Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-86/2020 05.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 1(039)-1171/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Yevlax şəhəri, Kür küçəsi, 33 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sellofan torbada şəxsi istehlak miqdarından artıq, cəmi 451,87 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə edib əyindəki gödəkcənin sol yan hissəsində saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində, Yevlax şəhəri, Kür küçəsində, qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək, üzərində saat 12:05 radələrində müdafiəçi-vəkil iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 451,87 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitələrdən istifadə edir. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Yevlax şəhəri ərazisindən keçən Kür çayının sahilindəki meşədə gəzərkən yerdən bir ədəd sellofan torba tapmış, torbanı açıb içinə baxdıqda içində narkotik vasitə-qurudulmuş marixuana olduğunu görmüşdür. Mütəmadi olaraq narkotik vasitə qəbul etdiyi üçün həmin torbanı gödəkcəsinin içinə qoyaraq evinə tərəf getməyə başlamışdır. Saat təxminən 11:30-da yaşadığı Yevlax şəhəri, Kür küçəsində 2 nəfər polis əməkdaşı yaxınlaşaraq ona özlərini təqdim edərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməmiş, onlarla birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. Şöbədə ona bildirilmişdir ki, üzərinə baxış keçiriləcəkdir. Bu məqsədlə ona vəkil təqdim edilmiş və video çəkilişlə üstünə baxış keçirilmişdir. Bu zaman meşədə tapdığı bükülü onun üstündən aşkar edilmişdir. Suallara cavab olaraq etiraf etmişdir ki, bükülüdəki narkotik maddə qurudulmuş marixuanadır və Yevlax şəhəri ərazisindən keçən Kür çayının sahilindəki meşədə tapmışdır. Polis əməkdaşları tərəfindən həmin kütlə elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq möhürləmiş və götürülmüşdür. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 11.30 radələrində Təqsirləndirilən şəxs adlı şəxsin üzrəində narkotik vasitə saxlaması barədə əməliyyat məlumat daxil olmuş və onun saxlanılması üçün İTB-nin sahə rəisi Şahid2 və İTB-nin sahə polis nəfəri Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhəri Kür küçəsində narkotik vasitələrin istifadə etməsində və saxlamasında şübhəli olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Ona özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs bun etiraz etməmiş və onlarla birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına gəlmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sol yan hissəsindən 1 ədəd sellofan torba aşkar edilmişdir. Sellofan torbanı açıb içinə nəzər yetirdikdə içində qurudlumuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan torbada olan maddə narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin torbanı həmin gün səhər saatlarında Yevlax şəhəri ərazisindən keçən Kür çayının sahilindəki meşədən yerdən tapmış və özü istifadə etmək üçün üstündə gəzdirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. Şahid2 ifadəsində bildirmişdir ki, Yevlax rayon polis şöbəsi İTB-nin sahə rəisi vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə narkotik vasitə saxlamaqda şübhəli bilinən, Yevlax şəhər sakini olan Təqsirləndirilən şəxs saxlanılması məqsədi ilə yaradılmış əməliyyat qrupununun üzvü kimi, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi küçəyə getmişlər. Həmin küçədə, saat təxminən 11:30-də Təqsirləndirilən şəxs əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmış və rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş, bu zaman onun əynindəki gödəkcənin sol yan hissəsindən 1 ədəd sellofan torba aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, torbada olan maddə narkotik vasitə olan marixuanadır, həmin torbanı Kür çayının Yevlax rayonu ərazisindən keçən hissədə tapmış, sonradan istifadə etmək üçün gizlədərək evinə aparmaq niyyətində olmuşdur. Həmin narkotik maddə elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. Şahid3 şahidlər Şahid1 və Şahid2 ifadələrinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının əks olduğu video yazıya baxış keçirilmiş və həmin yazıda təqsirləndirilən şəxsin və şahidlərin bildirdikləri hallar təsdiqini tapmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin Şəki Regional Bölməsinin xx xxxxx 2020-ci il tarixli, 17/237 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş....” sözləri yazılmış kağız paketin içərisindəki bir ədəd sellofan torbada, təmiz çəkisi 451,80 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. İstifadə olundu 0,05 qram, qalıq 451.75 qram Tədqiqatın dəyəri 51.06 manatdır. (səh. 88) Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 426 nömrəli rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir, Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. (səh.95) Yevlax Rayon Məhkəməsinin 1(039)-1171/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli hökmünün surətindən və tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxx 2019-cu il tarixdə cəza müddəti qurtarması ilə əlaqədar azad edilmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmədə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, üzərində şəxsi aparılması haqqında protokol və əlavə edilmiş video çəkiliş, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsbarəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, onun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 451.75 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı, 51.06 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə alınmalıdır. Müdafiəçi X2 istintaq zamanı 60 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 360 manat, Müdafiəçi məhkəmə zamanı dövlət hesabına göstərdiyi 12 saat hüquqi yardıma görə 72 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı həbsdə 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın . Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 451.75 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 51 (əlli bir) manat 06 (altı) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 360 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X2 və məhkəmə dövrü üçün isə 72 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-86/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-86/2020
05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver