu Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilib azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş sınaq müddəti müəyyən edilməklə şərti məhkum etmə ləğv edilməli, həmin hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməli və qəti olaraq üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. İş ürə maddi sübut olan 1 ədəd «əbrəş» cinsindən olan göyərçinin və 7 ədəd ev göyərçinin qəbz əsasında sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmələri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs oğunun ifadəsinin yerində yoxlanılması zamanı oğurluq etdiyi ünvanları göstərməsinin videokadrları əks olunan 1 ədəd kompakt disk də iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Yevlax rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 01 bir il sınaq müddəti tətbiq olunmaqla 01 il müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzası ləğv edilsin, CMnin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və qəti olaraq üzərində 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə keçirilsin. İş ürə maddi sübut olan 1 ədəd «əbrəş» cinsindən olan göyərçinin və 7 ədəd ev göyərçinin qəbz əsasında sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmələri nəzərə alınsın. Təqsirləndirilən şəxs oğunun ifadəsinin yerində yoxlanılması zamanı oğurluq etdiyi ünvanları göstərməsinin videokadrları əks olunan 1 ədəd kompakt disk də iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar