Məhkəmə qərarları › İş №1(039)-86/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-86/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-86/2023 01.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamınınmüdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs İsmayıl oğlunun iştirakları ilə, xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax rayonu, Kövər kəndində qeydiyyatda olan, barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs İsmayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs İsmayıl oğlu qanunsuz narkotik vasitənin dövriyyəsində şübhəli şəxs kimi 16 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində Yevlax şəhəri, Kür sahilində yerləşən Sahil restoranının qarşısında saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə aparılmış, üzərində həmin gün saat 19:20-dan saat 19:50-dək olan müddətdə müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki cins şalvarının sağ yan tərəfində yerləşən cibinin yanında olan kiçik cibində istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda – 0.725 qram çəkidə psixotrop maddə olan metanfetamin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs İsmayıl oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ildən etibarən psixotrop maddə olan metamfetamini çəkmək yolu ilə istifadə edir. O, 16 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində Yevlax şəhəri Kür sahilində yerləşən Sahil restoranının qarşısında olan zaman iki nəfər polis əməkdaş ona yaxınlaşaraq saxlamış, özlərini təqdim edərək Yevlax RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demişlər və onu Yevlax rayon polis şöbəsinə dəvət etmişlər. Yevlax RPŞ-də öz seçimi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 müdafiəçi təyin edilmişdir. Həmin tarixdə Yevlax RPŞ-də vəkili X4 iştirakı ilə və video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən yəni əynindəki cins şalvarının sağ yan tərəfində yerləşən cibinin üzərində olan kiçik cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə olan metamfetamin aşkar olunmuş, bükülü olduğu sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bundan başqa onun üzərindən hər hansı bir şübhəli əşya və predment aşkar edilməmişdir. Sözügedən metamfetamin ona məxsusdur. O, xx.xx.2023-cü il tarixdə Yevlax RPŞ-də onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini həmin tarixdə günorta saatlarında Yevlax şəhəri Dədə Qorqud parkında piyada gəzərkən yerdən tapmışdır. Belə ki, o, parkda hərəkətdə ikən yerdə sellofan büküm olduğunu və həmin bükümü açıb baxdıqda isə içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. O, psixotrop maddə olan metamfetamin istifadəçisi olduğu üçün həmin maddəni görən kimi tanımış və istifadə etmək üçün cibinə qoyaraq saxlamışdır. 16 yanvar 2023-cü il tarixdə Yevlax RPŞ-də onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə - metamfetamini özü istifadə etmək üçün saxlamışdır. O, psixotrop maddə istifadəçisidir, narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin satışı ilə məşğul olmamış və satmaq niyyəti də olmamış və heç kimə psixotrop maddə satmamışdır. Həmçinin həmin üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə - metamfetamindən heç kimə satmamış və heç kimə verməmişdir. Əməlindən peşman olduğunu nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 Vaqf oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin əldə edilməsi, saxlanması, daşınması və istehlakı ilə məşğul olması barədə 16 yanvar 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin 16 yanvar 2023-cü il tarixli əmri ilə onun, Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 və Yevlax rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 iştirakları ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin günü Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Kür çayının yaxınlığında yerləşən Sahil restoranına getmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Yevlax şəhəri Kür çayının yaxınlığında yerləşən Sahil restoranının yaxınlığında olması barədə onun məlumatı olmuşdur. Onlar Sahil restoranının yaxınlığında Təqsirləndirilən şəxs görərək yaxınlaşmış və o, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə şəxsi axtarış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə şəxsi axtarış keçirilməli olduğunu izah etmiş, lakin Təqsirləndirilən şəxs həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə şəxsi axtarışı həmin yerdə keçirməmələrini xahiş etmişdir. O və polis əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs xahişini nəzərə alaraq onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib X3yə təhvil vermişlər. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən X4 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil X10 rayon polis şöbəsinə dəvət edilmişdir. İsmayıl Cəfərzadə onun tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. İsmayıl Cəfərzadə xidməti iş otağında onun, Şahid2 və vəkil Sevda Bəkirovanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nin baş inispektoru X8 tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. O və digər iştirakçılar özlərini təqdim etmişlər. X5 Əli İslam oğluna hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra X3 Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi-axtarış və götürmə zamanı əvvəlcə əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükülünü təqdim etmişdir. X3 tərəfindən həmin 1 ədəd ağ rəngli sellofana bükülmüş bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı 1 ədəd “Samsung 6272” markalı mobil telefon aşkar edilərək iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra X3 şübhəli şəxs Təqsirləndirilən şəxs sonuncunun üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli sellofana bükülmüş bükülünün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində “şüşə, patı” adlanan psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddəni 16 yanvar 2023-cü il tarixdə Yevlax şəhərində D.Qorqud parkının ərazisindən yerdən tapdığını, psixotrop maddə istifadəçisi olduğu üçün həmin maddəni istifadə etmək üçün üzərində saxladığını, 16 yanvar 2023-cü il tarixdə saat 18:30-da Yevlax şəhəri Kür çayı sahilində yerləşən Sahil restoranının yaxınlığında olan zaman həmin vaxtı 1 ədəd “şüşə” adlanan psixotrop maddə olan metamfetaminin üzərində olduğunu, özünü sübhəli apardığı üçün Yevlax RPŞ-nin əməkdaşlarının onu saxlayaraq Yevlax RPŞ-yə gətirdiklərini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddəni özü istifadə edəcəyi üçün üzərində saxladığını, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra həmin 01 ədəd ağ rəngli sellofana bükülmüş bükülünün içərisində olan psixotrop maddə metamfetamin elektron tərəzi vasitəsilə çəkilmiş və həmin kütlənin çəkisinin 0,8 qram olduğu müəyyən edilmişdir. Həmin 01 ədəd ağ rəngli sellofana bükülmüş bükülünün içərisində olan psixotrop maddə metamfetamin maddi sübut əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənərək götürülmüşdür. İsmayıl Cəfərzadə 01 ədəd ağ rəngli sellofana bükülmüş bükülünün içərisində olan psixotrop maddə metamfetamini bükülü olduğu bükümlərlə birlikdə bir ədəd zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış, üzərində qeydiyyat aparmış və zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. İsmayıl Cəfərzadə zərfdə qablaşdırdığı maddənin psixotrop maddə olan metamfetamin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs, onun vəkili X6, Şahid2 və o, həmin zərfin üzərinə imza çəkmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. İsmayıl Cəfərzadə protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzayla təsdiq etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Yevlax rayon X13 patrul xidməti bölüyü polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin əldə edilməsi, saxlanması, daşınması və istehlakı ilə məşğul olması barədə 16 yanvar 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin 16 yanvar 2023-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Yevlax rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 iştirakları ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin günü Yevlax rayon polis şöbəsinin NMQnun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Kür çayının yaxınlığında yerləşən Sahil restoranına getmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Yevlax şəhəri Kür çayının yaxınlığında yerləşən Sahil restoranının yaxınlığında olması barədə onun məlumatı olmuşdur. Onlar Sahil restoranının yaxınlığında Təqsirləndirilən şəxs görərək yaxınlaşmış və o, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə şəxsi axtarış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə şəxsi axtarış keçirilməli olduğunu izah etmiş, lakin Təqsirləndirilən şəxs həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə şəxsi axtarışı həmin yerdə keçirməmələrini xahiş etmişdir. O və polis əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs xahişini nəzərə alaraq onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib X3yə təhvil vermişlər. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən X4 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil X10 rayon polis şöbəsinə dəvət edilmişdir. İsmayıl Cəfərzadə onun tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. İsmayıl Cəfərzadə xidməti iş otağında onun, Şahid2 və vəkil Sevda Bəkirovanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nin baş inispektoru X8 tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. O və digər iştirakçılar özlərini təqdim etmişlər. X5 Əli İslam oğluna hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra X3 Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsiaxtarış və götürmə zamanı əvvəlcə əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükülünü təqdim etmişdir. X3 tərəfindən həmin 1 ədəd ağ rəngli sellofana bükülmüş bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı 1 ədəd “Samsung 6272” markalı mobil telefon aşkar edilərək iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra X3 şübhəli şəxs Təqsirləndirilən şəxs sonuncunun üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli sellofana bükülmüş bükülünün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində “şüşə, patı” adlanan psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddəni 16 yanvar 2023-cü il tarixdə Yevlax şəhərində D.Qorqud parkının ərazisindən yerdən tapdığını, psixotrop maddə istifadəçisi olduğu üçün həmin maddəni istifadə etmək üçün üzərində saxladığını, 16 yanvar 2023-cü il tarixdə saat 18:30-da Yevlax şəhəri Kür çayı sahilində yerləşən Sahil restoranının yaxınlığında olan zaman həmin vaxtı 1 ədəd “şüşə” adlanan psixotrop maddə olan metamfetaminin üzərində olduğunu, özünü sübhəli apardığı üçün Yevlax RPŞ-nin əməkdaşlarının onu saxlayaraq Yevlax RPŞ-yə gətirdiklərini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddəni özü istifadə edəcəyi üçün üzərində saxladığını, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra həmin 01 ədəd ağ rəngli sellofana bükülmüş bükülünün içərisində olan psixotrop maddə metamfetamin elektron tərəzi vasitəsilə çəkilmiş və həmin kütlənin çəkisinin 0,8 qram olduğu müəyyən edilmişdir. Həmin 01 ədəd ağ rəngli sellofana bükülmüş bükülünün içərisində olan psixotrop maddə metamfetamin maddi sübut əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənərək götürülmüşdür. İsmayıl Cəfərzadə 01 ədəd ağ rəngli sellofana bükülmüş bükülünün içərisində olan psixotrop maddə metamfetamini bükülü olduğu bükümlərlə birlikdə bir ədəd zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış, üzərində qeydiyyat aparmış və zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. İsmayıl Cəfərzadə zərfdə qablaşdırdığı maddənin psixotrop maddə olan metamfetamin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs, onun vəkili X6, Şahid2 və o, həmin zərfin üzərinə imza çəkmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. İsmayıl Cəfərzadə protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzayla təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-də şübhəli şəxs qismində tutulmuş, azadlığı faktiki olaraq həmin gün 18:30-da məhdudlaşdırılmışdır (iş vər.17- 18); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükülünün içərisində narkotik “şüşə, patı” adlanan psixotrop maddə olan metafetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub) (iş vər. 25-33); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/60 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1(bir) ədəd narkotik madə olan metamfetaminə bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-0.725 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiş çəkisi 0.725 qram tədqiqata sərf edildi - 0,05 qram, qalıq-0.675 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır (iş vər. 42-43); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vər.71-72); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1, 182.2.1,182.2.2, 332.2.1, 332.2, 332.3,66.3, 71 və 67-ci maddələri ilə təqsirli bilinib 05 il 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 10 ay 03 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2019-ci ildə cəzasını çəkib qurtardığından şöbənin qeydiyyatdan çıxarılmışdır ( iş vər.94); Gəncə Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1, 182.2.1,182.2.2, 332.2.1, 332.2, 332.3,66.3, 71 və 67-ci maddələri ilə təqsirli bilinib 05 il 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ( iş vər.128-150); Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 ay 03 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir ( iş vər.107-109); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 456 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.159); Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 0,675 qram miqdarında psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (iş vər.161-183); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır Göründüyü kimi Təqsirləndirilən şəxs Gəncə Hərbi məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin olunmuş cəzası CM-nin 15.3-cü maddəsinə əsasən ağır cinayətlər təsnifatına aid edildiyindən məhkumluğunun ödənilməsi CM-nin 83.3.4-cü maddəsinə əsasən 6 ildən sonra başa çatır. Belə olan halda hazıki iş üzrə onun əməli CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin sadə residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (residiv müəyyən edilmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 01 iyun 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli, iki ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 0,675 qram miqdarında psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “şəxsi axtarış və maddi sübutun götürülməsi istintaq hərəkətini”, “telefon məlumatlarını” əks etdirən iki ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın İş üzrə 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar