Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-85/2024 18.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, C.Kərimov küçəsi ev 146-da qeydiyyatda olan və yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,356 qram miqdarında narkotik vasitə olan heroini 19 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Yevlax şəhəri H.Aslanov küçəsində tanışı X2 5 manat pul müqabilində alaraq əldə edib üzərində saxlamış, 20 dekabr 2023-cü il tarixdə təxminən saat 10 radələrində Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirmiş olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri H.Aslanov küçəsində Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin günü saat 11:25-dən saat 11:50-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd siqaret kağızına bükülmüş bükülüdə satış məqsədi olmadan qanunsuz olaraq X2 pul müqabilində alaraq əldə edib üzərində saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,356 qram xeyli miqdarda narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, O, narkotik vasitə istifadəçisidir. 19 dekabr 2023-cü il tarixdə səhər saatlarında Yevlax şəhəri H.Aslanov küçəsində yaşayan Siyabənd adlı tanıdığı şəxsdən 5 manata 01 (bir) bükümdə narkotik vasitə olan heroin almış, həmin narkotik vasitənin bir hissəsini istifadə etdikdən sonra bir hissəsini siqaret kağızına büküb daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. 20 dekabr 2023-cü il tarixdə təxminən saat 10 radələrində yaşadığı Yevlax şəhəri H.Aslanov küçəsi ilə mağaza istiqamətinə gedərkən həmin vaxt Siyabənddən aldığı narkotik vasitə olan heroini istifadə etmək üçün gödəkçənin sağ yan cibinə qoymuş, küçə ilə gedərkən tanımadığı şəxslər ona yaxınlaşıb və özlərini təqdim edərək Yevlax RPŞ-nin polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyinə görə onu Yevlax RPŞ-nin inzibati binasına gətirmiş və Yevlax rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılıb və şəxsi axtarış nəticəsində əynindəki qara rəngli gödəkçənin sol yan cibindən gümüşü rəngli 01 (bir) ədəd siqaret kağızına bükülmüş bükülüdə narkotik vasitə olan heroin aşkar etmişlər. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakı ilə məşğul olması barədə 20 dekabr 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, müvafiq sənədləşmədən sonra və həmin günü polis əməkdaşı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri H.Aslanov küçəsinə getmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt H.Aslanov küçəsində olması barədə onun məlumatı var idi. Onlar H.Aslanov küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmış və o, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə şəxsi axtarış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə şəxsi axtarış keçirilməli olduğunu izah etmiş və onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib təhqiqatçı Səddam Əsgərova təhvil vermişdir. Səddam Əsgərov Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçisinin iştirakı ilə ondan saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansi bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşuldu və olduğu halda təhvil verilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd siqaret kağızına bükülmüş bükümdə narkotik vasitə - heroini təqdim etmişdir. Səddam Əsgərov Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülününü içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümdəki narkotik maddənin “kakos” adlandırdığı heroin olduğunu həmin narkotik vasitəni 19 dekabr 2023-cü il tarixdə səhər saatlarında Yevlax şəhəri H.Aslanov küçəsində yaşayan Siyabənd adlı şəxsdən 5 manata 1 ədəd bükümdə narkotik vasitə olan “kakos” aldığını, həmin narkotikin bir hissəsini istifadə etdikdən sonra bir hissəsini siqaret kağızma büküb daha sonra istifadə etmək üçün üzərində saxladığını, 20 dekabr 2023-cü il tarixdə təxminən saat 10 radələrində yaşadığı Yevlax şəhəri H.Aslanov küçəsi ilə mağazaya getdiyini, həmin vaxt Siyabənddən aldığı narkotiki istifadə etmək üçün gödəkçəsinin cibinə qoyduğunu, küçə ilə gedərkən Yevlax RPŞ-nin əməkdaşlarının özünü şübhəli apardığı üçün onu saxlayaraq Yevlax RPŞ-nə gətirdiklərini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirdi. Səddam Əsgərov həmin bükülünü açıb içərisinə baxdıqda bükümün içərisində kütlənin olduğu müəyyən edildi və “Vends” markalı elektron tərəzi vasitəsilə çəkildi və kütlənin ümumi çəkisinin 0,28 qram olması müəyyən edildi. Bundan sonra həmin bükülü maddi sübut əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün Səddam Əsgərov tərəfindən qablaşdırılmiş və möhürlənərək götürülmüşdür. Səddam Əsgərov həmin narkotik vasitə - heroini bükümlə birlikdə bir ədəd zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış, üzərində qeydiyyat aparmış və zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Səddam Əsgərov zərfdə qablaşdırdığı maddənin narkotik vasitə heroin olub- olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs, onun vəkili X5, Şahid2 və o həmin zərfin üzərinə imza çəkmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmış, Səddam Əsgərov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid2 həmin ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları bildirərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:50-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.21-22); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağızına bükülmüş bükülünün içərisində qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər kütlə, bir ədəd şpris və bir ədəd “limon duzu” adlanan maddənin büküldüyü bükülü aşkar olunaraq götürülmüşdür.(müvafiq DVD disk əlavə olunub).(iş vər. 26-34); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 868 nömrəli rəyindən görünür ki, şübəli şəsx “Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş bir ədəd bükümdə içərisində narkotik maddə olan herinə bənzər kütlə.” sözlər, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi-0356 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş 01 (bir) ədəd üzərində “lümon duzu” sözləri yazılmış torbanın içərisində ağ kristal kütlələr və içərisində narkotik maddə hissəcikləri ehtimal olunan 1 ədəd şpris”. sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd üzərində “Limon duzu” yazılmış paketin içərisində, təmiz çəkisi0,47 qram olan maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyil. 01 (bir) ədəd 1ml-lik şprisdə cüzi miqdarda heroin hissəcikləri vardır. Heroin hissəçikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən) təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlə müqayisəli tədqiqatın (eynilik) aparmaq mümkün olmadı. A) Heroinin təmiz çəkisi- 0,356 qram, tədqiqata sərf edildi- 0,050 qram qalıq-0,306 qram, b) Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan maddənin təmiz çəkisi-0,047qram tədqiqata sərf edildi- 0,020 qram qalıq-0,027 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69.10 manatdır. (iş vər.44-47); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, saat 10:30-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(iş vər.70-71); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/874 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ayrı-ayrılıqda 02 (iki) ədəd zərfin içərisindəki 02 (iki) ədəd bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimiyəvi tərkib komponentlərinə görə eynidirlər. a) Heroinin təmiz çəkisi-0,306 qram tədqiqata sərf edildi-0,050 qram qalıq- 0,256 qram.(iş vər.70-71); Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 0,256 qram miqdarında narkotik vasitə-heroin və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 0,256 qram miqdarında narkotik vasitə-heroin saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.85-85); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya Qərarının 2.8-ci bəndində əsasən cəzadan azad edilmişdir. (iş vər.98); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 490 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.(iş vər.126); Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Yevlax rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2024-cü il tarixdə müəssisəyə daxil olmuşdur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 07 (yeddi) ay müddətinə, CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq X4 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edərək bu cəza növünün təyini ilə cəzanın məqsədlərinin təmin olunmasını əsaslı sayır. Beləki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlini etiraf etmiş, o, əməlindən səmimi peşmançılıq çəkmiş və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə hesab edir ki, şərh olunan hallar təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı olduğuna görə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilməməklə islah olunmasına və barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza-azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə əsas verir. Ədalətli cəza təyin edilməsi, hər şeydən əvvəl, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompeks halında qiymətləndirilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi, hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərəkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı, yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM-in 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Qeyd edilən əsaslar Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət təddbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamında və 03 aprel 2019-cu il tarixli Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında da öz əksini tapmışdır. Bu baxımdan məhkəmə humanistlik göstərərək, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə, cəzanın məqsədinə nail olunacağı qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 20 dekabr 2023cü il tarixdən 22 dekabr 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində və 31 may 2024-cü il tarixdən 18 iyul 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətə nəzərə alınmaqla qəti cəza təyin edilməli (CM 69.3), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM- 93.1.2), iş üzrə maddi sübut kimi tanınan heroin məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 dekabr 2023-cü il tarixdən 22 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və 31 may 2024-cü il tarixdən 18 iyul 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 ay 18 gün müddətləri cəmi 01 ay 20 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci və 69.3-cü maddəsinə əsasən 1 (bir) gün həbsdə qaldığı müddət 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla 03 ay 10 gün ona təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 02 il 02 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 08:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut -0,256 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-85/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-85/2024
18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver