Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-86/2021 24.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən və götürülməyən, barəsində 29 mart 2021-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, ünvan 1-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə saat 14 radələrində valideyinləri ilə birlikdə yaşadığı çoxmənzilli bina və ictimai yer hesab edilən Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 14 mənzil 15-də valideynləri Şahid1 və Zərərçəkmiş şəxs “mən gözümü açan zaman pulu yanımda görməliyəm” deyib ona nə üçün pul verməmələrini uca səslə bəhanə edərək əslində isə heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə onlarla mübahisə edərək valideyinlərinin ünvanına uca səslə və qonşuluqda yaşayan şəxslərin dincliyini pozan nalayiq söyüşlər söyüb evin qonaq otağındakı masanın üzərində olan Zərərçəkmiş şəxs məxsus hər birinin ayrı-ayrılıqda qiyməti 01 (bir) manat olan üç ədəd boşqabları, hər birinin ayrı-ayrılıqda qiyməti 01 (bir) manat olan iki ədəd xrustal stəkanları, televizor altlığının mebelinin hər birinin ayrı-ayrılıqda qiyməti 07 (yeddi) manat olan iki ədəd şüşələrini sındıraraq ümumilikdə 19 manat dəyərində əmlakı məhv etmiş, atası Şahid1 gözü qarşısında qəsdən xuliqanlıq niyyəti ilə silah qismində istifadə etdiyi şüşə stəkanla anası Zərərçəkmiş şəxs sol qabırğa nahiyəsindən bir neçə dəfə qəsdən vurmuş, Zərərçəkmiş şəxs onun əlindən çıxaraq evin qapısını açıb mənzildən binanın digər sakinlərinin də istifadə etdiyi pilləkanlar olan hissəsinin girişinə çıxmış, bu zaman Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs arxasınca gedərək mənzilin giriş qapısına ayağı ilə vurub qapının 30 (otuz) manat dəyərində olan üzlüyünü zədələyərək mənzilin girişinə çıxıb pilləkanlarda Zərərçəkmiş şəxs yerə yıxıb orada olan kənar şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs bədən nahiyəsinə ayağı ilə qəsdən bir neçə dəfə vuraraq ona səhhətin uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vuran sol İX-X qabırğaların sınığı, sol qabırğaüstü nahiyənin qançırı və şişkinliyi xəsarətləri xəsarətləri yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması, özgənin cəmi 49 manat dəyərində əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Yevlax şəhərində 5 nömrəli tam orta məktəbi 11 sinif oxuyub bitirmiş, orta təhsili başa vurduqdan sonra 2008-ci il tarixdə Mingeçevir şəhər Texniki Universitetini qəbul olmuş və həmin universiteti oxuyub bitirmişdir. O, 2012-ci il tarixdə Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən N saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra 2017-ci ildə Müdafiə Nazirliyində rabitə tağım komandiri vəzifəsində xidmətə başlamış və 08 avqust 2018-ci ilin tarixdə CM-nin 311.3.4, 331.2, 331.3, 341.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş və Fizuli hərbi Məhkəməsinin 26.12.2018-ci il tarixli hökmü ilə iki il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 26 dekabr 2020-ci il tarixdə cəzadan 07 ay 12 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş və cəzasını çəkib bitirmişdir. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Ağıl və şüur zəifliyindən əziyyət çəkmir, psixi xəstəliyi yoxdur. Hər hansı bir ruhi-əsəb dispanserində və narkoloji kabinetdə qeydiyyatı yoxdur. Anası Zərərçəkmiş şəxs onun barəsində etmiş olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. O, 15 mart 2021-ci il tarixdə yaşadıqları evdə olmuşdur. Həmin günü saat 14 radələrində atası Rafiq və anası Həmidə nahar etmək üçün evə gələn zaman o, yuxudan oyanmışdır. Onlar nahar etdikdən sonra işə qayıtmışdırlar. Həmin günü yaşadıqları evdə münaqişə yaratmamış, evin əşyalarını dağıtmamış və anası Zərərçəkmiş şəxs vurmamış və ona xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs onun barəsində dedikləri yalandır. Valideyinlərinin onun barəsində şikayət etmələrinin səbəbi onu həbs etdirərək narkotik vasitələrə olan aludəlçiliyinə son qoymaqdır. Onun barəsində deyilənlərin şər və böhtandır. O, evdəki heç bir əşyanı qırmamış və zədələməmişdir. Məhkəmədən barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun CM-nin 127.2.3 və 221.3-cü maddəsi ilə özünü təqsirli bilməməsi məzmununda ifadə verməsi özünü müdafiə xarakterlidir, cinayət məsuliyyətinə cəlb olunmaq və cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə edilmişdir. Onun törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış dəlillərlə tam sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 1 ünvanında əri Şahid1 və oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Yevlax şəhər Mərkəzi kitabxanasının uşaq şöbəsinin müdiri vəzifəsində işləyir. Oğlu Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisidir. 15 mart 2021-ci il tarixdə saat 14 radələrində yaşadıqları evdə əri Şahid1 ilə birlikdə nahar edən zaman oğlu Təqsirləndirilən şəxs yatağından duraraq onların yanlarına gəlmiş və uca səslə danışaraq əri Rafiqin üstünə hücum çəkmişdir. Belə ki, oğlu Nahid yuxudan oyanar-oyanmaz atası Rafiqin üstünə hücum edərək yuxudan oyanan zaman onun pulu niyə yanında olmur deyərək ucadan nalayiq ifadələr işlətməyə başlamış və stulu götürərək stolun üstünə vurmuşdur. Stolun üstündəki əşyaları yerə vuraraq evi dağıtmış və atası Rafiqin paltarının yaxasından tutaraq onu sirkələməyə başlamışdır. O, bu zaman Nahidə “nə istəyirsən verəcəm” deyən zaman Nahid “mən niyə istəməliyəm sizdən, mən gözümü açan zaman pulu yanımda görməliyəm” demiş və stolun üstündəki içərisində çay olan şüşə stəkanı götürərək həmin stəkan ilə onun sol qabırğasına dəfələrlə vurmuşdur. Daha sonra Nahid stolun üstündəki boşqabı götürərək ona atmış, lakin həmin boşqab divara dəymişdir. Elə həmin vaxt əri Rafiq onu aralaşdırmağa və sakitləşdirməyə çalışsa da, gücü çatmadığı üçün aralaşdıra bilməmişdir. O, bu zaman Nahidin əlindən qaçaraq yaşadığı mənzilin qapısını açaraq mənzildən çölə çıxmışdır. Lakin oğlu Nahid sakitləşmək bilmədən daha da əsəbləşərək sərt şəkildə onun arxasınca qaçaraq çölə çıxmış və onu pilləkənlərdə yerə yıxaraq təpiklə qarın nahiyəsindən vurmağa başlamışdır. Onların evlərində yaranan səsküyə yaşadıqları binadakı qonşuları toplaşmışdır. Nahid qonşuların toplaşdığını görüb evdən çıxıb getmişdir. Bundan sonra onlar Nahidin geri qayıdaraq yenidən dava-dalaş yaradacağından qorxduqları üçün evdən çıxaraq oğlu Cavidin evinə getmişdir. Lakin onun sinə nahiyəsində dəhşətli ağrılar olduğu üçün 16 mart 2021-ci ildə əri Rafiq onu xəstəxanaya aparmış və xəstəxanada məlum olmuşdur ki, onun qabırğaları sınmışdır. Yaranmış münaqişə və dava-dalaş təxminən 15-20 dəqiqə davam etmişdir. Onun yaşadığı binanın ikinci mərtəbəsində yaşayan qonşuları Şahid2 və Şahid3 hadisəni görmüşlər. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədən təqsirləndirələn şəxs Təqsirləndirilən şəxsla barışmadığını və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs və oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. X3 idarəsinin Yevlax şəhər nümayəndəliyində baş məsləhətçi vəzifəsində işləyir. Oğlu Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisidir. 15 mart 2021-ci il tarixdə saat 14 radələrində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə birlikdə nahar edən zaman oğlu Təqsirləndirilən şəxs yatağından duraraq onların yanına gəlmiş və uca səslə danışaraq əri onun üstünə hücum çəkmişdir. Belə ki, oğlu Nahid yuxudan oyanar-oyanmaz onun üzərinə hücum edərək “yuxudan oyanan zaman mənim pulum niyə yanımda olmur” deyərək ucadan nalayiq ifadələr işlətməyə başlamış, stulu götürərək stolun üstünə vurmuş, stolun üstündəki əşyaları yerə vuraraq evi dağıtmış və onun paltarının yaxasından tutaraq sirkələməyə başlamışdır. Bu zaman arvadı Həmidə Nahidə “nə istəyirsən verəcəm” deyən zaman Nahid “mən niyə istəməliyəm sizdən, mən gözümü açan zaman pulu yanımda görməliyəm” demiş və stolun üstündəki içərisində çay olan şüşə stəkanı götürmüş və Həmidənin sol qabırğasına dəfələrlə vurmuşdur. Bu zaman şüşə stəkan onun əlində qırılmışdır. Bundan sonra Nahid stolun üstündəki boşqabı götürərək Həmidəyə atmış, lakin həmin boşqab divara dəymişdir. O, həmin vaxt Nahidi aralaşdırmaya və sakitləşdirməyə çalışsa da, gücü çatmadığı üçün aralaşdıra bilməmişdir. Bu zaman Həmidə Nahidin əlindən qaçaraq yaşadıqları mənzilin qapısını açaraq mənzildən çölə çıxmışdır. Lakin Nahid sakitləşmək bilmədən daha da əsəbləşərək sərt şəkildə onun arxasınca qaçaraq evin qapısına içəri tərəfdən təpik vurmuş və daha sonra qapını açaraq çölə çıxmış və Həmidəni pilləkənlərdə yerə yıxaraq təpiklə qarın nahiyəsindən vurmağa başlamışdır. Onların evlərində yaranan səs-küyə yaşadıqları binadakı qonşuları toplaşmış və Nahid qonşuların toplaşdığını görən zaman çıxıb getmişdir. Bundan sonra onlar Nahidin yenidən evə gələrək dava-dalaş yaradacağından qorxduqları üçün evdən çıxaraq oğlu Cavidin evinə getmişdir. Həmidənin ağrıları getdikcə artdığı üçün 16 mart 2021-ci il tarixdə onu həkimə aparmış və xəstəxanada məlum olmuşdur ki, onun qabırğaları sınmışdır. Münaqişə və dava-dalaş təxminən 15-20 dəqiqə davam etmişdir. Nahid Həmidəni döyən zaman səs-küyü eşidən qonşuları evə gəlmiş və Nahidin evdə münaqişə yaratdığını və Həmidəni döydüyünü görmüşlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində Yevlax rayonu üzrə baş mütəxəssis vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisidir. Nahid mütəmadi olaraq evdə münaqişə yaradaraq valideynlərindən pul tələb edib. O, 15 mart 2021-ci il tarixdə günorta saat 15 radələrində evdə olarkən atası Rafiq və anası Həmidə onun evinə gəlmişlər. Həmin vaxt anasının vəziyyət pis olmuş və bədənində ağrıları olmuşdur. Onlar evə daxil olan zaman onlardan nə olduğunu soruşduqda, atası ona Nahidin anasını döydüyünü demişdir. Anası Nahidin 15 mart 2021-ci il tarixdə evdə münaqişə yaradaraq evdəki əşyaları sındırdığını, əlindəki şüşə stəkan ilə onun döş qəfəsi nahiyəsinə vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. Onlar Nahiddən qorxduqları üçün öz evlərinə gedə bilməmişdirlər və bir müddət onun evində qalmışdırlar. Həmin hadisənin sabahısı gün, yəni 16 mart 2021-ci il tarixdə anasının ağrıları çox olduğu üçün atası Rafiq onu həkimə aparmış və anası Həmidənin qabırağlarının sınmış olduğu məlum olmuşdur. O, 15 mart 2021-ci il tarixdə və həmin gündən sonra da qardaşı Nahidi görməmişdir. İş üzrə Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, həmin binada 2-ci mərtəbədə, Nahid Məmədov isə 3-cü mərtəbədə yaşayır. 15 mart 2021-ci il tarixdə saat 14 radələrində nahar etmək üçün yaşadıqları evə gəlmişdir. O, evdə olarkən üst qonşuları olan Şahid1 evindən qışqırıq və “tappıltı” səsləri gəldiyini eşitmiş və evdən çölə çıxdıqda Nahidin nalayiq sözlər işlətdiyini, Zərərçəkmiş şəxs ağlıyaraq qışqırdığını və Şahid1 səsinin gəldiyini eşitmişdir. Bu səbəbdən dərhal 3-cü mərtəbəyə çıxmışdır. O, yuxarı qalxan zaman Nahid onun ilə pilləkəndə qabaqlaşmış və ondan nə olduğunu soruşsa da, Nahid cavab vermədən tez-tez aşağı düşərək getmişdir. O, 3-cü mərtəbəyə qalxdıqda evin giriş qapısının yanında Rafiqin Həmidənin qolundan tutaraq ayağa qaldırdığını və Həmidənin ağladığını görmüşdür. Nə olduğunu soruşduqda Rafiq Nahidin evdə münaqişə yaratdığını və Həmidəni döydüyünü bildirmişdir. Sonra onlar evə keçmiş və evdə olan zaman evin qonaq otağının dağınıq vəziyyətdə olduğunu və yerdə qabqacaq qırıqlarının olduğunu görmüşdür. Həmidənin ağrıları çox olduğu üçün Rafiq onu həkimə aparmışdır. Təqsirləndirilən şəxs yaşadıqları binada səs-küy salaraq, nalayiq ifadələr işlədərək onun və ailəsinin, həmçinin digər bina sakinlərinin rahatçılığının və istirahətinin pozulmasına səbəb olmuşdur. İş üzrə Şahid3 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, həmin binada 2-ci mərtəbədə, Nahid Məmədov isə valideynləri Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə 3cü mərtəbədə yaşayırlar. O, 15 mart 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı evdə olan zaman 3-cü mərtəbədən səs-küy gəldiyini, yəni Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməsini, Zərərçəkmiş şəxs qışıqırıq səslərinin gəldiyini eşitmişdir. Həmin vaxt onun əri Etibarda evdə olmuşdur. Onlar ailə problemi olduğu üçün ilk öncə müdaxilə etmək istəməmişdirlər. Lakin sonradan onların səs-küyü artdığı, Zərərçəkmiş şəxs və Şahid1 qışqırıq səsləri gəldiyi üçün Etibar evdən çıxaraq yuxarı qalxmışdır. Etibar yuxarı çıxdıqdan sonra səs-küy dayandığı üçün o, da nə baş verdiyinə baxmaq üçün yuxarı, yəni üçüncü mərtəbəyə çıxmışdır. O, yuxarı qalxdıqda onların evinin qapısı açıq olduğu üçün içəri daxil olmuşdur. O, evə daxil olduqda qonaq otağının dağınıq və qab-qacağın sındırılmış olduğunu, Zərərçəkmiş şəxs döyülmüş vəziyyətdə divanda oturduğunu görmüşdür. Onun bədənində ağrıları varıymış və ağlayırmış. Onlar Nahidin yenidən evə gələrək dava-dalaş yaradacağından qorxduqları üçün evdən çıxaraq getmişdirlər. Həmin münaqişə və dava-dalaş təxminən 15-20 dəqiqə davam etmiş, həmin münaqişə və davadalaş onun, ailə üzvlərinin və digər bina sakinlərin istirahətinin pozulmasına və narahatçılığına səbəb olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “MTE və PA” ETT Birliyinin Yevlax r/a zona mərkəzinin 23 mart 2021-ci il tarixli 123 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətsol İX-X qabırğaların sınığı, sol qabırğaüstü nahiyənin qançırı və şişkinliyi küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 15.03.2021-ci il tarixə uyğun gəlir və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 28 mart 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 01:00-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 4(039)-34/2021 il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 mart 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Fizuli Hərbi Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.3.4, 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 200 manat cərimə cəzasına məhkum edilmişdir. 26 dekabr 2019-cu il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə 07 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Bakı şəhər Xəzər rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 7(003)-1410/2019 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş və o, çəkilməmiş 07 (yeddi) ay 12 (on iki) gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq Yevlax rayon İcra və Probasiya Şöbəsinin 20 aprel 2021-ci il tarixli 119/2 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan hökm Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın 5 saylı Mənzil İstismar sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Narkoloji Kabineti tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli 1034 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. Məhkəmə toplanmış və əldə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunması və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və həmin hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinin tələbinə görə cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab etməyərək onu Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddəsi ilə təqsirli bilib azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 28 mart 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmiş, ekspertiza xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə, CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 28 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-86/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-86/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver