Məhkəmə qərarları › İş №1(039)-86/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-86/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-86/2022 21.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə xx.xx.1980-ci il tarixdə Yevlax rayonu, Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, barəsində 12 aprel 2022-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan, Yevlax rayonu, Nemətabad kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sədri vəzifəsində işlədiyi 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək müddətdə vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməklə tamah niyyəti ilə bələdiyyənin qanunla qorunan mənafeyinə mühüm zərər vurmuş, öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda özgə əmlakı olan dövlət büdcə vəsaitini qabaqcadan əlbir olduğu, qeyri şəxs (şəxslər) ilə birlikdə bir qrup şəxs halında təkrarən mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək Yevlax rayonu, Aran Bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə “Bələdiyyə üzvlərinin statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2005-ci il tarixli “Azərbaycan Respublikasının ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncamına əsasən, bələdiyyə sədri kimi əmək funksiyalarına uyğun yerli özünü idarəetmə orqanı kimi yığılan vergiləri, habelə bələdiyyə mülkiyyəti olan torpaq sahələrinin icarəyə verilməsi nəticəsində ödənilən icarə haqlarını səmərəli, məqsədyönlü istifadəsinə nəzarət etməli, habelə bələdiyyənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü və təyinatına uyğun istifadəsini təmin etməli olduğu halda, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vahid niyyətlə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməklə Aran Bələdiyyəsinin "xxxx" ASC-nin Yevlax rayon filialında olan hesabından xx.xx.2015-ci il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 4180 manat, həmçinin bələdiyyənin "xxxx" ASC-nin Yevlax rayon filialında olan hesabından xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 1035 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 1065 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 555 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 4085 manat, xx.xx.2016-cı il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 1695 manat nağd pul vəsaitini təsərrüfat əməliyyatları məsrəfləri adı ilə alıb təsdiqedici sənədlər olmadan təsərrüfat xərci kimi sənədləşdirib təsdiqedici sənədlər olmadan məxaricə silməklə qabaqcadan əlbir olduğu, qeyri şəxs (şəxslər) ilə birlikdə bir qrup şəxs halında mənimsəmə yolu ilə qəsdən talayaraq bələdiyyənin qanunla qorunan mənafeyinə ümumilikdə xeyli miqdarda, yəni 12615,0 manat məbləğində mühüm zərər vurmuşdur. Bundan başqa o, 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək Zərərçəkmiş şəxs sədri vəzifəsində işlədiyi müddətdə Azərbaycan Respublikasının “Bələdiyyələrin statusu haqqında” 02 iyul 1999-cu il tarixli, 698-İQ nömrəli Qanununun 15-ci maddəsinin 2-ci bəndinə əsasən elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla iş yeri üzrə başqa yerdə işləməsi qanunsuz olduğu halda vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməklə tamah niyyəti ilə bələdiyyə sədri kimi vəzifəsini icra etməli olduğu halda faktiki olaraq bunu etməyərək həmin dövrdə Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində tibb bacısı kimi işləməklə eyni zamanda Yevlax rayonu, Aran bələdiyyəsindən bələdiyyə sədri kimi əmək haqqı alıb mənimsəyərək qəsdən talamaqla bələdiyyənin qanunla qorunan mənafeyinə ümumilikdə xeyli miqdarda, yəni ümumilikdə 7866,0 manat məbləğində təkrarən mühüm zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddəsi ilə özünü təqsirli bildi ifadəsində göstərdi ki, X5 onun atasıdır. Qəşəm Əkbərov 2005-ci ildən 2015-ci ilə kimi Yevlax rayonu, Aran bələdiyyə sədri vəzifəsində işləmişdir. 2015-ci ildən 2020-ci ilin yanvar ayının 01-nə kimi isə Aran qəsəbəsinin bələdiyyə sədri işləmişdir. Ondan sonra isə bələdiyyə sədri Nümayəndə seçilmişdir. O, bələdiyyə sədri işlədiyi dövrdə bələdiyyənin sədrlə birlikdə 11 üzvü olmuşdur. Bələdiyyə sədri işlədiyi dövrdə yalnız formal olaraq bələdiyyə sədri kimi adı getmişdir. Özü isə əvvəlcə Yevlax rayonu, Nemətabad kəndində tibb məntəqəsində, sonradan isə 2017-ci ildən Yevlax rayon mərkəzi xəstəxanasında tibb bacısı vəzifəsində işləmişdir. Hər hansı bələdiyyə iclasında iştirak etməmişdir. Bələdiyyənin işlərini əsasən X12 idarə etmişdir. Bələdiyyə sədri kimi 2015-ci ildən 120 manat sonradan isə əmək haqqı artdığından 160 manat məbləğində əmək haqqı almışdır. Əmək haqqını özü almışdır. Torpaq sahələrinin icarəyə verilməsi məsələlərini X12 həll etmişdir. O, yalnız lazım olduqda gedib sənədlərə imza etmişdir. Ancaq hansı sənədlərə imza etdiyini bilməmişdir. Bələdiyyə ilə icarədarlar alarsında bağlanan müqavilələrlə bağlı sənədlərə imzaları özü etmişdir. Ancaq imzaladığı sənədlərin mahiyyətini bilməmişdir. İcarəyə torpaq sahəsinin verilməsi ilə bağlı iclaslar keçirilməmişdir. İşə getməsə də 7866,0 manat məbləğdə əmək haqqı almışdır. Əmək haqqını da özü almışdır. Bələdiyyənin gəlirlərini əmək haqqı hesablanması kimi rəsmiləşdirib həmin pulu icra hakimiyyəti götürmüşdür. Həmin məbləğlərə həmin dövrdə icra hakimiyyətində ərazi idarəetmə şöbəsində işləmiş Vaqif Abdullayev nəzarət etmişdir. Pulu nağd şəkildə İcra Hakimiyyətinin əməkdaşları götürmüş, onlar isə sənədlərdə həmin məbləğlərin guya əmək haqqı kimi hesablandığını yazmışlar. 2015-ci ildən 2019-cu ilə kimi olan dövrdə yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsindən ayrılmış hər il 2620 manat olmaqla ümumilikdə 10480 manat pul vəsaiti dotasiya qismində bələdiyyəyə ayrılmış həmin pul vəsaitini bankdan nağd şəkildə o, mühasib Namiq Süleymanov və X12la birlikdə banka gedib oradan götürüb aparıb rayon icra hakimiyyətində Vaqif Abdullayevə vermişlər. X12 da eyni onun kimi pul vəsaitini bankdan çıxarıb aparıb Vaqif Abdullayevə təhvil vermişdir. Bələdiyyə sədri işlədiyi dövrdə 2015-ci ildə 6740 manat, 9395 manat bank filialından, 4180 manat isə poçt filialından, 2016-cı ildə 24255 manat, 2017-ci ildə 12325 manat, 2018-ci ildə isə 8929 manat olmaqla ümumilikdə 65824 manat təsərrüfat əməliyyatları məsrəfləri adı ilə bank və poçt filiallarından nağd şəkildə alınaraq həmin pul vəsaitlərini o və bələdiyyənin xəzinədarı kimi X12 çıxarmışdır. Bələdiyyənin mühasibi Namiq Süleymanov da onların yanında olmuşdur. Pulu o, çıxarıb X12a vermişdir. Atası da həmin pul vəsaitlərini nağdlaşdırdıqdan sonra icra hakimiyyətindən verilmiş tapşırıqları icra etmişdir. Hər şey rayon icra hakimiyyətinin tapşırığı və məlumatı əsasında həyata keçirilmişdir. 2015-2019cu illərdə bələdiyyə ərazisində olan torpaqların icarəyə verilməsindən ümumilikdə bələdiyyəyə 130186,10 manat vəsait daxil olmasına baxmayaraq həmin vəsaitin 72286,10 manat hissəsi X12 və icra hakimiyyətinin Oqtay Əliyev adlı işçisi tərəfindən icra hakimiyyəti başçısının tapşırığı əsasında yığıb aparıb icra hakimiyyətində qəbz yazaraq gətirib vətəndaşlara vermişdir. Pul vəsaitlərini isə icra hakimiyyətinin başçısına vermişlər. Aran Bələdiyyəsinin "xxxx" ASC-nin Yevlax rayon filialında olan hesabından xx.xx.2015-ci il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 4180 manat, həmçinin bələdiyyənin "xxxx" ASC-nin Yevlax rayon filialında olan hesabından xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 1035 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 1065 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 555 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 4085 manat, xx.xx.2016-cı il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə ümumilikdə 12615,0 manat pul vəsaitini Aran Bələdiyyəsinin "xxxx" ASC-dəki və "xxxx" ASC-nin Yevlax rayon filialındakı hesablarından çıxarmış, pulu çıxardıqdan sonra X12a vermişdir. X8 qeyd edilən pul vəsaitini kimə harda verdiyini görməmiş, lakin bildiyi qədəri ilə atası pulu Yevlax şəhər icra hakimiyyətinin yeri ərazi idarəetmə şöbəsinin sabiq müdiri Vaqif Abdullayevə vermişdir. Lakin atası X9 Abdullayevə pul verərəkən görməmiş və həmin proseslərdə iştirak etməmişdir. Bələdiyyə sədri kimi vəzifələrini özü icra etmədiyinə, habelə dövlət büdcə vəsaitini mənimsədiyinə görə peşmandır. Hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam şəkildə ödəmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəısi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayının 15-dən Yevlax rayonu, Aran bələdiyyəsinin sədri vəzifəsində işləyir. Əvvəllər müxtəlif işlərdə işləmişdir. Ondan əvvəl həmin bələdiyyənin 2015-2020-ci illərdə sədri Təqsirləndirilən şəxs, 2005-2015-ci illərdə isə Qəşəm Əkbərov olmuşdur. Hazırda bələdiyyənin 11 üzvü vardır. Bələdiyyənin vergi nəzarətçisi Aytəkin Süleymanova, mühasib isə Arif Allacovdur. Bundan başqa xidməti müqaviləsi əsasında qəsəbədə yerləşən su artezian quyusunun işlədilməsi işinə Aqil Hacıyev nəzarət etmişdir. Yevlax rayon prokurorluğunun qərarı əsasında X6 Xidmətinin mütəxəssislərinin iştirakı ilə bələdiyyənin 2004-2021-ci illər maliyyə təsərrüfat fəaliyyəti yoxlanılmışdır. Həmin yoxlama zamanı əvvəlki bələdiyyə tərəfindən bələdiyyənin mühasibatlıq sənədlərinin “Əhməd-Muxtar MMC” ilə bağlanmış müqavilə əsasında məhv edilməsi müəyyən edilmişdir. Mütəxəssislər tərəfindən ancaq bank və poçt filiallarından alınmış sənədlər və bələdiyyədə mövcud olan bəzi sənədlər əsasında araşdırma aparılmış və Aran bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif maliyyə pozuntularının olması aşkar edilmişdir. Onun bələdiyyə sədri işlədiyi dövrdə ancaq Aqil Hacıyevə əmr olmadan əmək haqqı verilməsi və Aytəkin Süleymanovanın işə gəlməməsinə baxmayaraq əmək haqqı hesablanması göstərilmişdir. X10 xidmət müqaviləsi bağlanmış, Aytəkin Süleymanova isə əmək haqqını öz kartı vasitəsilə almaqla sadəcə Aran bələdiyyəsinin inzibati binasında yer olmadığından müvəqqəti olaraq şəhər bələdiyyəsində əyləşməklə işlərini görmüşdür. Əvvəlki bələdiyyə sədrlərinin dövründə isə icarə haqqı kimi toplanmış vəsaitlərin bələdiyyə hesabına köçürülməyərək təyinatdan yayındırılması, bank və poçt filiallarından alınmış nağd pul vəsaitlərinin təsdiqedici sənədlər olmadan məxaricə silinməsi, əmək haqqı hesablanaraq verilməməsi və başqa adla nağdlaşdırılıb götürülməsi kimi hallar aşkar edilmişdir. Onların tələbi ondan ibarətdir olmuşdur ki, bələdiyyə büdcəsindən əsassız olaraq mənimsənilmiş və israf edilmiş pul vəsaitləri bələdiyyə büdcəsinə geri qaytarılsın. Hazırda təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş olan ziyan tam şəkildə ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək, ƏlTəqsirləndirilən şəxs tərəfindən bələdiyyə büdcəsinə dəymiş olan ziyan tam şəkildə ödənildiyindən, cinayət işi üzrə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxs barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Yevlax rayonu, Aran qəsəbəsində fermer təsərrüfatı ilə məşğul olur. Təsərrüfatında iribuynuzlu heyvanlar saxlayır. 2006-cı ildə Yevlax rayon Aran bələdiyyəsindən 15 il müddətinə örüş otlaq təyinatlı 15 ha torpaq sahəsini icarəyə götürmüş, həmin vaxt bələdiyyə sədri Qəşəm Əkbərov olmuşdur. Torpağın icarə müqaviləsi bu il bitmiş, hazırda icarə müddətini yeniləmək üçün lazimi sənədləri toplamaqdadır. Bildiyinə görə Qəşəm Əkbərov 2015-ci il tarixədək Aran bələdiyyəsinin sədri olmuşdur. 2015-ci il tarixdən 2020ci il tarixədək isə bələdiyyə sədri Qəşəmin qızı Təqsirləndirilən şəxs olmuşdur. Lakin bütün işləri Qəşəm Əkbərov özü icra etmişdir. Torpağı icarəyə götürdüyü vaxtdan hər il dövlət rüsumunda dəyişikliklər olduğundan 180-220 manat arası icarə haqqı ödəmişdir. 2015-ci ildən 2020-ci ilədək də icarə haqqı ödənişlərini Qəşəm Əkbərova etmiş, əvəzində isə Qəşəm ona ödəniş qəbzləri vermişdir. Qəşəm Əkbərova təxminən 3 il 180 manat ödəniş etsə də Qəşəm həmin ödənişlərin qəbzlərini ona verməmişdir. 2020-ci il tarixdən isə icarə haqqı ödənişlərini "xxxx" MMC-nin Yevlax filialından həyata keçirmiş, həmin vaxt Aran bələdiyyəsinin sədri Nümayəndə olmuşdur. 01 yanvar 2005-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs mülkiyyətindən 15 il müddətinə icarəyə götürdüyü 15 ha torpaq sahəsinə görə 2019-cu il üzrə 220 manat, 2018-ci il üzrə 180 manat və 2017-ci il üzrə 180 manat icarə haqqı ödəmişdir. Bundan əlavə 3 il olmaqla xatırlamadığı illərin hər il üzrə icarə haqqı olan 180 manatı Qəşəm Əkbərova vermiş, lakin Qəşəm ona əvəzində heç bir ödəniş qəbzi verməmişdir. Qəbzdə göstərilənlərə əsasən qeyd edilən dövr ərzində onun tərəfindən ödənilmiş icarə haqqı məbləği 580 manat təşkil etmişdir. Bu isə onun nəinki hər hansı borcu olmadığını, hətta Aran bələdiyyəsi hesabına əlavə 155 manat ödəniş etdiyini göstərir. Hələ Qəşəmə ödəniş üçün verdiyi 3 ilin hər ilə 180 manat olmaqla ümumilikdə 540 manat icarə haqqı verməsini nəzərə almamışdır. Belə ki Qəşəm ona indiyədək həmin ödəniş qəbzlərini verməmişdir. Onun Aran bələdiyyəsinə hazırda ödənilməmiş heç bir icarə haqqı məbləği yoxdur. Torpağın icarə haqqı ödənişlərini yalnız Qəşəm Əkbərova vermiş, başqa heç kimə verməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2007-ci ilin dekabr ayından hazırki tarixədək Yevlax şəhər bələdiyyəsində baş mühasib kimi işləyir. 2015-ci ilin fevral ayından 2019-cu ilin sonlarına kimi həm də Yevlax rayonu, Aran bələdiyyəsində baş mühasib kimi işləmişdir. 2018-ci ilin iyun ayına kimi əmək haqqını müxtəlif vaxtlarda ildə 3-4 dəfə olmaqla hər dəfə 50-100 manat olmaqla əmək haqqı almışdır. 2010-cu ildən isə qeyrirəsmi olaraq demək olar ki bütün bələdiyyələrə sənədləşmə işlərində köməklik etmişdir. Yevlax rayonu, Aran bələdiyyəsi də həmin bələdiyyələrdən olmuşdur. Bələdiyyə sədri Qəşəm Əkbərov ona müraciət edərək bələdiyyənin mühasibatlıq sənədləri üçün köməklik etməsini xahiş etmişdir. 2015-ci ilin fevral ayından isə əmək müqaviləsi əsasında Yevlax rayonu, Aran bələdiyyəsində işləməyə başlamışdır. Həmin müqavilənin surəti hazırda onda mövcuddur. Ondan başqa həmin bələdiyyədə həmçinin Kifayət Hüseynova da mühasib kimi işləmişdir. O, 1 ştat vahidi əmək haqqı hesablanmaqla işləmişdir. 2018-ci ilin sonlarından əmək haqqını plastik kart vasitəsilə almağa başlamışdır. Ancaq həmin əmək haqqını da bankomatdan çıxarıb Qəşəm Əkbərova vermişdir. 2015-ci ildən bələdiyyə sədri X3 Əkbərova olsa da faktiki bələdiyyə fəaliyyətini Qəşəm Əkbərov həyata keçirmişdir. Bank və poçt filialından nağd pul vəsaitləri alınan zaman o, Təqsirləndirilən şəxs ilə birlikdə Beynəlxalq bankın Yevlax rayon filialına gedərək orada bank sənədlərini imzalayıb pulun alınması üçün Qəşəm Əkbərova vermişlər. Bir neçə dəfə də Təqsirləndirilən şəxs həmin imzalanmış sənədlər əsasında bankdan nağd pul vəsaitlərini almışdır. Həmin işlədiyi dövrdə də bələdiyyələrlə iş mərkəzinə, maliyyə idarəsinə uçot sənədlərini hazırlayaraq göndərmişdir. Ancaq icarə haqlarının hansı formada yığılmasından, təsərrüfat xərci kimi bank və poçt filiallarından nağd qaydada alınmış pullardan xəbəri olmamışdır. O, şəhər bələdiyyəsində oturduğu üçün yalnız Qəşəm Əkbərovun təqdim etdiyi sənədlər əsasında uçotları aparmışdır. Həmin uçot sənədləri və bələdiyyənin mühasibatlıq sənədləri arxiv kimi sonradan "xxxx" MMC-yə məhv edilməsi üçün verilmişdir. Ona görə də təsərrüfat xərci kimi alınmış məbləğlərin təyinatlarını Maliyyə Nazirliyinin X6 xidməti tərəfindən aparılan yoxlama zamanı müəyyən etmək mümkün olmamışdır. 2018-ci ilin iyul ayından 2019-cu ilin dekabr ayına kimi əmək haqqı almamışdır. Əvvəlki dövrdə isə ancaq hissə hissə müxtəlif vaxtlarda Qəşəm Əkbərovdan nağd şəkildə əmək haqqı almışdır. Aran bələdiyyəsindən hər ay sabit məbləğdə əmək haqqı almamışdır. 2013-2018-ci illərdə müxtəlif məbləğlərdə nağd pul vəsaitlərinin alınaraq məxaricə silinməsi ilə bağlı əvvəllər təsdiqedici sənədlər mövcud olmuş və həmin sənədlər toplanaraq tikilmişdir. Sonradan isə həmin sənədlər arxivə göndərildiyindən hazırda təsdiqedici sənədlər mövcud deyildir. Qəşəm Əkbərov onlara bir neçə nəfərin şəxsiyyət vəsiqəsini gətirərək həmin şəxslərin guya arx qazılmasını işlərini həyata keçirməsini bildirib həmin şəxslərə ödənəcək məbləği təsərrüfat xərci kimi qeyd etmələrini istəmişdir. Onlar da sənədi o formada yazıb daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə imzalamışlar. Pulu isə kassadan Qəşəm Əkbərov özü almışdır. Onlara isə tapşırıqların olduğunu və onu icra etdiyini bildirmişdir. 2015-2019-cu illər ərzində 72286,10 manat vəsaitin bələdiyyə hesabına köçürülməyərək təyinatdan yayındırılmasından onun xəbəri olmamışdır. Onlar ancaq rəsmi qəbz verilən sənədlər əsasında bələdiyyə hesabına köçürülən məbləğləri görmüşlər. Nağd qaydada Qəşəm Əkbərovun kimdən hansı məbləğlərdə pul almasını və həmin pulları hansı məqsəd üçün xərcləməsini bilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssislərinin keçirdikləri yoxlamanın nəticəsinə dair rayon prokurorluğuna daxil olmuş akt və onun əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1143 saylı rəylərindən görünür ki, Aran Bələdiyyəsinin "xxxx" ASC-nin Yevlax rayon filialında olan hesabından xx.xx.2015-ci il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 4180 manat, həmçinin bələdiyyənin "xxxx" ASC-nin Yevlax rayon filialında olan hesabından xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 1035 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 1065 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 555 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 4085 manat, xx.xx.2016-cı il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 1695 manat nağd pul vəsaiti olmaqla, ümumilikdə 12615,0 manat isə bələdiyyənin sabiq sədri Təqsirləndirilən şəxs tərəfindən nağd pul vəsaiti alınaraq təsdiqedici sənədlər olmadan məxaricə silinmişdir. Ona görə də, təsərrüfat xərcləri kimi sənədləşdirilmədən, təsdiqedici sənədlər olmadan məxaricə silinmiş 12615,0 manat pul vəsaiti bələdiyyə büdcəsinə vurulmuş ziyan kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının “Bələdiyyələrin statusu haqqında” 2 iyul 1999-cu il tarixli 698-İQ nömrəli Qanununun 15-ci maddəsinin 2-ci bəndində göstərilmiş tələblərə əməl edilməyərək, Aran Bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs vəzifə səlahiy-yətləri yerinə yetirməmiş, Yevlax Rayon Mərkəzi Xəstəxanasının tibb bacısı vəzifəsində işləmiş və ona 2015-ci ilin yanvar ayından 2020-ci ilin yanvar ayına kimi olan dövrə 10275,98 manat əməkhaqqı ödənilmiş, habelə bələdiyyənin sədri vəzifəsini icra etmədiyi halda o, bələdiyyədə sədrliyinin icrasına görə 7866,00 manat əməkhaqqı almışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Zərərçəkmiş şəxs arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək Zərərçəkmiş şəxs sədri vəzifəsində işləmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2022 il tarixli BPM**********68 saylı mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 5005 (beş min beş) manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 12 aprel 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu, Nemətabad kəndində yaşayır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətlərə görə təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbini8n olmamasını və yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikasının CM-nin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 308.-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən rəhbər vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinin tələbinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinin tələbinə görə törədilmiş cinyətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Nemətabad kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxsdn tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir və maddi sübut yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 01 il müddətinə azadlığın məhdudlşdırılması cəzasına, CM-nin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla, dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Nemətabad kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar